Məhkəmə qərarları › İş №1(010)-591/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-591/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-591/2025 03.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda çəkisi 0,213 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini 04 sentyabr 2025-ci il tarixdə istintaqa məlum olmayan mənbədən 30 manata əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 11:19 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,213 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 7-8 aydır ki, narkotik maddələrin "şüşə” kimi tanıdığı növünün aludəçisidir və çəkmə yolu ilə qəbul edir. Belə ki, o, 04 sentyabr 2025-ci il tarixdə adını xatırlamadığı məhkum yoldaşından 30 manat müqabilində Bakı şəhəri, Sabunçu rayonu ərazisində “şüşə” kimi tanıdığı psixotrop maddəni öz şəxsi istehlakı üçün almışdır. 05 sentyabr 2025-ci il tarixdə saat 11:10 radələrində ünvan 2 ünvanın qarşısında olduğu zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər və ondan özünü təqdim etməsini tələb etmişdirlər. O da özünü olduğu kimi təqdim etmişdir. Ona narkotik vasitələrin və psixtrop maddələrin dövriyəsində şübhəli olduğu bildirilərək üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdirlər. O də əynində olan qara rəngli şalvarın sol yan cibindən ona məxsusu olan “Samsung” markalı telefonunu və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan “şüşə” kimi tanıdığı psixotrop maddəni çıxararaq təqdim edib. Polis əməkdaşlarından biri əlləri ilə paltarlarını yoxlamağa başlamışdır. Üzərindən başqa dövriyyəsi qanununla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Polis əməkdaşların biri təqdim etdiyim bükümdə nə olması və haradan və nə məqsədlə əldə etməyi barədə soruşmuşdur. O da həmin bükümdə "şüşə" kimi tanıdığı psixotrop maddə olduğunu, həmin psixotrop maddəni öz şəxsi istehlakı üçün adını unutduğu məhkum yoldaşından 30 manat ödəməklə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əldə etdiyini bildirmişdir. Təqdim etdiyi bir ədəd büküm polis əməkdaşlarından biri tərəfindən zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmaqla qablaşdırılmışdır. O həmçinin qeyd etmişdir ki, bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mədə-bağırsaq əməliyyatı keçirtmişdir. O, dispanserdə qeydiyyatdadır, əlilliyi yoxdur. 1988-ci ildə deportasiya olmuşdur. 2006-cı ildən status götürülüb. Sənəd verməmişdirlər. Sonda o, qeyd etdiyi xüsusatların nəzərə alınmasını, himayəsində azyaşlı uşağının olduğunu və məhkəmədən onun barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis polkovnik- leytenantı xüsusi rütbəsi daşıyır. 06 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməklə, saxlamaqla və daşımaqla məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumat əsasında raportla bölmə rəhbərliyinə məruzə etmişdir və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri həyata keçirmək üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri olaraq o, üzvləri isə Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 təyin ediliblər. Təqsirləndirilən şəxs harada olduğunu müəyyən etdikdən sonra 05 sentyabr 2025-ci il tarixdə saat 11:00 radələrində ünvan 2 ünvanının qarşısına gedilmişdir. Saat 11:19-da orada Təqsirləndirilən şəxs yaxınlaşılaraq xidməti vəsiqələr göstərilmiş və özünü təqdim etməsi tələb olunmuşdur. Təqsirləndirilən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olunduğu bildirilib, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sol yan cibindən ona məxsus “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. O həmin telefonu yenidən Təqsirləndirilən şəxs qaytararaq əvvəlcə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim edilməsi tələb etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisində ağ rəngli, kristalşəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin "şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm imzalarla təsdiq edilərək içi boş ağ kağız zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs "Samsung" markalı mobil telefonu da təqdim etmiş və həmin telefon ayrıca ağ kağız zərfə qoyularaq qablaşdırılmışdır. O, Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş və iş üçün əhəmiyyət kəsb edən digər hər hansı əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 də eyni məzmunlu ifadələr verərək şahid qismində dindirilmiş Şahid1 göstərmiş olduğu xüsusatları öz ifadələrində təsdiq etmişdirlər. Cinayət işinin başlanmasına səbəb və əsas, xx.xx.2025-ci il tarixdə saat 11:19 dəqiqədə Suraxanı RPİ-nin 32-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri əldə edib daşımaqda şübhəli bilinən Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,213 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı və həmin faktla bağlı toplanmış materiallar olmuşdur. Cinayət işinin 27-ci vərəqində olan “şübhəli şəxsin tutulması” haqqında 05 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 sentyabr 2025-ci il tarixdə saat 11:19 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarının 56-57-ci vərəqlərində olan 06 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 70-72-ci vərəqlərində olan 06 sentyabr 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Firdovsi Məmmədlinin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİnin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 74-75-ci vərəqlərində olan 06 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 9-cu vərəqində olan 05 sentyabr 2025-ci il tarixli “Əməliyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən göy rəngli kağıza bükülmüş bükümü təqdim edərək həmin kütlənin narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin materiallarının 86-cı vərəqində olan 10 sentyabr 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 və Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ünvan 2 ünvanının qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq onu tutub saxlayırlar. Onlar polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim edirlər, həmçinin baş verən prosesləri videoçəkilişlə qeydə alan Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 də özünü təqdim edir və ondan özünü təqdim etməsini tələb edirlər. O da Təqsirləndirilən şəxs olduğunu bildirir. Şahid1 ona narkotik maddələrin qanunsuz dövriyyəsindən şübhəli olduğunu bildirib üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif edir. O da ilk öncə əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı telefonu çıxararaq təqdim edir, lakin Şahid1 həmin telefonu qaytararaq Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmte varsa təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim edir. Şahid1 həmin bükümü götürərək açır və içərisində ağ rəngli, kristaşəkilli maddə olması görünür və həmin 01 ədəd büküm ağ kağız zərfin içərisinə qoyularaq qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs ona məxsus olan "Samsung” markalı telefonunu təqdim edir və Şahid1 həmin telefonu qablaşdırır. Şahid1 Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni kimdən, haradan almasını və nə qədər zamandır narkotik maddələrin aludəçisi olmasıyla bağlı soruşur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni tanımadığı şəxsdən, Sabunçu rayonu ərazisində aldığını və 6-7 aydır ki, narkotik maddə istifadəçisi olduğunu bildirir. Şahid1 əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlayır. İş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilərək götürülmür. Şahid1 Təqsirləndirilən şəxs vəkillə təmin olunmaq hüququnu bildirir və videoçəkiliş sonlandırılır. Cinayət işinin 43-46-cı vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025- ci il tarixli, 3-16-16/2-6/2978/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksləri və “1) Təqsirləndirilən şəxs (imza) ...” yazıları, və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,213 qram maddə psixotrop maddə - metamfetamindir. Cinayət işinin 82-83-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X8 X5-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2025-ci il tarixli 5550. nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 90-91-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabunçu rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1, 180.2.2, 234.1, 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəməyə təqdim edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən X3 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş AZ-İİİ№ 791509 seriyalı 03 iyul 2016-cı il taixli, 4339 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 28 iyun 2016-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X4 qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1 və 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,163 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 02 (iki) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat X3 oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1 və 1.6-cı bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 0,213 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,163 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 02 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar