Məhkəmə qərarları › İş №1(010)-58/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-58/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-58/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-cı ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lerik rayonu, Siyov ərazisinin Akuşapeştə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 215 nömrəli evin həyətyanı sahəsində qayınatası Zərərçəkmiş şəxs məişət tullantılarını həyətdən çıxarıb atmamasına iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində sonuncunu itələyərək daş hasara vurmuş, əlindəki belin sapı ilə qəsdən Zərərçəkmiş şəxs başından və bədən nahiyəsindən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən evdə faktik ailə münasibətlərində olduğu X1 və onun əvvəlki ailə münasibətindən olan uşağı Nicat Ömərli ilə birlikdə yaşayır. Həmin ev Aidə Abdullayevaya məxsusdur. Qayınatası Zərərçəkmiş şəxs və qayınanası Şahid da eyni həyətdə, özlərinə məxsus olan başqa bir evdə yaşayırlar. xx xxxxxx 2020-ci ildə saat 16 radələrində yaşadığı evin yanına qayınatası Elxan tərəfindən atılmış məişət tullantılarını təmizləmək istəmiş, bu zaman Zərərçəkmiş şəxs gələrək mübahisə etməyə başlamışdır. Qeyd edir ki, müvafiq məişət tullantılarını bellə təmizləyirdi. Mübahisə vaxtı Elxan ona yaxınlaşaraq beli əlindən almaq istəmiş, o, isə buraxmamışdır. Beləliklə, bir-biri ilə əlbəyaxa olmuşlar. Səslərinə qayınanası Çəmən və arvadı Aidə gələrək onları ayırmış, həmçinin Çəmən beli onun əlindən alıb kənara atmışdır. Bundan sonra qayınatası Elxan cibindən taxta saplı mətbəx bıçağını çıxararaq onun üzərinə gəlmiş, sol bilək nahiyəsinə həmin bıçaqla xəsarət yetirmişdir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında yuxarıda göstərilən məzmunlu ifadə verdiyinə baxmayaraq, axırıncı məhkəmə iclasında özünü təqsirli bilmiş, zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu izahat verərək ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 2 ünvanında arvadı Şahid ilə birlikdə yaşayır. X3 eyni ünvandakı digər tikilidə birinci nikahdan olan uşağı və Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Qızı və Qismətlə ilk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan aralarında narazılıqlar yaranmışdır. O cümlədən Qismətlə bir neçə dəfə mübahisəsi olub, lakin aralarında davadalaş baş verməyib. xx xxxxxx 2020-ci ildə saat 16 radələrində yaşadığı evdə oturduğu vaxt həyətdən səs gəldiyini eşitmiş, çölə çıxıb görmüşdür ki, Qismətin evinin yan tərəfinə əvvəllər yığdığı və özünə aid olan məişət tullantılarını onun yaşadığı evə tərəf atır. Bunu görüb Qismətə demişdir ki, tullantıları arabaya yığıb küçədəki zibilxanaya atsın. Bu zəmində aralarında mübahisə yaranmış və Qismət onu təhqir etməyə başlamışdır. Sonra Qismət ona tərəf gələrək itiləyib daş hasara çırpmış, daha sonra isə əlindəki belin sapı ilə onun başından və bədən nahiyəsindən vurmuşdur. Bu zaman Çəmən və Aidə evdən çölə çıxaraq onları ayırmış, həmçinin Çəmən Qismətin əlindən beli alıb kənara tullamışdır. Sonra Qismət onun polisə şikayət edəcəyini görüb, şərləyəcəyi ilə hədələmiş, həmçinin evə daxil olub mətbəx bıçağı götürərək bilək nahiyəsinə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs göstərilənlərlə yanaşı bildirir ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X1 təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı sonrakı məhkəmə iclasında verdiyi izahatla, zərərçəkmiş şəxsin və Şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixli 687 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs «aşkar edilmiş xəsarətlər – ənsə nahiyəsinin hematoması, sağ dirsəyin şişkinli sıyrıqları, sağ bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri müayinədən 2 – 3 gün əvvələ uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin onun özü-özünə yetirməsi nəticəsində yarana bilməsi inandırıcı deyildir». Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, habelə cinayət nəticəsində ona vurulmuş zərərin ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bel Zərərçəkmiş şəxs qaytarılsın. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar