Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-57/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü ildə Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Google Maps”-da satış meneceri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərar ilə həbsdə axtarışda olduğu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 11 mart 2024-cü il tarixdə axşam saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,003 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 16:30 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı rayonu, Qaraçuxur zəsəbəsi, Ə.Mehbalıyev ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-yə aparılmış və orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,003 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gürcüstan Respublikası, Bolnisi şəhərində qeydiyyatdadır və ünvan 6 ünvanında yaşayır. “Google Maps”-da satış meneceri vəzifəsində çalışır. Əvvəllər məhkum olunmuşdur. Təxminən 3-4 aydır ki, narkotik vasitə qəbul edir, hal-hazırda isə «patı» kimi tanıdığı narkotik vasitəni falqa arasında çəkmək yolu ilə qəbul edir. 18 mart 2024-cü il tarixdə saat 30 radələrində ünvan 7 ünvanının qarşısında olarkən polis geyimində olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxanı RPİ-nin 32-ci PB-nin işçiləri olduğunu bilmişdir. Onlar onu Suraxanı 32-ci PB-nə dəvət etmiş və o da etiraz etmədən onlarla birlikdə PB-nə getmişdir. Orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin PB-nin təhqiqatçısı, polis mayoru Məmməd Əliyev tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242- 247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olması bildirilərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X3 ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla 03 nəfər polis işçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da üzərində, yəni əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə olan «patı» kimi tanıdığı metamfetamini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsada başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içərisindəki maddə «patı» kimi bildiyi metamfetamindir. Həmin narkotik vasitəni 11 mart 2024-cü il tarixdə axşam saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində tanımadığı İİR vətəndaşından onlayn qaydada 10 manat ödəyərək zakladka yolu ilə əldə edib şəxsi istifadəsi üçün üzərində daşımışdır. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmış. Qablaşdırılmış zərf 196 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni istifadə etmiş, ancaq üzərində olmamışdır. Onu saat 10:00-da aparıblar. Ona Şahid1 yaxınlaşıb, Şahid2 isə PB-də görmüşdür. Onu ayaqyolundan 2 nəfər götürüb aparıb. Onun saxlanıldığı yer ilə bölmə arasında 1-1,5 km məsafə var. Onu orada 2 saat saxlamışlar, sonra video çəkiliş olmuşdur. Çəkilişdə vəkil olmalı idi. Ona qarşı zorakılıq olmayıb, ona deyilib ki, “uzatma, götür, o da götürmüşdür”. Ona yan otaqdan gələn səsi dinlətmişlər və elə olmaması üçün qəbul etməsini demişlər. O da vəziyyətin elə olmaması üçün qəbul etmişdir. İVEYS-də çəkiliş olmamış, PB-də şəxsi axtarış olmuşdur. PB-də imzaları atmış, Orada çəkilişə başlanılmış, O, Gürcüstanlıdır, tərcüməçi gözlədilər. Sonra çəkilişi dayandırmışlar. Əməliyyatçılar otağa girmiş və narkotiki göstərərək “bunu götürməlisən” demişlər. Təhqiqatçı imzalaması üçün gəlmiş, telefonu götürüb çəkmək istəyəndə əməliyyatçı tərcüməçinin gələcəyini, çəkməmələrini demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 18 mart 2024-cü il tarixdə əməliyyat məlumatı digər əməkdaşa daxil olmuş, məlumat əsasında saat 16:30da məhlənin çıxışında parkın yaxınlığında binanın yanında Təqsirləndirilən şəxsa yaxınlaşmışlar, şəxs də şübhəli cavablar verdiyi üçün onu PB-nə dəvət etmişlər. Şəxs özü könüllü üzərindəkiləri təqdim etmişdir. Şəxs üzərinə baxış təhqiqatçının otağında keçirilmiş, həmin vaxt vəkilin olub-olmadığını dəqiq bilmir, ancaq baxış zamanı o, təhqiqatçı və digər əməliyyatçı olmuşdur. Şəxs tutulan vaxt tək olmuşdur. Şəxs özü narkotik vasitəni İran vətəndaşından əldə edib, onların əməkdaşı ilə ya görüşür, ya da telefonla əlaqə saxlayırdı. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 18 mart 2024-cü il tarixdə Gürcüstan Respublikası, Bolnisi şəhərində qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması və hazırda ünvan 7 ünvanında olması və üstündə narkotik vasitə olması barədə məlumat daxil olub, dərhal həmin məlumatı PB-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə ünvan 7 ünvanının yaxınlığına getmişdir. Saat 16:30 radələrində ünvan 7 ünvanının yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla 32-ci PB-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra onlar onun üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı şəxsin -üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitədir, həmin narkotik vasitəni 11 mart 2024-cü il tarixdə axşam saatlarında tanımadığı İİR vətəndaşından onlayn qaydada 10 manat ödəməklə alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, hadisə dəqiq yadında deyil, həmin vaxt iş yerini dəyişməmiş və orada əməliyyatçı işləmişdir. Təqsirləndirilən şəxsi tanımır, hadisə vaxt tutulanda görmüş, şəxs də üzərindən şəffaf sellofanda təqdim etmişdir. Bu hadisədən çox vaxt keçmiş, saat və digər məsələlər yadında deyil. Cinayət işinin materiallarının 1-ci vərəqində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin 29-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 18 mart 2024-cü il tarixdə, saat 16:30 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin 38-ci vərəqində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 41-42-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim edərək, bükümün içərisində "patı" kimi narkotik vasitə olduğunu bildirmişdir. Bundan əlavə, həmin narkotik vasitəni 1 həftə bundan öncə zaklatka yolu ilə tanımadığı İran İslam Respublikası vətəndaşından 10 (on) manat ödəməklə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut qablaşdıralaraq 196 saylı möhürlə möhürlənmiş və MEM-ə göndərilmişdir. Cinayət işinin 48-50-ci vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1601 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 196” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,003 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə - metamfetamindir. Ekspertiza xərci 110 (yüz on) manat təşkil etmişdir. Metamfetaminin təmiz çəkisi - 1,003 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,903 qram. Cinayət işinin 57-ci vərəqində olan cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü icraata qəbul edilməsi və cinayət işi üzrə icraatın təzələnməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 66-67-ci vərəqlərində olan 20 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 81-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 20 mart 2024cü il tarixli protokoldan görünür ki, PB-nin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi bükümünün içərisində olan psixotrop maddə metamfetamindir və psixotrop maddəni 11 mart 2024-cü il tarixdə axşam saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində tanımadığı İİR vətəndaşından onlayn qaydada 10 manat ödəyərək zakladka yolu ilə əldə edib şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heçnə aşkar edilməmişdir. Cinayət işinin 82-ci vərəqində olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 20 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 84-cü vərəqində olan 20 mart 2024-cü il tarixli iltizama əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinə dair istintaq prosessini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqat, istintaq və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və ya yaşayış yerinin dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəlik götürmüşdür. Cinayət işinin materiallarının 86-cı vərəqində olan cinayət işinin icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Suraxanı rayon polis idarəsinin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru Məmməd Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq aparılması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 96-99-cı vərəqində olan 01 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün tərəfindən edilən çağırışlara məhəl qoymayaraq istintaqdan yayındığı üçün trəfindən barəsində axtarış elan edilməsi və tutulması haqqında qərar qəbul edilərək cinayət işi uzrə icraat Azərbaycan Respublikasının CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin 111-115-cı vərəqində olan 15 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs Mollayev X2 RPİ-in 32-ci PB-in əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Suraxanı RPİ-in MSY-na təhvil verilmiş və cinayət işi üzrə icraatın dayandırılmasına əsas verən səbəblər aradan qaldığı üçün iş üzrə dayandırılmış icraat təəfindən qəbul edilmiş qərarla təzələnərək ibtidai istintaqı davam etdirilmişdir. Cinayət işinin 116-cı vərəqində olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında 17 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin nəzərə alınması və onun Suraxanı RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin materiallarının 100-101-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-356/2023 saylı 12 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarının 102-110-cu vərəqlərində olan Sabunçu Rayon Məhkəməsinin 1(008)-356/2023 saylı 12 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs (Mollaev Rashad) Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs (Mollaev Rashad) Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs (Mollaev Rashad) 24 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixə, 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «04» (dörd) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddətin nəzərə alınması və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddətin təyin olunmuş cəzadan çıxılması, qəti olaraq Təqsirləndirilən şəxs (Mollaev Rashad) üzərində «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs (Mollaev Rashad) cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs (Mollaev Rashad) cəza çəkmə müddətinin başlanğıcının «05» may 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs (Mollaev Rashad) Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və s. hökm edilmişdir. Cinayət işinin 120-121-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 18 may 2024-cü il tarixli 3458 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-395/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-57/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə xx xxxxxx 1994-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında" qətimkan tədbirinin dəyişdirilərək, "həbs" qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması və s. qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli iş № 1(010)-57/2025 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, AR CM-nin 234.1 maddələri ilə təqsirləndirilən, xx.xx.1994-cü il təvəllüdlü, Gürcüstan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nın əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, təqdim edilmiş məhkəmə qərarında göstərilən ********* və ********* mobil telefon nömrələrinin xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024- xx.xx.2024-cü il müddətində mövcud olan zənglər və SMS siyahısına (İMEİ kod zənglər siyahısında öz əksini tapmışdır), internet istifadəsinə, nömrələr adına rəsmiləşdirilmiş şəxslərə, əhatə dairəsinə dair məlumat təqdim edilir. ********* mobil telefon nömrəsinin xx.xx.2024-cü il müddətində istifadəsi aşkar edilməmişdir. ********* və ********* mobil telefon nömrələrində xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il müddətində SMS mətni aşkar edilməmişdir. Eyni zamanda diqqətə çatdırılmışdır ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-yə xx.xx.2025-ci ildə daxil olmuş 1(010)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğu ilə əlaqədar əldə olunmuş mümkün məlumatlar məktuba əlavə edilmiş qoşma şəklində təqdim edilir. Əlavə olaraq nəzərə çatdırılmışdır ki, izahlı qaimədə əlaqə saxlanılmış digər nömrələrin əhatə dairəsinə dair məlumatların təqdim edilməsi texniki cəhətdən mümkün deyil. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində daxil olmuş 1(010)- 57/2025 saylı, xx.xx.2025-ci il tarixli məktuba cavab olaraq, məlumat məktuba əlavə edilmiş CD şəklində təqdim edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-yə xx.xx.2025-ci ildə daxil olmuş 1(010)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğu ilə əlaqədar əldə olunmuş mümkün məlumatlar məktuba əlavə edilmiş qoşma şəklində təqdim edilir. Cinayət işinin materiallarında olan AR DİN Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-nə hansı tarixdə və saatda daxil olması, tibbi müayinədən keçməsi, hansı tarixədək orada saxlanılması, eyni zamanda MSY-də qaldığı müddət ərzində kimlərlə və hansı saatlarda görüşməsinə dair "MSY-də saxlanılan, tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının Qeydiyyat Kitabı", eləcə də "Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi bağlı Qeydiyyat Kitabı" məhv edildiyindən qeyd edilən məlumatların təqdim edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Yasamal Rayon Məhkəməsinin 1(004)-342/2025 saylı 12 sentyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 07 fevral 2025ci il tarixdən 08 fevral 2025-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin hökm elan olunduğu vaxtdan, yəni 12 sentyabr 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(010)-57/2025 saylı qərarı ilə "həbs" növündə qətimkan tədbiri seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi və s. hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 118-cü bəndinə əsasən narkotik vasitəsi olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəsi olan metamfetaminin təmiz çəkisi 1,003 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-342/2025 saylı 12 sentyabr 2025-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 1 il 06 ay müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-356/2023 saylı 12 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Qeyd olunmalıdır ki, onun cəzasının sonu xx.xx.2023-cü ildən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 1(004)-342/2025 saylı 12 sentyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 07 fevral 2025-ci il tarixdən 08 fevral 2025-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin hökm elan olunduğu vaxtdan, yəni 12 sentyabr 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(010)-57/2025 saylı qərarı ilə "həbs" növündə qətimkan tədbiri seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-342/2025 saylı 12 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyən edilməmişdir) və ağırlaşdıran hallar (residiv), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-342/2025 saylı 12 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdən 20 mart 2025-ci il tarixədək tutulduğu 02 gün müddət və 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək tutulduğu 02 gün müddət, ümumilikdə 04 gün təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 07 fevral 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində əvvəlki hökm üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi, 50 (əlli) iş saatına görə 550 (beş yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-342/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixədək tutulduğu 02 gün müddət və 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək tutulduğu 02 gün müddət, ümumilikdə 04 gün təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində əvvəlki hökm üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,903 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 550 (beş yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-57/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-57/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver