Məhkəmə qərarları › İş №1(010)-599/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-599/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-599/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Zərərçəkmiş şəxs1 İmamverdi oğlunun sədrliyi ilə Məhkəmə iclasının katibi: Əsgərova Şəhla qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi: Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilənsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, Təqsirləndirilən şəxs,"xxxx"MMCninrəhbəriolduğu müddətdə, öz qulluq mövqeyindən istifadə etməklə,xeyli miqdarda özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs9 qızma Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “BlueDreams” adlı oteldə istirahət etmək məqsədi ilə 8 nəfər üçün yer sifariş edəcəyi və gediş-gəliş biletlərini təmin edəcəyi ilə bağlı yalan vəd verərək, 13 avqust 2022-ci il tarixdə günorta saatlarında ünvan 1 ünvanda yerləşən "Nilay Travel” adlı ofisdə 8500 manat məbləğində 5000 ABŞ dollarını əlbəəl alaraq ələ keçirmiş, bununla da o, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda dələduzluq, yəni öz qulluq mövqeyindən istifadə etməklə,xeyli miqdarda etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar, "xxxx" MMC-nin rəhbəri olduğu müddətdə, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs11 qızma əvvəlcədən ucuz qiymətə alacağı təyyarə biletlərini yay mövsümündə Azərbaycan Respublikasından xarici ölkələrə getmək istəyən şəxslərə baha qiymətə sataraq əldə etdiyi qazancın 3/2 (üçdə iki) hissəsini Zərərçəkmiş şəxs11 verəcəyinə dair vəd verib aldadaraq, sonuncudan hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 10 yanvar 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək olan müddətdə müxtəlif vaxtlarda cəmi 35000 (otuz beş min) manat pulu ünvan 2 ünvanında yerləşən "Nilay Travel”MMC-nin ofisində əlbəəl alaraq ələ keçirmiş, bununla da o, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə,xeylimiqdarda dələduzluq, yəni təkrar, öz qulluq mövqeyindən istifadə etməklə, xeylimiqdarda,etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar, "xxxx" MMC-nin rəhbəri olduğumüddətdə öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının Antalya şəhərinə istirahətə getmək üçün ucuz səyahət turu təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 3 ünvanında 01fevral2023-cüiltarixdəgünorta saatlarında 1700 manat dəyərində 1000 ABŞ dolları, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən “Riviera” adlı restoranın qarşısında 27 iyun 2023-cü il tarixdə günorta saatlarında 2380 manat dəyərində 1400 ABŞ dolları olmaqla, ümumilikdə 4080 manat dəyərində olan 2400ABŞ dollarını əlbəəl alaraq ələ keçirmiş, bununla da o, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq, yəni təkrar, qulluq mövqeyindən istifadə etməklə etibardansui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar, "xxxx" MMC-nin rəhbəri olduğu müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs4 qızma X2 şəhərində istirahət etmək üçün ucuz səyahət turu alacağına dair yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya məxsus 06 fevral 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov prospekti, 21A ünvanında yerləşən, “Qayalı” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə özünə məxsus olan "xxxx" ASC-yə aid 4169 7385 4383 7797 nömrəli kart hesabına 1330 manat, xx.xx.2023- cü il tarixdə saat 18:09-da Xaçmaz şəhəri, N.Nərimanov prospekti, 21A ünvanında yerləşən, “Qayalı” marketdə quraşdırılmış “MilliÖn” ödəməterminal ıvasitəsilə "xxxx"ASC-yə aid olan özünə məxsus 4098 5844 6214 2868 nömrəli kart hesabına 1400 manat, xx.xx.2023-cü il tarixdə saat 13:44-də Zərərçəkmiş şəxs4 mobil telefonunda quraşdırılmış "xxxx" mobi ltətbiqi vasitəsilə 4098 5844 6214 2868 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına 200 manat,cü il tarixdə saat 12:23-də Xaçmaz şəhəri, N.Nərimanov prospekti, 21A ünvanında yerləşən, “Qayalı” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsiilə "xxxx"ASC- yə aid olan özünə məxsus 5404 0852 3819 7562 nömrəli kart hesabına 520 manat olmaqla, cəmi 3450 manat məbləğində pulu köçürmə yolu ilə alaraq ələ keçirmiş, bununla da o, təkrar, öz qulluqmövqeyindən istifadə etməklə dələduzluq, yəni təkrar, qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar, "xxxx" MMC-nin rəhbəri olduğu müddətdə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasına istirahətə getmək üçün ucuz səyahət turu təşkil edəcəyinə dair yalandan vəd verərək, ünvan 2 ünvanında yerləşən "Nilay Travel” MMC-nin ofisində 10 fevral 2023cü il tarixdə günorta saatlarında 4060 manat pulu əlbəəl alaraq ələ keçirmiş, bununla da o, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq, yəni təkrar, qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar, "xxxx" MMC-nin rəhbəri olduğu müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını ələ keçirmək niyyəti ilə X3 Türkiyə Respublikasının Antalya şəhərinin Alanya bölgəsində istirahət etmək məqsədi “Azure Delux” otelində 2 nəfər üçün bir həftəlik yer sifarişi və gediş-gəliş biletləri təmin edəcəyinə dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin mart ayının əvvəllərində günorta saatlarında ünvan 5 ünvanında Z.Məsməliyevin mobil telefonunda quraşdırılmış mobil tətbiq vasitəsilə 1160 manat, xx.xx.2023-cü il tarixdə səhər saatlarında ünvan 5 ünvanında Z.Məsməliyevin mobil telefonunda quraşdırılmış mobil tətbiq vasitəsilə 490 manat olmaqla, ümumilikdə 1650 manat pulu özünə məxsus "xxxx"ASC-yəaid 5243-7544-4251-6207 nömrəli bank kartına köçürmə yolu ilə alaraq ələkeçirmiş, bununlada o, təkrar ,öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq, yəni təkrar, qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar, "xxxx" MMC-nin rəhbəri olduğu müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs6 Türkiyə Respublikasının Antalya və İstanbul şəhərlərində istirahət etmək məqsədi ilə “Wome Deluxe” otelində 7 nəfər üçün on iki günlük yer sifariş etdirməklə bağlı yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 23 may 2023-cü il tarixdə günorta saatlarında ünvan 6 ünvanının qarşısında Yusif Məmmədovun vasitəsilə 8269 manat, 07 iyun 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 84 ünvanındakı Neftçilər dairəsinin yaxınlığında yerləşən “Bank of Baku” filialının önündə 3881 manat, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 84 ünvanındakı Neftçilər dairəsi,R.Rüstəmovküçəsində yerləşən avtomobil yolunun kənarında 6560 manat olmaqla,ümumilikdə 19000manat pulu əlbəəl alaraq ələ keçirmiş, bununla da o, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda dələduzluq, yəni təkrar, qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar, "xxxx" MMC-nin rəhbəri olduğu müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs7 Türkiyə Respublikasının İzmir şəhərinin Çeşməbölgəsindəistirahət etmək məqsədi ilə “Yunus Hotef’də 4 nəfər üçün yer sifariş etdirməklə bağlı yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Nizamirayonu, H.Əliyev prospekti, 181A ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində quraşdırılan “Mpay” ödəmə terminalı vasitəsilə cü il tarixdə saat 14:23-də 1000 manat, eyni ünvanda eyni tarixdəsaat 14:26-da 1000 manat, eyni ünvanda eyni tarixdə saat 14:27-də 1000 manat,eyni ünvanda eyni tarixdə saat 14:29-da 400 manat, xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən Grandmarketin daxilindəki M- Pay ödəmə terminalı vasitəsi saat 22:06-da 100 0manat,xx.xx.2023-cü il tarixdə eyni ünvanda saat 22:08-də 1000 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 181 A ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Gəlirlər Baş İdarə sində quraşdırılan E-Manat ödəmə terminalı vasitəsi ilə həmin gün saat 14:16-da1000 manat, eyni ünvanda eyni tarixdə 14:17-də 590 manat olmaqla, ümumilikdə 6990 manat pulu özünə məxsus "xxxx"ASC-yə aid 5243-7544- 4251-6207 nömrəli bank kartına köçürmə yolu ilə ələ keçirmiş,bununla da o, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda dələduzluq,yəni təkrar,qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Abıısətdər oğlu, təkrar, "xxxx" MMC-nin rəhbəri olduğu müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda özgənin əmlakını ələ keçirmək niyyəti ilə X5 Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “Titanik” oteldə 2 nəfər üçün 8 gecə 9 günlük yer sifariş etdirməklə bağlı yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən“Bazarstore” adlı marketdə quraşdırılan “Mpay” ödəmə terminalı vasitəsilə 14 iyun 2023-c üil tarixdə saat 18:23- də 1000 manat, eyni ünvanda eyni tarixdə saat 18:24-də 1000 manat,eyn iünvanda eyni tarixdə saat 18:25-də 1000 manat, eyni ünvanda eyni tarixdə saat 18:27-də1000 manat,eyni ünvanda eyni tarixdə saat 18:28-də 1000 manat, eyni ünvanda eyni tarixdə saat 18:29-da 2000 manat, eyni ünvanda eyni tarixdə saat 18:32-də 1000 manat, eyni ünvanda eyni tarixdə saat 18:33-də 1000 manat, eyni ünvanda eyni tarixdə saat 18:34-də 1000 manat,eyni ünvanda eyni tarixdə saat 18:35-də 1000 manat olmaqla, ümumilikdə 11000 manat pulunu özünə məxsus"xxxx"ASC-yə aid 5243- 7544-4251-6207 nömrəli bank kartına köçürmə yolu ilə alaraq ələ keçirmiş, bununla da o ,təkrar, özqulluq mövqeyindən istifadə etməklə xeyli miqdar da dələduzluq, yənitəkrar, qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar, "xxxx" MMC-nin rəhbəri olduğu müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs8 Türkiyə Respublikasının Antalya şəhərinin Alanya bölgəsində yerləşən “Kirman” oteldə istirahət etmək məqsədi ilə 2 nəfər üçün yer sifariş etməklə bağlı yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə Gəncə şəhəri, Nizami Gəncəvi 422 ünvanında yerləşən “Gəncə şəhər Univermağı”nın qarşısında 04 iyul 2023cü il tarixdə saat 15:18-də 2000 manat, eyni ünvanda eyni tarixdə saat 16:15-də 2000 manat pulu Zərərçəkmiş şəxs8 mobil telefonunda quraşdırılmış “BirBank” mobil tətbiqi vasitəsilə, eyni tarixdə saat 17:17-də Gəncə şəhəri, Nizami Gəncəvi 422 ünvanında yerləşən “Gəncə şəhər Univermağı”nda quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid olan özünə məxsus **********197562 nömrəli kart hesabına 425 manat olmaqla, ümumilikdə 4425 manat pulu köçürmə yolu ilə alaraq ələ keçirmiş, bununla da o, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq, yəni təkrar, qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar, "xxxx" MMC-nin rəhbəri olduğu müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını ələ keçirmək niyyətiilə Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “Granada” otelində 8 gün 7 gecə istirahət etmək üçün tur paketi sifariş etməklə bağlı yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə axşam saatlarında ünvan 2 ünvanında yerləşən "Nilay Travel” MMC-nin ofisində özünə məxsus olan "xxxx" ASC-yə aid 4169 7385 4383 7797 nömrəli kart hesabına1780 (min yeddi yüz səksən)manat, 14 iyul 2023-cü il tarixdə saat 21:46-da Şahid vasitəsilə ələ keçirdiyi 4120 manat puldan Şahid sonuncuya 366 manat borcunu çıxmasını deyərək, sonuncunun vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu,Əmircanq əsəbəsi,İ.Quliyev küçəsində yerləşən “Green Store market 2” adlı dükanda quraşdırılan “Mpay” ödəmə terminalından 3700 manat,eynitarixdə axşam saatlarında ünvan 14 ünvanında Şahid telefonunda quraşdırılan “Birbank” mobil tətbiqi vasitəsilə 54 manat pulu Niyaməddin Səfərova məxsus 4169-7388- 4814-1481 nömrəli "xxxx" ASC-yə aid kart hesabına köçürmə yolu ilə alıb, ümumilikdə Zərərçəkmiş şəxs1 5900 manat pulu ələ keçirmiş, bununla da o, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda dələduzluq, yəni təkrar, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Məhkəmə cinayət işi materiallarını araşdırıb, hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göründüyü kimi, cinayət işi üzrə on bir nəfər zərərçəkmiş şəxs müəyyən edilmişdir və eyni zamanda ittiham aktına əlavə edilmiş siyahıda da məhkəməyə dəvət ediləcək on bir nəfər zərərçəkmiş şəxs qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılan zaman müəyyən edilmişdir ki, ibtidai istintaq qeyd olunan cinayət işinin yekunlaşması barədə zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs4 adlı şəxsə məlumat versə də və o da cinayət işi materialları ilə tanış olsa da, həmin şəxsin qeyd olunan cinayət işi materiallarından zərərçəkmiş şəxs kimi tanınmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iş materillarından müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs kimi X6 tanınsa da, ona ibtidai istintaqın yekunlaşdırılması barədə məlumat verilməmiş və nəticədə o ibtidai istintaqın yekunlaşdırılması barədə məlumatı olmadığından cinayət işi materialları ilə tanış olmaq hüqundan məhrum olunmaqla, cinayət iş baxılması üçün məhkəyə göndərilmişdir. İbtidai istintaqın yekunlaşdırılması barədə məlumat müstəntiq tərəfindən onun nümayəndəsi kimi tanınmış Zərərçəkmiş şəxs10 verilmiş və nümayəndə də zərərçəkmiş şəxs kimi tanınmış X4 iştirakı olmadan cinayət işi materialları ilə tanış olmuşdur. Eyni zamanda ittiham aktına əlavə edilmiş siyahıda da məhkəməyə dəvət ediləcək zərərçəkmiş şəxslərin siyahısında zərərçəkmiş şəxs kimi tanınmış X6 deyil, onun nümayəndəsi kimi tanınmış Zərərçəkmiş şəxs10 göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 284-cü maddəsində göstərilir ki, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin məcəllənin 285.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. Həmin məcəllənin 289.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən sonra müstəntiq ittiham aktını tərtib edir. Həmin məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin məcəllənin 303.3, 303.3.8-ci maddələrinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilənsinə dair cinayət işi üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsində nəzərdə tutulmuş kobud pozuntuya yol verilərək, ibtidai istintaq qanuvericiliyin tələblərinə uyğun olmayan qaydada həyata keçirilmiş və adları yuxarıda qeyd olunan şəxslərin zərərçəkmiş şəxs kimi tanınıb tanınmasını müəyyən etmək mümkün olmamışdır və buna görə də cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tətbirinin dəyişdirilməsinə əsas görmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməsin. Qərardan şikayət və protest verilə bilməz. Suraxanı rayon məhkəməsinin hakim: Zərərçəkmiş şəxs1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar