Məhkəmə qərarları › İş №1(010)-59/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-59/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-59/2025 21.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X6, Təqsirləndirilən şəxs X10 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 17 noyabr 1974-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, subay, Müharibəsi iştirakçısı, 2-ci qrup əlilliyi olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, tel: ***-***-**-**, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X13 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X13 tərəfindən 09 aprel 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmiş, həmin şikayət Suraxanı rayon Məhkəməsinə 18 iyul 2024-cü il tarixdə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(010)-399/2024 saylı qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayəti məhkəmənin icraatına qəbul edilmiş və iş məhkəmə baxışına verilmişdir. Bundan sonra, X13 məhkəmə tərəfindən xüsusi ittihamçı, X20 isə təqsirləndirilən şəxs qismində tanınmışdır. Məhkəmə iclasında xüsusi ittihamçı X13 şikayətini onunla əsaslandırmışdır ki, 28 mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə baş və göz nahiyəsindən ağır yaralanaraq 1-ci qrup əlil olmuşdur. Özünü idarəetmə qabiliyyətini itirdiyinə görə, dövlət ona qulluqçu təyin etmişdir. Yəni aşkar köməksiz insandır. Həmişə dövlətin, dövlətçiliyin, Ali Baş Komandan İlham Əliyev cənablarının yanında olmuşdur. 44 günlük Vətən müharibəsində 1-ci qrup əlil olmağına baxmayaraq Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək rəsmi surətdə hər şeyə hazır olduğunu bildirmişdir. Arxa cəbhədə xidmət edərək döyüşçülərə və onların ailələrinə yardımlar çatdırmış, şəhidlərin dəfn mərasimində və yaralanan qazilərin müalicəsinin təşkilində göstərdiyi xüsusi xidmətlərə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və bir neçə hərbi hissə komandirləri tərəfindən fəxri fərmanlarla mükafatlandırılmışdır. Ali Baş Komandanın sadiq əsgəri olaraq yeni zəfərlərdə xidmətindədir. Vətən Qazisi olaraq onu “Facebook” sosial şəbəkəsindəki hesabdan çıxışlar edərək təhqir edən, şər-böhtan ataraq onu nüfuzdan salan X8 şikayətçidir. X20 01, 03, 05, 07 yanvar 2024-cü il tarixli “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabından paylaşdığı videodamüraciətində onun döyüşdə yaralanmadığını, gözlərinin sağlam olduğunu, “qazi adına ləkəsən” deyərək ağır təhqirlərlə şəxsiyyətini, şərəf və ləyaqətini alçaltmışdır. Çıxışında demişdir ki, - “X25 rayonuna maşın sürmüşük, iş qurub-qoşmuşuq. Bizdən istifadə edib pul qazanıb”. Guya o, Xızı İcra Hakimiyyətində kimlərdənsə 10.000 manat pul alıb mənimsəmişdir. (CM 311-ci maddə). Davam edərək demişdir ki: “İnsan əlsiz, ayaqsız yaşayar, şərəfsiz yaşamaz. Sən bu şeyləri namusla, qeyrətlə səhv salmısan. Başa düşdün? O şeylər deyəndə pulu, pulu deyirəm. Pul hər şeyi həll edər. Amma pul şərəf, namus, kişilik onu həll etməz. Səndə də o yoxdu”. Bu sözləri ilə onun namussuz, şərəfsiz, qeyrətsiz olduğunu bildirmişdir. (147 və 148-ci maddələrlə haqqında cinayət işi açılması üçün məhkəməyə müraciət etməyinə səbəb verir). Davam edərək demişdir: “Sənin yanında olanlar gədədir. Bazara yanında gələnlər. Bazara gəldinki mənə gədə deyib, şərəfsiz deyib. Ə kişilikdən xəbəri olmayan. İndi sənə namussuz da deyirəm, qeyrətsiz də deyirəm. Dur gəl. Dur gəl dana. Niyə gəlmirsən ə?”. X20 qəsdən bu söyüşlərlə, təhqirlərlə, ağır ifadələrlə, şər-böhtanlar ataraq müharibədə aldığı psixoloji travmaları, 1-ci qrup əlil olduğunu bilərək, onun sağlamlığına qəsd etməsini, onu vurmasını istəmişdir ki, bununla da ona qarşı cinayət işi açdırıb həbs etdirsin. X10 ona atdığı şər-böhtanların, söyüş və təhqirlər olan videoçıxışları disk şəklində məhkəməyə təqdim etmişdir. Müraciətinin davamında demişdir: “Ə sənin boynunu yerə soxum. Ə kişilikdən xəbəri olmayan nakişi. Kişilikdən xəbəri olmayan. Boynunun dalına bacanağından betər vuran. Salyanda İsrafildən 10000 manat pul almısan, qruppanı bərpa edəcəm deyə” deyərək onu təkrar rüşvət almaqda ittiham etmişdir (CM-in 311.2-ci maddəsi). Yalan və iftira ataraq şəxsiyyətini təhqir edərək onun guya kimlərinsə tapşırığı ilə Ceyhun Nadirovun bazardakı yerini əlindən almaq istədiyini, Şərq bazarında kimlərdənsə 60000 manat aldığını (CM-in 311.3.3-cü maddəsi ilə ittiham etmişdir.) iddia edərək şərəf və ləyaqətini alçaltmışdır. X20 çıxışlarının birində bu sözləri işlətmişdir: “Firidun Məmmədov ləkədi. Bilirsiniz niyə ləkədi? Dövlətin daxilində iğtişaşlar yaratdığına görə bir il məhkum həyatı yaşayıb. Təkrar edirəm, dövlətin daxilində iğtişaşlar yaratdığına görə, bir il məhkum edilmişdir” Bu sözləri də deyərək, onu dövlətə xəyanətdə yəni CM-in 274-cü maddəsi ilə və dövlətə qarşı iğtişaşlarda, yəni CM-in 220-ci maddəsi ilə ittiham edərək şər-böhtan atmışdır. Halbuki bunların hamısı yalandır. Onun məhkumluğu CM-in 128-ci maddəsi ilə olmuşdur və bununla bağlı, arayışı da vardır. Ceyhun Nadirov əlavə olaraq bildirmişdir ki, o, guya müharibə şəratində yox, başqa şəraitdə yaralanmışdır. Bu da yalandır, onun müharibə şəraitində yaralanmasını təsdiq edən sənədləri vardır. Həmçinin bildirmişdir ki, o, guya ayrı-ayrı vaxtlarda müharibə iştirakçılarında olan əlilliyi bərpa etmək üçün onlardan pul almışdır. Bunları təsdiq edəcək heç bir sübutu yoxdur və şər-böhtandır. Ceyhun Nadirov heç kimdən çəkinmədiyini də bildirmiş, belə ki: “Get istəyirsən məni məhkəməyə ver, polisə ver. Ə sənin namusuna tüpürüm, şərəfinə tüpürüm, qeyrətinə tüpürüm. Tüpürüm varsa. Tfu sənin mənliyinə”. X10 necə şərböhtançı, iftiraçı, biri olduğunu anlamaq üçün onun Ali Baş Komandan, X32 X1 haqqında paylaşdığı videoçıxışına baxaraq da anlamaq çətin iş deyildir. X10 Ali Baş Komandan, Cənab Prezident, Qarabağ fatehi İlham Əliyev haqqında etdiyi bu çıxışın videosunu məhkəməyə təqdim etmişdir. İstəyir ki, bilinsin ki, necə bir iftiraçının şər-böhtanlarına və təhqirlərinə məruz qalmışdır. X20, haqqında səsləndirdiyi iftiraları facebook səhifəsində paylaşaraq onu, ailəsini, eləcə də, “X23” İctimai Birliyinin on minlərlə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən qazi qardaşları təhqir etmişdir. Həmçinin qeyd etmişdir ki, keçirilmiş məhkəmə iclaslarından sonra da, onu “Tiktok” sosial şəbəkəsində təhqir etmiş və barəsində təhqir xarakterli məlumatlar paylaşmışdır. Bütün bunları nəzərə alaraq, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (böhtan, ağır və ya xüsusi ağır cinayətdə ittiham etməklə böhtan atmaq) ilə 3 ilədək azadlıqdan məhrum etmə və 148-ci maddəsi (təhqir) ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. X20 tərəfindən ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 (dələduzluq), 218 (cinayətkar birlik yaratmaq), 220 (dövlətə qarşı iğtişaş), 274 (dövlətə xəyanət), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşmaq), 311 (rüşvət almaq), 312.1 (dövlət təltiflərini əldə etmək və ya satmaq) maddələrini rəhbər tutaraq X20 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə isə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən cinayətlər daxil olduqlarından, X15 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmişdir. Bundan əlavə, X10 ona vurduğu mənəvi zərərə görə, yəni xeyrinə 50000 (əlli min) manat məbləğində pul məbləğinin tutulması barədə yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Növbəti məhkəmə iclasları zamanı şikayət ərizəsində C.Nadirovun ölkə rəhbərliyi haqqında fikirləri ilə əlaqədar olan qeydlərilə bağlı bildirmişdir ki, həmin məsələnin hazırki şikayətə heç bir aidiyyəti olmadığından və onlar köhnə hadisələrlə bağlı olduğundan həmin xüsusatlar məhkəmə tərəfindən nəzərə alınmasın. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ceyhun Nadirovla eyni kənddə yaşamış, birlikdə işləmiş, aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Əvvəllər məhkumluğu olub, belə ki, Azərbaycan Respublikası CM-nin 128 və 147-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Obyektin sahibi tərəfindən ona verilmiş pulu hara xərcləməsi ilə bağlı verilmiş suala cavabında isə bildirmişdir ki, həmin pulu qazilərə yardım etmək üçün almış və Natiq, İlham, Fikrət, Dönməz və başqa qazilərə vermişdir. Sonda isə C.Nadirovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsini və barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X20 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Firidun Məmmədov haqqında olan paylaşımları həmin ünvanda olan evindən etmişdir. Bir müddət “X23” İctimai Birliyində işləmişdir. Onun söylədiklərinin hamısı həqiqətdir, qeyd etdikləri ilə bağlı şahidləri və başqa sübutları var. Firidun Məmmədovun rəhbərlik etdiyi cəmiyyətin müavini İsrafil adlı şəxs Firidunun bacanağıdır. X26 rayon İcra Hakimiyyətində kimlərdənsə 10000 manat pul alıb mənimsədiyini bildirmiş, bununla bağlı şahid və həmin vaxta aid səs yazıları vardır. Firidun Məmmədovun qazilərə etdiyi hərəkətlərə görə, onun qazi olması barədə şübhələri vardır. Belə ki, o, bir qazinin digərinə etməyəcək hərəkətləri etmişdir. Firidun Məmmədov onun kimi olan qazilərdən istifadə edib pul qazanmışdır. O, Xətai rayonu ərazisində obyektin tikilməsi üçün onlardan istifadə edərək oraya aparmış, həmin vaxt polis əməkdaşları da gəlmiş və mübahisə yaranmışdır. Həmin obyektlə bağlı da 10000 manat pul alıb mənimsəmişdir. Firidun Məmmədov onlara həmin obyektin qazi üçün tikiləcəyi barədə yalan məlumat vermişdir. Daha sonra Salyanda İsrafil adlı şəxsdən 10000 manat pul alıb, -“qruppanı bərpa edəcəm”- demişdir. Dövlətin daxilində iğtişaşlar yaratdığına görə, bir il məhkum həyatı yaşadığını çıxışlarında qeyd etmişdir. 2000-2001-ci illərdə Firidun Məmmədov “X23” İctimai Birliyinin müavini olmuşdur. O, və başqa qazilər polisə müqavimət göstərmiş, yolları kəsmiş, dövlətin daxilində iğtişaşlar yaratmışlar, bununla bağlı olaraq da onu həbs etmişlər. “X23” İctimai Birliyində işləyən Zülfiyyə Abbasova dələduzluq etdiyi üçün hazırda bir neçə məhkəmənin icraatında barəsində cinayət işləri vardır. O, aldığı pulları Firidun Məmmədova verdiyini bildirmişdir. Firidun Məmmədov onun özünə məxsus daş bazarına öz dostları ilə hücüm çəkib onu döymüş və təhqir etmişdir. Həmin bazara görə vergi ödəyir. Firidun Məmmədovun bacanağının əlilliyini bərpa etməsinə görə, aldığı pulların qəbzlərini və digər sübutlarını məhkəməyə təqdim edəcəkdir. Bu hadisə ilə bağlı 31-ci polis şöbəsinə müraciət etmiş, lakin iş bağlanmışdır. O, da daha sonra bu barədə Azrəbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmiş, Baş prokurorun qəbulunda olmuş, belə ki, işə hazırda yenidən baxılır və istintaq davam etdirilir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2000-ci ildə baş vermiş aksiyada Firidun Məmmədov iştirak etmişdir. Həmin aksiyada özü də iştirak etmişdir. Orada həbs edilən şəxslərin arasında Firidun Məmmədov da olmuşdur. Bundan başqa Firidun Məmmədovun şikayət ərizəsində qeyd etdiyi ölkə başçısı haqqında olan fikirlərin hazırki şikayətə heç bir aidiyyəti yoxdur, onlar köhnə hadisələrlə bağlıdır və bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə çağırılaraq onunla profilaktiki söhbət aparılmışdır. O, Firidun Məmmədovu təhqir etməsi ilə bağlı hissələrə görə özünü təqsirli bilir, lakin böhtan xarakterli məlumatlar paylaşması hissəsində özünü təqsirli bilmir. Məhkəmə iclasına şahid qismində dindirilmiş “X23” İctimai Birliyinin müavini vəzifəsində işləyən X11 ifadəsində göstərmişdir ki, Qarabağ Müharibəsi iştirakçısı olmaqla, qazidir. Firidun Məmmədovla 1994-1995-ci illərdə hosbitalda olan zaman tanış olmuşdur. O, “Facebook”, “Tiktok” və digər sosial şəbəkələrdə Birliyin üzvü olmuş X20 tərəfindən Firidun Məmmədova qarşı təhqirlər, şər-böhtanlar olan paylaşımlar həyata keçirildiyini görmüşdür. Bu paylaşımları gördükdən sonra, Ceyhuna zəng etmişdir. Ceyhun isə onunla mübahisə etməyə başlamış və onun barəsində də paylaşımlar etməyə başlamışdır. Ceyhun Nadirov bir çox qazinin əlilliyi ilə bağlı şikayət etmiş, ona görə də bəzi qazilərin pensiyalarının verilməsi dayandırılmış, yenidən komissiya keçirilmişdir. Ceyhun məhkəmə iclası keçirildikdən sonra da paylaşımlara davam etmişdir. Firidun Məmmədov hər zaman qazilərə, şəhid ailəsi üzvlərinə yardım etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Facebook”, “Tiktok” sosial şəbəkələrində olan paylaşımları görmüşdür. “YouTube” kanallarında da onun müsahibələri vardır. Firidun Məmmədovun rüşvət aldığını görməmiş, Firidun Məmmədov bu mövzulara hər zaman həssas yanaşmışdır. Heç bir vaxt belə hadisə yaşanmamışdır. Rüşvət alan şəxsləri isə özü polisə şikayət etmişdir. X16 obyektlə bağlı pul almışdır, amma həmin pulun alınmasında məqsəd qazilərə yardım olmuşdur. Firidun Məmmədov pulu qazilər arasında bölüşdürmüş, onun da borcu olduğunu bildiyi üçün 1000 manat ona vermişdir. Odur ki, həmin pul qazilərə yardım etmək məqsədi ilə verilmişdir. 1-2 ay əvvəl də belə yardım olmuş, ara-ara qazilər üçün nahar verilmişdir. Sosial şəbəkələrdə olan paylaşımların Birliyə mənfi təsirləri olmuşdur. Bir çox üzv paylaşımlardan sonra üzvlükdən çıxmışdır. X11 26 noyabr 2024-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, 18 noyabr 2024-cü il tarixdə, Firidun Məmmədovun iddiası ilə məhkəmə iclasında dindirilmişdir. Məhkəmə iclasında bildirdiklərini yazılı surətdə də təqdim edir. ünvan 4 ünvanında tikilən tikintidə X23 ictimai Birliyinin üzvləri ilə orada birgə iştirak etdiyinə görə, onların hamısı və Birliyin sədri Firidun Məmmədov oraya yollanmışdır. Firidun Məmmədov oradan aldığı puldan 1000 manatını ona şəxsən vermişdir. Yazılı verdiyi ərizənin qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş ******* nömrəli arayışdan görünür ki, 30 aprel 1970-ci il təvəllüdlü X7 1-ci qrup əlillik vardır. Elektron Məhkəmə Portalından edilmiş çıxarışdan görünür ki, X6 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (1-ci qrup əlilliklə bağlı) 500 manat, 2-ci qrup əlilliklə bağlı isə 866.16 manat məbləğində pensiya alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 06 sentyabr 2024-cü il tarixdə X15 ünvanlanmış ərizədən görünür ki, 1 il əvvəl bir qrup şəxs tərəfindən döyülməsi ilə əlaqədar Bakı şəhəri Suraxanı RPİ-də aparılan cinayət işi üzrə ibtidai istintaqın qeyri-obyektiv aparılmasına dair şikayətə Baş Prokurorluqda baxılmışdır. Müəyyən edilmişdir ki, müraciətlə əlaqədar araşdırma aparılaraq 06 noyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-də fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, 06 dekabr 2023-cü il tarixdə əməldə cinayət tərkibi olmaması qənaətinə gəlinərək Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar 20 avqust 2024-cü il tarixdə Suraxanı rayon prokurorunun müavini Elgiz Qənizadə tərəfindən ləğv edilmişdir. Cinayət işi Respublika Baş Prokurorluğu tərəfindən tələb edilib öyrənilmiş və 24 avqust 2024-cü il tarixdə cinayət işi üzrə yazılı göstəriş verilərək istintaqın davam etdirilməsi məqsədilə Suraxanı RPİ-nin İŞ-ə qaytarılmışdır. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir, nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(007)- 480/2022 saylı hökmündən görünür ki, X13, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(001)- 134/2023 saylı hökmündən görünür ki, X13, Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 840 nömrəli xəstəlik tarixçəsindən görünür ki, 30 aprel 1970-ci il təvəllüdlü X2 uğrunda gedən döyüşlərdə mərmi partlayışı zamanı xəsarət almışdır. Nəticədə, üz yarası almış, sağ gözü zəif görür, sol gözü isə ümumiyyətlə görmür. Sağ qulağı isə eşitmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 21 avqust 2024-cü il tarixli, ********** nömrəli “Əlillik haqqında” arayışından görünür ki, X13, 16 fevral 2024-cü il tarixdə müayinədən keçmiş və ona birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin təyin edilmə səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar göz əlilliyi ilə bağlı olmuşdur. Diaqnoz: hər iki gözü dəlib keçən odlu silah yaralanmalarının nəticələri: sağ gözün görmə itiliyinin 0,01 k, /ilə=0,02, sol gözün itiliyinin göz önündə barmaq sayına enməsi. (DSMF məlumatlarına əsasən). Əlillik müddətsiz verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(001)- 3753/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X24 tərəfindən verilmiş iddia qismən təmin edilmiş, cavabdeh X6 üzərinə iddiaçının şərəf, ləyaqətini, nüfuzunu alçaldan və ləkələyən məlumatların “Diqqət News” YouTube kanalında təkzib verilməsi və həmin məlumatların silinməsi öhdəliyi qoyulmuşdur. Bundan əlavə, cavabdeh X6 üzərinə iddiaçının faktiki yaşadığı ünvana məktub göndərərək üzr istəməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh X5 vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində vəsait tutularaq iddiaçı X17 ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası DİN-in 14 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, X13, Binəqədi Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 147.2, 66.5-ci maddələrinə əsasən 06 ay müddətə azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. 25 iyul 2024-cü il tarixdə cəza müddəti bitmiş, 08 avqust 2024-cü il tarixdə isə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası “Vətən Fədailərinin Hüquqlarının X18” tərəfindən verilmiş vəsiqədən görünür ki, X20, Azərbaycan Respublikasının müdafiəsi zamanı 2-ci qrup əlil olmuşdur, Azərbaycan Respublikasının ərazisində imtiyazlardan istifadə etmək hüququ vardır. Abşeron Rayon Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 010034 saylı müddətisiz vəsiqədən görünür ki, X20, Azərbaycan Respublikasının müdafiəsi zamanı 2-ci qrup əlil olmuşdur. ******* saylı sənəddən də görünür ki, 1974-cü il təvəllüdlü X20, əmək qabiliyyətini itirməklə, 2-ci qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 nömrəli TSEK-i tərəfindən verilmiş Müayinə Aktından 057877 nömrəli Çıxarışdan görünür ki, X15 odlu silah yaralanmasından sonra, sağ budun 1/3-dən amputasiya güdülü, sol İV və V barmağın amputasiya güdülü diaqnozu qoyulmuşdur. O, Azərbaycan Respublikasının müdafiəsi zamanı 2-ci qrup əlil olduğundan əmək qabiliyyətsizdir. Əlilliyi müddətsizdir. Təqsirləndirilən şəxs X20 tərəfindən məhkəmə iclasında təqdim edilmiş X4 məxsus “Kapital Bank” kartına edilmiş mədaxil qəbzlərindən görünür ki, 09 dekabr 2021-ci il və 23 aprel 2022-ci il tarixlərdə hər birində 5000 manat olmaqla, cəmi 10000 manat pul göndərilmişdir. X20 həmin çeklərlə bağlı qeyd etmişdir ki, onlar “X23 İctimai Birliyi”nin sədri Firidun Məmmədovun müavini və bacanağı Fikrət İsbəndiyarovun kartına vurulmuş pullarla bağlıdır (2 dəfəyə). Əlillikləri dayandırılmış əlillərdən, qruplarının bərpa olunması üçün alınıb mənimsənilmiş pulların çekidir. Pulu verən şəxs Salyan rayonu sakini İsrafil Əskərovdur. Təqsirləndirilən şəxs X20 tərəfindən məhkəmə iclasında təqdim edilmiş “Azəriqaz”, “Azərişıq”, “Azərsu ASC” bildirişlərindən görünür ki, o, həqiqətən Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud y/s-də yaşayır. Təqsirləndirilən şəxs X20 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 10 yanvar 2025-ci il tarixli müraciətdən görünür ki, onun “Facebook” sosial şəbəkəsində Firidun Məmmədov haqqında danışdıqları 22 dekabr 2022-ci il tarixdə, Firidun Məmmədovun dəstə şəklində üstünə hücum çəkib ayaqsız, barmaqsız bir Qarabağ əlili olaraq onu döyüb küçə söyüşləri ilə təhqir etdikləri üçün baş vermişdir. Buna görə, həmin çıxışları etmişdir. Etdiyi çıxışlar da öz təsdiqini tapır. Bu çıxışlarından biri də, F.Məmmədovun Xətai rayonunda külli miqdarda pul alaraq obyektin tikintisinə himayədarlıq etməsi ilə bağlı olmuşdur. Həmin müraciətə əlavə edilmiş 05 yanvar 2023-cü il tarixli, “törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Baki şəhəri ünvan 6 ünvanında yaşayan vətəndaş X20, 22 dekabr 2022-ci il tarixdə şikayət ərizəsi ilə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə müraciət edərək göstərmişdir ki, həmin tarixdə, saat təxminən 17:30-da Suraxanı rayonu ərazisində olan “Əfsun“ şadlıq sarayının yanında olan Daş-Qum Bazarında Firudin Məmmədov onu söyüb-təhqir edərək boğazına əl atdığı üçün Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin qarşısına gəlmişdir. Həmin vaxt şöbənin inzibati binasının qarşısında olan zaman Firudin Məmmədov onun əllərindən tutmuş və Zaur adlı şəxs onun üz nahiyəsindən iki yumruq zərbəsi atmışdır. Yaqub Əzizov isə ona tərəf təpik atmışdır. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Yekunda isə toplanmış HK-1/2495-saylı material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Həmin müraciətə əlavə edilmiş DİO-nıın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi tərəfindən Suraxanı Rayon Prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə istintaqı aparılmış ********* №-li cinayət işi üzrə 02 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan 04 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs X20 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 10 yanvar 2025-ci il tarixli digər müraciətdən görünür ki, Xətai rayonunda Firidun Məmmədovun külli miqdarda pul olaraq obyektin tikintisinə himayədarlıq etdiyi öz əksini tapmışdır. Bununla əlaqədar F.Məmmədovun məhkəməyə şahid qismində gətirdiyi və dindirilmiş Natiq Mirzəyev də, F.Məmmədovdan bu işlə bağlı 1000 manat pul aldığını ərizə şəklində məhkəməyə bildirmişdir. Əlavə olaraq, bu işlə bağlı məhkəməyə disklər təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 02 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zamanı müəyyən olunur ki, X20 öz facebook sosial şəbəkəsindəki profili vasitəsilə çıxışlar etmişdir. Həmin diskə baxış zamanı 62 ədəd faylın olması müəyyən edilir. Bütün fayllara məhkəmə iclasında baxış keçirilmişdir. 2-4-cü fayllara baxış keçirilən zaman müəyyən olunur ki, təqsirləndirilən şəxs C.Nadirov F.Məmmədovun qazi olmamasını, onun qazi olsa belə, döyüş zamanı yaralanmadığını, başqa şəkildə xəsarət almasını bildirir. Qarabağda yaralansa da, bunun Vətən uğrunda olmadığını bildirir. 6-10-cu fayla baxış zamanı müəyyən olunur ki, Ceyhun Nadirov F.Məmmədov barəsində bu ifadələri işlədir:-“ X25 rayonuna maşın sürmüşük, iş qurub-qoşmuşuq. Bizdən istifadə edib pul qazanıb”. Davam edərək demişdir ki: “sən bizim kimi qazilərdən istifadə edib pul qazanmısan”, Xətai rayonunda obyektin tikilməsində obyektin yiyəsindən 2000 pul almısan, bizim qazi qardaşımızın adına tikiləcəyini qeyd edərək bizi aldatmısan“. 12-13-cü fayla baxış zamanı müəyyən olunur:-“İnsan əlsiz, ayaqsız yaşayar, şərəfsiz yaşamaz. Sən bu şeyləri namusla, qeyrətlə səhv salmısan. Başa düşdün? O şeylər deyəndə pulu, pulu deyirəm. Pul hər şeyi həll edər. Amma pul şərəf, namus, kişilik onu həll etməz. Səndə də o yoxdu”. Bu sözləri ilə onun namussuz, şərəfsiz, qeyrətsiz olduğunu bildirir. 17-20-ci fayllardan müəyyən olunur:-“ Sənin yanında olanlar gədədir. Bazara yanında gələnlər. Bazara gəldinki mənə gədə deyib, şərəfsiz deyib. Ə kişilikdən xəbəri olmayan. İndi sənə namussuz da deyirəm, qeyrətsiz də deyirəm. Dur gəl. Dur gəl dana. Niyə gəlmirsən ə?. 34 və 39-cu fayla baxış zamanı “Ə sənin boynunu yerə soxum. Ə kişilikdən xəbəri olmayan nakişi. Kişilikdən xəbəri olmayan. Boynunun dalına bacanağından betər vuran. Salyanda İsrafildən 10000 manat pul almısan, qruppanı bərpa edəcəm deyə” deyərək onu təkrar rüşvət almaqda ittiham etməsi müəyyən olunur. Davamında:-“İsrafil adlı qardaşımız var 10000 manat banka girib kredit alıb. Fikrətin kartına vurub ki, qruppanı bərpa edəcək deyə”. 44-45-ci fayllara baxış zamanı bildirir:-“ Firidun Məmmədov ləkədi. Bilirsiniz niyə ləkədi? Dövlətin daxilində iğtişaşlar yaratdığına görə bir il məhkum həyatı yaşayıb. Təkrar edirəm, dövlətin daxilində iğtişaşlar yaratdığına görə, bir il məhkum edilmişdir”, “o, gədədir, ona görə ki, mənim kimi ayağı olmayan qaziyə əl atıb o.”, 48,49 və 54-cü fayllara baxış zamanı onun “Qarabağda vətən uğrunda deyil, qız üstündə özünü partlatmasını, bundan əlavə ayaqsız olduğu halda onu vurduğuna görə ünvanına nalayiq ifadələr, təhqirlər işlətməsi müəyyən olunur”. F.Məmmədov tərəfindən məhkəməyə təqdim edilmiş əlavə 01 ədəd CD diskə də məhkəmə iclasında baxış keçirilmişdir. Həmin diskə baxış zamanı müəyyən olunur ki, təqsirləndirilən şəxs C.Nadirov hazırki şikayətlə bağlı məhkəmə iclasları başladıqdan sonra da, xüsusi ittihamçının ünvanına təhqirli ifadələr səsləndirir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X30 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs X20 məhkəmə iclasları zamanı özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun söylədiklərinin hamısı həqiqətdir, qeyd etdikləri ilə bağlı şahidləri və başqa sübutları var. X26 İcra Hakimiyyətində kimlərdənsə 10000 manat pul alıb mənimsədiyini bildirmiş, bununla bağlı şahid və həmin vaxta aid səs yazıları vardır. Firidun Məmmədovun qazilərə etdiyi hərəkətlərə görə, onun qazi olması barədə şübhələri vardır. Belə ki, o, bir qazinin digərinə etməyəcək hərəkətləri etmişdir. Firidun Məmmədov onun kimi olan qazilərdən istifadə edib pul qazanmışdır. O, Xətai rayonu ərazisində obyektin tikilməsi üçün onlardan istifadə edərək oraya aparmışdır. Həmin vaxt polis əməkdaşları da gəlmiş, mübahisə yaranmışdır. Həmin obyektlə bağlı da 10000 manat pul mənimsəmişdir. Firidun Məmmədov onlara həmin obyetkin qazi üçün tikiləcəyi barədə yalan məlumat vermişdir. Daha sonra Salyanda İsrafil adlı şəxsdən 10000 manat pul alıb, -“qruppanı bərpa edəcəm”- demişdir. Dövlətin daxilində iğtişaşlar yaratdığına görə, bir il məhkum həyatı yaşadığını çıxışlarıda qeyd etmişdir. 2000- 2001-ci illərdə Firidun Məmmədov “X23” İctimai Birliyinin müavini olmuşdur. Firidun Məmmədov onun özünə məxsus daş bazarına öz dostları ilə hücüm çəkib onu döymüş və təhqir etmişdir. Hazırda bununla bağlı Suraxanı RPİ-nin İstintaq şöbəsində cinayət işi istintaq olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs X10 yaşadığı Suraxanı rayonu ərazisindəki evində Facebook sosial şəbəkəsi üzərindən etdiyi canlı çıxışları ilə bağlı iş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən C.Nadirovun aşkar şəkildə F.Məmmədova videodamüraciətində onun döyüşdə yaralanmadığını, gözlərinin sağlam olduğunu, “qazi adına ləkəsən” deyərək ağır təhqirlərlə şəxsiyyətini, şərəf və ləyaqətini alçaltdığı müəyyən edilmişdir. Onun həmçinin namussuz, şərəfsiz, qeyrətsiz olmasını və digər nalayiq ifadələrlə müraciət edərək təhqir etmişdir. X20 çıxışlarının birində bildirmişdir ki, F.Məmmədov dövlətə xəyanətdə yəni CM-in 274-cü maddəsi ilə və dövlətə qarşı iğtişaşlarda, yəni CM-in 220-ci maddəsi ilə ittiham edilmişdir. Bundan başqa Firidun Məmmədovu külli miqdarda və təkrar rüşvət alması ilə bağlı ittiham etmişdir. Beləliklə də, ona şər-böhtan atmışdır. Onun məhkumluğu CM-in 128 və 147.2-ci maddələri ilə olmuşdur və bununla bağlı arayış da məhkəmə iclasına təqdim edilmişdir. Odur ki, CM-in 220-ci maddəsinə əsasən zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmənin sanksiyasında dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur. Bundan başqa CM-nin 311.1-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, CM-nin 311.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma—CM-nin 311.3-cü maddəsinə əsasən bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, külli miqdarda törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin arayışdan isə müəyyən olunur ki, F.Məmmədovun belə bir məhkumluğu olmamışdır. Ceyhun Nadirov əlavə olaraq bildirmişdir ki, o, guya müharibə şəratində yox, başqa şəraitdə yaralanmışdır. Odur ki, onun məhkəməyə təqdim etdiyi ******* nömrəli arayışdan, 840 nömrəli xəstəlik tarixçəsindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 21 avqust 2024cü il tarixli, ********** nömrəli “Əlillik haqqında” arayışından aşkar şəkildə görünür ki, 30 aprel 1970-ci il təvəllüdlü X7 1-ci qrup əlillik vardır. O, Ağdam uğrunda gedən döyüşlərdə mərmi partlayışı zamanı xəsarət almışdır. Nəticədə, üz yarası almış, sağ gözü zəif görür, sol gözü isə ümumiyyətlə görmür. Sağ qulağı isə eşitmir. Odur ki, onun müharibə şəraitində yaralanmasını təsdiq edən sənədlər mövcuddur. C.Nadirov həmçinin bildirmişdir ki, o, guya ayrı-ayrı vaxtlarda müharibə iştirakçılarında olan əlilliyi bərpa etmək üçün onlardan rüşvət şəklində təkrarən pul almışdır. Bunları təsdiq edəcək heç bir sübutu yoxdur və bununla da, C.Nadirov xüsusi ittihamçıya böhtan atmışdır. Odur ki, həmin xüsusatla bağlı hər hansı bir orqana müraciət edilməmiş, bununla bağlı araşdırma aparılmamış, həmçinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmamışdır. CPM-in tələblərinə əsasən barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan kimsə hər hansı cinayət əməlini törətməkdə ittiham edilə bilməz. Beləliklə də, təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü qismən təqsirli bilməsi ilə bağlı qeyd etdiyi xüsusatlar toplanmış sübutların məcmusu ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Hazırki iş üzrə məhkəmə hazırlıq iclasında və məhkəmə baxış iclasında tərəflərə barışıqlar bağlı hüquqlarının olması təklif olunsa da aralarında barışıq olmamışdır. Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma»da ifadə olunur. CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayəti obyektiv cəhətdən “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma”da ifadə olunur. CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, söz azadlığı və ya ifadə azadlığı dedikdə bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. Bu bəyan etmə sözlər vasitəsilə də həyata keçirilə bilir. Sözlərdə, ifadələrdə müəyyən məlumatlar bəyan edilir, fikirlər söz və ya ifadələrlə səsləndirilir, açıqlanır. Hər bir halda yayılan həmin məlumatlarda fikirlər və faktlar ifadə edilir. Fikri ifadə etmək üsulundan, tərzindən asılı olmayaraq kütləvi nümayiş etdirildiyi halda sözlərlə, ifadələrlə, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olan məlumatlar yayılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). "İnsan Hüquqlarının və X12 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyriqanuni qəsddən müdafiə hüququna zəmanət verən “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın” 17-ci maddəsində və “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının” 10-cu maddəsində də öz əksini tapmışlar. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarına əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Odur ki, təqsirləndirilən şəxs X20 tərəfindən məhkəmə iclasında təqdim edilmiş “Azəriqaz”, “Azərişıq”, “Azərsu ASC” bildirişlərindən görünür ki, o, həqiqətən Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud y/s-də yaşamışdır. Buna görə də, xüsusi ittiham qaydasında şikayətə ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumatlar olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göründüyü kimi təqsirləndirilən şəxs X20 tərəfindən xüsusi ittihamçı barəsində böhtan xarakterli söz və ifadələr Facebook sosial şəbəkəsində açılmış canlı videogörüntüdə paylaşıldığından bu internet informasiya ehtiyatı hesab olunur. Bundan əlavə məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Bununla da həmin çıxışlarında X20 öz düşüncəsinə görə fikirləri, ehtimalları olubolmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə yuxarıda qeyd edilən yalan məlumatları yaymışdır. Hansı ki, məhz həmin məlumatlar da hazırkı xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, X6 şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir, İ Vətən Müharibəsi iştirakçısı olmaqla onu cəmiyyətdə nüfuzdan salmaqla, cəmiyyətdə, insanlar yanında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlardır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Yuxarıda deyilənlər əsasında belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X20, ona qarşı xüsusi ittihamçı X6 verdiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətdə təqsirlidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 293-cü maddəsində törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi kimi halların sübuta yetirilməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə vəzifə olaraq qoyulmuşdur. Böhtan hər hansı digər diffamasiya halları kimi (ləkələyici, böhtan və ya təhqiredici xarakterli məlumatların yayılması) həmişə şəxsi, mənəvi hüquqların toxunulduğu hallardır. Diffamasiya ümumi mənada böhtan xarakterli məlumatların yayılması deməkdir. Sonra isə onun müxtəlif konfiqurasiyaları olur: qeyri-dəqiq ləkələyici məlumatların yayılması, sadəcə olaraq qeyri-dəqiq və bilərəkdən yalan ləkələyici məlumatların yayılması – məhz bu, böhtandır. Mülki-hüquqi diffamasiyanın klassik tərkibi böhtan xarakterli qeyri-dəqiq məlumatdır, lakin onu yayan şəxs bu məlumatın yalan olduğunu bilməyə də, vicdanlı olaraq aldanmış və ya xətaya düşmüş ola bilər. Böhtan, diffamasiyaya dair mülki iddiadan fərqli olaraq cinayət əməlidir. Və bu iki hüquq pozuntusu arasındakı fərq ondan ibarətdir ki, böhtan həmişə bilərəkdən yalan olan faktoloji məlumatların yayılmasıdır. Bu o deməkdir ki, həmin şəxs yalan yaydığını əvvəlcədən bilmiş və kiminsə nüfuzuna xələl gətirmək məqsədi ilə bilərəkdən bunu etmişdir. Ləyaqət və şərəf bir çox hüquq sahələrinin normaları ilə qorunur. Lakin ictimai münasibətləri daha kobud və yolverilməz formada pozan hər hansı əməl, bir qayda olaraq, cinayət qanununda cinayət kimi nəzərdə tutulur. Şəxsin konstitusion dəyərləri olan ləyaqəti, şərəfi, nüfuzu, cinayət hüququnun müdafiə obyekti xassəsini itirməməlidir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab edir ki, öz fikirlərini açıq şəkildə ifadə etmək o halda cinayət məsuliyyətinə səbəb ola bilər ki, bu fikirləri qəbul edən insanları qanunsuz hərəkətlərə və ya zorakılığa sövq edə bilsin və yalnız bu şərtlə ki, əməl qəsdən, yüksək ehtimalla, bu kimi hərəkətlərə təhrik etmək niyyətilə edilsin. Şəxsin ictimai qiymətinin ədalətliliyinin hüquqi müdafiəsini yüksək sosial təhlükə törətməyən, əksər hallarda məişət və ya xidməti münaqişələr zəminində inzibati və ya mülki hüquq normaları ilə həyata keçirmək daha humanistcəsinədir. Bu cür hərəkətləri edən şəxs, bir qayda olaraq, məlumdur, bir şəxs haqqında ədalətsiz qiymətləndirmə nisbətən kiçik bir qrupda (kollektiv üzvləri, evin sakinləri arasında) yayılır, zərər isə yalnız müəyyən bir şəxsin mənafeyinə vurulur. Qanunda açıq şəkildə göstərilir ki, məhkumluq fərziyyələrə əsaslana bilməz və yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı təqdim etdiyi F.Məmmədovun himayəçilik edərək yüksək məbləğlərdə pul mənimsəməsi ilə bağlı məlumatları əks etdirən 06 ədəd CD disk iş üçün əhəmiyyət kəsb edən sübut hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Buna görə də həmin xüsusatla bağlı məlumat və 06 ədəd CD disk və ərizə aidiyyəti üzrə baxılması və qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. İş materiallarında olan 01 ədəd CD disk (içərisində 62 ədəd fayl olan, ölkə rəhbərliyi ilə bağlı çıxışlar olan 01 ədəd fayl istisna olmaqla) X20 tərəfindən X13 barəsində Facebook sosial şəbəkəsində canlı video açmaqla çıxışlar edərək CM-in 147.2 və 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün hallarını özündə əks etdirir. Bundan əlavə, xüsusi ittihamçı tərəfindən təqdim edilmiş, məhkəmə iclasları başladıqdan sonra da C.Nadirovun F.Məmmədovla bağlı təhqirlərini davam etdirdiyi 01 ədəd CD disk təqsirləndirilən şəxsin cinayət əməlini davam etdirməsi halını özündə əks etdirir. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, həmin 01 ədəd CD disk (içərisində 62 ədəd fayl olan, ölkə rəhbərliyi ilə bağlı çıxışlar olan 01 ədəd fayl istisna olmaqla) və məhkəmə iclasları başladıqdan sonra da F.Məmmədovla bağlı təhqirlərini davam etdirdiyi 01 ədəd CD disk, cəmi 02 ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs C.Nadirovun F.Məmmədovun ünvanına “şərəfsiz” “namussuz” və s. kimi nalayiq sözlər işlətməsi X9 qarşı təhqirdir və bu paylaşmalar internet informasiya ehtiyatında yayıldığından, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin təsiri altına düşür. Həmçinin onun əslində qazi olmamaqla, əlillik dərəcəsini başqa yollarla almaqda ittiham etməsi, qazilərin əlillik dərəcəsini bərpa etməsi məqsədilə onlardan təkrarən rüşvət alması, daha əvvəllər dövlətə qarşı iğtişaşla bağlı məhkum olunmaqda ittiham etməsi ona qarşı atılmış böhtandır. Buna görə də həmin ittihamlar yalan olduğundan və həqiqəti əks etdirmədiyndən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin təsiri altına düşür. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, xüsusi ittihamçı X13 tərəfindən X10 CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərində təqsiri kifayət qədər mötəbər sübutlarla təsdiq olunmuşdur. İş üzrə xüsusi ittihamçı (mülki iddiaçı) X13 xüsusi ittiham qaydaşında şikayətində mülki iddia ilə çıxış edərək təqsirləndirilən şəxs (mülki cavabdeh) X10 ona vurduğu mənəvi zərərə görə, yəni xeyrinə 50000 (əlli min) manat məbləğində pul məbləğinin tutulması barədə yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçı (mülki iddiaçı) X13 tərəfindən məhkəməyə verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, CPM-nin 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir. CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. CPM-nin 183.3-cü maddəsinə əsasən mülki iddiada hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Hazırki iş üzrə xüsusi itithamçı (mülki iddiaçı) Firidun Məmmədov tərəfindən təqdim edilmiş diskə baxış zamanı təqsirləndirilən şəxs tərəfindən sosial şəbəkədə barəsində təhqir və böhtan xarakterli məlumatlarla çıxışlar edilmişdir. Həmin məlumatlar əsasında o, mənəvi zərərə uğramışdır. CPM-nin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edibetməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Nəzərə almaq lazımdır ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin ödənilməsi insan hüquqlarının və əsas azadlıqların müdafiəsi vasitəsi kimi müəyyən edilmişdir. Hazırki iş üzrə xüsusi ittihamçı (mülki iddiaçı) X13 tərəfindən şikayət ərizəsində ona dəymiş mənəvi zərərə görə 50.000 manat pulun təqsirləndirilən şəxs X8 tutulmasını məhkəmədən xahiş edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi) mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarına əsasən mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmələr mənəvi zərərə görə təzminat məbləğini müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum Qərarına əsasən xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia, vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı təmin edə və ya onu rədd edə bilər. Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittihamçı X13 mülki iddiaçı qismində tanınaraq tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli və mənəvi ziyanın cəmi olaraq 2000 manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) X8 tutularaq xüsusi ittihamçı (mülki iddiaçı) X9 ödənilməlidir. Mülki iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 147.2-ci maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. 148-ci maddəsinin sanskiyasında isə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. 15-ci maddəsinə əsasən həmin cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, təqsirləndirilən şəxs X20, əvvəllər məhkum olunmamışdır. X10 Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayətin törədilməsi, CM-nin 59.2-ci maddəsinə əsasən İ Qarabağ müharibəsi iştirakçısı və qazi olmaqla 2-ci qrup əlilliyinin olması məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X10 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 43.2-ci maddəsinə əsasən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. CM-nin 44-cü maddəsinə əsasən cərimə bu məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. CM-nin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X10 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxs X15 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını və CM-nin 148-ci maddəsinin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına və CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cərimə cəzasına məhkum edilməli, X15 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, X10 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, X20 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, xüsusi ittihamçı X6 cinayət əməli nəticəsində ona vurulmuş mənəvi zərərin ödənilməsinə dair mülki iddia tələbi qismən təmin edilməli, 2000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X8 tutularaq xüsusi ittihamçı X9 ödənilməli, mülki iddia tələbi qalan hissədə təmin edilməməli, X10 evində Facebook sosial şəbəkəsi üzərindən xüsusi ittihamçı X13 ilə bağlı etdiyi çıxışları əks etdirən 01 (bir) ədəd CD disk (içərisində 62 ədəd fayl olan, ölkə rəhbərliyi ilə bağlı çıxışlar olan 01 ədəd fayl istisna olmaqla) və məhkəmə iclasları başladıqdan sonra da xüsusi ittihamçı Firidun Məmmədovu təhqir etdiyi 01 (bir) ədəd CD disk, cəmi 02 ədəd CD disk maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməli, xüsusi ittihamçı Firidun Məmmədov barəsində cinayət xarakterli məlumatları əks etdirən 06 ədəd CD disk və ərizə Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə aidiyyəti üzrə baxılması və qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən şəxs X10 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X15, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 12 iş saatı üçün 72 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X20 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X15 qəti olaraq 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. X10 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X20 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. X20 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Xüsusi ittihamçı X6 cinayət əməli nəticəsində ona vurulmuş mənəvi zərərin ödənilməsinə dair mülki iddia tələbi qismən təmin edilərək, 2000 (iki min) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X8 tutularaq xüsusi ittihamçı X9 ödənilsin. Mülki iddia tələbi qalan hissədə təmin edilməsin. X10 evində Facebook sosial şəbəkəsi üzərindən xüsusi ittihamçı X13 ilə bağlı etdiyi çıxışları əks etdirən 01 (bir) ədəd CD disk (içərisində 62 ədəd fayl olan, ölkə rəhbərliyi ilə bağlı çıxışlar olan 01 ədəd fayl istisna olmaqla) və məhkəmə iclasları başladıqdan sonra da xüsusi ittihamçı Firidun Məmmədovu təhqir etdiyi 01 (bir) ədəd CD disk, cəmi 02 ədəd CD disk maddi sübut qismində tanınsın və iş materiallarına əlavə edilsin. Xüsusi ittihamçı X13 barəsində cinayət xarakterli məlumatları əks etdirən 06 ədəd CD disk və ərizə Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə aidiyyəti üzrə baxılması və qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilsin. Müdafiəçi X10 hüquqlarının müdafiəsinə sərf etdiyi 12 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar