Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-573/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1991-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, 24 may 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq hissələri üzərində sonradan kustar üsulla təyinatı dəyişdirilmiş odlu yivsiz silah hesab edilən Türkiyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş, 9x18 kalibrli “Makarov” modelli tapançalar üçün nəzərdə tutulmuş patronlarla atəş açmaq üçün yararlı, texniki cəhətdən saz vəziyyətdə 01 ədəd “Retay-F29” modelli tapançanı, həmin tapançanın komplekt hissəsi olan 9 mm kalibrli siqnal patronlarının saxlanılması üçün nəzərdə tutulmuş darağı, habelə döyüş sursatı olan, təyinatı üzrə istifadə üçün yararlı 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 05 ədəd patronu qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıyaraq gəzdirmiş və Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış təbdirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MSİ OİL” YDM-nin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın kəmərinin arxa hissəsinə bərkidilmiş üzərində sonradan kustar üsulla təyinatı dəyişdirilmiş odlu yivsiz silah hesab edilən Türkiyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş, 9x18 kalibrli “Makarov” modelli tapançalar üçün nəzərdə tutulmuş patronlarla atəş açmaq üçün yararlı, texniki cəhətdən saz vəziyyətdə 01 ədəd “Retay-F29” modelli tapança, həmin tapançanın komplekt hissəsi olan 9 mm kalibrli siqnal patronlarının saxlanılması üçün nəzərdə tutulmuş daraq, habelə döyüş sursatı olan, təyinatı üzrə istifadə üçün yararlı 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 05 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, göstərmişdir ki, onun üzərində heç bir silah olmamışdır. O, silahı 30-cu Polis Şöbəsində görmüşdür. Onu yaşadığı ünvanın qapısından tutaraq şübhəli şəxs kimi 30-cu Polis Şöbəsinə aparıblar. O, həmin silahı çöldə-bayırda görməmişdir. O adətən, Bakı şəhərində yaşayır, onun Bakı şəhərində evi vardır. Şirvan şəhərində işi olmayanda Bakı şəhərində olan evinə gəlir. Tutulan gündən 5-6 saat əvvəl Şirvan şəhərində narkotik vasitəsi istifadə edərək, Bakı şəhərinə gəlmişdir. Həmin narkotik vasitəsini Şirvan şəhərində əldə etmişdir. Tutulduğu zaman narkotik vasitələrinin təsiri altında olmuşdur. Analiz edilərək, qanında da narkotik çıxmışdır. Onu 30-cu Polis Bölməsinə 2 nəfər gətirmişdir. Polis Bölməsində ona çoxsaylı təyziqlər, söyüşlər və hədə-qorxu edilərək onu ya narkotik vasitəsini, ya da silahı boynuna alması məcbur edilmişdir. Məhkəməyədək icraat zamanı əvvəllər məhkum olunduğuna görə şikayət etməmişdir. Belə ki, onun şikayətinə heç kimin qulaq asmayacağına görə şikayət etməmiş və həbs qətimkan tədbiri seçilərkən məhkəmədə əməlini etiraf etmişdir. O, silahı ona görə boynuma götürmüşdür ki, əgər narkotiki boynuna götürsə, istifadə yox satışla sənədləşdirərlər. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır və Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 may 2023-cü il tarixdə 30-cu PŞ-nə xx xxxxxx 1991-ci ildə Əli- Bayramlı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edərək üzərində saxlayaraq daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin məlumatda Təqsirləndirilən şəxs əlamətləri və onun gündüz saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massisində yaşadığı evin yaxınlığında olacağı əks olunmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də raportla Suraxanı RPİnin 30-cu PŞ- nin rəhbərliyinə məruzə edilmiş və 22 may 2023-cü il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar Suraxanı RPİ-nin 30-cu PŞ- nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnikleytenantı Murad Hümbətov tərəfindən təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə ondan və Suraxanı RPİnin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan həmin şəxsin şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 22 may 2023-cü il tarixdə saat 15:00 radələrində qrup üzvləri ilə birlikdə ünvan 6 ünvanın yaxınlığında olan zaman bir nəfər kişi cinsindən olan və əlamətlərinin əməliyyat məlumatında göstərilən şəxsin, yəni Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb həmin şəxsə yaxınlaşıb Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs özünü təqdim etdikdən sonra onun xx xxxxxx 1991-ci ildə Əli-Bayramlı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edilməsində və daşınmasında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra ona onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ getməli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində oldu silah olduğunu bildirmiş və Təqsirləndirilən şəxs avtomobillə ünvan 7 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirib bu barədə raportla məruzə edilmişdir. Salxanılan şəxs Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması təhqiqatçı Şahin Mikayılova həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 30-cu PŞ-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar və protokol təhqiqatçı tərəfindən tərtib edildikdən sonra CPM ilə nəzərdə tutulumuş hüquq və vəzifələri Təqsirləndirilən şəxs elan edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra iştirakçılara, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə əvvəlcə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçisinin şəxsi axtarışda iştirak etməsindən imtina etmiş və bu barədə Təqsirləndirilən şəxs tərəfindən ərizə təqdim edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan rəngli şalvarnın sağ yan cibində iki ədəd mobil telefon, şalvarının arxa hissəsində olan şalvarının kəmərinə bərkidilmiş 01 ədəd silahı çıxarıb təqdim etmişdir. Silahın darağının üzərində 5 ədəd patron olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silahı patronları ilə birlikdə 3 ay bundan əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində dəniz kənarındakı qamışlıqdan tapıb. 01 ədəd silah, daraq və 05 ədəd patron, iki ədəd mobil telefon təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1la eyni məzmunlu iafadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin 20-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 22 may 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə, saat 15:00-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 89-91-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 22 may 2023-cü il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan 22 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, 22 may 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 01 ədəd №-si silinmiş silah Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibirli “Retay-F29” modelli səs-siqnal tapançası, “Retay F-29” modelli tapançanın komplekt hissəsi olan 9 mm kalibrli siqnal patronlarının saxlanılması üçün nəzərdə tutulmuş daraq və 9x18 mm kalibrli 05 ədəd patron, o cümlədən “Redmi 6” markalı və “Realfone” markalı mobil telefon aparatları aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, həmçinin “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatım əks etdirən videogörüntülər “DVD” diskə köçürlüməklə “DVD” disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 74-78-ci vərəqində olan 24 may 2023-cü il tarixli baxış aparılması haqqında protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “DVD” diskə aparılan baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd №-si silinmiş silah Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibirli “Retay-F29” modelli səs-siqnal tapançasının, “Retay F-29” modelli tapançanın komplekt hissəsi olan 9 mm kalibrli siqnal patronlarının saxlanılması üçün nəzərdə tutulmuş darağın və 9x18 mm kalibrli 05 ədəd patronun aşkar edilərək götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin 42-48-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 23/388R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibirli “Retay-F29” modelli səssiqnal tapançasıdır və odlu silah hesab edilmir. Lakin həmin tapançanın hissələri üzərində sonradan təyinatı dəyişdirilərək yuxarıda göstərilən kustar üsulla dəyişiklik edilmişdir. Halhazırda 9x18 mm kalibirli Makarov tapançalar üçün nəzərdə tutulmuş patronlarla atəş üçün yararlıdır, texniki cəhətdən sazdır və odlu yivsiz silahdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur. “Retay F-29” modelli tapançanın komplekt hissəsi olan 9 mm kalibrli siqnal patronlarının saxlanılması üçün nəzərdə tutulmuş darağıdır, texniki cəhətdən sazdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov “(PM), Steçkin (APS) konstrukisyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Ekspertimental atəşlər zamanı əldə olunmuş gilizlər DİN-nin KTİ-də yerləşən “güllə- giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisəli tədqiqatı aparılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Təqdim edilmiş 05 ədəd 9x18 mm kalibirli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin 95-97-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə təqsirlini bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 01 il şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2009-cu ildə cəzasını tam çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 22 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd №-si silinmiş silah Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibirli “Retay-F29” modelli səs-siqnal tapançası, “Retay F-29” modelli tapançanın komplekt hissəsi olan 9 mm kalibrli siqnal patronlarının saxlanılması üçün nəzərdə tutulmuş daraq və 9x18 mm kalibrli 05 ədəd patron cinayət işi üzrə maddi sübut kimi tanınmış və 9 mm kalibirli “Retay-F29” modelli səs-siqnal tapançası, "Retay F-29” modelli tapançanın komplekt hissəsi olan 9 mm kalibrli siqnal patronlarının saxlanılması üçün nəzərdə tutulmuş daraq və ekspertiza tədiqatından sonra qalıq qalmış 02 ədəd 9x18 mm kalibrli patron dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 22 may 2023cü il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd №-si silinmiş silah Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibirli “Retay-F29” modelli səs-siqnal tapançası, “Retay F-29” modelli tapançanın komplekt hissəsi olan 9 mm kalibrli siqnal patronlarının saxlanılması üçün nəzərdə tutulmuş daraq və 9x18 mm kalibrli 05 ədəd patron cinayət işi üzrə maddi sübut kimi tanınmış və 9 mm kalibirli “Retay-F29” modelli səs-siqnal tapançası, "Retay F-29” modelli tapançanın komplekt hissəsi olan 9 mm kalibrli siqnal patronlarının saxlanılması üçün nəzərdə tutulmuş daraq və ekspertiza tədiqatından sonra qalıq qalmış 02 ədəd 9x18 mm kalibrli patron dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-573/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-573/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver