Məhkəmə qərarları › İş №1(010)-59/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-59/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-59/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs borclu kimi ondan 19 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 154,00 manat olmaqla, iki uşağa görə cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq övladları 06 oktyabr 2007-ci il təvəllüdlü X1 və 31 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması məqsədilə tələbkar X3 xeyrinə ödəməsinə dair Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 fevral 2018-ci il tarixli, 2(010)-1563/2018 nömrəli qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 05 fevral 2021-ci il tarixli, 3(010)-291/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edildiyinə və məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 12 may 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla xəbərdarlıq təqdim edildiyinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 25 may 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 8.140,00 manat aliment borcunu tələbkara ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə evlənmiş, birgə nikahlarından X4 və X5 adlı uşaqları doğulmuşdur. Onlar sonradan ayrılmış, həmin vaxtdan Zərərçəkmiş şəxs övladları ilə birlikdə valideynlərinin yanına köçərək orada yaşamışdır. 2017-ci ildə Səbinə ona qarşı aliment tələbinə dair Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək ondan əvvəli 19 yanvar 2018-ci il tarixdən hesablanmaqla, hər ay, hər bir uşağa 154,00 manat olmaqla, iki uşağa görə cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq övladları 06 oktyabr 2007-ci il təvəllüdlü F.Təqsirləndirilən şəxsnın və 31 iyul 2010-cu il təvəllüdlü H.Təqsirləndirilən şəxsnın yetkinlik yaşlarına çatanadək saxlanması üçün tələbkarın xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Suraxanı rayon İcra şöbəsinin icra məmurları ona bildirişlər təqdim etməklə qətnamənin icrasını tələb etmişlər. Lakin o, maddi imkanı yüksək olmadığından məhkəmə aktını lazımınca icra edə bilməmişdir. Sonradan Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edildi. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə bildiriş təqdim etdi, lakin o, maddi imkanı yüksək olmadığından alimenti yenə də lazımi qaydada ödəyə bilməyib. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birgə nikahlarından X4 və X5 adlı övladları doğulmuşdur. Sonradan onlar ayrılmış, həmin vaxtdan da uşaqları ilə birlikdə valideynlərinin yanana köçərək orada yaşamışdır. Borclu övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyindən aliment tələbinə dair Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək təqsirləndirilən şəxsdən əvvəli 19 yanvar 2018-ci il tarixdən hesablanmaqla hər ay, hər bir uşağa görə 154,00 manat olmaqla, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qətnamənin icrası ilə Suraxanı rayon İcra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, o, isə alimenti ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Lakin borclu alimenti ödəməmiş, uzun müddətdir ki, fərdi əməklə məşğul olmaqla xeyli miqdarda pul qazandığına baxmayaraq məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Suraxanı rayon İcra şöbəsində icra məmuru vəzifəsində işləyir. Qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən 06 oktyabr 2007-ci il təvəllüdlü Fidan Məmmədovanın və 31 iyul 2010-cu il təvəllüdlü Həcər Məmmədovanın yetkinlik yaşlarına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs əvvəli 19 yanvar 2018-ci il tarixindən hesablanmaqla, hər ay, hər bir uşağa 154 manat olmaqla, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin qətnamə üzrə icra sənədi Suraxanı rayon İcra şöbəsinə daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək 28 mart 2018-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmişdir. Lakin borclu alimenti ödəmədiyinə görə aidiyyəti orqanlara sorğular verilmiş, lakin adına icra sənədinin icrasına yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Müxtəlif tarixlərdə borclu Suraxanı rayon İcra şöbəsinə dəvət olunaraq ondan izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti izah edilmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxs aliment ödəməkdən yayınır, icra məmurunun qanuni tələblərini icra etmirdi. Bu səbəbdən Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmiş, lakin qətnaməni icra etməsi üçün ona yeni müddət təyin edilsə də, hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, “Fidan” şadlıq evində anbar müdiri işləyir və Təqsirləndirilən şəxs da həmin anbarda fəhlə işləyir. Təqsirləndirilən şəxs aylıq maaşı 500,00 manat təşkil edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İş materialları ilə müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1563/2018 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 16 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 06 oktyabr 2007-ci il təvəllüdlü X1 və 31 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 19 yanvar 2018-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qətnamə 16 fevral 2018-ci ildə qanuni qüvvəyə minmiş, həmin tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. 28 mart 2018-ci ildə Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilib. Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 8(010)-898/2019 nömrəli qərardadı ilə Suraxanı rayon İcra şöbəsinin icra məmurunun müvafiq məzmunlu təqdimatı təmin olunaraq Təqsirləndirilən şəxs Suraxanı rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 3(010)-1334/2019 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 8(010)-415/2020 nömrəli qərardadı ilə Suraxanı rayon İcra şöbəsinin icra məmurunun müvafiq məzmunlu təqdimatı təmin olunaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 3(010)-291/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Təqsirləndirilən şəxs borcunu ödəmədiyinə görə barəsində cinayət təqibi başlanması üçün sənədlər toplanmış və aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Təqsirləndirilən şəxsin ödənilməmiş aliment borcu 8.140 manat təşkil edir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini qismən olsa da etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar