Məhkəmə qərarları › İş №1(010)-60/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-60/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-60/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Pirallahı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və buna görə də, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 20 may 2022-ci il tarixdə barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Pirallahı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və həmin tarixdə həbsdən azad olunduqdan sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan 01 ədəd ******* №-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1983-ü ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı 5.45 mm kalibrli, yivli odlu silahlar növünə aid olan, texniki cəhətdən saz və atəşə yararlı AK-74 modelli silahı və Kalaşnikov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və isifadəyə yararlı olan darağı əldə edib, saxlamaqla daşımış və 18 may 2022-ci il tarixdə saat 12:30-da Suraxanı RPİ- nin 33-cü PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında qanunsuz olaraq odlu silah əldə etmə, daşıma və saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən hər hansı qanunsuz əşya aşkar edilmədikdən sonra Günəşli yaylasında bir ədəd silah gizlətdiyini bildirməsi səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylasına gedərək həmin yerdə basdırılmış halda olan 01 ədəd ******* №-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1983-ü ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı 5.45 mm kalibrli, yivli odlu silahlar növünə aid olan, texniki cəhətdən saz və atəşə yaradı AK-74 modelli silahı və Kaşalnikov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və isifadəyə yararlı olan daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin yanvar ayında Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə balıq tutmağa getdiyi zaman dəniz kənarında bir ədəd “Kalaşnikov” markalı avtomat görüb onu götürərək özündə saxlamışdır. Həmin vaxtdan bu silah özündə olmuş, lakin heç vaxt istifadə etməmişdir. Heç həmin silahın patronu da olmamış, yalnız darağı üstündə olmuşdur. O, dənizdən qayıtdıqdan biraz sonra heç kimə bu barədə heç bir məlumat vermədən tapdığı həmin silahı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylası deyilən yerdə torpağı qazıb yerə basdırmışdır. Daha sonra həmin silahı basdırdığı yerdən çıxarmamış və orada qalmışdır. 18 may 2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 26 ünvanında yaşadığı binanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun odlu silah əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nə gəlmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmamış hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində qanunsuz heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində axtarış keçirmişlər, lakin qanunsuz heç bir əşya aşkar olunmamışdır. Daha sonra o, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylasında bir ədəd “Kalaşnikov” markalı avtomat gizlətdiyini bildirmişdir. Ondan həmin yeri göstərə biləcəyini soruşmuşlar və o da razılaşmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Yeni Günəşli qəsəbəsində olan Günəşli yaylasına gedib orada bir müddət əvvəl yerə basdırdığı yerdən həmin silahı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bir ədəd silah polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmin silahı və onun darağını 2022-ci ilin yanvar ayında Hövsan qəsəbəsində dəniz kənarında balıq tutan zaman tapmış, lakin həmin silahdan istifadə etməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 18 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs avtomat silahı üçün patron axtarması və silahı saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış massivi, 26 saylı binanın qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona odlu silahın qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə PB-nə gəlmişdir. 33-cü Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bu zaman Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylasında bir ədəd avtiomat və bir ədəd həmin avtomata məxsus daraq basdırdığını və həmin əşyanı təqdim edə biləcəyini qeyd etmişdir. Bundan sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylasına getmişlər və orada Təqsirləndirilən şəxs qanunsuz olaraq silah və darağı basdırdığı yeri göstərməsini və onu çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs torpağı qazıb yerə basdırdığı sellofanı çıxararaq təqdim etmiş və həmin sellofanın içərisində avtomat və daraq olması məlum olmuşdur. Sorğu zamanı Aslan Məhərərmov həmin dəmir alətin avtomat olduğunu və özünə məxsus olduğunu, onun üzərində olan darağın isə həm - avtomata məxsus olmasını bildirmişdir. Həmin avtomat və daraq iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün götürülərək qablaşdırılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid Abbasov X1 Fariz Vaqif oğlunun ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 32-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 18 may 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 90-94-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 18 may 2022-ci il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-37-ci vərəqlərində olan 18 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusu və bir ədəd alışqan, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən isə 2 ədəd 1 manatlıq pul əskinası aşkar edilmiş və Təqsirləndirilən şəxs geri qaytarılmış, bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamış, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 41-ci vərəqində olan 18 may 2022-ci il tarixli baxış keçirmə və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylasında torpaq sahəsinə baxış keçirilməsi, baxış zamanı Təqsirləndirilən şəxs torpağı qazaraq ağ rəngli polietilenə bükülmüş halda bir ədəd silah və bir ədəd darağı çıxarıb etmiş, həmin əşyalar götürülərək qabşaldırılmış, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 77-78-ci vərəqlərində olan diskə baxış keçirilməsi haqqında 20 may 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusu və bir ədəd alışqanı, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən isə 2 ədəd 1 manatlıq pul əskinasını çıraraq stolun üstünə qoyması, sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış keçirilməsi və hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamış, həmin siqaret qutusu, alışqan və 2 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmış, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 49-54-cü vərəqlərində olan cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 18 may 2022-ci il tarixli 22/378R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah, zavod üsulu ilə keçmiş SSRİ- də 1983-cü ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı 5.45 mm kalibrli, AK-74 modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətsdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağdır və istifadəyə yararlıdır. Təqdim edilmiş silahlardan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında sizə əlavə məlumat veriləcəkdir. Cinayət işinin 112-115-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Pirallahı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Cinayət işinin 123-126-cı vərəqlərində olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli 7(002)-870/2021-ci il nömrəli qərarından müəyyən edilmişdir ki, Pirallahı rayon məhkəməsinin 1(094)-32/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 06 ay müddətinə azaldılmış və Təqsirləndirilən şəxs çəza çəkmə müddətinin əvvəlinin 09 iyun 2020-ci il tarixdən hesablanması nəzərə alınaraq, o, cəza çəkməkdən azad edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Pirallahı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(002)-870/2021-ci il nömrəli qərarından müəyyən edilmişdir ki, Pirallahı rayon məhkəməsinin 1(094)-32/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 06 ay müddətinə azaldılmış və Təqsirləndirilən şəxs çəza çəkmə müddətinin əvvəlinin 09 iyun 2020-ci il tarixdən hesablanması nəzərə alınaraq, o, cəza çəkməkdən azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2022-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısında az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 may 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məһkəmə һesab edir ki, İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ******* №-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1983-ü ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı 5.45 mm kalibrli, yivli odlu silahlar növünə aid olan, texniki cəhətdən saz və atəşə yararlı AK-74 modelli silahı və Kaşalnikov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və isifadəyə yararlı olan daraq dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 may 2022-ci il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ******* №-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1983-ü ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı 5.45 mm kalibrli, yivli odlu silahlar növünə aid olan, texniki cəhətdən saz və atəşə yararlı AK-74 modelli silahı və Kaşalnikov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və isifadəyə yararlı olan daraq dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar