Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-568/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 10 – 12 aprel 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi ilə bağlı barəsində Suraxanı Rayon Məhkəməsinin 4(010)-352/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qərarı ilə 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Qurbanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən qansuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,332 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayıb gəzdirmiş, 11 aprel 2023-cü il tarixdə saat 13:00-da Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşldarı tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində yaşadığı evinin yaxınlığında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,332 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək aşkar edilərək götürülmüşdür. Bununla da, Qurbanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda əvvəlki məhkəmə iclasında özünü təqsirli bilməsə də, sonradan özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata bir ədəd bükümdə heroin almış, sonra istifadə etmək üçün üzərində saxlamışdır. 10 aprel 2023-ci il tarixdə təxminən saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində yerləşən evinin yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, şəxsiyyəti ilə maraqlandıqda polis əməkdaşlarına Qurbanov Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gəlmiş, 31-ci polis bölməsinin inzibati binasında şəxsiyyəti müəyyən olunduqdan sonra ona şübhəli şəxsin hüquq və vəzifləri izah olunmuş, hüquqlarının müdafiə etməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi barədə qərarı elan edib üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsini təklif etmişlər. Əynindəki tünd boz rəngli cins şalvarının sağ cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyini çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün içərisindlə narkotik vasitə heroin olduğunu, heroini səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Sonra əynindəki boz rəngli cins şalvarının sol cibindən 01 (bir) ədəd qara rəngli alışqanı və 01 (bir) ədəd «Argo» siqaret qutusunu təqdim etmişdir. Təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan bükümünün arasında olan narkotik vasitə heroin bir ədəd zərfə qoyalaraq zərf möhürlənmişdir. Bu barədə protokl tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili işləyir. 10 aprel 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə “Təqsirləndirilən şəxs” adlı şəxsin ünvan 5 ünvanında narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında göstərilən «Təqsirləndirilən şəxs» adlı şəxsin Qurbanov Təqsirləndirilən şəxs olduğunu müəyyən edib dərhal polis bölməsinin rəhbərliyinə məruzə etmişdir. Polis bölməsi rəisinin əmri ilə onun rəhbərliyi ilə və 31-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Qurbanov Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilərək Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 10 aprel 2023-cü tarixdə saat 13:00-da Qurbanov Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində yaşadığı evin qarşısında olduğunu müəyyən edərək orada onu saxlayıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. 31-ci polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxsova şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsova videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcədə əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, vasitə və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonnra Təqsirləndirilən şəxsov əynindəki tünd boz rəngli cins şalvarının sağ cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim edərək təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini tanımadığı şəxsdən 10 manata alaraq özü istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxsov əynindəki boz rəngli cins şalvarının sol cibindən 01 (bir) ədəd qara rəngli alışqanı və 01 (bir) ədəd açılmamış «Argo» siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxsovun üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən özünün təqdim etdiyi bir bükümdən, bir ədəd alışqan və bir qutu siqaretdən başqa heç bir əşva, vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxsovun üzərindən aşkar edilib götürülən bir bükümdə olan, narkotik vasitə heroinə oxşar kütlə bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilərək protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşlarının iştirakları ilə Qurbanov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxsova üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanılması və daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxsov əynindəki tünd boz rəngli cins şalvarının sağ cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyini çıxarıb təqdi edir. O, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Sonra o, əynindəki boz rəngli cins şalvarının sol cibindən 01 ədəd qara rəngli alışqanı və 01 ədəd “Argo” siqaret qutusunu təqdim edir. Siqaret qutusu açılmamışdır. Qurbanov Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümünün arasında olan narkotik vasitə heroində oxşar kütlə bir ədəd zərfə qoyularaq zərf möhürlənir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2134 N°li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №195” dairəvi möhür əksi, 1) (imza) Qurbanov Təqsirləndirilən şəxs ...sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,332 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,332 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq- 0,282 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2249 saylı rəyindən görünür ki, müayinə zamanı Qurbanov Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Qurbanov Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək” növündə iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,332 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-352/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs barəsində əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətdiyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Qurbanov Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Qurbanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Qurbanov Təqsirləndirilən şəxs 10 – 12 aprel 2023-cü il tarixlərdə tutulduğu cəmi 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Qurbanov Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 11 oktyabr 2023-cü ildən hesablanmalı, Qurbanov Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Qurbanov Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, başqa cinayət işi ilə əlaqədar olaraq təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 4(010)-352/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs seçildiyi nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Qurbanov Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,282 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Qurbanov Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Qurbanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Qurbanov Təqsirləndirilən şəxs 10 – 12 aprel 2023-cü il tarixlərdə tutulduğu cəmi 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qurbanov Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 11 oktyabr 2023-cü ildən hesablansın. Qurbanov Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qurbanov Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbsnövündə qətimkan tədbiri ilə əvəz edilsin . Başqa cinayət işi ilə əlaqədar olaraq təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 4(010)-352/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs seçildiyi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Qurbanov Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,282 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Qurbanov Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Qurbanov Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-568/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-568/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver