Məhkəmə qərarları › İş №1(010)-59/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-59/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-59/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 31 yanvar 2023-cü il tarixdə, saat 10:35-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1977-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Naxçıvan şəhəri, N.Rəfibəyli küçəsi, ev 5-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, nömrəsiz ünvanda kirayədə yaşamış, barəsində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-345/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətdə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)- 448/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 20 gün uzadılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 04 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda istintaq məlum olmayan şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,233 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırkanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,586 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 04 fevral 2022-ci il tarixdə saat 19:40 dəqiqədə ünvan 3 ünvanının qarşısında yerləşən köşkdə Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb ünvan 5 ünvanda yerləşən Suraxanı rayonu 32-ci PB-nin inzibatı binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,233 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,586 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 aprel 2022-ci il tarixdə, saat 07 radələrində ünvan 7 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətinə hasardan aşmaqla evin giriş qapısının qıfılını sındırıb, qanunsuz olaraq evə daxil olub, oradan 1 ədəd 1100 manat dəyərində "Bosch" firmalı böyük preferatorunu, 1 ədəd 600 manat dəyərində "Bosch" firmalı orta preferatorunu, 1 ədəd 350 manat dəyərində "Bosch" firmalı orta laqondasını, 1 ədəd 250 manat dəyərində göy rəngli taxta kəsən elektrik mişarını, 1 ədəd 140 manat dəyərində narıncı rəngli lobziki, 1 ədəd 220 manat dəyərində göy rəngli dreli, 1 ədəd 95 manat dəyərində qara rəngli dreli, 1 ədəd 170 manat dəyərində plastmas yapışdıran ütünü, 1 ədəd 600 manat dəyərində göy rəngli elektrikli əl plaramasını, 1 ədəd 350 manat dəyərində misir qəlyanını, 1 ədəd 120 manat dəyərində 5 litrlik elektrik somovarını, 1 ədəd 45 manat dəyərində Alman markalı kəlbətin tutacağını, 1 ədəd 15 manat dəyərində mıxçıxaranı, 1 ədəd 120 manat dəyərində Alman markalı vint açan komplekti, 1 ədəd 25 manat dəyərində stepler tapancasını, 2 ədəd hər biri 10 manat ümumilikdə 20 manat dəyərində Çin istehsallı led işıqlarını, 12 ədəd hər biri 15 manat, ümumilikdə 180 manat dəyərində kiçik neon işıqlarını, 12 ədəd hər biri 22 manat, ümumilikdə 264 manat neon işıq relelərini, 1 metrinin qiyməti 4,50 manat olan 200 metr uzunluğunda 900 manat dəyərində ağ qalın elektrik naqilini, 1 metrinin qiyməti 1,10 manat manat 170 metr uzunluğunda 187 manat dəyərində ağ nazik elektrik naqilini, 4 mm qalınlığında 200 metr 400 manat dəyərində ağ rəngli elektrik naqilini, 14 ədəd 52 manat dəyərində elektrik paketniklərini, 1 ədəd 22 manat dəyərində qırmızı dəstəkli qaz açarını, 1 ədəd 27 manat dəyərində qara dəstəkli qaz açarını, 2 ədəd balaca, 1 ədəd böyük 7 manat dəyərində izolentanı, 1 ədəd 10 manat dəyərində bir tərəfli yapışqan lenti, 3 ədəd 2 ədədi 50 manat bir ədədi 40 manat, ümumilikdə 140 manat dəyərində idman ayaqqabılarını, 600 manat nağd pulunu oğurlayıb, ümumilikdə Zərərçəkmiş şəxs 7009 manat xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 04 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda “8 km” adlanan bazarda tanımadığı şəxsdən narkotik vasitə alaraq üzərində saxlamış, həmin gün saat 19:40 dəqiqədə ünvan 8 ünvanının qarşısında yerləşən köşkdə oradan aldığı səsgücləndirini geri qaytarmaq zəmnində satıcı ilə arasında sözlü mübahisə yaranan zaman satıcı bu barəsə polis bölməsinə məlumat vermiş və Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları gəlib onu PB-nə dəvət etmiş, Suraxanı rayonu 32-ci PB-nin inzibatı binasında olarkən üzərində narkotik vasitənin olmasını bildirmiş, həmin vaxt ona hüquq vəzifələri izah edilməklə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 ədəd kağız və sellefon bükümlərdə olan narkotik vasitələri təqdim etmiş, həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Bundan başqa o, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində kirayədə yaşamış və fərdi evlərdə təmir işləri ilə məşğul olmuşdur. Təxminən 1 ay yarım əvvəl kirayədə yaşadığ evin sahibi onu evdən çıxarmalı olmuş, şəxsi əşyalarını və təmir üçün istifadə etdiyi alətləri aparmaq üçün küçəyə yığmışdır. Kirayədə yaşadığı evlə üzbəüz yaşayan adını sonradan bildiyi, lakin tez-tez gördüyü üzdən tanıdığı Zərərçəkmiş şəxs ona əşyalarını aparmaqda çətinlik varsa həyətinə yığa bilməsini təklif etmiş, öz əşyalarından bir neçəsini Zərərçəkmiş şəxs həyətinə yığmış, sonradan həmin əşyalarını götürmək üçün bir neçə dəfə sonuncunun mobil telefonuna zəng vursa da cavab verməmiş və həm də evdə olmadığına görə əşyalarını götürə bilməmişdir. Bu səbəbdən də 22 aprel 2022-ci il tarixdə, saat 07 radələrində öz əşyalarını götürmək üçün yenə də Seymurun evinə yaxınlaşmış, lakin yenə də evdə olmadıqlarına gördükdə qərara gəlmişdir ki, hasardan aşıb keçərək öz əşyalarını götürsün. Ona görə də hasardan aşaraq həmin həyətə girmiş, evdə təmir getdiyindən yaşayış olmamış, evin qapısı isə açıq vəziyyətdə olmuşdur. Evin içərisindən öz əşyalarını götürmüş, həmçinin ona məxsus olmayan digər ləvazimatları görüb onları da oğurlamaq qərarına gəlmiş, həmin evdən 1 ədəd 1100 manat dəyərində "Bosch" firmalı böyük preferatorunu, 1 ədəd "Bosch" firmalı orta preferatorunu, 1 ədəd "Bosch" firmalı orta laqondasını, 1 ədəd göy rəngli taxta kəsən elektrik mişarını, 1 ədəd narıncı rəngli lobziki, 1 ədəd göy rəngli dreli, 1 ədəd dəyərində qara rəngli dreli, 1 ədəd plastmas yapışdıran ütünü, 1 ədəd göy rəngli elektrikli əl plaramasını, 1 ədəd misir qəlyanını, 1 ədəd 5 litrlik elektrik somovarını, 1 ədəd Alman markalı kəlbətin tutacağını, 1 ədəd mıxçıxaranı, 1 ədəd Alman markalı vint açan komplekti, 1 ədəd stepler tapancasını, 2 Çin istehsallı led işıqlarını, 12 ədəd kiçik neon işıqlarını, 12 ədəd neon işıq relelərini 200 metr uzunluğunda ağ qalın elektrik naqilini, 170 metr uzunluğunda ağ nazik elektrik naqilini, 4 mm qalınlığında 200 metr ağ rəngli elektrik naqilini, 14 ədəd elektrik paketniklərini, 1 ədəd qırmızı dəstəkli qaz açarını, 1 ədəd qara dəstəkli qaz açarını, 2 ədəd balaca, 1 ədəd böyük izolentanı, 1 ədəd bir tərəfli yapışqan lenti, 3 ədəd idman ayaqqabılarını, 600 manat nağd pulu götürmüş və həyət darvazasını arxadan açaraq oradan çıxıb getmişdir. Həmin əşyaları sonradan 8-ci km bazarında 79 manata tanımadığı şəxsə satmışdır. Evdən qeyd etdiyi əşyalardan başqa heç bir əşya götürməmişdir. Sonda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödədiyini, sonuncu ilə barışdığını, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində, 17 nömrəli evi almış, həmin evdə təmir işləri apararaq həmin ünvana köçmək istəmiş, təxminən fevral ayının ortalarında həmin küçədə Ramin adlı oğlanın bir neçə qutu ev əşyalarını küçəyə yığıb hissə-hissə daşıdığını görmüş, həmin vaxt qonşusu Şahid1la birgə dayanmış, həmin şəxsin çətinlik çəkdiyini görüb təklif etmişdir ki, əşyaları Akifin həyətinə yığsın, sonra gəlib aparar. Beləliklə həmin şəxs öz əşyalarını Akifin həyətinə yığmış, bundan təxminən 2 ay keçmiş öz həyətinə növbəti dəfə gələndə hiss etmişdir ki, həyətə yad adam girib, lakin heç bir əşya oğurlanmamışdır. Ona görə də evinin qapısına qıfıl vurmuşdur. 23 aprel 2022-ci il tarixdə, saat 11:20 radələrində isə həmin evinə gəldikdə mənzilin qapısının qıfılının sındırıldığı görmüş, evdəki əşyaları nəzərdən keçirdikdə məlum olmuşdur ki, evdə olan 1 ədəd 1100 manat dəyərində "Bosch" firmalı böyük preferatorunu, 1 ədəd 600 manat dəyərində "Bosch" firmalı orta preferatorunu, 1 ədəd 350 manat dəyərində "Bosch" firmalı orta laqondasını, 1 ədəd 250 manat dəyərində göy rəngli taxta kəsən elektrik mişarını, 1 ədəd 140 manat dəyərində narıncı rəngli lobziki, 1 ədəd 220 manat dəyərində göy rəngli dreli, 1 ədəd 95 manat dəyərində qara rəngli dreli, 1 ədəd 170 manat dəyərində plastmas yapışdıran ütünü, 1 ədəd 600 manat dəyərində göy rəngli elektrikli əl plaramasını, 1 ədəd 350 manat dəyərində misir qəlyanını, 1 ədəd 120 manat dəyərində 5 litrlik elektrik somovarını, 1 ədəd 45 manat dəyərində Alman markalı kəlbətin tutacağını, 1 ədəd 15 manat dəyərində mıxçıxaranı, 1 ədəd 120 manat dəyərində Alman markalı vint açan komplekti, 1 ədəd 25 manat dəyərində stepler tapancasını, 2 ədəd hər biri 10 manat ümumilikdə 20 manat dəyərində Çin istehsallı led işıqlarını, 12 ədəd hər biri 15 manat, ümumilikdə 180 manat dəyərində kiçik neon işıqlarını, 12 ədəd hər biri 22 manat, ümumilikdə 264 manat neon işıq relelərini, 1 metrinin qiyməti 4,50 manat olan 200 metr uzunluğunda 900 manat dəyərində ağ qalın elektrik naqilini, 1 metrinin qiyməti 1,10 manat manat 170 metr uzunluğunda 187 manat dəyərində ağ nazik elektrik naqilini, 4 mm qalınlığında 200 metr 400 manat dəyərində ağ rəngli elektrik naqilini, 14 ədəd 52 manat dəyərində elektrik paketniklərini, 1 ədəd 22 manat dəyərində qırmızı dəstəkli qaz açarını, 1 ədəd 27 manat dəyərində qara dəstəkli qaz açarını, 2 ədəd balaca, 1 ədəd böyük 7 manat dəyərində izolentanı, 1 ədəd 10 manat dəyərində bir tərəfli yapışqan lenti, 3 ədəd 2 ədədi 50 manat bir ədədi 40 manat, ümumilikdə 140 manat dəyərində idman ayaqqabılarını, 600 manat nağd pulunun, ümumilikdə 7009 manat əmlakının oğurlanmasını aşkar etmiş, bundan sonra qonşusu Akifə zəng vurub evindən oğurluq olmasını bildirmiş və evinə gəlməsini xahiş etmiş, Akif gəldikdən sonra bir gün əvvəl, yəni aprelin 22-də, səhər saat 08 radələrində Ramil adlı oğlanı onun evinin qarşısında dayandığını görməsini, nə üçün orada dayandığını soruşduqda müxtəlif yayındırıcı sözlər deməsini bildirmiş, oğurluğun sonuncu tərəfindən törədilməsinə əsaslı şübhələri yaranmış və bu bardə 32-ci Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində 17 nömrəli evi Seymur almış, həmin evdə təmir işləri apararaq köçmək istəmişdir, onunla qonşudur. Təxminən fevral ayının ortalarında həmin küçədə Ramin adlı oğlanın bir neçə qutu ev əşyasını küçəyə yığıb hissə-hissə daşıdığını görmüş, həmin vaxt qonşusu Zərərçəkmiş şəxsla birgə dayanmış, Seymur həmin şəxsin çətinlik çəkdiyini görüb təklif etmişdir ki, əşyaları həyətinə yığsın, sonra gəlib aparar. Beləliklə həmin şəxs öz əşyalarını Seymurun həyətinə yığmış, sonra isə gəlib həmin əşyalarını aparmışdır. 23 aprel 2022-ci il tarixdə, saat 11:20 radələrində qonşusu Seymur ona zəng vurub evindən oğurluq olmasını bildirmiş və evinə gəlməsini xahiş etmişdir. Seymurun evinə gəlib evindən oğurluq olmasını, qapının qıfılının sınmasını və evin içərisindən bir cox alətlərinin oğurlandığını görmüşdür. Bundan sonra Seymura bir gün əvvəl, yəni 22 aprel 2022-ci il tarixdə, səhər saat 08 radələrində Ramil adlı şəxsi Seymurun evinin qarşısında dayandığını gördüyünü, Ramildən nə üçün orada dayandığını soruşduqda sonuncunun müxtəlif yayındırıcı sözlər dediyini bildirmiş, bundan sonra Seymur bu barədə Seymur 32-ci Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32ci PB-də baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu vaxt Suraxanı RPİ-nin 32-ci PB-nə vətəndaş X4 zəng edib müraciət edərək bildirmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042\60, ev 7 ünvanının qarşısında olan telefon köşkündə bir nəfər şəxslə aldığı əşyanı geri qaytarmaq istəməsi zəmnində aralarında sözlü mübahisə yaranmışdır. Bu səbəbdən hadisə yerinə iş yoldaşı Şahid2 ilə birlikdə getmiş və orada Emin Rəhimzadə ilə mübahisə edən şəxsi Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişdir. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Ramil üzərində narkotik vasitə olması bildirdikdən sonra Polis Bölməsinin rəhbərliyinə aidiyyati tədbir görülməsi üçün raportla müraciət etmişdir. Bundan sonra Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı polis mayoru X5 tərəfindən Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmaqla hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmiş, sonuncuya vəkilin iştirakı ilə hüquq vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir predmet və əşya olduğu halda təqdim edilməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellefona bükülmüş və 1 ədəd ağ kağıza bükülmüş içərisində maddələr olan bükümləri təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə olmasını və Nizami rayonu “8-ci km” bazarında tanımadığı şəxsdən aldığı bildirmişdir.BBundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32ci PB-nin sahə inspektoru, polis mayoru Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək eyni məzmunlu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan ifadələrin yerində yoxlanması haqqında 04 iyun 2022-ci il protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evini göstərərək, evə haradan və necə daxil olduğunu, oradan oğurladığı əşyalarının yerini əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 04 fevral 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxsn əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən sellefonun içərisində olan 01 ədəd sellefona bükülmüş qəhvəyi rəngli maddə və 01 ədəd ağ kağıza bükülmüş qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Sonuncu həmin 2 ədəd bükümün içərisində olan maddələrin heroin olduğunu və həmin maddəni Nizami rayonu 8 km bazarından tanımadığı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm qablaşdırılıb möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 05 fevral 2022-ci il tarixli 6/717 nömrəli materialların məhkəmə ekspertizası üzrə verdiyi rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs yazısı və imzalar olan zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,233 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,586 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilənpsixotrop maddələrin İ siyahisina daxildir. Ümumi təmiz çəkisi 0,233 qram heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,183 qram, 0,586 qram metamfetaminin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,536 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 05 fevral 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkili Şahid3 və sahə inspektoru Şahid2 iştirakı ilə əynində olan tünd yaşıl qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofona bükülmüş içərisində maddə və 01 ədəd ağ kağıza bükülmüş içərisində maddə çıxarıb təqdim edir. Ramil Rzayevdən həmin maddənin nə olması və kimdən, hansı məqsədlə əldə etməyi barədə soruşulur, o, həmin 2 ədəd bükümün içərisində olan maddələrin heroin olduğunu və həmin maddəni Nizami rayonu 8 km bazarından tanımadığı şəxsdən alıb əldə etdiyini bildirir. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X7-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 2971 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidiərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu naromaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Rzasoy X6 Şəhər Məhkəməsinin 18 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 noyabr 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilərək, ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanın təqdim etdiyi arayışdan görünür ki, ondan oğurlanmış əşyalarının ümümi dəyəri 7009 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs vurulmuş zərəri ödəyərək onunla barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilərək cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 04 fevral 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, 06 fevral 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 04 iyun 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 iyun 2022-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)- 345/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarından və həmin məhkəmənin 4(010)- 448/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-345/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-448/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 20 gün uzadılmışdır. İş materiallarından həmçinin görünür ki, 06 iyun 2022-ci il tarixdə ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət təqibi ********* nömrəsi altında davam etdirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 04 iyun 2022-ci il tarixdən һesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,183 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0,536 qram olan psixotrop maddə - metamfetamin məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 04 iyun 2022-ci il, saat 17:00-dan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvədə saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,183 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0,536 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar