Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-57/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli – himayəsində 3 azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ünvansız ərazidə yerləşən fərdi yaşayış evində yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli – himayəsində 2 azyaşlı uşaqları olan, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ünvansız ərazidə yerləşən fərdi yaşayış evində yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarmm sənaye ovu Qaydaları”-nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X3 və mühafizəsi Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 38 nömrəli balıqovlama biletinin 5-ci və 6-cı bəndlərinin tələblərini pozaraq, yəni həmin balıqovlama biletinə əsasən Xəzərin Hövsan qəsəbəsi akvatoriyasının ərazi sularından özüüzən nəqliyyat vasitəsi sayılan 01 ədəd bort nömrəsi ABA-1689 olan motorlu qayıqdan istifadə etməklə axçalı balıq torları - 10 ədəd xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi, siyənək torları - 5 ədəd xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi icazə verildiyi halda, qadağan edilmiş vaxtda, yəni xx xxxxxx 2020-ci il tarixdə 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə gəlmiş və orada özləri ilə gətirdikləri balıqovlama ləvazimatları sayılan, yəni 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüsü 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlardan istifadə etməklə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020ci il tarixə saat 08 radələrinədək olan müddət ərzində 27 ədəd kütüm, 11 ədəd siyənək, 01 ədəd külmə və 01 ədəd çapaq balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 1034 (bir min otuz dörd) manat məbləğində ziyan vurmuşlar və həmin tarixdə saat 08 radəsində X21 idarəsinin Cinayət axtarış bölməsinin və X9 və X2 bölməsinin, həmçinin X21 X17 polis məntəqəsinin əməkdaşları tərəfindən Ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmış, yoxlama zamanı onlardan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüsü 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 27 ədəd kütüm, 11 ədəd siyənək, 01 ədəd külmə və 01 ədəd çapaq balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bu əməllərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişlər və 1 ədəd taxta qayıq, 2 ədəd taxta avardan istifadə edərək dənizə girib orada hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüləri 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd toru suya səpib evə qayıtmışlar. xx xxxxxx 2020-ci il tarixdə, saat 07 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə səpdidləri toru yığmaq üçün Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib yenidən 1 ədəd taxta qayıq, 2 ədəd taxta avardan istifadə edərək dənizə girmişlər. Orada torları tutduqları balıqlarla birlikdə qayığa yığarkən məlum olmuşdur ki, 27 ədəd kütüm, 11 ədəd adi siyənək, 1 ədəd külmə və 1 ədəd çapaq balıqları tutmuşlar. Həmin vaxt sahilə çıxarkən X21 idarəsinin əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onlara məxsus balıqovlama vasitələrinə və Xəzər dənizindən tutduqları balıqlara baxış keçirmişlər. 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüləri 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar vasitələri ilə Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutduqları balıqları yenidən sayarkən məlum olmuşdur ki, 27 ədəd kütüm, 11 ədəd adi siyənək, 1 ədəd külmə və 1 ədəd çapaq balıqları tutmuşlar. Polis əməkdaşları bu barədə müvafiq protokol tərtib etmişlər. Bundan sonra polis əməkdaşları onları Bakı şəhərində yerləşən X21 İdarəsinin inzibati binasına gətirmişlər. Orada bildirmişlər ki, rəsmi balıqovlama biletinin olmasına baxmayaraq həmin biletin tələblərinə riayət etmədən, yəni qadağan edilmiş vaxtda balıq tutmuşlar və bunun cinayət olduğunu bilirmişlər. Lakin, başqa çıxış yolu olmadığına görə, qazanc əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşlar. Cinayət əməli nəticəsində balıq ehtiyyatlarına vurduğu 1034 (bir min otuz dörd) manat məbləğində ziyanı tam olaraq ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişlər və 1 ədəd taxta qayıq, 2 ədəd taxta avardan istifadə edərək dənizə girib orada hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüləri 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd toru suya səpib evə qayıtmışlar. xx xxxxxx 2020-ci il tarixdə, saat 07 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə səpdikləri toru yığmaq məqsədi ilə Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib yenidən 1 ədəd taxta qayıq, 2 ədəd taxta avardan istifadə edərək dənizə girmişlər. Orada torları tutduqları balıqlarla birlikdə qayığa yığarkən məlum olmuşdur ki, 27 ədəd kütüm, 11 ədəd adi siyənək, 1 ədəd külmə və 1 ədəd çapaq balıqları tutmuşlar. Həmin vaxt X21 idarəsinin əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onlara məxsus balıqovlama vasitələrinə və Xəzər dənizindən tutduqları balıqlara baxış keçirmişlər. 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüləri 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torun vasitələri ilə Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutduqları balıqları yenidən sayarkən məlum olmuşdur ki, 27 ədəd kütüm, 11 ədəd adi siyənək, 1 ədəd külmə və 1 ədəd çapaq balıqları tutmuşlar. Polis əməkdaşları bu barədə müvafiq protokol tərtib etmişlər. Bundan sonra polis əməkdaşları onları Bakı şəhərində yerləşən X21 İdarəsinin inzibati binasına gətirmişlər. Orada Bəhruzla ona bildirilmişdir ki, rəsmi balıqovlama biletinin olmasına baxmayaraq həmin biletin tələblərinə riayət etmədən, yəni qadağan edilmiş vaxtda balıq tutmuşlar və bunun cinayət olduğunu bilirmişlər. Lakin, başqa çıxış yolu olmadığına görə, qazanc əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşlar. Cinayət əməli nəticəsində balıq ehtiyyatlarına vurduğu 1034 (bir min otuz dörd) manat məbləğində ziyanı tam olaraq ödəmişdir. Törətdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X21 X17 polis məntəqəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 08 radələrində X21 idarəsinin Cinayət axtarış bölməsinin və X9 və X2 bölməsinin, həmçinin X21 X17 polis məntəqəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilində Ekoloji cinayətləri törədənlərə və mühafizə recimini pozanlara qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı onlardan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüsü 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 27 ədəd kütüm, 11 ədəd siyənək, 01 ədəd külmə və 01 ədəd çapaq balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi vəziyyətləri ağır olduqlarına görə məcburiyyət qarşısında qalıb ailələrinə qida əldə etmək üçün birgə həmin 27 ədəd kütüm, 11 ədəd siyənək, 01 ədəd külmə və 01 ədəd çapaq balıqlarını 2 ədəd torların vasitəsi ilə qadağan edilmiş vaxtda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişlər ki, rəsmi icazələrinin onmasma baxmayaraq icazədən kənar, yəni qadağan edilmiş vaxtda qanunsuz balıq tutmuşlar. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş balıqovlama vasitələrinə və onların qanunsuz tutduğu balıqlara baxış keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X21 İdarəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid4, X21 X6 Mübarizə və X2 bölməsinin baş inspektoru Şahid3 və X21 X17 polis məntəqəsinin polis nəfəri Şahid2 Şahid1 verdiyi ifayədə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə X21 idarəsinin Cinayət axtarış bölməsinin və X9 və X2 bölməsinin, həmçinin X21 X17 polis məntəqəsinin əməkdaşları onu Ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün saat 08:30 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizində qanunsuz balıq tutan Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılmışlar. Yoxlama zamanı onlardan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüsü 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 27 ədəd kütüm, 11 ədəd siyənək, 01 ədəd külmə və 01 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, maddi vəziyyətləri ağır olduqlarına görə məcburiyyət qarşısında qalıb ailələrinə qida əldə etmək üçün birgə həmin 27 ədəd kütüm, 11 ədəd siyənək, 01 ədəd külmə və 01 ədəd çapaq balıqlarını 2 ədəd torların vasitəsi ilə qadağan edilmiş vaxtda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişlər ki, rəsmi icazələrinin olmasına baxmayaraq, icazədən kənar, yəni qadağan edilmiş vaxtda qanunsuz balıq tutmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X21 idarəsinin Cinayət axtarış bölməsinin və X9 və X4 bölməsinin, həmçinin X21 X17 polis məntəqəsinin əməkdaşları tərəfindən götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadə vermişdir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbul aktından müəyyən olunur ki, ümumi çəkisi 19 kq, dəyəri 11,40 AZN (on bir manat qırx qəpik) olan 27 ədəd kütüm, ümumi çəkisi 2 kq, dəyəri 0,80 AZN (səksən qəpik) olan 11 ədəd adi siyənək, ümumi çəkisi 0,300 kq, dəyəri 0,20 AZN (iyirmi qəpik) olan 1 ədəd külmə, ümumi çəkisi 0,500 kq, dəyəri 0,30 AZN (otuz qəpik) olan 1 ədəd çapaq balıqları fiziki şəxs X13 tərəfindən qəbul edilmişdir. İş materiallarından müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixdə 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüsü 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar saxlanılması üçün X21 X17 Polis Məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis arayışından müəyyən olunur ki, Vətəndaş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən balıq ehtiyatlarına vurulan ziyanın məbləği aşağıdakı kimi hesablanmışdır. 1 ədəd kütüm balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 30 (əmsal) = 33 manat, 27 ədəd kütüm balığına görə: 33 manat x 27 ədəd = 891 manat, 1 ədəd adi siyənək balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 22 ədəd adi siyənək balığına görə: 11 manat x 11 ədəd = 121 manat, 1 ədəd çapaq balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 1 ədəd çapaq balığına görə: 11 manat x 1 ədəd = 11 manat, 1 ədəd külmə balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 1 ədəd külmə balığına görə: 11 manat x 1 ədəd = 11 manat. Balıq ehtiyatlarına vurulan ziyan 1034 (min otuz dörd) manat təşkil edir. Cinayət işinin materiallarında olan Kapital Bank ASC-nin ödəniş qəbzindən görünür ki, təqirləndirilən şəxslər cinayət əməli nəticəsində balıq ehtiyyatlarına vurduqları 1034 (bir min otuz dörd) manat məbləğində ziyanı tam olaraq ödəmişlər. İş üzrə mülki iddiaçı – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, təqirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində balıq ehtiyyatlarına vurduqları ziyanı tam olaraq ödəmişlər, onlara qarşı heç bir iddiaları və tələbləri yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2020-ci il tarixli, 21/196 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 2020-ci il 23 yanvar tarixli ərizəsinə əsasən ona, Xəzər dənizinin Hövsan qəsəbəsi akvatoriyasında 0,4 ton siyənək və 1,5 ton axçalı balıqların sənaye ovuna xx.xx.2020-ci il tarixli 38 və 38/1 nömrəli balıqovlama biletləri verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 №-li Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları’nın 5-ci bəndinə müvafiq Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş siyahıda və ona verilmiş xx.xx.2020-ci il tarixli 38 və 38/1 nömrəli balıqovlama biletlərində Təqsirləndirilən şəxs2 adı balıqçı kimi keçir. Daxili İşlər Nazirliynin Baş əməliyyat və statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013cü il tarixli Qərarına əsasən məhkum Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsi 1(093)-270/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmü təyin olunmuş cərimə cəzasından azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Daxili İşlər Nazirliynin Baş əməliyyat və statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin 104 saylı MKİS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin Hövsan qəsəbə İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarından müəyyən olunur ki, Hüseynov Təqsirləndirilən şəxs1 Həcər Aşum qızı ilə evlidir, onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X12 adlı övladları var. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin Hövsan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 X7 ilə evlidir, onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X14 adlı övladları var. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarmm sənaye ovu Qaydaları”-nın 2-ci bəndinin 2.5.1ci hissəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X3 və mühafizəsi Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 38 nömrəli balıqovlama biletinin 5-ci və 6-cı bəndlərinin tələblərini pozaraq, yəni həmin balıqovlama biletinə əsasən Xəzərin Hövsan qəsəbəsi akvatoriyasının ərazi sularından özüüzən nəqliyyat vasitəsi sayılan 01 ədəd bort nömrəsi ABA-1689 olan motorlu qayıqdan istifadə etməklə axçalı balıq torları - 10 ədəd xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi, siyənək torları - 5 ədəd xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi icazə verildiyi halda qadağan edilmiş vaxtda, yəni xx xxxxxx 2020-ci il tarixdə 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə gəlmiş və orada özləri ilə gətirdikləri balıqovlama ləvazimatları sayılan, yəni 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüsü 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlardan istifadə etməklə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə saat 08 radələrinədək olan müddət ərzində 27 ədəd kütüm, 11 ədəd siyənək, 01 ədəd külmə və 01 ədəd çapaq balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 1034 (bir min otuz dörd) manat məbləğində ziyan vurmuşlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də onlar həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini, ailəli olduğunu və himayəsində 3 azyaşlı uşaq olmasını, cinayət əməli nəticəsində balıq ehtiyyatlarına vurduğu ziyanı tam olaraq ödəməsini cəzanı yüngulləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini, ailəli olduğunu və himayəsində 2 azyaşlı uşaq olmasını, cinayət əməli nəticəsində balıq ehtiyyatlarına vurduğu ziyanı tam olaraq ödəməsini cəzanı yüngulləşdirən hallar kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxslər törətdiyi əməllərindən səmimi peşmançılıq çəkmələrini göstərmişlər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər cinayət əməli nəticəsində balıq ehtiyyatlarına vurduqları 1034 (bir min otuz dörd) manat məbləğində ziyanı tam olaraq ödəmişlər. Bu hallar isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirmələri və balıq ehtiyyatlarına vurduqları ziyanı tam olaraq ödəmələri onların törətdiyi əmələ və özlərinin davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumların islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxslərdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumların islah edilməsinə, onların qanuna tabe olan insana çevrilmələrinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilmələrinə, ictimai-faydalı fəaliyyətə qayıtmalarına, normal cəmiyyətə tamamilə uyğunlaşmalarına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etmiş olar. Məhkəmə, bu qənaətə gələrkən, onu da nəzərə alır ki, təqsirləndirilən şəxslər ailəlidirlər, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı övladı, Təqsirləndirilən şəxs2 himayəsində isə 2 azyaşlı övladları vardır. Azərbaycan Respublikası CM-nın 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin ailələrinin həyat şəraitinə təsirini də nəzərə almalıdır. Fiziki şəxs X8 təhvil verilmiş, ümumi çəkisi 19 kq, dəyəri 11,40 AZN (on bir manat qırx qəpik) olan 27 ədəd kütüm, ümumi çəkisi 2 kq, dəyəri 0,80 AZN (səksən qəpik) olan 11 ədəd adi siyənək, ümumi çəkisi 0,300 kq, dəyəri 0,20 AZN (iyirmi qəpik) olan 1 ədəd külmə, ümumi çəkisi 0,500 kq, dəyəri 0,30 AZN (otuz qəpik) olan 1 ədəd çapaq balıqlarının satışından əldə edilən pul vəsaiti dövlət büdcəsinə keçirilməlidir. X21 X17 Polis Məntəqəsinə saxlanması üçün təhvil verilmiş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüsü 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində balıq ehtiyyatlarına vurduqları ziyanı tam olaraq ödədiklərindən və mülki iddiaçının onlara qarşı heç bir iddialarının və tələblərinin olmadığı səbəbindən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin cinayət işi üzrə verdiyi mülki iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul olunmalı və cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddia üzrə üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, 6.000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, 6.000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Fiziki şəxs X8 təhvil verilmiş, ümumi çəkisi 19 kq, dəyəri 11,40 AZN (on bir manat qırx qəpik) olan 27 ədəd kütüm, ümumi çəkisi 2 kq, dəyəri 0,80 AZN (səksən qəpik) olan 11 ədəd adi siyənək, ümumi çəkisi 0,300 kq, dəyəri 0,20 AZN (iyirmi qəpik) olan 1 ədəd külmə, ümumi çəkisi 0,500 kq, dəyəri 0,30 AZN (otuz qəpik) olan 1 ədəd çapaq balıqlarının satışından əldə edilən pul vəsaiti dövlət büdcəsinə keçirilsin. X21 X17 Polis Məntəqəsinə saxlanması üçün təhvil verilmiş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüsü 45x45 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə verilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin cinayət işi üzrə verdiyi mülki iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul olunsun və cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddia üzrə üzrə icraata xitam verilsin. İş üzrə məhkəmə xərcləri yoxdur. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-57/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-57/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver