Məhkəmə qərarları › İş №1(010)-57/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-57/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-57/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 4(010)-89/2023 saylı qərarı ilə barəsində əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin qərarları ilə həbsdə saxlanılma müddəti uzadılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 1,225 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroni əldə edib əynindəki cins şalvarın sağ yan cibində saxlamaqla daşımış və Bakı Şəhəri Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək 22 fevral 2023-cü il tarixdə, saat 10:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yaşadığı evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən 03 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,499 qram, 0,382 qram, 0,344 qram olan, ümumi təmiz çəkisi 1,225 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibində kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 44 günlük müharibə iştirakçısı olmuş, bununla bağlı medalları var. Narkotik vasitələrin istifadəsinə də elə həmin müharibə dövründə başlamışdır. Nənəsi ilə evdə olan zaman mülki geyimli iki nəfər polis əməkdaşı evlərinə daxil olmuş, həmin vaxt üzərində 01 (bir) ədəd bükümdə narkotik vasitə var idi. Evdən təzyiq göstərərək məcburi şəkildə maşına mindirilib Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə apardılar. Şöbədə polis əməkdaşları tərəfindən döyülmüş, 03 (üç) ədəd bükümdə olan narkotik vasitə üzərinə qoyularaq onları boynuna almasına onu məcbur etmişdilər. Odur ki, ittiham aktında polis əməkdaşları tərəfindən evinin yaxınlığındakı küçədən tutulduğu göstərilsə də, evinin içərisindən tutulmuşdur. Əlavə olaraq, narkotik vasitələrin satışı ilə məşğul olmadığından ittihamın bu hissəsində özünü təqsirli bilmir, sadəcə narkotik maddələrin aludəçisidir və istifadəçisidir. Suraxanı RPİ-nin 31-ci polis şöbəsində döyülmüş, bu zaman xəsarətləri də olmuşdur. Verilmiş suallara cavab olaraq bildirdi ki, təxminən iki ildir ki, narkotik vasitələrdən istifadə edib. Həmin narkotik vasitələri tanımadığı şəxsdən almışdır. Suraxanı RPİ-nin 31-ci polis şöbəsində döyülməsi ilə bağlı isə bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında həmin xəsarətləri qeydə alınmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı verilən suallara isə cavab olaraq bildirdi ki, tutulan zaman üzərində telefon olmuşdur. (055)-516-74-44 mobil nömrəsi onun istifadəsindədir. İstifadəsində başqa nömrə olmamış, narkotik vasitələrin satışı ilə bağlı telefonda heç bir yazışması mövcud deyildir. Sonda isə 44 günlük Vətən müharibəsi iştirakçısı olduğunu və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq dövründə isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsi vasitə ilə tanış olduğu İran İslam Respublikası vətəndaşından onlayn yolla çəkisi 5 qram olan narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni bir qramı 25 manat olmaqla, 2 nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsə satmış, bir hissəsini özü istifadə etmiş, bir hissəsini isə üzərində saxlamışdır. 22 fevral 2023-cü il tarixdə, səhər saat 10 radələrində yaşadığı evin qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək onu şübhəli şəxs qismində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirmişlər. Ona şöbənin xidməti otaqlarının birində hüquq və vəzifələri izah edildikdən sonra, üzərində olan əşyaları təqdim etməsini bildirmişlər. Xidməti otaqda əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan büküm və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Üzərindən aşkar olunmuş ona məxsus 03 (üç) ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi narkotik vasitənin bir hissəsini satmaq üçün və həmçinin şəxsi istifadəsi üçün onlayn formada əldə edərək üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və tərəzi onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitəni “İnstagram” sosial şəbəkəsi vasitəsilə onlayn qaydada İran İslam Respublikası vətəndaşından bir hissəsini qramla, qramını 25 manata satmaq məqsədilə, bir hissəsini də özü istifadə etməsi üçün üzərində saxlamışdır. Tərəzini isə narkotik maddələri alarkən, bükümlərə bölərkən və satarkən narkotik maddənin miqdarını dəqiqləşdirmək üçün əldə edərək üzərində saxlamışdır. Saxlanılarkən, 31-ci polis şöbəsinə gətirilərkən və orada olarkən ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa hər hansı bir yerdə maddə saxlamamışdır. 24 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət və təqdimata baxılması ilə əlaqədar keçirilən qapalı məhkəmə iclasında polis əməkdaşlarının onu yaşadığı evdən apardıqlarını, döyərək psixoloji təsir və bir çox hədə-qorxu ilə onu narkotik vasitələrin və tərəzinin götürülməsinə məcbur etdiklərini, üzərindən aşkar edilərək götürülmüş narkotik maddələrin və tərəzinin ona aid olmadığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını, sadəcə narkotik maddələrin aludəçisi olduğunu bildirməsi ilə bağlı verilən suallara cavab olaraq isə törətdiyi cinayət əməli ilə əlaqədar ona təyin olunacaq cəzanın ağırlığından qorxduğundan cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün döyüldüyünü, üzərindən aşkar edilərək götürülmüş maddələrin və tərəzinin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində özündən və Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar 22 fevral 2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yaşadığı evin qarşısında əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan şəxsi görüb yaxınlaşaraq onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılmasında və daşınmasında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını, buna görə də onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə getməli olduğunu bildirmişlər. 31-ci polis şöbəsinə gəldikdən sonra Bunyatxan Bünyatova şöbənin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X3 tərəfindən xidməti otaqda hüquq və vəzifələri izah olunmuşdur. Hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Həmin vaxt ərizə ilə müraciət edərək şəxsi axtarış və götürmə aparılmasının müdafiəçisinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Sonra, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümü, sonra isə əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Baş təhqiqatçı Rasim Seyidov ondan həmin bükümlərdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda, həmin bükümlərdə “kakos” kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. İran vətəndaşının ona “İnstagram” sosial şəbəkəsində yazaraq narkotik maddə sata biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. İran vətəndaşı həmin narkotik maddələrin yerinin şəklini çəkərək ona atmış, o, da “kakos” kimi tanıdığı 5 (beş) qram narkotik vasitə heroini 125 manat ödəməklə kənd Əhmədli qəsəbəsinə gedərək əldə etmişdir. Əldə etdiyi narkotik maddələrdən 02 (iki) qramını ayrı-ayrı tanımadığı şəxslərə satmış qalan 03 (üç) qramının isə bir hissəsini istifadə etmiş, qalanını da əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamışdır. Əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 (bir) ədəd elektron tərəzini də əldə etdiyi narkotik maddələri satarkən və istifadə edərkən miqdarını dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Sonra o, əli ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamışdır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 (üç) ədəd şəffaf sellofan bükümdə olan qəhvəyi rəngli həmin narkotik maddə heroinə bənzər maddələr və 01 (bir) ədəd elektron tərəzi baş təhqiqatçı Rasim Seyidov tərəfindən qablaşdırılaraq götürülmüş, zərfin üzəri möhürlənmiş, onun özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır, sonuncu da onlara hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 22 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 22 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (iş.v. 6) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan büküm və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd tərəzini təqdim etmişdir. Sorğu zamanı isə Təqsirləndirilən şəxs təqdim etdiyi 03 (üç) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümün içərisində narkotik vasitə heroin (kakos) olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən onlayn formada öz istifadəsi üçün 125 manat pul qarşılığında sonradan ödəmək şərtilə nisyə alaraq üzərində gəzdirdiyini bildirmiş, həmin narkotik vasitələrin iki qramını iki nəfər tanımadığı şəxsə satdığını, qalanının bir qismini özü istifadəı etdiyini, qalan hissəsini isə üzərində saxladığını, tərəzini isə bükümləri ayıran zaman istifadə etdiyini bildirmişdir. (iş.v. 32-33) Məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2023-cü il tarixli, 6/1077 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbayan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, Tərtib etdi: R. Seyidov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 (üç) ədəd bükümlərdə təmiz çəkiləri 0,499 qram, 0,382 qram, 0,344 qram, ümumi təmiz çəkisi 1,225 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbayan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, iki imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 1,225 qram, tədqiqata sərf edildi - 0,15 qram (hər birindən 0,05 qram), qalıq – 1,075 qram. (iş.v. 40-42) 24 fevral 2023-cü il tarixli, “cinayət əməlinin tövsif edilməsi barədə” qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (iş.v. 53) 28 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin 098-3472-1221 saylı Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Çərkəz Pənahova ünvanlanmış cavab məktubundan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin, həmçinin sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi nəticəsində onun narkotik maddələrin satışı ilə məşğul olduğu müəyyən edilmişdir. (iş.v. 86, 93) Ambulator məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2023-cü il tarixli, 2494 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 97-98) 13 may 2023-cü “sübutların qiymətləndirilməsi barədə” qərarla cinayət işinin bəzi materiallarında Təqsirləndirilən şəxs adı texniki səhv olaraq Bunyatxan olaraq qeyd olunmuşdur. Təqsirləndirilən şəxs adı şəxsiyyətini təsdiq edən sənəddə Bünyatxan olaraq qeyd olunduğundan onun adının həmin sənədlərdə Bünyatxan olaraq oxunmalı olması müəyyən edilmişdir. (iş.v. 103-109) 13 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, xalis çəkisi 1,225 qram, tədqiqatdan sonra qalıq qalmış 1,075 qram olan olan narkotik vasitə - heroin və 01 (bir) ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən həmin qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş.v. 103-109) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk 13 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 103-109) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs videogörüntüdə üzərinə şəxsi axtarış aparılan şəxsin özü olduğunu bildirir. Həmin videogörüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir, əvvəlcə ondan üzərində qanunsuz olaraq əldə edilməklə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs bu təklifdən sonra, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 (üç) ədəd içərisində qəhvəyi rəngli maddə olduğu görünən şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoyur. Bundan sonra, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd boz rəngli elektron tərəzini çıxararaq masanın üstünə qoyur. Baş təhqiqatçı Rasim Seyidov həmin bükümlərdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşur, o, həmin bükümlərdə “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, İran vətəndaşının ona “İnstagram” sosial şəbəkəsində yazaraq narkotik maddə sata biləcəyini təklif etdiyini və onunla razılaşdığını bildirir. İran vətəndaşı həmin narkotik maddələrin yerinin şəklini çəkərək ona atmış, o, da “kakos” kimi tanıdığı 5 qram narkotik vasitə heroini 125 manat ödəməklə şəkildə görünən yerə, yəni Kənd Əhmədli qəsəbəsinə gedərək əldə etdiyini, əldə etdiyi narkotik maddələrdən 02 (iki) qramını ayrı-ayrı tanımadığı şəxslərə satdığını, qalan 03 (üç) qramının isə bir hissəsini istifadə etdiyini, qalanını da əynindəki cins şalvarının sağ yan cibində saxladığını, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 (bir) ədəd elektron tərəzini də əldə etdiyi narkotik maddələri satarkən və istifadə edərkən miqdarını dəqiqləşdirmək üçün istifadə etdiyini bildirir. Sonra 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 əli ilə onun paltarlarının ciblərini yoxlayır, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 (üç) ədəd şəffaf sellofan bükümdə olan qəhvəyi rəngli həmin narkotik maddə və 01 (bir) ədəd elektron tərəzi baş təhqiqatçı Rasim Seyidov tərəfindən qablaşdırılaraq götürülür. Zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 1(010)- 447/2023 saylı sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli, 20-12/700 saylı cavab məktubundan görünür ki, təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən Təqsirləndirilən şəxs xəsarət aldığını bildirsə də, baxış zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 1(010)-447/2023 saylı sorğusuna Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 54/2-273103/23 saylı cavab məktubundan görünür ki, təqsirləndirilən şəxs Bunyatov X2 RPİ-nin müvəqqəti saxlama yerinə 22 fevral 2023-cü il tarixdə, saat 22:50 radələrində daxil olmuş və tibbi-müayinə zamanı üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabında aparılmış qeydlərin surəti iş materiallarına əlavə edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli sorğusuna Suraxanı RPİ-nin 31-ci polis şöbəsi tərəfindən ünvanlanmış cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs anası X4 tərəfindən 18 fevral 2023-cü il tarixdə 31-ci polis şöbəsinə ərizə ünvanlanmışdır. Həmin ərizədə Təqsirləndirilən şəxs onun doğma oğlu olduğu, bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etməsi, bu səbəbdən də evdə münaqişələr yaratması və oğlu barəsində qanuni tədbir görülməsini xahiş etməsi göstərilir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini və bədəni üzərində olan xəsarətlərin Suraxanı RPİ-nin MSY-də və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında tibbi müayinə zamanı qeydə alınmasını bildirdiyi üçün məhkəmə tərəfindən 14 dekabr 2023-cü il tarixdə Suraxanı rayon prokurorluğuna qeyd olunan məlumatla bağlı araşdırma aparılması üçün müraciət olunmuşdur. 26 yanvar 2024-cü il tarixli, Suraxanı Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 tərəfindən 14-c-24 saylı material nəzərdən keçirilərək qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməklə, xəsarətlər yetirilməsi faktı öz təsdiqini tapmamış, buna görə də cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs tərəfindən şikayət verilməmişdir. İş materiallarına əlavə edilmiş 1-6962 nömrəli, Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş 1-11669 nömrəli, Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2021-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(010)-57/2024 saylı qərarı ilə Azərbaycan Respublikası CPM-in 143-cü maddəsinə əsaslanaraq məhkəmə öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş (055)-516-74-44 mobil nömrəsinə 10 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək daxil olmuş və edilmiş zənglər, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatları, daxil olmuş və göndərilmiş SMS mətnləri, nömrənin anten əhatə dairəsi barədə məlumatların, habelə həmin müddətdə mobil nömrənin sahibi barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. 14 fevral 2024-cü il tarixli, BKC-LGL-1627/24 "xxxx" MMC tərəfindən daxil olmuş Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(010)-57/2024 saylı qərarının icrası ilə bağlı əldə olunmuş məlumatlar “CD” disk şəklində təqdim edilmişdir. Diskə baxış zamanı müəyyən olunmuşdur ki, disk 5 PDF faylından ibarətdir. (1. nömrənin məxsusluq tarixçəsi, 2. SMS tarixçəsi (Təqsirləndirilən şəxs tərəfindən yazılan), 3. SMS tarixçəsi (Təqsirləndirilən şəxs yazılan, 4. zənglərin detallaşması, 5. zənglərin məxsusluq tarixçəsi). 1-ci fayla daxil olduqda, (055)-516-74-44 nömrəsinin Təqsirləndirilən şəxs məxsus olması görünür. 2-ci fayla daxil olduqda, Təqsirləndirilən şəxs tərəfindən yazılan SMS-lər görünür. 3-cü fayla daxil olduqda 12 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək olan, həmçinin iş üçün əhəmiyyət kəbs edən (055)-389-18-03 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş (055)-516-74-44 mobil nömrəsinə yazılan aşağıdakı məzmunda yazışmalar müəyyən edilir: “xalaoğlu tapdın patı?”, “telefonu istəməzsən?, yarım “kola” biraz da “patı”-ya verərəm”; “xalaoğlu, gör nə deyirəm, vəziyyətim pisdi, telefonu istəsəydin lap 035 “kola”, biraz da “patı” olsaydı verərdim. Sən bir dənə hə-yoxunu de, bilim də, qardaşımsan, görüm nəyi”, “qaqaş istəyir, amma qiymət nədi deyim ona, sene de deyim ne qeder istəyir”, “Yaxşı qaqaş Allah işivi avand elesin, İnwallah arxeyin olabilerem sene? gedib girerdim eve inanirsan soyuqdan olurem”. 4-cü fayla daxil olduqda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı zaman, yəni 22 fevral 2023-cü il tarixdə, saat 10:00-dək Bakı şəhəri, Əmircan qəsəbəsi, Yeni Suraxanı, T.Bayram 1/3 ünvanında olduğu görünür. 5-ci fayla daxil olduqda, Təqsirləndirilən şəxs gələn zənglərin sahiblərinin anket məlumatları görünür. (055)-389-18-03 mobil nömrəsinin Faiq Dadaşov adlı şəxsə məxsus olması müəyyən edilir. Ona görə də Bakcell MMC-dən alınmış 01 ədəd CD disk məhkəmə tərəfindən iş üzrə maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə, tarixdə saat 11:40-da şübhəli şəxs qismində tutulmuş, saat 10:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 24 fevral 2023-cü il tarixdə, saat 08:20-də Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, 24 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət və Suraxanı rayon prokuroru Rəşid Mahmudov tərəfindən verilmiş təqdimat Suraxanı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 4(010)-89/2023 saylı qərarı ilə təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 19 may 2023-cü il tarixli, 4(010)-214/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün, yəni 11 iyun 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 09 iyun 2023-cü il tarixli, 1(010)-477/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək təsdiq edilmiş, həmin məhkəmənin 04 iyul 2023-cü il tarixli, 1(010)-477/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. (iş.v. 22, 55-56, 69-70, 73-74, 77-81) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 95) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin qismən etirafedici, həmçinin şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəheroinin bir qismini özü üçün istifadə etmiş, bir qismini ibtidai istintaqda verdiyi ifadəsinə əsasən naməlum iki nəfər şəxsə satmış, qalan qismini isə üç bükümə ayırmış, qablaşdırmış, həmçinin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman üzərindən bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmçinin məhkəmə kimyəvi ekspertizasının rəyinə əsasən üç bükümdə qablaşdırılmış narkotik vasitə heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edir və elektron tərəzinin üzərində narkotik vasitələrin izləri aşkar edilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, (055)-389-18-03 mobil nömrəsinin Faiq Dadaşov tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş (055)-516-74-44 mobil nömrəsinə “xalaoğlu tapdın patı?”, “telefonu istəməzsən?, yarım “kola” biraz da “patı”-ya verərəm”; “xalaoğlu, gör nə deyirəm, vəziyyətim pisdi, telefonu istəsəydin lap 035 “kola”, biraz da “patı” olsaydı verərdim. Sən bir dənə hə-yoxunu de, bilim də, qardaşımsan, görüm nəyi”, “qaqaş istəyir, amma qiymət nədi deyim ona, sene de deyim ne qeder istəyir”, “Yaxşı qaqaş Allah işivi avand elesin, İnwallah arxeyin olabilerem sene? gedib girerdim eve inanirsan soyuqdan ölürem” kimi smslərin yazılması Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, o cümlədən narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini sübut edən hallardır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X7 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmiş, polis əməkdaşlarının ona fiziki zor tətbiq etdiklərini, bu səbəbdən bilmədən ittiham aktında qeyd edilən çəkidə olan narkotik vasitə və elektron tərəzi ilə bağlı razılaşdığını, həmçinin evinin yaxınlığından deyil, evinin içərisindən tutulduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən də aşkar şəkildə törətdiyi cinayət əməlini səmimi etiraf etməsi görünür. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zorakılıq tətbiq edilməmiş, bədəni üzərinə hər hansı xəsarət olması aşkar edilməmiş, bu hallar isə Suraxanı rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 tərəfindən 14-c-24 saylı material üzrə 26 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan aydın şəkildə görünür. Təqsirləndirilən şəxs evinin yaxınlığından deyil, evinin içərisindən tutulması məsələsində isə məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid ifadələri və toplanmış digər sübutlarla onun həqiqətən də evindən tutulması faktı hər hansı mötəbər dəlillə öz təsdiqini tapmır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq məhkəmə, istintaqında verdiyi və heç bir dəlillə əsaslandırılmadığından ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər və əsaslı sübut növü kimi qiymətləndirir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və ilk dəfə cinayət törətməsini, 44 günlük “Vətən müharibə”-si iştirakçısı olmasını, bununla bağlı medallarla təltif edilməsini, əməlindən peşmançılığını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Cəzanı yüngülləşdirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini, təqirləndirilən şəxsi və şahidləri dinləyib, ekspert rəylərini və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasının əvvəli 22 fevral 2023-cü il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,075 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, cinayətin törədilməsində istifadə etdiyi alət 01 (bir) ədəd elektron tərəzi dövlət nəfinə xüsusi müsadirə olunmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 (bir) ədəd DVD disk və telefon danışıq məlumatlarını əks etdirən Bakcell MMC-dən alınmış 01 ədəd CD iş materiallarında saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun üzərindən aşkar edilmiş 01 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə edilməli və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 fevral 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,075 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, habelə Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi alət 01 (bir) ədəd elektron tərəzi dövlət nəfinə xüsusi müsadirə olunsun. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk və 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar