Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-578/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1960-cı ildə, Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 07 oktyabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı 10- SF-330 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ilə «Aura» şadlıq sarayı tərəfdən üzü «Tatlı un» məmulatları şirniyat evi istiqamətində hərəkətdə olarkən «Bazar Store» marketin yaxınlığında ehtiyatsızlıqdan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci həssəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsininin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməmiş və hərəkəti istiqamətində yolu sağdan sola keçmək istəyən piyadaçı Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ona hematoraksla (döş boşluğuna qanın yığılması) müşayiət olunan ağ ciyərin kontuziyası (əzilməsi), sağ körpücük sümüyünün, solda İ-İİ-İİİ-İV-V-Vİ qabırğaların, sağda İ-İİ-İİİ-İV-V- Vİ-Vİİ qabırğaların, D7 (yeddinci döş) fəqərəsinin xətti sınığı, hər iki bazu oynağı başını əhatə edən yumşaq toxumanın hematoması ilə müşayiət olunan bazu sümüklərinin qapalı sınığı, sağ gözyuvası ətrafı nahiyənin hematoması və sağ orbita inferior (göz yuvasının aşağı damı) divarının minimal yerdəyişmiş sınığı, sağda maksilyar sinus (əng cibi) ön divarının xətti sınığı ilə müşayiət olunan sağ yanağın yumşaq toxumasının hematoması, başın skalp şəkilli əzilmiş- cırılmış yarası, alının, burunun sıyrıqları, sağ əlin arxa səthinin, sol baldırın və sol aşıq-baldır oynağının bayır səthinin qançırları ilə muşaiyət olunan xəsarətlər yetirmiş və Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən xx.xx.2024-cü il tarixdə xəstəxanada ölmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o gümüşü rəngli Hyundai Sonata markalı **-SF-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixdə təxminən 21:45 radələrində Qaraçuxur qəsəbəsində, Əmircan tərəfindən Tosoil yanacaq doldurma məntəqəsi istiqamətində zığ yolunda hərəkətdə olduğu zaman yolun kənar hissəsindən bir nəfər kişi yolun hərəkət hissəsinə qəfil çıxmış və ani olaraq həmin şəxsi idarə etdiyi avto maşınla vurmuş və 3 metr irəllədikdən sonra saxlayaraq yardım göstərmək istəmişdir. Vurduğu zaman isə həmin şəxsin əlində olan şüşədən olan pivə bankası avtomaşının ön şüşəsinə sağ yan hissəsinə dəyərək yararsız hala salmışdır. Sonda, ilk dəfə cinayət əməlinin törədilməsini və əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, onlara dəymiş maddi ziyanın ödənilməsini, onların ona qarşı heç bir şikayət, tələbi və iddialarının olmadığını nəzərə alınmaqla, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, və zərərçəkmiş şəxsin hüquqi varisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X2 ifadəsində göstərmişdir ki, latın qrafikalı azərbaycan əlifbası ilə sərbəst yazıb-oxumağı bacarır, ona görə də, ifadəsinin mütəxəssisin iştirakı olmadan latın qrafikalı azərbaycan əlifbası ilə kompüter vasitəsilə yazılmasına etirazı yoxdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, O, ailə üzləri ilə birlikdə yaşayır. 03 iyul 2024-cü il tarixdə Suraxanı-Zığ yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs onun oğludur. Oğlu Zərərçəkmiş şəxs ilə öz ailəsi ilə yaşayır, gəlinin dediklərinə görə oğlu xəstəliyi ilə əlaqədar evdə spirtli içki içmiş və axşam saatlarında çölə çıxmışdır. Təxminən saat xx.xx.2024-cü il tarixdə təxminən 12 radələrində onlara məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında oğlunu avtonəqliyyat vuraraq xəsarət yetirib və o, xəsarət alaraq Sabunçu 3 saylı ŞKX-na aparmışdır. Dərhal o qohumlarına da xəbər verib həmin xəstəxanaya getmişdir. Orada məlum olmuşdur ki, oğlu aldığı xəsarətlərdən artıq əməliyyat olunub, komadadır və reanimasiya şöbəsinə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə oğlu dünyasını dəyişmişdir Məhkəmə-tibb ekspertizası müayinəsində sonra meyiti qəbul edib həmin gün gün Saatlı rayonunda, Mirbəşir Qasımlı qəbristanlığında dəfn etmişlər. Hadisənin hansı səbəbdən baş verməsini bilmir, görməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiq olunmuş ərizəsində, baş vermiş yol nəqliyyat hadisəsi zamanı oğlu Zərərçəkmiş şəxs dünyasını dəyişməsi ilə bağlı ona dəymiş ziyan ödənildiyindən, eləcə də hadisənin qəsdən törədilmədiyini nəzərə alaraq təqsirkar şəxs hesab edilən Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı hər hansı bir tələbi, şikayəti yoxdur və bununla bağlı ona qarşı hər hansı bir iddia qaldırmaq niyyətində olmadığını bildirdi. Cinayət işinin 5-10-cu vərəqələrində olan iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 iyul 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Suraxanı-Zığ istiqamətində baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 02, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün eni isə 5.6 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan Hyundai Sonata markalı 10- SF-330 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ilə «Aura» şadlıq sarayı tərəfdən üzü «Tatlı un» məmulatları şirniyat evi istiqamətində hərəkətdə olarkən «Bazar Store» marketin yaxınlığında ehtiyatsızlıqdan xəsarətlər yetirmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan 04 iyul 2023-cü il tarixli, 2/63056 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinin 53-58-ci vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş məhkəmətibbi ekspertiza və patoloji anatomiya birliyi Publik hüquqi şəxsin verdiyi 80 saylı 15 avqust 2024-cü il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş-beyinin əzilməsi. Sol qamış sümüyünün proksimal ucunun qapalı sınığı. Başın təpə nahiyəsinin sol yan səthinin, sol bazu və sol saidin əzilmiş-cırılmış yaraları. Başın alın nahiyəsinin sol yan səthinin sıyrıqları, sol diz oynağı nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlər həyati olub mərhumun xəstəxanaya daxil olmasından (xx.xx.2024-cü il, saat 22.50) az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə qərarda göstərilən yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beyinin əzilməsi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2024-cü il tarixdə saat 16.45-də baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir, məhkəmə-kimya şöbəsinə şöbəsinə təhqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop və güclü təsiredici maddələrin təyinatını aparmaq mümkün olmamışdır. Cinayət işinin 61-64-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2167 saylı 14 avqust 2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan Hyundai Sonata markalı avtomobili Qaraçuxur qəsəbəsi istiqamətinə doğru 50-60 km/saat sürət ilə idarə edərkən hərəkət hissəsində dayanmış piyadanı avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Göstərilən vəziyyətdə “Hyundai Sonata” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sürücüsü «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar. Mövcud vəziyyətdə sürücü Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolda dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli və lazım gəldikdə həmin piyadaya çatmadan avtomobili dayandırmalı idi. Lakin, istintaq tərəfindən göstərildiyi kimi, sürücü Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən hərəkət hissəsində dayanmış piyadanı vurması onu izah edir ki, mövcud vəziyyətdə hadisə sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz İdarəetmə hərəkətləri ilə əlaqədar baş vermişdir. Ona görə də göstərilən vəziyyətdə “Hyundai Sonata” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 7 avqust 2024-cü il tarixdə əlavə məlumat Mərkəzə daxil olmuşdur. Əlavə məlumat göstərilmişidir ki, hadisəni əks etdirən video görüntüdən belə məlum olur ki, “Hyundai Sonata” markalı avtomobil hərəkətdə olan zaman yolun hərəkət hissəsində dayanmış piyadanı vurmuşdur. Cinayət işinin 1-ci cildinin 69-71-ci vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 05 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 75-76-cı vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməs qərara alınmışdır. Cinayət işinin materiallarının 92-93-cü vərəqində olan 07 oktyabr 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 30-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiq olunmuş ərizəsində, baş vermiş yol nəqliyyat hadisəsi zamanı oğlu Zərərçəkmiş şəxs dünyasını dəyişməsi ilə bağlı ona dəymiş ziyan ödənildiyindən, eləcə də hadisənin qəsdən törədilmədiyini nəzərə alaraq təqsirkar şəxs hesab edilən Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı hər hansı bir tələbi, şikayəti yoxdur və bununla bağlı ona qarşı hər hansı bir iddia qaldırmaq niyyətində olmadığını bildirdi. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğu olmayan şəxs olduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin və iddialarının olmadığının və bu barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edilməsini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Novruz oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-578/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-578/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver