Məhkəmə qərarları › İş №1(010)-580/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-580/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-580/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 22 – 24 may 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 1 ünvanında yerləşən yaşadığı evdə 13 ədəd dibçəklərdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirərək, həmin bitkilərdən toplayıb qurutmaqla 2,940 qram şəxsi istehlak miqdarından artıq olmayan miqdarda qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış və Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 22 may 2023-cü il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 2.940 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq aqronom mütəxəssisin iştirakı ilə yaşadığı ünvan 1 ünvanında yerləşən evinə videoçəkilişdən istifadə etməklə baxış keçirilən zaman həmin evinin həyətyanı sahəsindən bir ədəd dibçəkdə və həyətdəki qarajda on iki ədəd dibçəkdə yaş vəziyyətdə ümumi 13 ədəddən ibarət çəkisi 320,0 qram olan əkilibbecərilməsi qadağan olunmuş bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə təxminən saat 12:00 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evinin qarşısında olarkən polis əməkdaşları və mülki geyimdə olan şəxs özlərini təqdim etmişlər, narkotik vasitələrin gəzdirilməsində, saxlanılmasında, daşınmasında şübhəli olduğu üçün Suraxanı Rayon Polis İdarəsinə dəvət edilmişdir. Orada üzərinə videogörüntü ilə baxış keçirlmişdir. O, üzərində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində ot kütləsi olan narkotik vasitə marixuananı və həmin şalvarının sol yan cibindən 01 ədəd “Xiomi Redmi” markalı mobil telefon təqdim etmişdir. Ondan həmin ot kütləsi nə olduğu soruşulduqda, o, həmin narkotik vasitə marixuana olduğunu, özü üçün əkib qurutduğunu və saxladığını bildirmişdir. Sonra o, yaşadığı evinin həyətyani sahədə çətənə kolları olduğunu bildirmiş və evinə baxış keçirlməsi ilə bağlı etiraz olmadığı üçün ərizə yazmış və yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə olan torpağ sahəsində olan dibçəkin içərisində 1 ədəd əkib becərdiyi çətənə kolu və qarajın içərisində dibçəkin içərisində 12 ədəd əkib becərdiyi çətənə kolu polis əməkdaşları tərəfindən götürülmüş, qablaşdırılmış və ona ekspertiza üçün göndəriləcəyi izah olunmuşdur. Təxminən iki ay qabaq yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə kollarını əldə edib, onları əkmiş və öz istifadəsi üçün onlara qulluq etmişdir. Hal-hazırda onlar kiçik koll formasındadır, bəziləri qurudub öz istifadəsi üçün saxlamışdır. Yaşadığı evinin fərdi yaşayış otağında narkotik vasitələrə bənzər maddələr və yaşadığı evinin həyətyanı torpaq sahəsində və qarajda aşkar olunmuş kollar ona məxsusdur. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:30-da ünvan 1 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqları bildirmişlər. Bundan sonra ondan özünü təqdim etməsini tələb etmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu və həmin şalvarın sol yan cibindən 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu açılaraq içərisində yaşıl rəngli ot kütləsi olan narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Həmin narkotik vasiyə bənzər maddə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin ot kütləsi marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özü qurudub və öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sonra həmin narkotik vasitəyə bənzər maddə və 01 ədəd “Samsung” markalı mobil telefon götürülərək zərfə qoyulub qalaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində özünün çəkməsi üçün “marixuana” kimi tanıdığı bitki kolları əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gedərək Təqsirləndirilən şəxs və onun müdafiəçisinin, eləcə də dəvət edilmiş aqronomun iştirakı ilə həmin evin həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş narkotik tərkibli bitkiləri əkdiyi yeri və həmin bitkiləri göstərməsi təklif edildi. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində bir ədəd səliqəli şəkildə əkilmiş və qulluq edilmiş yaşıl rəngli bitki olması və evin həyətyani sahəsində qarajın içərisində 12 ədəd səliqəli şəkildə əkilmiş və qulluq edilmiş yaşıl rəngli bitkilərin olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin evinin həyətyani sahəsində və qarajında olan kolların marixuana kimi tanıdğı narkotik bitkisi olmasını və öz şəxsi istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Həmin bitkilər sayılıb ağ rəngli torbaya yığılmış və həmin hissədə 13 ədəd bitki kolu olması məlum olmuşdur. Həmin kolların yığıldığı torbanın ağzı bağlanaraq qablaşdırılıb, götürülmüşddür. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşları Suraxanı RPİ-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs Ağa oğlunun üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynində qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edir və həmin 01 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli ot kütləsi olan narkotik vasitəyə marixuanaya bənzər kütlə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə marixuanadır və həmin narkotik vasitə marixuananı özü qurudub şəxsi istifadəsi üçün gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Ağa oğlunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə onun müdafiəçisinin və dəvət edilmiş mütəxəssisin iştirakı ilə baxış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə və onun həyətyanı sahəsində qanunsuz olaraq əkdiyi narkotik tərkibli kolları göstərməsinin təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən bir ədəd və qarajında 12 ədəd əkilmiş vəziyyətdə yaşıl rəngli kollar olmasını demiş, Təqsirləndirilən şəxs həmin kolların marixuana kimi tanıdığı kollar olduğunu və onları öz şəxsi istifadəsi üçün əkib-becərdiyini və niyyətinin satmaq deyil, yalnız özünün istifadə etməsi olması bildirmişdir. Həmin klların bir-bir sayılmaqla çıxarılıb ağ rəngli torbaya qoyulması və cəmi 13 ədəd kol olması, bağlanaraq qablaşdırılmış və götürülmüşdür, daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə daxil olaraq evə baxış keçirilmiş, ona yaşadığı evdə saxlanması, daşınması və ya əldə edilməsi qadağan olunan hər hansı bir əşya və ya maddə, kol varsa təqdim edilməsinin təklif olunmuş, Təqsirləndirilən şəxs isə yaşadığı evdə hər hansı bir qanunsuz əşya, maddə və ya kol olmadığını bildirmiş, sonra həmin evin otaqlarına baxış keçirilmiş və əldə edilməsi, saxlanması və ya daşınması qadağan edilən hər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən olunmuşdur. Baxış zamanı bir ədəd CD diskdə olan fayla baxıldıqdan sonra qablaşdırılaraq möhürləndi və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olundu. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli, 7/755 N°li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə...” yazıları zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,940 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində və qarajdan aşkar olunmuş narkotik vasitə...” yazılan, sintetik torbanı açdıqda içərisində 13 ədəd yaş vəziyyətdə ümumi çəkisi 320,0 qram olan bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: marixuananın təmiz çəkisi-2,940 qram, tədqiqata sərf edildi: 0,04 qram, qalıq-2,900 qram. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi-320,0 qram, tədqiqata sərf edildi: 0,65 qram, qalıq 319,35 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4193 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 237.2.3 və 237.2.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini və yaşının 60-dan yuxarı, yəni 63 yaş olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 22 – 24 may 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,900 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 319,35 qram təşkil edən, bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (biz) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 – 24 may 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,900 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 319,35 qram təşkil edən, bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (biz) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar