Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-567/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 21 aprel 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə saat 19:00 radələrində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən səs-küy gəldiyini eşitdiyi üçün həmin ünvana qonşu kimi getdikdən sonra Zərərçəkmiş şəxs həyat yoldaşı ilə mübahisə etdiyini görüb onları ayıran zaman başlarının qarışıq olmasından istifadə edərək yerə düşmüş içərisində 950 manat nağd pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bir ədəd “Paşa bank”a məxsus və bir ədəd “Kapital bank”a məxsus bank kartları olan 15 manat dəyərində bir ədəd pul kisəsini götürərək gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 965 (doqquz yüz altmış beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin müxtəlif ünvanlarda fəhləlik edərək qazanc əldə edir. Zərərçəkmiş şəxs tanımış, sonuncu onunla qonşuluqda yaşamışdır. Hüseynlə qonşu kimi münasibəti olmuşdur. Həmçinin Hüseynin “ATEF” şirkətində sürücü işlədiyini bilmişdir. 03 mart 2023-cü il tarixdə saat 19:20 radələrində qonşusu Hüseynin evində səs-küy gəldiyini eşidib bir qonşu kimi onun yaşadığı evə daxil olmuşdur. Evin yataq otağında daxil olan zaman Hüseynin həyat yoldaşı ilə mübahisə etdiyini görmüşdür. Onların arasına girib ayırmışdır ki, dava-dalaş düşməsin. Bu zaman yoldaşı sakitləşib evdən çıxıb getmişdir. Həmin vaxt yerdə qara rəngli pul kisəsi görmüşdür. Maddi imkanı zəif olduğu üçün pul kisəsini yerdən gizlicə götürməyi qərara almışdır. Hüseynin başının qarışıq olduğunu görüb yerə düşmüş pul kisəsini götürüb cibinə qoymuş və Hüseynlə sağollaşıb çıxıb getmişdir. Pul qabını açıb içərisinə baxdıqda 950 manat nağd pul, Hüseynə aid sürücülük və şəxsiyyət vəsiqələri, 1 ədəd “Kapital bank”a və 1 ədəd “Paşa bank”a məxsus plastik kartlar olduğunu görmüşdür. Yolda o, pul kisəsindən 950 manat pulu götürüb pul kisəsini içindəki sənədlər və bank kartları ilə birlikdə dəmir borunun içərisinə atmış və yaşadığı evə getmişdir. Həmin gün təxminən saat 22:00 radələrində Hüseyn onun yaşadığı evə gəlmiş və evdə mübahisə zamanı ona məxsus pul kisəsinin oğurlandığını əgər pul kisəsini o, götürmüşdürsə geri qaytarmasını demişdir. O isə Hüseynə yaşadığı evdən heç bir əşya götürmədiyini demişdir. Hüseyn ona əgər evdən pul kisəsini götürməmişdirsə polisə şikayət edəcəyini bildirmişdir. O da Hüseynə ürəyi necə istəyirsə, elə də etməsini məsləhət görmüşdür. Bundan sonra Hüseyn onun yaşadığı evdən çıxıb getmişdir. Səhəri gün, yəni 04 mart 2023-cü il tarixdə saat 09:00 radələrində yaşadığı evdən çıxıb Gəncə şəhərinə getmişdir. Gəncə şəhərində olarkən Hüseynə məxsus oğurladığı 950 manat pulu xərcləmişdir. 11 aprel 2023-cü il tarixdə pulu qurtardığından Bakı şəhərinə qayıtmışdır. 21 aprel 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları ona yaxınlaşıb Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməyi ilə bağlı sorğu-sual etdikdə o, səmimi olaraq həmin oğurluq hadisəsini törətdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu 31-ci polis bölməsinə gətirmişlər. Sonda o, əməlindən səmimi püşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməklə aralarında barışıq əldə olduğunu bildirmiş, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 27 sentyabr 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onunla üzbəüz yaşayan Elvin adlı şəxs 03 mart 2023-cü il tarixdə təxminən saat 19:23 radələrində onun yaşadığı evə qonaq gəlmişdir. Həmin vaxt yoldaşı ilə sözlə mübahisə etdiyi üçün yoldaşı Elvinin gəldiyini görüb sakitləşmiş və evdən çıxıb qonşuya getmişdir. O, işdən yeni gəldiyi üçün əynində olan gödəkçəsini çıxarıb çarpayının üzərinə qoymuşdur. O, Elvinə çay vermiş və biraz söhbət etdikdən sonra Elvin öz evinə getmişdir. Bir qədər sonra gödəkçəsini paltar şkafına asmaq istədikdə həmin gödəkçəsinin içəri cibinə baxdıqda orada olan pul kisəsinin yerində olmadığını görmüşdür. Həmin pul kisəsinin içərisində yeni maaş aldığı üçün 950 manat nağd pul, eləcə də, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, eləcə də, bir ədəd “Paşa bank”a məxsus və bir ədəd “Kapital bank”a məxsus bank kartları olmuşdur. O, pul kisəsinin oğurlanmasında Elvindən şübhələnmişdir. Çünki işdən evə gəlib gödəkçəsini çarpayının üzərinə qoyduqda pul kisəsinin yerində olmasını yoxlamışdır. Elvin onun evindən getdikdən sonra isə pul kisəsinin oğurlanmasını aşkar etmişdir. Həmin aralıqda isə pul kisəsindən istifadə etməmiş və evinə başqa heç kim gəlməmişdir. O, pul kisəsinin oğurlayıb-oğurlamamasını Elvindən soruşmuş, Elvin isə oğurlamadığını demişdir. Dərhal bank kartlarını bağlamışdır. Həmin vaxtdan sonra Elvin ümumiyyətlə onun evinə gəlməmişdir. Bu da onda şübhə oyatmışdır. Bundan sonra Elvin bir neçə gün yaşadığı evə gəlməmişdir. Bütün bunlar isə pul kisəsinin Elvin tərəfindən oğurlanması ilə bağlı onda əsaslı şübhələr yaranmışdır. Buna görə də, hadisədən bir müddət sonra oğurluq hadisəsi barədə polisə məlumat vermişdir. Hadisə günü həmin bank kartlarını bağlatdırdığı üçün bank kartlarından heç bir miqdarda pul oğurlanmamışdır. Hadisə zamanı oğurlanmış bir ədəd pul kisəsinin isə 15 manat dəyəri olmuşdur. Buna görə də, ona vurulmuş maddi ziyanı ümumilikdə 965 manat məbləğində qiymətləndirmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, yaşadığı evin yaxınlığında yaşayan Elvin adlı şəxsi təxminən bir neçə il əvvəl qonşu kimi tanımışdır. 03 mart 2023-cü il tarixdə axşam saatlarında yoldaşı Hüseyn işdən evə gedib pencəyini əynindən çıxararaq yatağın üstünə atmışdır. Bundan sonra aralarında ailədaxili münaqişə baş vermişdir. Hüseyn əsəbi və yorğun olduğundan səsinin tonunu qaldırmış, bu zaman qonşuluqda yaşayn Elvin onların evinə gəlmişdir. Elvin onlara səs-küyün küçəyə gəldiyini demiş və onları sakitləşdirməyə çalışmışdır. Daha sonra o, sakitləşib yan otağa keçmişdir. Daha sonra isə Hüseyn onun arxasınca yan otağa keçmişdir. Biraz sonra mübahisə etdikləri otağa qayıtdıqda Elvinin artıq getdiyini görmüşdür. Bir qədər sonra Hüseyn ona pul qabını axtardığını demiş və görüb-görmədiyini soruşmuşdur. O da pul qabını görmədiyini bildirmişdir. Daha sonra Hüseyn evdən çıxıb getmiş və sonra geri qayıdaraq pul qabının oğurlandığını bildirmişdir. Bundan sonra isə Hüseyn polisə hadisə barədə məlumat vermişdir. O, Hüseynə məxsus pul qabının kim tərəfindən oğurlandığını görməmişdir. Elvin adlı şəxslə sadəcə qonşuluq münasibətləri olmuş, onun hər hansı cinayət əməli törətməsi barədə hər hansı fikri və ya məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin materiallarında olan müvafiq istintaq hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. İş materiallarında olan “Axtarış və götürmə aparılması haqqında” 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, X2 məxsus bir AZE seriyalı, 14020621 nömrəli şəxsiyyət vəsiqəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsində yaşayış evlərinə çəkilmiş qaz boru xətlərinin dayağının üstündəki boşluq hissədən aşkar edilərək götürülmüş, digər sənədlər və bank kartları isə aşkar edilməmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi pul kisəsinin içərisindəki 950 manat pulu götürdükdən sonra qalan sənədləri pul kisəsi ilə birlikdə atdığı qaz borusunun yerini 31-ci PB-nin əməkdaşlarına göstərmişdir. İş materiallarında olan 21 aprel 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 aprel 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2019-cu il təvəllüdlü X5 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin dəymiş zərərini ödəyərək barışıq əldə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahinin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdən 23 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 aprel 2023-cü il tarixdən 23 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 809 oktyabr692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-567/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-567/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver