Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-59/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, tərcüməçi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, Döngə 4, 4 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxsya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, evin yataq otağındakı paltar şkafının içərisindən qiyməti 20 (iyirmi) manat olan bir ədəd qara rəngli, istifadə olunmuş, uzun biçimli, ön hissəsi zəncirbənd və basma düymə ilə açılıb-bağlanan papaqlı gödəkçəni, 1.530 (min beş yüz otuz) manat ekvivalentində olan 900 (doqquz yüz) ABŞ dolları və 160 (yüz altmış) manat nəğd pulu, ümumi dəyəri 120 (yüz iyirmi) manat olan bir ədəd “Nokia C3-01” markalı işlənmiş vəziyyətdə olan mobil telefonu, bir ədəd qara rəngli “LG” markalı, ekranı zədəli vəziyyətdə olan mobil telefonu, bir ədəd üzərində ağ şəffaf qaşlar olan, 45.84 qram çəkidə, gümüşü rəngli dəmir əsaslı metal ərintisindən hazırlanmış kolyeni və bir ədəd üzərində 01 ədəd qara və ağ şəffaf qaşlar olan, “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, 9.12 qram çəkidə üzüyü və 100 (yüz) manat dəyərində olan bir ədəd “İ phone 4” markalı mobil telefonu gizli yolla talayaraq, Zərərçəkmiş şəxsya ümumilikdə 1.930 (min doqquz yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, pul əldə etmək üçün xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında qonşuluqda yaşayan Radmilanın yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Radmila və onun qızının evdə olmadığını, onların masajist işlədiyi üçün evə gec gələcəklərini, evlərində yalnız Radmilanın qoca atasının olduğunu, qocanın da demək olar ki, evdə yatdığını, yəni evə girəcəyi təqdirdə sonuncunun heç nədən xəbərinin olmayacağını bilmişdir. Qeyd etdiyi tarixdə, təxminən 20 radələrində Radmilanın yaşadığı evə gəlmiş, evin qapısının bağlı olduğunu görüb pəncərədən içəri daxil olmaq qərarına gəlmişdir. Pəncərəni əli ilə itələyib açıq olduğunu görüb oradan içəri keçmiş və evi axtarmağa başlamışdır. Əvvəlcə yataq otağında termonun üstündə olan 01 ədəd boyunbağını və 01 ədəd üzüyü götürüb cibinə qoymuşdur. Bundan başqa, həmin şkafın süyürməsiııdə olan 01 ədəd “LG” markalı, 01 ədəd “Nokia”markalı, 01 ədəd isə “İphone 4” markalı mobil telefonları da götürüb cibinə qoymuşdur. Daha sonra otaqda olan paltar şkafının içərisində olan paltarların ciblərini gəzib axtarmağa başlamışdır. Şkafda olan 01 ədəd qara rəngli gödəkçənin yan cibində pul olduğunu görüb gödəkçəni özü ilə götürmüş və pəncərədən çıxıb evi tərk etmişdir. Yaşadığı evdə gödəkçənin cibinə baxdıqda 900 ABŞ dolları və 160 manat məbləğində pul olduğunu görmüşdür. Həmin pulun 600 ABŞ dollarını və 74 manatını öz şəxsi ehtiyaclarına xərcləmişdir. “İphone 4” markalı mobil telefon isə işləmədiyi üçün xatırlamadığı yerdə atmışdır. xx xxxxxx 2019-cu il tarixdə isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları onun yaşadığı evə gəlib onu həmin Polis Bölməsinə aparmışlar. Orada o, polis əməkdaşlarına törətdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs göstərdi ki, 2019-cı ilin noyabr ayının 20-də işləri ilə əlaqədar, saat 14:30 radələrində evdən çıxıb şəhər mərkəzinə getmiş, həmin ərəfələrdə qızı Leyla işdə olmuş, atası Vyaçeslav isə həmişəki kimi evdə olmuşdur. Həmin günü saat 21 radələrində evə qayıdan zaman həyətə daxil olduqda evin ona məxsus yataq otağının plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olduqda atasından, onun otağının pəncərəsini açıb-açmadığını soruşmuş, atası isə pəncərəni açmadığını demişdir. Otağının qapısının içəridən bağlı olduğundan pəncərədən içəri daxil olmuş, otağın dağınıq vəziyyətdə olduğunu görüb evdən oğurluq edildiyini başa düşmüşdür. Konkret olaraq hansı əşyaların oğurladığını müəyyən etmək məqsədilə otağı baxmış və oradan şkafdan dəyəri 150 manat olan 01 ədəd qara rəngli paltonun, həmin paltonun yan cibində olan 900 ABŞ dolları və 160 manat nəğd pulun, dəyəri 65 manat olan 01 ədəd sadə boyunbağının, dəyəri 30 manat olan 01 ədəd gümüş üzüyün, dəyəri təxminən 50 manat olan 01 ədəd gümüşü rəngli “Nokia C3” markalı, dəyəri 100 manat olan 01 ədəd qara rəngli “LG” markalı və dəyəri 100 manat olan 01 ədəd ağ rəngli “İphone 4” markalı mobil telefonun oğurlandığını müəyyən etmişdir. Dərhal zəng edib hadisə barədə hüquq mühafizə orqanlarına məlumat vermiş və bir qədər sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər, sonunculara yaşadığı evdən oğurluq etməkdə qonşuluqda yaşayan Mənsur adlı şəxsdən şübhələndiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 2.185 manat məbləğində maddi ziyan dəydiyini, cinayət nəticəsində ona vurulmuş maddi ziyanın halhazıradək ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, qızı Radmila və nəvəsi Leyla ilə birlikdə yaşayır. Xəstə olduğu üçün heç bir yerdə işləmir və bütün gün evdə öz otağında olur. xx xxxxxx 2019-cu il tarixdə qızı Radmila evə gələn zaman pəncərənin açıq olduğunu görüb ondan pəncərəni açıb-açmadığını soruşmuşdur. O, isə cavab verərək pəncərəni açmadığını bildirmişdir. Radmila evi gəzməyə başlamış və bu zaman yaşadıqları evdə oğurluq hadisəsinin baş verdiyi məlum olmuşdur. O, yalnız qızı Radmila evə gəldikdən sonra bilmişdir ki, yaşadıqları evdən oğurluq edilmişdir. Xəstəliyi ilə əlaqədar olaraq faktiki olaraq otağından çıxmadığına görə oğurluq etmiş şəxsin evə girməsindən xəbəri olmamışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, 72D nömrəli fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı R.V. Narimanidze xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında yaşadığı evə gələrkən yataq otağının pəncərəsinin açıq olduğunu, sonradan baxdıqda otağından oğurluq edildiyini gördüyünü bildirmişdir. Baxış zamanı hadisə yerindən 01 ədəd əl-barmaq izi götürülmüşdür. İş materiallarında olan pulun könüllü olaraq təqdim edilməsi və baxış keçirilərək götürülməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi 300 ABŞ dolları və 68 manat pul əskinazları baxış keçirilərək götürülmüşdür. İş materiallarında olan ifadənin yerində yoxlanılması və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxsya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, evin yataq otağındakı paltar şkafının içərisindən bir ədəd papaqlı gödəkçəni, 900 ABŞ dolları və 160 manat nəğd pulu, bir ədəd “Nokia C3-01” markalı işlənmiş mobil telefonu, bir ədəd qara rəngli “LG” markalı ekranı zədəli mobil telefonu, bir ədəd gümüşü rəngli kolyeni, bir ədəd üzüyü və bir ədəd “İ phone 4” markalı mobil telefonu oğurladığını yerində göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Oğurlanmış bir ədəd papaqlı qara rəngli gödəkçə, bir ədəd “Nokia C3-01” markalı mobil telefon, bir ədəd qara rəngli “LG” markalı mobil telefon, bir ədəd gümüşü rəngli kolye və bir ədəd üzük Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs, tanınmaya təqdim edilmiş 04 ədəd boyunbağını, 04 ədəd üzüyü, 04 ədəd “Nokia” markalı, 04 ədəd “LG” markalı və 04 ədəd gödəkçəni nəzərdən keçirib, həmin əşyalardan bir ədəd qara rəngli, üzərində zəncirbəndi və basma düymələri olan papaqlı gödəkçənin, bir ədəd üzərində cızıqlar olan “Nokia C3-01” markalı mobil telefonun, bir ədəd qara rəngli, ekranı zədələnmiş “LG” markalı mobil telefonun, bir ədəd gümüşü rəngli kolyenin və bir ədəd üzüyün ona məxsus olduğunu, onların xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evdən oğurlanmış əşyaların bir qismi olduğunu bildirmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30639/30640 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan kolye – metalı dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır, çəkisi 45.84 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bir ədəd gümüşü rəngli metaldan, üzərində bir ədəd qara rəngli və ağ şəffaf qaşları olan üzük – üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 9.12 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti ümumilikdə 140 manat müəyyən olunmaqla ayrı-ayrılıqda qiymətləri, yəni üzərində ağ şəffaf qaşlar olan, 45.84 qram çəkidə, gümüşü rəngli dəmir əsaslı metal ərintisindən hazırlanmış 01 ədəd kolye – 20 manat, üzərində 01 ədəd qara və ağ şəffaf qaşlar olan, “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, 9.12 qram çəkidə 01 ədəd üzük – 55 manat, bir ədəd “Nokia C3-01” markalı işlənmiş mobil telefon – 15 manat, bir ədəd qara rəngli “LG” markalı ekranı zədəli mobil telefon – 30 manat, bir ədəd qara rəngli, işlənmiş, uzun biçimli, ön hissəsi zəncirbənd və basma düymə ilə açılıb-bağlanan papaqlı gödəkçə – 20 manat məbləğində müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, M.M.X4 Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli məlumatından həmçinin görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 19 gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu nəzərə alaraq hesab edir ki, həmin cinayət residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Belə olan halda, qəsdən ağır cinayət törətməyə görə əvvəllər X6 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, həmin məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.4 və 83.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, X6 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə ağır cinayət törətməyə görə hökmlərin məcmusu üzrə Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən 06 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Bundan başqa iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Prokurorunun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair Bakı şəhəri Suraxanı rayon X3 Şöbəsinin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 300 ABŞ dolları və 86 manat məbləğində pul vəsaitinin, üzərində ağ şəffaf qaşlar olan, 45.84 qram çəkidə, gümüşü rəngli dəmir əsaslı metal ərintisindən hazırlanmış 01 ədəd kolyenin, üzərində 01 ədəd qara və ağ şəffaf qaşlar olan, “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, 9.12 qram çəkidə 01 ədəd üzüyün Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd işlənmiş “Nokia C3-01” markalı mobil telefon, 01 ədəd ekranı zədələnmiş “LG” markalı mobil telefon və 01 ədəd qara rəngli, uzun biçimli, ön hissəsində zəncirbənd və basma düymə ilə açılıb-bağlanan papaqlı gödəkçə Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən sahibi, Zərərçəkmiş şəxs qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay müddət cəzaçəkmə müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 300 ABŞ dolları və 86 manat məbləğində pul vəsaitinin, üzərində ağ şəffaf qaşlar olan, 45.84 qram çəkidə, gümüşü rəngli dəmir əsaslı metal ərintisindən hazırlanmış 01 ədəd kolyenin, üzərində 01 ədəd qara və ağ şəffaf qaşlar olan, “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, 9.12 qram çəkidə 01 ədəd üzüyün ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd işlənmiş “Nokia C3-01” markalı mobil telefon, 01 ədəd ekranı zədələnmiş “LG” markalı mobil telefon və 01 ədəd qara rəngli, uzun biçimli, ön hissəsində zəncirbənd və basma düymə ilə açılıbbağlanan papaqlı gödəkçə sahibi, Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-59/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-59/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver