Məhkəmə qərarları › İş №1(010)-576/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-576/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-576/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işləməyən, 2-ci qrup əlil, Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, ev 59 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bitiki mənşəli kütlə tərkibində narkotk maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 6,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotk maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixana alaraq əldə edib, üzərində saxlamaqla daşımış və xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:14-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 38-ci Qaraçuxur küçəsində saxlanılaraq üzərinə videoçəkilişlə yoxlama aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bağlamada təmiz çəkisi 6,40 qram olan bitiki mənşəli kütlə tərkibində narkotk maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Məmmədov X2 Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 may 2025-ci il tarixində saat 02:14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 38-ci Qaraçuxur küçəsində piyada hərəkət edən zaman ona polis əməkdaşları yaxınlaşaraq vəsiqələrini təqdim etmişdilər. Polis əməkdaşları ondan üzərində qanunsuz hər hansı bir əşyanın olubolmadığını soruşmuşdular. O da tanımadığı şəxsdən əldə etdiyi, üzərində - ev şəraitində hazırlanmış cins şalvarın sağ yan cibində saxladığı narkotik vasitə - qurudulmuş marixuananı könüllü şəkildə təqdim etmişdir.Təqdim etdiyi narkotik vasitə onun iştirakı ilə zərfəyə qoyularaq ölçülmüş, o və digər iştirakçılar zərfin üzərində imza atmışdılar. Daha sonra onu Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmış, bu barədə protokol tərtib etmiş və protokolu da imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etmiş olduğu əməldən səmimi peşmandır, özü 2-ci qrup əlildir, ailəlidir və himayəsində azyaşlı övladı vardır. Sonda o, qeyd etdiyi xüsusatların nəzərə alınmasını və məhkəmədən onun barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən müəyyən edilmişdir ki, xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmişdir. Məlumatın yoxlanılması və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məqsədilə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin rəhbərliyinə raportla müraciət olunmuş, mən və əməliyyat müvəkkili polis əməkdaşı Şahid1, həmçinin bölmənin kiçik əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə, saat 02:14 radələrində o, və bölmənin digər əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinən, xüsusi əlamətləri və zahiri görünüşü Təqsirləndirilən şəxs təsvirinə uyğun gələn şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 38-ci Qaraçuxur küçəsində yerləşən yeni tikilinin yaxınlığında saxlanılmış və orada ona videoyazı aparılmaqla üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Həmçinin, üzərində hər hansı bir qanunsuz əşya varsa, onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan ev şəraitində tikilmiş cins şalvarın sağ yan cibindən 1 ədəd büküm çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisindəki maddə narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin narkotik vasitəni 16 may 2025-ci il tarixində Qaraçuxur qəsəbəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Daha sonra narkotik vasitəyə bənzər kütlə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Üzərinə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya sübut aşkar edilməmişdir. Bundan sonra Məmmədov X3 RPİ-nin 32-ci Polis Bölməsinə dəvət olunmuş və orada təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə - marixuananı yerdən tapıb əldə etdiyini müəyyənləşdirmək istiqamətində tərəfimizdən əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. Cinayət işinin başlanmasına əsəs və səbəb xx.xx.2025-ci il tarixdə Suraxanı RPİnin 32- ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:14-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 38-ci Qaraçuxur küçəsində saxlanılaraq üzərinə videoçəkilişlə yoxlama aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bağlamada təmiz çəkisi 6,40 qram olan bitiki mənşəli kütlə tərkibində narkotk maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixana aşkar edilərək götürülməsi və həmin faktla bağlı toplanmış materiallar olmuşdur. Cinayət işinin 24-cü vərəqində olan “şübhəli şəxsin tutulması” haqqında 17 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 may 2025-ci il tarixdə saat 02:14 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarının 51-52-ci vərəqlərində olan 18 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 71-72-ci vərəqlərində olan 18 may 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Habil Hüseynovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİnin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 73-74-cü vərəqlərində olan 18 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 9 və 87-ci vərəqlərində olan 17 may 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, həmin diskdə bir ədəd fayl vardır, laylda olan videogörüntü xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayb narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün üzərinə baxış keçirilməsini bildirmələri, üzərində qanunla qadağan olunmuş əşya və sənədlərin olub-olmadığını soruşmaları, oludu təqdirdə könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindan 01 ədəd bağlamanı çıxararaq polis əməkdaşlarına təqdim etməsi və həmin bükümün içərisində narkotik vasitə marixuana olduğun bildirməsi müəyyən olunur. Bundan sonra polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxılır, büküm bağlanır və 01 ədəd zərfə qoyularaq qablaşdırılır. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindan aşkar olunmuş narkotik vasitə marixuananı xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerdən tapdığını bildirmişdir. Cinayət işinin materiallarının 86-cı vərəqində olan 19 may 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs saxlanılarkən təqdim etdiyi və qablaşdırılmış 01 ədəd zərf açıldıqda içərisndən 01 ədəd bağlama vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuananı yerdə tapdığını bildirmişdir . Cinayət işinin 38-41-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 may 2025-ci il tarixli 3-16-16/2- 7/731/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 6,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 101-102-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2025-ci il tarixli 4210 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müainə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məxburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilakik qeydiyata alınması məsləhət görülür. Cinayət işinin 100-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Məhkəməyə təqdim edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən X5 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş AZ-İV№ 447067 seriyalı 01 may 2020-ci il taixli, 437 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 21 aprel 2020-ci il tarixində Qubada anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X6 qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş e-Sosial-dan çıxarışa əsasən Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən müddətsiz olaraq xx.xx.2025-ci il tarixindən ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 azyaşlı uşağı olduğundan və ikinci dərəcəli əlil olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1 və 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 02 (iki) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1 və 1.16-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 6,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 02 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar