Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-6/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs, xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə Bələdiyyəsi tərəfindən 300 kv.metr torpaq sahəsinin ona verilməsi haqqında 22 oktyabr 2004-cü il tarixli 15 №-li saxta müqaviləni hazırlayıb bilə-bilə həmin saxta müqavilədən istifadə edərək 11 iyul 2018-ci il tarixdə torpaq sahəsində dekorativ ağac satışı ilə məşqul olan Şahid1 torpaq sahəsindən çıxarılmasına dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinə iddia ərizəsi vermiş, həmin məhkəmənin 2(010)-707/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək Şahid1 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən həmin 300 kv. m torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmuş, Şahid1 məhkəmə qətnaməsindən 11 iyun 2019-cu il tarixdə apellyasiya şikayəti etdikdə və 17 noyabr 2020-ci il tarixdə Kassasiya şikayəti etdikdə isə yenə də həmin 22 oktyabr 2004-cü il tarixli 15 №-li saxta müqavilədən istifadə etməkdə davam etmişdir. İbtidai və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CMnin 320.2-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, 2000-ci ilin yanvar ayından 2005-ci ilin yanvar ayına kimi olan müddətdə Suraxanı rayonu, Bülbülə bələdiyyəsinin müavini, 2010-cu ilin yanvar ayına kimi olan müddətdə Suraxanı rayonu, Bülbülə Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Yerli özünüidarə orqanı kimi bələdiyyə torpaqları bələdiyyələr tərəfindən dəyəri ödənilməklə başqasının sərəncamına verilə bilər. Bələdiyyə sədri və ya müavini də işlədiyi ərazinin bələdiyyə torpaqlarına dəyəri ödənilməklə sahib ola bilər. 2000-ci ildən 2005-ci ilə kimi Bül-Bülə bələdiyyəsinin sədri Səlim Qulamhüseyn oğlu işləmişdir. Onun vaxtında dəyərini ödəməklə Bül-Bülə bələdiyyəsinin mülkiyyətində olan, yəni Aeroport yoluna çıxanda yolun sağ tərəfindən 0,03 ha (3 sot) torpaq sahəsini 2024-cü ilə kimi icarə müqaviləsi əsasında almışdır. İcarə müqaviləsi onunla keçmiş bələdiyyə sədri Səlim Qulamhüseyn oğlu arasında bağlanmışdır. Təxminən 4-5 il əvvəl Şahid1 yaxınlaşıb ağac satmaq üçün həyətindən icarəyə yer istəmişdir. Əliəskər ondan həyətinin içini istəmişdir. Lakin onun həyətdən icarə pulunu verməyə imkanı çatmadığı üçün ona yaxşılıq etmək istəmiş və həyətinin qabağındakı həmin mübahisəli 0,03 ha torpaq sahəsini ağac satması üçün Əliəskərə vermişdir. Bundan başqa həmin 0,03 ha torpaq sahəsinin yanında tikdirdiyi 1 otağı da oturması üçün ona vermişdir. Əliəskər torpaqla işlədiyi, zəhmətkeş adam olduğu üçün həm 0,03 ha torpaq sahəsini, həm də otağı ona təmənnasız müvəqqəti olaraq vermişdir. Bu müddət ərzində Əliəskər həyətinin işıq və su xətlərindən istifadə etmişdir. Təxminən 2 il bundan əvvəl həyətində "xxxx" MMC-nin anten qülləsi qurulan zaman Əliəskərə məxsus olan su çənini həyətinin arxasından götürüb həmin 0,03 ha torpaq sahəsinə qoymamağı deyəndə sonuncu «bu məyər sənin yerindir ki, bura mənim yerimdir, hara istəsəm qoyaram» demişdir. Bunun üstündə də həmin vaxtdan aralarında narazılıq yaranmışdır və həmin 0,03 ha torpaq sahəsinin özünə aid olmasını təsdiq etmək üçün Suraxanı rayon məhkəməsinə iddia ərizəsi vermişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında iddiası təmin edilmişdir və cavabdeh Şahid1 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən və icarə hüququ ilə ona aid olan 300 kv.m-lik torpaq sahəsindən çıxarılması tələb edilmişdir. Şahid1 Suraxanı rayon məhkəməsinin hakimi Ceyhun Qədimovun xx.xx.2018-ci il tarixli qətnməsindən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasında baxılmış və məhkəmənin 11 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasında Kassasiya şikayəti əsasında da baxılmış və Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən qərara alınmışdır ki, kassasiya şikayəti təmin edilməsin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7703/2020 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs izahatında xx.xx.2004-cü il tarixli 15 nömrəli müqavilənin əslini təqdim edəcəyini göstərsə də, iş üzrə verdiyi ifadələrində gah həmin müqavilənin əslini ya Suraxanı rayon məhkəməsinə yada ki, Bakı Apelyasiya məhkəməsinə verməsini, gahda ki, həmin müqavilənin əslini məhkəmə zamanı hakimin stolunun üstünə qoymasını və həmin vaxtı iclas zalında olan Şahid1 müqaviləni hakimin stolunun üstündən götürməsini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 şikayət ərizəsində göstərdiklərini ifadəsində də göstərib təsdiq etmiş və bildirmişdir ki, 2014-cü ilin təxminən mart ayında Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, Bakı-Aeroport magistral avtomobil yolunun kənarında yerləşən 300 kv. metr torpaq sahəsi ona ağac satışı ilə məşğul olmaq üçün ayrılmışdır və istifadəyə görə işıq, su, qaz pulunu, vergiləri vaxtı-vaxtında ödəmişdir. Ayrılmış həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs heç bir aidiyyəti olmamışdır və bu səbəbdən də Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin 300 kv. metr torpaq sahəsi ayrılarkən Təqsirləndirilən şəxs bir dəfə də olsun həmin torpaq sahəsini mübahisələndirməmişdir, heç ona aid olması barədə söhbət belə açmamışdır. Əksinə Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin yanında yaşayan şəxs kimi onunla yaxşı münasibətdə olmuşdur, İ hətta onun su çənini öz həyətində saxlamağa icazə vermişdir. 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs ona demişdir ki, həyətində tikinti aparır, buna görə də həyətində olan su çənini götürməyi xahiş etmişdir. Bundan sonra su çənini götürüb Suraxanı rayon İcra hakimiyyəti tərəfindən ayrılmış həmin 300 kv. metr torpaq sahəsinə qoymaq istəyəndə Təqsirləndirilən şəxs buna icazə verməmiş və həmin yerin ona aid olmasını demişdir. Bundan sonra aralarında mübahisə başlamış, Təqsirləndirilən şəxs guya həmin yerin də ona aid olmasına dair xx.xx.2004-cü il tarixli 15 nömrəli saxta müqavilə ortaya çıxardaraq həmin 300 kv. metr torpaq sahəsinin ona aid olmasını iddia edərək Suraxanı rayon məhkəməsinə iddia ərizəsi vermişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2004-cü il tarixli 15 nömrəli saxta müqavilə əsasında Suraxanı rayon məhkəməsi onun iddiasını təmin etmişdir. Mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsində də baxılmış və Ali Məhkəmə Bakı Apellyasiya məhkəməsinin qərarını Təqsirləndirilən şəxs xeyrinə olaraq dəyişdirmədən qüvvədə saxlamışdır. Təqsirləndirilən şəxs guya xx.xx.2004-cü il tarixli 15 nömrəli müqavilənin əslini məhkəmə baxışı zamanı onun ələ keçirməsi barədə göstərdikləri boş cəfəngiyyatdır. Təqsirləndirilən şəxs çox yaxşı bilir ki, xx.xx.2004-cü il tarixli 15 nömrəli müqavilə mövcud deyildir. Çünki həmin müqaviləni özü hazırlamışdır, müqavilə saxtadır. Təqsirləndirilən şəxs müqavilənin əslini istintaqa təqdim edə bilməz, çünki mövcud deyildir. Buna görə də özünü müdafiə etmək üçün şər və böhtana əl atır və guya onun müqaviləni ələ məhkəmə zamanı keçirməsini yalandan göstərir. Halbu ki, Təqsirləndirilən şəxs əvvəl heç belə deməmişdir və dəfələrlə demişdir ki, guya müqavilənin əslini özündə saxlayıb və lazım olsa ortaya çıxara bilər. 04 may 2021-ci il tarixdə X11 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam»qismində qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı məhkəmə-xəttşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilməsi üçün Təqsirləndirilən şəxs iddia ərizəsi əsasında məhkəmənin icraatında olan mülki icraat materiallarına əlavə edilmiş Suraxanı rayon, Bül-Bülə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 15 nömrəli müqaviləsinin əslinin götürülməsi üçün Bakı şəhər Suraxanı rayon məhkəməsinə xx.xx.2019-cu il tarixli sorğu verilmiş və Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3361/2019 nömrəli məktubunda göstərilmişdir ki, «2(010)- 3361/2019 saylı mülki iş materiallarında Suraxanı rayon, Bül-Bülə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 15 nömrəli müqaviləsinin əsli mövcud deyildir, müqavilənin kserosurəti sizə göndərilir» Bakı şəhəri Suraxanı rayon Bülbülə bələdiyyəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, «Bülbülə bələdiyyəsinin arxivində vətəndaş Təqsirləndirilən şəxs məxsus xx.xx.2004-cü il tarixli 15 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə yoxdur». Azərbaycan Respublikası Milli Arxiv idarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, «xx.xx.2004-cü il tarixli 15 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavidə Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir». Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş xx.xx.2019-ci il tarixli məktubda göstərilmişdir ki, «Suraxanı rayonu Bülbülə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 15 nömrəli müqaviləsi və digər məlumatlar Bələdiyyələrlə iş mərkəzinə daxil olmayıb.” İstintaq zamanı Bakı şəhəri Bülbülə Bələdiyyə sədri Şahid2 təqdim etdiyi Bakı şəhəri Suraxanı rayonu Bübülə Bələdiyyəsinin arxivində olan 2003-2005-ci illəri əhatə edən sənədlər və müqavilələrin qeydiyyatı kitabı müstəntiq N.Məhərrəmov tərəfindən götürülərək baxış keçirilmiş və baxış zamanı qeydiyyat kitabında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən həmin 300 kv. m torpaq sahəsinin Bülbülə bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs verilməsinə dair xx.xx.2004-cü il tarixli 15 nömrəli müqavilə barədə hər hansı qeydiyyat olması müəyyən edilmədi. Eynilə məhkəmə istintaqı zamanı Bakı şəhəri Bülbülə Bələdiyyə sədri Şahid2 təqdim etdiyi Bakı şəhəri Suraxanı rayonu Bübülə Bələdiyyəsinin arxivində olan 2003-2005-ci illəri əhatə edən sənədlər və müqavilələrin qeydiyyatı kitabı məhkəmə baxış iclasında tərəflərlə birlikdə baxış keçirilmiş baxış zamanı qeydiyyat kitabında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən həmin 300 kv. m torpaq sahəsinin Bülbülə bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs verilməsinə dair xx.xx.2004-cü il tarixli 15 nömrəli müqavilə barədə hər hansı qeydiyyat olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən həmin 300 kv. m torpaq sahəsinə sahiblik hüququ əldə etmək üçün Suraxanı rayonu, Bülbülə bələdiyyəsi adından verilmiş xx.xx.2004-cü il tarixli 15 nömrəli saxta müqavilə iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 04 may 2021-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs bildirir ki, qeyd olunan müqavilənin əslini ya Suraxanı Rayon Məhkəməsinə, ya da Bakı Apellyasiya Məhkəməsinə vermiş, keçmiş vəkili M.Nuriyevin sorğu əsasında Blbülə Bələdiyyəsini sədri C.K.Babayev xx.xx.2017-ci il tarixli 48 nömrəli məktub verərək, bildirmişdir ki, Bülbülə bələdiyyəsi tərəfindən 300 kvadrat metr torpaq sahəsinin Təqsirləndirilən şəxs verilməsi haqqında xx.xx.2004-cü il tarixli 15 nömrəli bələdiyyə arxivində vardır. Müstəntiq N.Məhərrəmovun sualın: Bülbülə bələdiyyəsi həmin məktuba qoşma olaraq müqavilənin əslini təqdim etmişdirmi? Təqsirləndirilən şəxs cavabı: Bülbülə bələdiyyəsi arayışı verən vaxtı müqavilənin əslini verməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsinə (hakim C.Qədimov) əsasən iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Şahid1 qarşı cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 300 kv m torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilərək cavabdeh Şahid1 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən və icarə hüququ ilə iddiaçı Təqsirləndirilən şəxs aid olan 300 kv m –lik torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Səmədov(sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasnın 25 noyabr 2019-cu il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və qeodeziya fəaiyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, sözügedən mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir. (ekspertin qarşısına qoyulmuş sual: yerquluşu sənədlərinə əsasən Bülbülə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixil müqaviləsi ilə 20 il müddətinə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 300 kv m icarəyə verilmiş torpaq sahəsi dövlət, yoxsa Bülbülə Bələdiyyəsinin mülkiyyətindədir?) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 22 fevral 2022-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixil müqaviləsinin Suraxan rayonu Bülbülə bələdiyyəsinin 2004-cü il tarixli əhatə edən sərəncam, qərar və müqavilələrin qeydiyyat kitabına tərəfindən baxış keçirildikdən sonra həmin müqaviləyə aid olan hər hansı qeydiyyatın olmaması müəyyən edilməsi ilə bağlı izahatın verilməsi barədə müstəntiqin sualına cavab vermişdir ki, həmin qeydiyyat kitabı sərəncam və qərarlar kitabıdır, müqavilələr kitabı ayrıca olur. Buna görə kitabda hər hansı qeydiyyat müəyyən edilməmişdir. “Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixil müqaviləsinin əsli mövcuddursa bəs nə üçün təqdim etmir?” müstəntiqin sualına cavab vermişdir ki, o, həmin müqavilənin əslini məhkəmə zamanı hakimin stolun üstünə qoydu ki baxsınlar, həmin vaxtı Şahid1 də iclas zalında idi. Güman edir ki, Əliəsgər Quliyev hansısa yolla müqavilənin əslini məhkəmədən götürmüşdür. Təqsirləndirilən şəxs iş üzrə verdiyi ifadələrində gah həmin müqavilənin əslini ya Suraxanı rayon məhkəməsinə, Bakı Apelyasiya məhkəməsinə verməsini, gah da həmin müqavilənin əslini məhkəmə zamanı hakimin stolunun üstünə qoymasını və həmin vaxtı iclas zalında olan Şahid1 müqaviləni hakimin stolunun üstündən götürməsinə dair ifadəsində göstərdiklərini yoxlayaraq məhkəmə tərəfindən araşdırma aparılmış və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən hakim C.Qədimovun sədrliyi ilə iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Şahid1 qarşı cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 300 kv m torpaq sahəsindən çıxarılmasına dair iddiası ilk olaraq qiyabı icraatda baxılmış, iddia təmin edilmişdir. Sonradan cavabdeh Şahid1 şikayət ərizəsi ilə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsi tərəfindən qiyabi qətnamə ləğv edilmiş, qeyd olunan iddiaya adi iddia icraatında baxılmış, həmin iddiaya yalnız iddiaçının iştirakı ilə baxılmış, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnamsi ilə qeyd olunan iddiaya iddiaçı Təqsirləndirilən şəxs iştirakı ilə və cavabdehin nümayəndəsi vəkilil X1 iştirakı ilə baxılmış, iddia təmin edilmişdir. Cavabdeh Şahid1 məhkəmə iclasında iştirak etməmişdir. Bundan əlavə məhkəmə sorğusuna əsasən iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Şahid1 qarşı cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 300 kv m torpaq sahəsindən çıxarılmasına dair iddiasına dair 2(103)-11068/18 sayıl mülki iş tələb olunaraq, mülki işin materialları tədqiq edilərək, müəyyən edilmişdir ki, istər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 13 fevral 2018-ci il tarixli, 05 iyun 2018-ci il tarixli, 11 iyul 2018-ci il tarixli, istərsə də Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 01 noyabr 2018-ci il tarixli protokollarından iddiaçı Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixil müqaviləsinin əslinin təqdim edilməsi barədə hər hansı qeyd aparılmamışdır. Həmçinin də tələb edilmiş iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X5 qraşı pul tələbinə dair iddiasın dair 2(010)-32/2021 saylı mülki işə əlavə edilmiş məhkəmə hazırlıq və baxış protokollarında iddiaçı Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixil müqaviləsinin əslinin təqdim edilməsi barədə hər hansı qeyd aparılmamışdır. Həmin mülki işin materiallarına əsasən iddiaçı Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2018-ci il tarixdə təqdim edilmiş cavabdeh X2 pul tələbinə dair iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısının 2-ci bəndində “icarə müqavilənin surəti” qeyd edilmişdir. Bakı şəhəri 3 sayıl Notariat ofisinin xüsusi notariusu X13 tərəfindən 17 iyul 2018-ci il tarixdə təsdiq edilmiş qeyd olunan icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş 2(102)-4765/2020 nömrəli mülki işin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş 17 noyabr 2017-ci il tarixli iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında 2-ci bəndində “icarə müqavilənin surəti” qeyd edillmişdir. Sonra həmin sənədlərə Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 03 fevral 2018-ci il tarixdə təsdiq edilmiş müqavilənin surəti əlavə edilmişdir. Mülki işi materiallarından görünür ki, həmin notarila qaydada təsdiq olunmuş müqaivlənin surəti iddia ərizəsi ilə birlikdə verilməmiş, qeyd olunan müqavilənin 03 fevral 2018-ci il tarixdə notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən sonra dərhal tikilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə qeyd olunmuş materiallarına əsasən Bakı şəhəri Bülbülə Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, qeyd olunan ərazilər Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 913 sayı Sərəncamı ilə Bülbülə Bələdiyyəsinə ayırlmış 47.45 ha torpaq sahəsinin (bələdiyyə torpaqlarının) hüdudlarından kənarda yerləşdiyindən bu ərazilərdə hər-hansı torpaqayırma və ya icarəyə verm ilə bağlı bələdiyyələrin səlahiyyətləri yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyəlrlə iş məkrəzini 09/5-113 saylı, 28 sentyabr 2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Suraxanı rayonu, Blüblü Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 15 nömrəli müqaviləsi və digər məlumatlar Bələdiyyələrlə iş mərkəzinə daxil olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 13 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, Bakı-Aeroport maqistral avtomobil yolunun kənarında yerləşən 300 kv m torpaq sahəsi dövlət mülkiyyətindədir. Məhkəmə baxış iclasının 21 iyul 2022-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, 2001-2002-ci illərdə bələdiyyə sədrinin müavini vəzifəsində işləmiş, sonra sədr kimi 2005-2010-cu ilə qədər işləmiş, Bələdiyyənin sədri ona demişdir ki, bu torpaq Bələdiyyənin mülkiyyətidir, Bələdiyyə tərəfindən müqavilələrə dair təqdim olunmuş kitab saxta kitabdı, o kitab, o vaxt mövcud deyildir. Sənədlərin əslini məhkəməyə gətirib təqdim etməsini, 2018-ci ildə olan proses zaman sənədin əsli onda olduğunu, sənədlərin oğlurlanmasını bildirmiş, qətnamə çıxandan sonra sənədləri oğurlanmış, həmin sənədləri notarial qaydada təsdiqlənib vermişdir, sənədlərin itməyini bilməmişdir. Təqsirləndirilən şəxs adına olan Daşınmaz Əmlakın Dövlət Reyestridən çıxarışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayonu, Bülbül əqəsəbsi, İ.Məmmədov küçəsində istifadədə olan 0,01293 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 mərtəbəli, 2 otaqlı, 35 kv m yaşayış 89 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10519 nörəli vərəqində qeydiyyat alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri 3 sayıl Notariat ofisinin xüsusi notariusu X13 izahatında bildmişdir ki, əvvəl Təqsirləndirilən şəxs tanımırdı, istənilən şəxsin sənədinin notarial qaydada təsdiqlənməsinə məhdudiyyət qoyulmuş, sənədin notarial qaydada təsdiqlənməsini istəyən şəxsin şəxsiyyəti müəyyən olunur. Sənədlərə baxılır, əgər sürətlər eynidirsə reyestr kitabına əlavə olunur. Əsli olmadan heç bir sənəd təsdiq oluna bilməz. Bütün hallarda sənədlərin əsli olmadan heç bir sənəd təsdiq oluna bilməz. Bu vəziyyətdə heç bir şübhə olmadığı üçün, sənəd notarial qaydada təsdiq olunmuşdur. 17 iyul 2018-ci il tarixdə təsdiq olunur, surət sənədin əsli ilə yoxlanılır, daha sonra isə təsdiq olunur və vətəndaş kitabda imza çəkir. Sənədin təsdiq olunması üçün sırf sənədin əsli lazımdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Bələdiyyəsinin sabiq sədri X10 izahatında bildirmişdir ki, 2007-ci ildən bəri torpaq sahəsinin satışına və icarəsinə icazə verilmir. Arayış verilməsi ilə bağlı bildirmişdir ki, arayış vermiş, həmin müqavilənin əsli Arxiv İdarəsinə göndərilmir, bələdiyyənin arxivindədir. Bələdiyyə arxivi mövcuddur. 5 ildən bir Arxiv İdarəsinə aparılır. Lakin o özü 3 il işləmiş, 1 il müavin kimi, sonra 3 il sədr əvəzi kimi. Müqavilənin şəxsən görmüş, mütləq müqaviləyə baxıb, sonra arayışı vermişdir. İşlədiyi dövrdə arxivə verilən sənədi görməmiş, bələdiyyədə uçot (hesabat) aparılmağını bilmiridi, bütün sənədərin dəmir seyfdə olduğunu bildirmişdir. Mətni müavin hazırlamış, o imzalayırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı rayon Bələdiyyəsinin sədri Şahid2 12 ildir ki işləməsini, məktuba cavab verdiyni, işçiləri ilə birlikdə araşdırma aparmış, jurnalı tapmış, jurnalda o vaxt verilmiş sənədlərin siyahısı olub, hansı illərdi verilibsə, o tarixlər üçün, daha sonra sorğuya cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs adı aşkar olunmamış və arayış vermişdir. Bələdiyyədə aşkar olunmuş müqavilə “kopiyadır” (surətdir) buna əsaslanıb, vermiş, daha sonra polisdən sorğu gəlib, araşdırılaraq dəftər aşkar olunmuş, yazmışdır ki, kitabda aşkar olunmamışdır. Möhürü yoxdur, aşkar etdiyi budur. Həmçininr bildirmişdir ki, Bələdiyyələrlə iş mərkəzinə göndərilir. Torpaq dövlət mülkiyyətindədir. 1-ci məktub 2017-ci ildə verilib, digəri isə 2020-ci ildə, 2017-ci ildən Cavid müəllim işləmiş, onun aşkarlandığı müqaivlənin əslinin surəti olub, lakin peçatlı (möhürlü) olub. 06 aprel 2023-cü il tarixli məhkəmə baxış iclas protokoluna əsasən şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, müqavilənin əslini görməmiş, o, bütün müqavilələri qeydə alır, hər daxil olan, çıxan məktublar, müqavilələrin kitabı var. Bələdiyyənin mülkiyyətində olmayan torpağı bələdiyyəyə necə verə bilər, verə bilməz. Müqavilənin surətləri bələdiyyələrlə İş Mərkəzinə bütün məlumatları veririk, müqavilə bağlanılır və Milli Arxv İdarəsinə göndərilir. Milli Arxiv İdarəsində ola bilməyəcək, çünki müqavilə olmalıdır. Məktubla müraciət edib, yoxdur cavab almısınızsa, nəsə deyə bilməyəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri saylı Notariat ofisinin xüsui notariusun X3 izahatında bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixil müqaviləsinin surətinin təsdiq edilməsi ilə əlaqədar həm sistem variantını da, həm kitab variantını da təqdim etmiş, sənədin əsli olan ətsdiq edirlə, bir müqaivlədən iki surət verib, qeydiyyat jurnalında bələdiyyənin arxivində sənədin əsli olmağı ilə əlaqar olan arayışın jurnala əlavə edilməsi ilə əlaqədar bildirmişdir ki, niyə saxlanılıb bilmir, sənədən əslin olmaması il əlaqədar deyil, sonr abildirmişdir ki, həmin arayışları 2000-ci ilə qədər olan səndlərlə həm onun ilkin müqaivləsinin, həm də onun surətlərini təsdiq edənə onu tələb edirdilər ki, bunun arxivi var, ya yoxdur. Azərbaycan Respblikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının 22 may 2024-cü il tarixli rəyinə əsasən 1. Tədqiqata təqdim edlmiş 1 (010)-22/2023 saylı cinayət işinin 36-cı vərəqində, 2(010)- 707/2018 saylı mülki işinin 11-ci vərəqində, 2 (010)-116/2020 saylı mülki işinin 10-cu vərəqində, 2(010)-32/2021 saylı mülki işinin 7-8-ci vərəqlərində olan Bülbülə bələdiyyəsi ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 22 oktyabr 2004-cü i tarixli 15 nömrəli torpaq icarəsi müqaviləsinin surətləri elektrofotoqrafik çoxaldıcı çap qurğuda (surətçıxaran, laazer printer və s ) çap edilmişdir. Sənədin üzərindəki möhür əkslərin hansı üsulla vurulmasını, imzaların hansı üsulla icra eedildiyini sənədin surəti əsasında müəyyən etmək olmadığından təqdim edilmiş 1 (010) -22/2023 saylı cinayət işinin 36-cı vərəqində,2(010)- 707/2018 saylı mülki işinin 11-ci vərəqində, 2 (010)-116/2020 saylı mülki işinin 10-cu vərəqində, 2(010)-32/2021 saylı mülki işinin 7-8-ci vərəqlərində Bülbülə bələdiyyəsi ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 22 oktyabr 2004-cü i tarixli 15 nömrəli torpaq icarəsi müqaviləsinin surətlərindəki möhür əkslərinin hansı üsulla vurulduğunu, imzaların hansı üsulla icra edildiyini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respblikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 23 yanvar 2023-cü il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş bələdiyyənin qeydiyyat jurnalında əks olunan əlyazıların, tarix göstəriciləri və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə diyirçəkli və gelli qələmlərlə icra olunmuşdurlar. Rəiyn tədqiq hissəsinin 2-ci bəndində gbstərilən səbəb görə qərardadda 2 sual üzrə tədqiqat aparılmadı. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - bu Məcəllənin 320.2-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etməkdir. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 noyabr 2019-cu il tarixli qərarında göstərilir ki, bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Həmin qərarda Plenum o nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir; Həmin müddəaları hazırki hadisəyə münasibətdə tətbiq edərək, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu əməli törədərkən şəxsin məqsədi hüquqazidd vasitə ilə, yəni saxtalaşdırdığı sənəddən istifadə etməklə başqasının hüquqlarının həyata keçirilməsinə mane olaraq, hüquqların həyata keiçrilməsində hər hansı üstünlüyü malik olmasını təmin edərək onun hüquqi statusunu dəyişdirməkdir. Şəxsin belə davranışı idarəetmə sahəsindəki münasibətlərə xələl yetirir, ictimai, habelə şəxsi mənafelərə zərər vurur. Belə ki, dövlət mülkiyyəti olan torpağa dair mövcud olmayan (əsli heç bir dövlət orqalanrında mövcud olmayana), heç bir dövlət orqanlarında, xüsusilə də tərəfindən verilmiş Bakı şəhəri Suraxnı rayon Bələdiyyəsindən müvafiq qeydiyyatdan keçirilməmiş, yalnız kserosurətdə ifadə olunan “sənəddən” istifadə edilməsi, onun əsasında məhkəməyə müraciət edilməsi ədalətsiz və qanunazidd rəqabət apararaq son nəticədə həmin torpağa dair hər hansı gözlənti hüquqa malik olan, həmçinni də dövlətin mülkiyyətçi olaraq hüquqlarını pozur. Belə əməllər eyni zamanda dövlət tərəfindən təmin edilən sosial ədalət prinsipinə olan etimadı şübhə altına alır. Məhkəmə, cinayət işin materiallarında olan Bülbülə bələdiyyəsinin arxivində Təqsirləndirilən şəxs məxsus xx.xx.2004-cü il tarixli 15 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin mövcud olmadığına dair Bakı şəhəri Suraxanı rayon Bülbülə bələdiyyəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubuna, xx.xx.2004-cü il tarixli 15 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavidə Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsinə dair Azərbaycan Respublikası Milli Arxiv idarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubuna, Suraxanı rayonu Bülbülə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 15 nömrəli müqaviləsi və digər məlumatlar Bələdiyyələrlə iş mərkəzinə daxil olmamasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş xx.xx.2019-ci il tarixli məktubuna, Bakı şəhəri Bülbülə Bələdiyyə sədri Şahid2 təqdim etdiyi Bakı şəhəri Suraxanı rayonu Bübülə Bələdiyyəsinin arxivində olan 2003-2005-ci illəri əhatə edən sənədlər və müqavilələrin qeydiyyatı kitabının materialları, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolları, məhkəməyə təqdim edilmiş mülki işi materiallarını, həmin materiallarda olan birinci və apellyasiya instansiyası məhkəməsinin protokollarını, Suraxanı Rayon Bələdiyyəsinin sədri Şahid2 ifadəsini nəzə alaraq hesab edir ki, hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə sübutetmə prosesinin və kifayət qədər toplanması mümkün olmayan sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunan şəxslərin hüquqlarına zərər vura biləcək qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, Məcəllənin 75-ci maddəsinin müddəaları onu göstərir ki, şəxs törədilmiş əmələ görə qanunla müəyyən olunmuş müddətin keçməsi səbəbindən məsuliyyətdən azad olunur və onun həmin əmələ görə məsuliyyətə cəlb edilməsi istisna olunur. Belə ki, işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qeyd olunan sənəddən davamlı olaraq – Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə 17 noyabr 2017-ci il tarixdə müraciət edərək, sonradan 11 iyun 2019-cu il tarixdə apellyasiya şikayəti verildikdə və 17 noyabr 2020-ci il tarixdə kassasiya şikayəti verildikdə istifadə etmişdir. Yəni sonuncu epizod üzrə cinayətin törədildiyi gündən cinayət qanunvericiliyinə əsasən nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti – iki il – keçmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi istisna edilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə bağlı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ilə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə tövsif edilməklə barəsində cinayət təqibi həmin cinayətin törətməsinə görə məsuliyyətə cəlb etmə müddətin keçməsi əsası ilə həmin cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 5 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili X7 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-6/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-6/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver