Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-570/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X4, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli və himayəsində 1-i azyaşlı olmaqlı, 2 uşağı olan, məhkum olunmamış, “Azəristilik QSC”-də çilingər vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağlarında fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı 01 noyabr 2024cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs, 16 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağlarında olan fərdi yaşayış evində birlikdə yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs onun evə sərxoş vəziyyətdə gəldiyini görüb irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı qəsdən sonuncunun saçından tutub yolmuş, sol qolunu əli ilə tutub sıxaraq və yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol bazunun hematoması ilə müşayiət olunan, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir». Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəsmi həyat yoldaşıdır. Onlar 2007-ci ildə rəsmi qaydada ailə həyatı qurmuş, evliliklərindən 2009-cu il tarixdə oğlu Elmir, 2011-ci ildə isə digər oğlu Elmar dünyaya gəlmişdir. Birlikdə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağlarında olan fərdi yaşayış evində yaşayırlar. 16 oktyabr 2024-cü il tarixdə, iş yoldaşları ilə spirtli içki qəbul edərək təxminən saat 20 radələrində evə sərxoş vəziyyətdə gələn zaman həyat yoldaşı Svetlana ona evə belə vəziyyətdə gəlməsini irad bildirdiyi üçün əsəbləşərək həyat yoldaşı Zərərçəkmiş şəxs sol qolundan tutub sıxmış, sonra həmin yerə bir dəfə yumruq vuraraq onu itəliyib yerə yıxmış və ona sol qolundan xəsarət yetirmiş, sonra isə evdən çıxıb getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı evdə özü, həyat yoldaşı və uşaqları olmuşdur. Səs eşidib evə gələn qonşular olmamışdır. Əvvəllər zərərçəkmiş şəxsə xəsarət yetirməsi halı olmamışdır. Həyat yoldaşı ilə əvvəllər münasibəti yaxşı olub. İlk dəfə idi ki, belə bir hal baş vermişdir. Sonda isə əvvəllər məhkum olunmadığını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, ailə kimi yaşamağa davam etdiklərini, hazırda aralarında heç bir narazılığın olmadığını nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə, məhkəməyə ərizə ilə müraciət edərək həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışdığını, buna görə də barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yei və vaxtı barədə Zərərçəkmiş şəxs məlumat verilsə də o, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs 07 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş və 04 dekabr 2024-cü il tarixli yazılı qaydada məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş yükü ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs onun rəsmi həyat yoldaşıdır. Onlar 2007-ci ildə rəsmi qaydada nikaha daxil olmuşlar və evliliklərindən 2009-cu il tarixdə oğlu Elmir, 2011-ci ildə isə digər oğlu Elmar dünyaya gəlmişdir. Birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağlarında olan fərdi yaşayış evində yaşayırlar. 16 oktyabr 2024-cü il tarixdə, saat təxminən 20 radələrində əri Məhəddin evə sərxoş vəziyyətdə gəldiyi üçün ona irad bildirmiş və əri onun bu iradından əsəbləşdiyinə görə, onlar arasında mübahisə baş vermiş və Məhəddin əsəbləşərək əlləri ilə onun sol qolundan tutub sıxmış, sonra isə həmin yerə bir dəfə yumruq vuraraq onu itəliyib yerə yıxaraq sol qolundan xəsarət yetirmiş, daha sonra isə evdən getmiş və geri qayıtmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Zərərçəkmiş şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanladığı 20 oktyabr 2024-cü il tarixli ərizədə 16 oktyabr 2024-cü il tarixdə, təxminən saat 20 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən evində olduğu zaman əri Təqsirləndirilən şəxs evə sərxoş gəlməsi ilə bağlı ona irad bildirdiyinə görə, aralarında mübahisə yaranmasını, baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs onun sol qolundan sıxaraq fiziki ağrı yetirməsini və həmin nahiyədən yumruqla vuraraq ona xəsarət yetirməsini bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v.1) İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 03 aprel 2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. (iş.v.3-4) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 21 oktyabr 2024-cü il tarixli, 870 nömrəli canlı şəxsin ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: sol bazunun hematoması. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən 16 oktyabr 2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən vurulma nəticəsində alınması inkar olunmur. Lakin xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də yıxılma nəticəsində alınması inandırıcı deyildir. (iş.v.11-12) Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixli ərizələri ilə toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. (iş.v.13-14) 21 oktyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhman İsmayılov tərəfindən Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. (iş.v.17) 21 oktyabr 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v.18-19) “Doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2009-cu il təvəlüdlü Elmir Qurbanov və xx.xx.2011-ci il təvəllüdlü Elmar Qurbanov olmaqla, himayələrində iki övladları vardır. (iş.v.50-51) Həmkarlar İttifaqı Komitəsinin sədri E.Rəsulov və KS və HMŞ-nin rəisi R.Nəsirov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin N13-12/3-1-1898 saylı, 15 noyabr 2023-cü il tarixli əmri ilə İEM x İSİS, İİ sahə, 343 saylı qazanxanaya əmək müqaviləsinə əsasən 3-cü dərəcəli mövsümi əməliyyatçı peşəsinə qəbul edilmişdir. Cəmiyyətin 23 noyabr 2023-cü il tarixli, N13-12/3-1- 1965 saylı əmri ilə İEM x İSİS, servis xidmətinə əmək müqaviləsinə əsasən müddətli olaraq 6-cı dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. Cəmiyyətin 01 mart 2024-cü il tarixli, N13-12/3-1-382/2024 saylı əmri ilə əmək müqaviləsi 1 (bir) il müddətə uzadılmışdır. Təqsirləndirilən şəxs rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmiş, işində nizam-intizamlı işçi olmuş, kollektiv arasında hörmətli yoldaşdır. Öz işi ilə yanaşı kollektivdə digər iş yoldaşlarının da qayğısına qalmış, qazanxana və istilik sistemlərinin bütün texnoloji idarəetmə sahələri üzrə qazandığı bilik və təcrübə bacarığını nümayiş etdirmiş, işinə və verilən tapşırıqların operativ və yüksək səviyyədə həli olunması üçün çox məsuliyyətli işçidir. (iş.v.52) Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 oktyabr 2024-cü il tarixli, 1355 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs, həqiqətən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış massivində fərdi evdə qeydiyyatsız yaşayır. Ailə tərkibi həyat yoldaşı Təqsirləndirilən şəxs, övladları X5 və X2 ibarətdir. (iş.v.53) Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs, qəsəbədə yaşadığı müddətdə ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır. (iş.v.54) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Arayışda Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad olunması halı olmamışdır. (iş.v.49) “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli Qərarının 3.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan aşağıdakı hallar yüngül xəsarətlərə aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, məhkəmə tibbi ekspertizasının rəyini və məhkəməyədək sadələşdirilmiş icraat materialını tədqiq edərək məhkəmə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini də sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. CPM-nin 214.4-cü maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-131, 174, 175, 177.1, 185.1, 186.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 256.2, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Zərərçəkmiş şəxs 07 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş və 04 dekabr 2024-cü il tarixli yazılı qaydada məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə, məhkəməyə ərizə ilə müraciət edərək həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışdığını, buna görə də barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 321.2-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan qərarlar sırasında həmçinin CPM-nin 321.2.1-ci maddəsində göstərilmiş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar qeyd olunmuşdur. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Qeyd olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə heç bir qətimkan tədbiri seçilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və mülki iddia yoxdur. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığından Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CPM-nin 43.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməlidir. CPM-nin 41.1-1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-570/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-570/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver