Məhkəmə qərarları › İş №1(010)-6/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-6/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-6/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs2, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, 17 saylı evin 14 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində biri azyaşlı, digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, rejissor-prodüser işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 127 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli küçəsi, 2/2 saylı evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ravon” markalı avtomobillə sonuncunun tanışı Zərərçəkmiş şəxs ilə birlikdə istirahət etmək üçün xx xxxx 2019-cu il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 54 ünvanında yerləşən “Su Pərisi” istirahət mərkəzinə getmiş, bir qədər istirahət etdikdən sonra Zərərçəkmiş şəxs onlardan aralanıb dəniz kənarında olmasından istifadə edib, həmin avtomobillə hadisə yerindən getməklə Zərərçəkmiş şəxs qeyd edilən avtomobildə qoyduğu dəyəri 2.000 manat olan 25 qram çəkidə qızıl boyunbağını, dəyəri 1.000 manat olan 12 qram çəkidə qızıl üzüyü, 02 manat dəyərində əl çantasını, 05 manat dəyərində qadın ətirini, 30 manat dəyərində ayaqqabını, 10 manat dəyərində adapteri, 16 manat nəğd pulu, 20 manat dəyərində köynəyi, 10 manat dəyərində alt paltarını və 80 manat dəyərində “Samsung” markalı, “SM-G532G/DS modelli mobil telefonu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 3.173 (üç min yüz yetmiş üç) manat maddi ziyan vuraraq oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən iyul ayının ortalarında Hökməli qəsəbəsindən metronun “20 yanvar” stansiyasına gələrkən taksidə bir nəfər xanımla tanış olmuş, həmin vaxt xanım özünü ona Günel kimi təqdim edib telefon nömrəsini vermiş, sonradan isə onun adının Rəna olduğunu bilmişdir. Bundan sonrakı günlər Rəna bir neçə dəfə ona zəng etsə də o, sonuncunun zənglərinə cavab verməmişdir. Sonuncu dəfə Rəna ilə xx xxxx 2019-cu il tarixdə əlaqə saxlamış, həmin vaxt Rəna ona bu il dənizdə olmadığını deyib, onu dənizə aparmasını xahiş etmişdir. O, dostu Rövşəndən “Ravon” markalı avtomobili götürüb dostu Elçinə onunla və Rəna adlı tanışı ilə birlikdə dənizə getməyi təklif etmişdir. Elçin onun təklifi ilə razılaşmış və danışdığı qızı özü ilə götürmək istədiyini bildirdikdə buna etiraz etməmişdir. Qeyd etdiyi avtomobillə əvvəllcə “Xırdalan” dairəsi adlan yerdən Rənanı, sonra isə metronun “Nizami” stansiyasının yaxınlığından Elçinin tanışı Həyatı götürüb Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə dənizkənarına getmişlər. Rəna həmin yeri bəyənmədiyindən Türkan qəsəbəsinə getmişlər, Rəna oranı da bəyənmədiyinə görə oradan Hövsan qəsəbəsində yerləşən “Su Pərisi” istirahət mərkəzinə getmişlər. Rəna “Su Pərisi” istirahət mərkəzini bəyənmiş, həmin mərkəzin diskosuna gedib oynamağa başlamışdır. Daha sonra yemək sifariş vermişlər, yemək yedikləri zaman Rəna yaxınlaşıb onun boynundan öpmək istədikdə o, buna razılıq verməmişdir. Buna görə də Rəna ilə aralarında mübahisə yaranışdır. Yemək yedikdən sonra birlikdə dənizə getməyi təklif etmiş, Elçin və Həyat razı olmasalar da, Rəna onun təklifi ilə razılaşmışdır. Dənizə tərəf gedən zaman Rəna daşların ayağını kəsdiyini demiş, buna görə də Rənaya ayaqqabılarını gətirməyi təklif etmişdir. Rəna onun təklifi ilə razılaşmış və onunla dənizdə olmaq istədiyini demişdir. Rənanın bu sözlərindən əsəbiləşmiş və ona öz iradını bildirmişdir. Rəna isə cavabında ona “sən mənim üçün yemək almısansa, sənin məqsədin mənimlə olmaqdır.” Rənanı bu sözlərindən daha da əsəbiləşmiş və ayaqqabını gətirmək adı ilə onun yanından uzaqlaşmışdır. Maşının yanına gəldikdə Elçinlə Həyatın maşında olduğunu görmüş, sükan arxasına keçib maşını işə salmışdır. Elçin və Həyat ondan Rənanın harada olduğunu soruşduqda sununcu ilə mübahisə etdiyini, buna görə də onu burada qoyaraq gedəcəklərini bildirmişdir. Dəniz kənarından təzəlikcə aralanıb yolda getdikləri zaman Həyat, Rənanın çantasının maşında qaldığını demiş, sonuncudan çantanı çölə atmağını tələb etmişdir. Bundan sonra Elçin həmin çantanı Həyatdan alıb çölə atmışdır. Həmin yerdən təxminən 4-5 km aralanmışlar ki, Həyat oturacağın üzərində qızılların və telefonun olduğunu demişdir. Həmin qızılları və telefonu götürüb özündə saxlamışdır. Bundan sonra Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığına gedib orada maşını Rövşənə qaytarmışdır. Həyat taksi tutub getmiş, o isə Elçinlə birlikdə öz evinə getmişdir. Səhər saat 6-da öz evlərindən çıxıb Elçinin yaşadığı evə getmişlər və təxminən səhər 10-dək orada qalmışlar. Sonra isə üzüyü satmaq üçün Elçinlə birlikdə metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı yerinə getmişlər və qeyd etdiyi üzüyü orada 70 manata satmışlar. Qızıl boyunbağını isə Bakı şəhəri, Nizami rayonu ərazisind yerləşəm “Laçın” ticarət mərkəzində 850 manata satmışlar. Qeyd etdiyi qızılları əşyaları Elçinin şəxsiyyət vəsiqəsini təqdim etməklə satmışlar. Əldə olunmuş pulun 40 manatını Elçin götürmüş, qalan pulu isə birlikdə xərcləmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu, maddi imkanı aşağı olduğundan zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxx 2019-cu il tarixdə Rəşad ona zəng edərək, tanış olduğu bir xanımla dənizə getmək istədiyini bildirib ona da dənizə getməyi təklif etmişdir. Bundan sonra Rəşad dostu Rövşəndən götürdüyü “Ravon” markalı avtomobillə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığından onu götürmüş və onlar birlikdə “Xırdalan” dairəsi adlan əraziyə gedib oradan Rəşadın tanış olduğu Rənanı götürmüşlər. Həmin vaxt o, tanışı Həyatı da götürməyi Rəşaddan xahiş etmiş, sonuncu etiraz etməmişdir. Bundan sonra onlar metronun “Nizami” stansiyası yaxınlığına gedib oradan Həyatı götürüb birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən çimərliklərdən birinə getmişlər. Rəna həmin yeri bəyənmədiyinə görə başqa yerə getmişlər, lakin sonuncu oranı da bəyənməmişdir. Buna görə də Rəşad onları Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Su Pərisi” adlı restorana aparmışdır. Orada oturub yemək yemişlər, bundan sonra o, Həyatla avtomobilə getmiş, Rəna ilə Rəşad isə masa arxasında qalmışlar. Təxminən 15 dəqiqə sonra Rəna ilə Rəşad da gəlib daha sonra sonuncular dənizə getmişlər. Bundan təxminən 10 dəqiqə sonra Rəşad tək qayıdıb avtomobilə əyləşmiş və onlara “oturun gedirik” demişdir. Rşaddan Rənanın necə olacağını soruşduqda onu söymüşdür. Bundan sonra Həyatla o, avtomobilə əyləşmişlər və üçü oradan uzaqlaşmışlar. Dənizdən təzəcə aralanmışlar ki, Həyat Rənanın çantasının maşında qalıb demiş, bu zaman o, çantanı götürüb çölə atmışdır. Həmin yerdən təxminən 4-5 km aralanmışlar ki, Həyat oturacağın üzərində qızılların və telefonun olduğunu demişdir. Rəşad bundan xəbərinin olduğunu deyib həmin qızılları və telefonu götürüb idarə etdiyi avtomobilin sandıqçasının yanına qoymuşdur. Oradan Bakı şəhəri, Xətai rayonu ərazisindəki “Ukrayna” dairəsi yaxınlığın getmişlər, Rəşad avtomobili sahibinə qaytardıqdan sonra birlikdə Rəşadın yaşadığı evə getmişlər. Saat 6-dək orada qalmış, sonra isə onların (Təqsirləndirilən şəxs1) evinə getmişlər. Səhər 10 radələrində Rəşadla birlikdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığında qızıl-alqı satqısı gedib, orada onun şəxsiyyət vəsiqəsi əsasında qızıl üzüyü 70 manatasatmışlar. Qızıl boyunbağını isə Bakı şəhəri, Nizami rayonu ərazisind yerləşən “Laçın” ticarət mərkəzində 850 manata satmışlar. Əldə olunmuş pulun 40 manatını özünə götürmüş, qalan pulu isə Rəşadla birlikdə həmin günü xərcləmişlər. xx xxxxxx 2019-cu il tarixdə Rənanın çantasını atdığı yerə getmiş və həmin ərazini axtarmağa başlamışdır. O, həmin çantanı atdığı yerlə üzbəüz, yolun digər tərəfində dəmir paslı dirəyin yanında tapmış və çantanın içinə nəzər saldıqda orada 01 ədəd qadın ətrinin, 02 ədəd üz pudrasının, 01 ədəd dırnaq boyasının, 04 ədəd kosmetik karandaşların olduğunu aşkar etmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etiraf edici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, yoldaşı və uşaqları rəhmətə gedib, bir uşağı isə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində uşaq evindədir. Əvvələr Güzdək qəsəbəsində yerləşən kafelərin birində qabyuyan işləmiş, lakin son 01 aydır xəstyəliyi ilə bağlı işləmir. xx xxxx 2019-cu il tarixdə əvvəllər tanıdığı Rəşad ona zəng etmiş, lakin sonuncunun zənginə cavab verməmişdir. xx xxxx 2019- cu il tarixdə Rəşad yenidən ona zəng dostu ilə dənizə getdiyini, ona da onlarla birlikdə getməyi təklif etmişdir. Rəşadın təklifi ilə əvvəlcə razı olmasa da, sonradan razılaşmışdır. Bundan sonra həmin günü saat 19 radələrində “Xırdalan” dairəsi adlanan əraziyə getmiş, Rəşad əvvəllər tanımadığı dostu ilə gəlib onu oradan götürmüş, sonra isə bilmədiyi ünvandan başqa bir qızı da götürmüşlər. Rəşada parka getmək istədiyini bildirsə də, sonuncu onun təklifi ilə razılaşmamış və onları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə dəniz kənarına aparmışdır. Həmin yerdə adam olmadığından qorxmuş və Rəşaddan onu evinə aparmağını xahiş etmişdir. Rəşad razı olmasa da dostu onu evinə aparacağını demişdir. Lakin Rəşad yenə də razı olmamış və avtomobillə onları başqa yerə aparmışdır. Orada da adam olmadığını görüb yenə də narazılıq etmişdir. Bundan sonra adını bilmədiyi digər obyektə getmişlər. Orada adamlar olduğundan o, həmin yerdə əyləşməyə razılıq vermişdir. Bundan sonra Rəşad ona əynini dəyişməyini və dənizə getmələrini təklif etmişdir. Havanın soyuq olduğunu bildirib Rəşada dənizə girmək istəmədiyini demişdir. Bundan sonra onlar birlikdə yemək yemişlər, yemək yedikdən sonra Rəşad yenə də ona dənizə girməyi təklif etmişdir. Dənizə girmək istəməsə də, Rəşad üstünə qışqırdığından məcbur olub sonuncunun təklifi ilə razılaşmış və bildirmişdir ki, yalnız ayaqlarını suya salacaqdır. Bundan sonra o, üst paltarlarını, üzüyünü və sepini çıxardıb əl çantasına, çantasını isə Rəşadın idarə etdiyi avtomobilə qoymuşdur. Rəşadla birlikdə dənizə tərəf getmiş, sonuncunun dostu ilə digər qız isə yemək yedikləri masanın arxasında qalmışlar. Sonradan Rəşadın dostu yaxınlaşıb Rəşadla söhbət etdikdən sonra yemək yedikləri yerə qayıtmışdır. Rəşad isə onun yanına gəlmiş və onlar birlikdə dənizə getmişlər. Dənizə çatdıqda Rəşad ona gözləməsini, gedib ayaqqabılarını gətirəcəyini demişdir. O ayaqqabıya ehtiyyacının olmadığını bildirsə də, Rəşad təkidlə ona “gözlə gəlirəm” demişdir. Təxminən 3 dəqiqə gözlədikdən sonra Rəşad qayıtmadığına görə sonuncunun, idarə etdiyi avtomobili saxladığı yerə gəlmiş, lakin orada heç kimin olmadığını görmüşdür. Oradan yemək yedikləri yerə getmiş və orada da heç kimin olmadığını görmüşdür. Bundan sonra restoranın işçisinə məlumat vermiş və sonuncu da öz növbəsində Azərbaycan Respublikası Daxili “102” xidmətinə zəng zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində dəyəri 2.000 manat olan 25 qram çəkidə qızıl boyunbağı, dəyəri 1.000 manat olan 12 qram çəkidə qızıl üzüyü, 30 manat dəyərində əl çantası, 20 manat dəyərində qadın ətiri, 30 manat dəyərində ayaqqabı, 20 manat dəyərində kosmetika ləvazimatı, 10 manat dəyərində adapteri, 16 manat nəğd pulu, 20 manat dəyərində köynəyi, 10 manat dəyərində alt paltarı və dəyəri 350 manat olan “Samsung” markalı mobil telefonu oğurlanmış və ona ümumilikdə 3.506 manat ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ona vurulmuş maddi ziyanı ödədiyinə görə ona qarşı heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs2 isə ona vurulmuş maddi ziyanı ödəmədiyinə görə sonuncudan şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, təxminən 10 ildir Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən metronun “Əhmədli'’ stansiyasının yanında kirayə götürdüyü piştaxtada qızıl alqı-satqısı ilə məşğul olur. xx xxxx 2019-cu il tarixdə, səhər saat 10-11 radələrində əvvəllər tanımadığı iki nəfər şəxs ona yaxınlaşıb əllərində olan qızıl üzüyü göstərib onu satmaq istədiklərini bildirmişlər. Həmin 2 qram çəkidə, 583 əyyarlı üzüyü 70 manata dəyərləndirmiş, üzüyü satan şəxslər şəxslər onun təklif etdiyi qiymətlə razılaşmışlar. Həmin şəxslərdən alqı-satqını həyata keçirmək üçün sənəd tələb etdikdə, onlardan biri üzərində sənəd olmadığını demiş, buna gödə də digəri cibindən şəxsiyyət vəsiqəsini çıxardıb ona təqdim etmişdir. O, həmin sənədin kserosürətini çıxarıb onu sahibinə qaytarmış və sonuncu sənədin üzərində öz imzası ilə alqı-satqı tarixini, habelə üzüyün özünə məxsus olduğunu, oğurluq yolu ildə əldə etmədiyini qeyd etmişdir. Həmin vaxt şəxsiyyət vəsiqəsini təqdim edən şəxslə gəlmiş digər şəxs isə çöldə olmuşdur. Bundan sonra o, 70 manat pulu şəxsiyyət vəsiqəsini təqdim edən şəxsə vermiş və sonuncu pulu sayıb oradan uzaqlaşmışdır. Həmin üzük qırıq olduğuna görə onu əritmişdir. Şahid3 həmçinin göstərdi ki, həmin şəxsləri əvvəllər tanımamış və sonunculardan heç vaxt qızıl almamışdır. Həmin üzüyün oğurluq olduğunu bilməmiş, belə ki, həmin şəxslər heç bir problem yaratmadan şəxsiyyət vəsiqəsi təqdim etmişlər. Həmin şəxslərdən qeyd etdiyi üzükdən başqa qızıl almamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən iki aydır Elçini “Ellips” və “Mars” klublarından tanımış və həmin vaxtdan sonuncu ilə yaxınlıq etmişdir. xx xxxx 2019-cu il tarixdə, təxminən saat 17- 18 radələrində Elçin ona zəng edərək onunla dənizə getməyi təklif etmişdir. Elçinin təklifi ilə razılaşmış və təxminən saat 19-20 radələrində metronun “Nizami” stansiyasının yaxınlığında olan zaman Elçin dostu Rəşadla gəlmiş, həmin vaxtı avtomobildə əvvəllər tanımadığı adını sonradan bildiyi Rəna da olmuş və onlar birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə dənizqırağına getmişlər. İlk getdikləri yerdən Rənanın xoşu gəlmədiyindən Rəşad avtomobili başqa yerə sürmüş, lakin Rəna həmin yeri də bəyənməmişdir. Buna görə də Rəşad onları “Su Pərisi” adlı istirahət mərkəzinə aparmışdır. Orada yemək yedikdən sonra Rəna dənizə girməyi təklif etmişdir. Rəşad Rəna ilə getmiş, Elçinlə o, isə avtomobildə qalmışlar. Gedərkən Rəna çantasını, boğazında olan boyunbağını və telefonunu avtomobildə qoymuşdur. Təxminən 5 dəqiqədən sonra Rəşad geri qayıdaraq avtomobilə əyləşmiş, Rəna ilə dalaşdığını bildirib onu orada qoyub gedəcəyini demişdir. Həmin yerdən bir qədər aralanmışlar ki, o, X1 çantasının avtomobildə olduğunu demiş, bu zaman Rəşad ona çantanı çölə atmağı tapşırmışdır. O, Rənanın çantasını atmaq istəməsə də Elçin çantanı götürüb çölə atmışdır. Bir müddət sonra o, Elçinlə Rəşada boyunbağı və telefonun da avtomobildə olduğunu bildirdikdə sonuncu həmin əşyaları Rənaya qaytaracağını deyib onları avtomobilin saxlanc yerinə qoymuşdur. Bundan sonra Rəşad onu Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindəki “Ukrayna” dairəsinin yaxınlığında düşürtmüş və o, oradan yaşadığı evə getmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında “Laçın” ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olur. xx xxxx 2019-cu il tarixdə, saat 18:45-də işdən çıxmaq istəyən zaman əvvəllər tanımadığı iki nəfər yaxınlaşıb özlərində olan qızıl boyunbağını satmaq istədiklərini bildirmişlər. Həmin qızılın qiymətləndirilib-qiymətləndirilmədiyini soruşduqda, həmin şəxslər qızılı 845 manat qiymətləndirdiklərini, lakin qızılı qiymətləndirən şəxsin sonradan onlara həmin qızıla görə 840 manat təklif edildiyindən razılığa gəlmədiklərini demişlər. 19.37 qram çəkidə, 583 əyyarlı kardinal toxunuşlu həmin qızılın qramını 43 manat 80 qəpikdən hesablayıb onu 850 manata ala biləcəyini bildirdikdə, həmin şəxslər onun təklifi ilə razılaşmışlar. Eyni zamanda həmin şəxslərdən qızılın kimə məxsus olduğunu soruşmuş, bu zaman onlardan biri şəxsiyyət vəsiqəsini təqdim edib qızılın ona məxsus olduğunu demişdir. Həmin şəxsiyyət vəsiqəsini və qızılı vitrinin üzərinə qoyub mobil telefonu ilə onların şəklini çəkmiş, habelə alqı-satqı kitabçasında bu barədə müvafiq qeydiyyat aparmışdır. Bundan sonra həmin şəxslərə 850 manat pulu vermiş, sonuncular da pulu götürüb getmişlər. Şahid2 ibtidai istintaq zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsləri əvvəllər tanımamış və heç vaxt ona qızıl satmamışlar. Həmin şəxslər ondan qabaq bir neçə yerdə həmin qızılı qiymətləndirdiklərinə görə fikirləşmişdir ki, oğurluq olduğu halda onu birinci yaxınlaşdıqları yerdə satardılar, həmçinin şəxsiyyət vəsiqəsi təqdim etdiklərinə görə onda onda hər hansı bir şübhə yaranmamışdır. Həmin qızılı xx xxxx 2019-cu il tarixdə orada işləyən digər şəxslər vasitəsilə yoxladıqda əyarının aşağı olduğunu müəyyən edib onu əritmişdir. İş materiallarında olan təqdim edilmiş maddi sübutun götürülməsi barədə xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə oğurladığı və yaşadığı evdə saxladığı, tanışı Zərərçəkmiş şəxs məxsus “Samsung 4G” markalı mobil telefonu könüllü olaraq ibtidai araşdırma orqanına təqdim etmişdir. Həmin mobil telefon ibtidai araşdırma orqanı tərəfindən maddi sübut kimi götürülərək qablaşdırılmışdır. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, tanınma başlamazadan əvvəl, tanınmaya təqdim edilən “Samsung 4G” markalı mobil telefon eyni növdən olan 03 ədəd telefon arasında 03-cü nömrə altında qoyulmuş və bundan sonra Zərərçəkmiş şəxs tanınma otağına dəvət edilmişdir. Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş 04 ədəd mobil telefonları nəzərdən keçirib 03-cü nömrə altında qoyulmuş telefonun ona məxsus olduğunu, onu rəngindən, üzərində olan cızıqlarından və digər fərdi əlamətlərindən tanıdığını bildirmişdir. İş materialarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 54 ünvanında yerləşən “Su Pərisi” istirahət mərkəzinin qarşısındakı 08 nömrəli söhbətgahın arxasında baş vermişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı sonuncular xx xxxx 2019-cu il tarixdə oğurladıqları əşyalardan qızıl üzüyü Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığında 70 manata, qızıl boyunbağını isə Bakı şəhəri, Nizami rayonu ərazisindəki metronun “Xalqlar Dostluğu” yaxınlığında yerləşən “Laçın” ticarət mərkəzində 850 manata Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsini təqdim etməklə satdıqlarını, əldə edilmiş puldan sonuncuya 40 manat verildiyini, qalan pulları isə birlikdə xərclədiklərini bir-birlərinin üzünə deyərək, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü istintaqa təqdim etdiyi üzərində “Fendi” yazısı olan 01 ədəd qara rəngli qadın çantası, həmin çantanın içərisindəki üzərində “X2” yazısı olan 100 ml yarıya kimi istifadə olunmuş 01 ədəd qadın ətri, üzərində “Maqbul” və “Pastel” yazıları olan 02 ədəd üz pudrası, üzərində “NHC” yazısı olan qırımızı rəngli 01 ədəd dırnaq boyası və üzərilərində “Naked 8”, “Catalinceo”, “Monaliza” və “Clavdio” yazıları olan 04 ədəd kosmetik karandaş iş üzrə maddi sübut hesan olunduqlarına görə ibtidai istintaq orqanı tərəfindən götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, tanınma başlamazadan əvvəl tanınmaya təqdim edilən predmet eyni növdən olan 03 ədəd predmet arasında müvafiq nömrə altında qoyulmuş və bundan sonra Zərərçəkmiş şəxs tanınma otağına dəvət edilmişdir. Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş 04 ədəd predmeti nəzərdən keçirib müvafiq nömrə altında qoyulmuş predmetlərin ona məxsus olduğunu, onları üzərilərində olan yazılarına, ölçülərinə, rənglərinə və digər fərdi əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən “Su pərisi” istirahət mərkəzinin həyətində olan 3 nömrəli söhbətgahı göstərərək, xx xxxx 2019-cu il tarixdə onlar, Zərərçəkmiş şəxs və Həyatla həmin yerdə oturub yemək yediklərini, daha sonra həmin istirahət mərkəzinə gəldikləri nəqliyyat vasitəsini park etdikləri 8 nömrəli söhbətgahın arxa tərəfini göstərərək, Zərərçəkmiş şəxs dənizə gedən zaman çantasını və digər əşyalarını həmin yerdə park edilmiş avtomobilə qoyduğunu bildirmişlər. Habelə Təqsirləndirilən şəxs2 öz növbəsində dəniz sahilini göstərib Zərərçəkmiş şəxs ilə həmin yerə çatdıqda sonuncu daşların ayağını kəsdiyini bildirdiyinə görə ona, gedib ayaqqabı gətirməyi təklif etdiyini, Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşdığını, eyni zamanda dənizdə onunla olmaq istədiyini bildirdiyini, bundan əsəbləşib Zərərçəkmiş şəxs orada qoyub idarə etdiyi avtombillə oradan uzaqlaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 isə öz növbəsində Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs dənizə getdikləri zaman Həyat adlı tanışı ilə maşında olduğunu, Təqsirləndirilən şəxs2 qayıtdıqdan sonra istirahət mərkəzindən uzaqlaşdıqlarını, Zərərçəkmiş şəxs avtomobildə olan çantasını istirahət mərkəzindən təxminən 200 metr aralıda yolun qırağına atdıqlarını, habelə həmin yerlə üzbəüz, yolun digər tərəfində olan paslı dəmir borunun yanını göstərərək, xx xxxxxx 2019-cu il tarixdə həmin yerə gəldiyini, oranı axtararkən Zərərçəkmiş şəxs çantasını oradan tapdığını bildirmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2019cu il tarixli, 20021 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-G532G/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2019-cu ilin iyul ayına olan orta bazar qiyməti təxminən 80 manat müəyyən olunur. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və R.Vseyidovun üzünə deməklə, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmiş, sonuncular isə Zərərçəkmiş şəxs dediklərini qismən təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 22939 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertizaya təqdim edilmiş tədqiqat obyektlərinin hazırki vəziyyətdə, xx xxxx 2019-cu il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri aşağıdakı kimi müəyyən edilir: bir ədəd üzərində “FENDİ” sözləri yazılmış istifadə olunmuş qara rəngli qadın əl çantası 02 manat; bir ədəd üzərində “X2, Eau de parfum, natural sprey, 100 ml, 3.4. FL.OZ” markalanma yazıları olan, şəffaf rəngli şüşə flakonda istifadə edilmiş, tozlanma başlığı ilə, təxminən 40% qalığı olan qablaşdırma qutusu olmayan ətir 05 manat; bir ədəd istifadə ounmuş “MAQBUL” və “PASTEL” markalı kirşanın, bir ədəd istifadə olunmuş “NHC” markalı dırnaq boyası, bir ədəd istifadə olunmuş “MONALİZA”, “NAKED 8” və “CATALİNCEO” markalı üst-alt kiprik tuşları və bir ədəd istifadə olunmuş “CLAVDİO” markalı qara rəngli qaş karandaşın yarısı olmadığından, eləcədə hər hansı bir istifadə olunmuş, fərdi qaydada şəxsi gigiyenik kosmetik məmulatın pərakəndə satışı nəzərdə tutulmadığından onlar qiymətsizdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Həmçinin məhkəmə hesab edir ki, ittiham aktında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurluq yolu ilə ələ keçirdikləri əşyalardan bir ədəd qadın əl çantasının dəyərinin 30 manat, bir ədəd qadın qadın ətirinin dəyərinin 20 manat və kosmetika ləvazimatlarının dəyərinin 20 manat dəyərində olması göstərildiyi halda, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 22939 saylı rəyində bir ədəd üzərində “FENDİ” sözləri yazılmış qadın əl çantası 02 manat məbləğində, bir ədəd üzərində “X2, Eau de parfum, natural sprey, 100 ml, 3.4. FL.OZ” markalanma yazıları olan ətir 05 manat məbləğində dəyərləndiyinə, bir ədəd istifadə ounmuş “MAQBUL” və “PASTEL” markalı kirşanın, bir ədəd istifadə olunmuş “NHC” markalı dırnaq boyasının, bir ədəd istifadə olunmuş “MONALİZA”, “NAKED 8” və “CATALİNCEO” markalı üst-alt kiprik tuşlarının və bir ədəd istifadə olunmuş “CLAVDİO” markalı qara rəngli qaş karandaşının isə dəyərinin olmadığı qeyd edildiyinə görə, həmin bir ədəd qadın əl çantasının qiymətinin 30 manat, bir ədəd qadın qadın ətirinin qiymətinin 20 manat və kosmetika ləvazimatlarının qiymətinin 20 manat olması isə iş üzrə heç bir sübutla öz təsdiqini tapmadığı üçün, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda Zərərçəkmiş şəxs məxsus bir ədəd qadın əl çantasının dəyəri 02 manat və bir ədəd qadın qadın ətirinin dəyərinin 05 manat müəyyən edilməli və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş zərərin məbləği 3.173 (üç min yüz yetmiş üç) manatadək azaldılmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan dəyəri olmayan kosmetika ləvazimatları xaric edilməlidir. Çünki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş də olan sübutlardan isə müəyyən olunur ki, bir ədəd istifadə ounmuş “MAQBUL” və “PASTEL” markalı kirşanın, bir ədəd istifadə olunmuş “NHC” markalı dırnaq boyası, bir ədəd istifadə olunmuş “MONALİZA”, “NAKED 8” və “CATALİNCEO” markalı üst-alt kiprik tuşları və bir ədəd istifadə olunmuş “CLAVDİO” markalı qara rəngli qaş karandaşın yarısı olmadığından, eləcədə hər hansı bir istifadə olunmuş, fərdi qaydada şəxsi gigiyenik kosmetik məmulatın pərakəndə satışı nəzərdə tutulmadığından onlar qiymətsizdirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini xx xxxxxx 2020-ci il tarixdə törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 çəkilməsi üçün azadlıqdan məһrum etmə cəzası müəyyən edilməli, Təqsirləndirilən şəxs2 birinci hökm üzrə çəkmiş olduğu cəza, cəzaçəkmə müddətinə hesablanmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş və həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı könüllü olaraq ödəməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan, Təqsirləndirilən şəxs1 müdafiəçisinin həmin protokoldakı qeydlərindən, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə, saat 00:15-radələrində saxlanılmış, xx xxxx 2019-cu il tarixdə isə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung 4G” markalı mobil telefonun, 01 ədəd qadın çantasının, 01 ədəd qadın ətrinin, 02 ədəd üz pudrasının, 01 ədəd dırnaq boyasının və 04 ədəd kosmetik karandaşların Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün 04 (dörd) il müddətinə azadlıqdan məһrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi qəti cəza müddətinə hesablansın və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs1 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung 4G” markalı mobil telefonun, 01 ədəd qadın çantasının, 01 ədəd qadın ətrinin, 02 ədəd üz pudrasının, 01 ədəd dırnaq boyasının və 04 ədəd kosmetik karandaşların ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar