Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-600/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Vəfa Cabir qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 07 dekabr 2023-cü il tarixdə, Bakı şəhərində xx xxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Vətən Müharibəsi” iştirakçısı, “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-261/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, 15 sentyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Kia Pride» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili Suraxanı rayonu, Ramana qəsəbəsi, Heydər Əliyev prospektində Hava Limanı istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub yolun sağ tərəfdən birinci hərəkət zolağında dayanmış Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmək istəyən xx.xx.1990-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sidik kisəsinin, qaraciyərin, nazik bağırsaq müsariqəsinin zədələnməsi, sol tərəfli hemopnevmotoraks, sağ tərəfli pnevmotoraks, baş beyinin əzilməsi, sağ baldır sümüklərinin açıq sınığı, alın təpə nahiyəsinin əzilmiş yarası, sağ əlin arxa səthinin sıyrıqlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, fərdi taksi fəaliyyəti ilə məşğul olur. 22 yanvar 2023- cü il tarixdə saat 22 radələrində “BC” kategoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi tanışı Sübhanın mülkiyyətində olan «Kia Pride» markalı 77-EN- 315 dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 60-70 km/saat sürətlə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Heydər Əliyev prospekti ilə yolun sağdan ikinci hərəkət zolağı ilə hava limanı istiqamətində hərəkətdə olmuşdur. Təxminən 100-150 metr uzaqlıqda yolun sağdan birinci hərəkət zolağında sonradan markasını gördüyü Toyota Prius” markalı avtomobil dayandığını görmüşdür. Həmin avtomobil tərəfə bir qədər də yaxınlaşdıqda iki nəfər şəxsin, birinin avtomobilin qabaq sol qapısına sökyəndiyini, digərinin isə yolun ikinci hərəkət zolağında üzbəüz dayanaraq söhbət etdiklərini görmüşdür. Həmin vaxt o avtomobilin sürətini təxminən 50-60 km/saat sürətədək azaltmış və aralarında təxminən 50 metr məsafə qalmışdır. Bu zaman birinci hərəkət zolağında hərəkətdə olan PPX avtomobili üzərindəki sayrışan işıqları yandırmış, polis avtomobili ötüb keçdikdə onun sayrışan işıqları onun gözünə düşdüyü üçün o, baş verə biləcək təhlükənin qarşısını ala bilməmiş və tormoz versə də, avtomobili tam dayandıra bilmədiyindən piyadalardan birini yəni, yolun ikinci hərəkət zolağında dayanan şəxsi idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurmuş və həmin şəxs yerə yıxıllmışdır. O, dərhal yol kənanarında avtomobilini saxlayıb kömək etmək üçün həmin şəxsə yaxınlaşmışdır. PPX avtomobili də orada dayanmış, onların köməkliyi ilə təcili tibbi yardım avtomobili çağırılmış və adını sonradan bildiyi piyada Zərərçəkmiş şəxs Sabunçu Klinik xəstəxanasına aparılmışdır. Həmin xəstəxanada olarkən yanına gəlmiş dostu X2 DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Fikrətin qohumları onu həmin xəstəxanadan çıxarıb İstanbul NS Klinikasına aparmışdırlar. O isə təhqiqatçının iştirakı ilə sərxoşluq müayiəsindən keçirilmiş və ayıq olduğu müəyyən edildikdən sonra hadisə yerinə baxış keçirilmişdir. Sonda o, zərərçəkmiş şəxsin sağlamlığına dəymiş zərəri ödəməsə belə, bunun üçün müvafiq sığorta təşkilatına müraciət etdiyini, sonuncuya dəymiş zərəri ödəmək niyyətində olduğunu bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Papravənd kəndndə qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə ünvan 3 ünvanında yaşayır. Fərdi əməklə məşğul olur, yəni, fotoqraf tərəfindən çəkilmiş şəkillərin çıxarılması ilə məşğul olur. Belə ki, 22 yanvar 2023-cü il tarixdə saat 22 radələrində mən Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən “Akasya” adlı şadlıq evində keçirilən toy şənliyində fotoqraf tərəfindən çəkilmiş şəkilləri çıxartmaq üçün həmin vaxtı idarə etdiyi “Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Baxıxanov qəsəbəsinə getmişdir. Həmin vaxtı dostu Şahid da onun idarə etdiyi avtomobildə əyləşmişdir. Belə ki, Bakıxanov qəsəbəsində işini bitirdikdən sonra yenidən həmin avtomobil ilə qeyd etdiyi şadlıq evinə qayıtmışdır. Həmin avtomobil ilə arxa amartizatorunda nasazlıq hiss etdiyindən o, Ramana qəsəbəsində yolun sağ kənarında avtomobili saxlamış, qəza işıqlarını yandırmış və yerə enmişdir. Həmin vaxtı dostu avtomobildə onu gözləmişdir. Avtomobilin arxa hissəsinə keçib yük yerini açaraq amartizatorların işlək vəziyyətdə olubolmamasını yoxlamışdır. Sonra yük yerinin qapısını bağlayıb avtomobilə əyləşmək üçün sürücü qapısına yaxınlaşmışdır. Qapını açıb avtomobilə əyləşmək istədikdə arxadan ikinci hərəkət zolağı iiə hərəkətdə olan markasını bilmədiyi avtomobil onu vurmuşdur və həmin an huşunu itirmişdir. Ayıldıqda isə İstanbul NS Klinikasında olmuşdur. Sonradan öyrəndiyinə görə onu vurub ağır bədən xəsarəti yetirmiş şəxs Təqsirləndirilən şəxsdur və o, hadisəni idarə etdiyi “Kia Pride” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətmişdir. O hazırki vaxtadək aldığı xəsarətlərə görə müalicə alır və Təqsirləndirilən şəxs ona müalicəsi ilə bağlı hər hansı bir maddi köməklik göstərməmişdir. Müalicəsinə, ümumilikdə 8.500 manat pul xərcləmişdir, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin 8.000 manat hissəsi ödənilərsə, sonuncu ilə barışıq əldə edə bilər. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki. 22 yanvar 2023-cü il tarixdə Qaraçuxur qəsəbəsində işlədiyi bərbər salonundan çıxıb Bakıxanov qəsəbəsində yerləşən fotostudiyaya gəlmişdir. Burada Fikrətlə görüşmüş və bir qədər söhbət etmişdir. Daha sonra onunia Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən “Akasiya” restoranına getməyə qərar vermişdir. Bu səbəbdən də Fikrətin idarə etdiyi “Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və Suraxanı rayonu, Ramana qəsəbəsi istiqamətinə hərəkət etməyə başlamışlar. Heydər Əliyev prospektində hərəkətdə olan zaman Fikrət avtomobilin arxasından qəribə səs gəldiyini bildirmiş, qəza işıqlarını yandıraraq, avtomobili yolun hərəkət hissəsinin sağ tərəfində, yəni 70 km/saat sürət nəzərdə tutulduğu hissədə saxlamış və avtomobilin arxa hissəsinə baxmaq üçün avtomobildən düşmüşdür. O, avtomobilin arxa tərəfinə keçmiş və oraya baxış keçirtdikdən sonra avtomobilin sağ tərəfindən sürücü sükanına oturmaq üçün gəlmişdir. Bu zaman yolun sol tərəfi ilə, yəni hərəkət sürəti 90 km/saat nəzərdə tutulan hissəsi ilə hərəkət edən “Kia Pride” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil Fikrəti vuraraq təxminən onu 10-12 metr qabağa yıxmışdır. O, avtomobildən düşərək Fikrətin yanına qaçmış və ona köməklik etmək istəmişdir. Bu zaman ətrafda olan şəxslər TTY çağırmış və TTY avtomobili Fikrəti 3 saylı Sabunçu xəstəxanasına çatdırmışdır. O özü də TTY avtomobilinə əyləşərək Fikrət ilə birlikdə xəstəxanaya getmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 118 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: sidik kisəsinin, qaraciyərin, nazik bağırsaq müsariqəsinin zədələnməsi, sol tərəfli hemopnevmotoraks, sağ tərəfli pnevmotoraks, baş beyinin əzilməsi, sağ baldır sümüklərinin açıq sınığı, alın təpə nahiyəsinin əzilmiş yarası, sağ əlin arxa səthinin sıyrıqları bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2023-cü ildə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 8/2664 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Kia Pride» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İş materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 8/2664 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Kia Pride» markalı avtomobillə «Toyota Prius» markalı avtomobil arasında kontkat baş verməməsi şəraitində, «Toyota Prius» markalı mövcud yol-nəqliyyat hadisəsi iştirakçısı deyildir. Ona görə də, «Toyota Prius» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərini tədqiqi yol-nəqliyyat ekspertinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-261/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 31 mart 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün müddət ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin şikayət və tələbini, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısı olmasını, döyüş tapşırıqlarını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə fəxri fərman ilə təltif olunmasını və bununla bağlı olaraq valideyninə təşəkkür məktubu ünvanlanmasını, “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan 73594 saylı vəsiqənin surətindən görünür ki, Şabani X5 Vətən Müharibəsi X3 üzvüdür. İş materiallarında olan 1-67470 saylı və 1-8213 saylı vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin komandiri Elzamin Behbudov tərəfindən döyüş tapşırıqlarını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə fəxri fərman ilə təltif olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” zamanı döyüşlərdə göstərdiyi şücayətə görə N nömrəli hərbi hissənin komandiri Elzamin Behbudov tərəfindən Təqsirləndirilən şəxs valideyninə təşəkkür məktubu ünvanlanmışdır. Cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, “Vətən Müharibəsi” iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 02 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-261/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli hökmü idarəyə daxil olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci ilə nəzərdə tutulmuş hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-261/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Plenumunun Qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-261/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə 31 mart 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün müddət ona təyin olunmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-261/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-261/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə 31 mart 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün müddət ona təyin olunmuş 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs ona dəymiş zərərə görə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-600/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-600/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver