Məhkəmə qərarları › İş №1(010)-598/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-598/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-598/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X8 kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 3 saylı neft və qazçıxarma sahəsində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 06 noyabr 2024-cü il tarixdə, saat 00:30 radələrində ünvan 1 ünvanında bacısı Zərərçəkmiş şəxs mobil telefonunda bacısı Aygünün “Vüsalın övladlarınında Vüsalın gününə qalsın” məzmununda mesajını görüb, bacısı Ruxsarəyə öz iradını bildirmiş, bu zaman Ruxsarə onunla uca səslə danışdığı üçün aralarında yaranmış mübahisə zamanı əli ilə qəsədən sonuncunun üz nahiyəsinə vuraraq ona sağ qaşüstü nahiyənin əzilmiş səthi yarası, sağ gözətrafı yumşaq toxumaların hematoması, sol gözətrafı yumşaq toxumaların qançırı, alın nahiyəsinin, sol yanaq nahiyəsinin, hər iki əlin arxa səthinin və sağ saidin qançırları, sol qulaqönü nahiyyənin və boyununun sıyrıqları ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında anası X2, bacısı Zərərçəkmiş şəxs, həyat yoldaşı X3 və iki az yaşlı övladları ilə birlikdə yaşayır. Bacısı Zərərçəkmiş şəxs ərindən boşandıqdan sonra təxminən 6-7 aydır ki, onlarla birlikdə yaşayır. Əvvəllər bacısı Ruxsarə ilə münasibətləri yaxşı olmuşdur. Lakin son vaxtlar bacısı Ruxsarə və anası Qiyamət onu evdən çıxarmaq istədikləri üçün aralarında tez-tez mübahisələri yaranmışdır. xx.xx.2024-cü il tarixdə, Hövsan qəsəbəsində kafelərin birində spirtli içki qəbul etdikdən sonra yaşadığı ünvana gəlib. xx.xx.2024-cü il tarixdə anası Qiyamət bacısı Aygün gildə, həyat yoldaşı Leyla və övladları isə qayınanası gildə olduğu üçün evdə Ruxsarə və o qalmışdır. Həmin tarixdə saat 00:30 raddələrində bacısı Ruxsarənin mobil telefonunda digər bacısı Aygünün “Vüsalın övladları da Vüsalın gününə qalsın” məzmununda Ruxsarəyə yazdığı mesajı görmüş, Ruxsarəyə öz iradını bildirmişdir. Bu zaman Ruxsarə onun uca səslə danışdığı üçün aralarında evin qonaq otağında sözlə mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı o əsəbləşərək bir neçə dəfə sillə ilə Ruxsarənin üz nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Daha sonra mübahisənin daha da böyüməməsi üçün evin yataq otağına keçərək yatmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, ünvan 4 ünvanında anası X2, qardaşı Təqsirləndirilən şəxs, qardaşının həyat yoldaşı X3 və onların iki az yaşlı övladları ilə birlikdə yaşayır. Qardaşı Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək evdə münaqişə yaratmış, anası X2 və onunla mübahisə edərək onları söyüb təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə Anası Qiyamət bacısı Aygün gildə, qardaşı Vüsalın həyat yoldaşı Leyla və övladları isə Leylanın anası gildə olduğu üçün evdə Vüsal ilə o qalmışdır. Həmin tarixdə saat təxminən 00:30 radələrində Vüsal onunla mübahisə etdiyi üçün bu barədə Whats app vasitəsi ilə bacısı Aygünə mesaj yazaraq məlumat vermişdir. Bacısı Aygün isə cavabında “Vüsalın övladları da Vüsalın gününə qalsın” məzmununda ona mesaj yazmışdır. Bu zaman Vüsal onun yanında olduğu üçün Aygünün yazdığı mesajı görüb yenidən onun mübahisə etməyə başlamışdır. Mübahisə zamanı qardaşı Vüsal qeyd olunan evin qonaq otağında əsəbləşərək bir neçə dəfə sillə ilə onun üz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Vüsal evin yataq otağına gedərək yatmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şəxsin zərərçəkmiş qismində tanınması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.23-24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X9 Hüquqi şəxsin, canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 918 saylı ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sağ qaşüstü nahiyənin əzilmiş səthi yarası, sağ gözətrafı yumşaq toxumaların hematoması, sol gözətrafı yumşaq toxumaların qançırı, burun kökünün şişkinliyi və qançırı, alın nahiyəsinin, sol yanaq nahiyəsinin, hər iki əlin arxa səthinin və sağ saidin qançırları, sol qulaqönü nahiyyənin və boyununun sıyrıqları müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlmiş dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.16-18); xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1992-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.56); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə, X4 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Quyuların əsaslı və yeraltı təmiri sahəsində yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə qəbul edilib, xx.xx.2018-ci il tarixdən 3 saylı neft və qazçıxarma sahəsində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsinə keçirilib və hal-hazırda həmin peşədə çalışır. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində özünü işgüzar və məsuliyyətli işçi kimi tanıtmışdır, üzərinə düşən tapşırıqları vaxtında, layiqincə yerinə yetirir, nizamintizamlıdır, kollektivin hörmətim qazanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxsnın hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 36 (otuz altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar