Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-602/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X3 onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmayan, heç bir yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayan nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 171-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istifadə etdiyi özünə məxsus “Samsung Galaxy A40” markalı mobil telefonla yaşadığı ünvan 2 ünvanda internet qlobal şəbəkəsindən istifadə etməklə - 994 70 *** ** ** abonent nömrəsi və “Khalilov” istifadəçi adı ilə qeydiyyatdan keçdiyi “Telegram” sosial şəbəkəsində 2022-ci ilin avqust ayının ortalarında istintaqa məlum olmayan tarix və saatda şəxsiyyəti istintaqla məlum olmayan şəxsdən 04 manat pul müqabilində aldığı məzmununda fikrin yalnız qadının və kişinin cinsi-intim zonalarına yönəldilməsi, yetkinlik yaşına çatmayan qızların cinsi-intim həyatını üzə çıxarmaqla seksuallığı müstəsna olaraq cinsi aktla həyat keçirilməsi taktikası ilə bağlaması, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfin qıcıqlandırılması, insanın və erotikanın humanistliyini yox etməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan uşaq pornoqrafiyasına aid, yəni yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən videogörüntüləri yaymaq və reklam elmək məqsədilə yaşadığı ünvan 2 ünvanda əldə edib istifadə etdiyi “Samsung Galaxy A40” markalı mobil telefonun yaddaşına yükləməklə hazırlayıb həmin mobil telefonda saxlamış, uşaq pornoqrafiyasına aid həmin videogörüntüləri istintaqa məlum olmayan “Telegram” kanalında Şahid satıb gəlir əldə etmək məqsədilə təklif etməklə əldə edilməsinə şərait yaratmış, istifadə etdiyi mobil telefonun yaddaşına yüklədiyi uşaq pornoqrafiyasını aid qeyd edilən videogörüntüləri yaşadığı ünvan 3 ünvandan 30 avqust 2022-ci il tarixdə “Telegram” sosial şəbəkəsi vasitəsilə həmin kanalda tanış olduğu Şahid 03 manat müqabilində göndərməklə satıb yayaraq uşaq pornoqrafiyasının dövriyyəsini həyata keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, atası “8-ci kilometr” bazarında geyim əşyalarının satışı ilə məşğuldur. Anası heç yerdə işləmir. Ailədə ondan böyük bir bacısı vardır. 2021-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 104 nömrəli orta məktəbin 9-cu sinifini bitirmişdir. Təhsili Azərbaycan bölməsində almışdır. Sonradan fərdi qaydada bərbərlik peşəsini öyrənmək üçün saç ustalarını yanına getmişdir. Özünə məxsus “Samsung A40” markalı mobil telefonla sosial şəbəkələrə daxil olmuşdur. Həmin telefonda ***-***-**-** nömrəsini istifadə etmişdir. Həmin telefonla “Vhatsapp”, “Telegram”, “İnstagram” və digər sosial şəbəkələrə daxil olmuşdur. 3-4 il olar telegram sosial şəbəkəsinə daxil olmuşdur. “Telegram”da istifadəçi adı “Khalilov” olmuş, profil şəkində isə türkiyəli müğənni “Müslüm Gursəsin” şəkli olmuşdur. Təxminən 2022-ci ilin avqust ayının ortalarında telegram sosial şəbəkəsində hazırda adını xatırlamadığı ad hissəsində şaftalı şəkli olduğunu xatırlamadığı qrupa daxil olmuşdur. Həmin qrup söhbət qrupu olmuşdur. Orada olan şəxslər azərbaycanlılar olmuşdur. Danışıq zamanı onlar pornoqrafik videolardan və əsasən də yetkinlik yaşına çatmayan şəxslərin porno videolarından danışmışlar. Ona da maraqlı gəldiyindən yetkinlik yaşına çatmayan şəxslərin porno videolarına baxmaq istədiyini bildirmişdir. Həmin zaman hazırda xatırlamadığı telegram istifadəçisi ona şəxsidə yazaraq onu belə növ videoların olduğu qrupa daxil edə biləcəyini bildirmişdir. Həmin şəxs 04 manat ödəmək qarşılığında onu qrupa daxil edə biləcəyini demişdir. O da həmin şəxslə razılaşıb həmin şəxsin ona dediyi kart hesabına terminaldan xərcləmək üçün ona verilmiş 04 manat ödəmişdir. O pul ödədiyi hesabı hazırda xatırlamır. Həmin hadisədən 01 ildən artıq vaxt keçdiyi üçün o həmin çekin özünü və şəklini saxlamamışdır. Pulu göndərdikən sonra həmin şəxs onu hazırda adını xatırlamadığı telegram qrupuna daxil etmişdir. Qrupa daxil olduqda orada 100 dən artıq yetkinlik yaşına çatmayan şəxslərin iştirakı ilə çəkilmiş porno videolar olduğunu görmüşdür. Həmin videoların hamısı xarici video materiallar olmuşdur. Bundan sonra o həmin videolardan 70-dən artığını istifadə etdiyi “Samsung A40” markalı mobil telefona yükləmişdir ki, istədiyi vaxt baxa bilsin. Daha sonra həmin videolar olan qrupdan çıxmışdır, bundan sonra qeyd etdiyi söhbət qrupundan bir nəfər şəxsin az yaşlı pornoları axtardığını görmüşdür. Bu zaman o həmin şəxsə şəxsidə yazaraq onda yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə çəkilmiş porno videolar olduğunu bildirmiş və 03 manata həmin videoları sata biləcəyini demişdir. Həmin şəxs razılaşmış və ondan pulu göndərmək üçün kart hesabını istəmişdir. O da öz adına kart olmadığı üçün anası X4 məxsus "xxxx" ASC tərəfindən verilmiş 4098-5844-6083-3203 nömrəli kartın nömrəsini həmin şəxsə göndərmişdir. Həmin kart evdə olduğu üçün kartdan pulu rahat və heç kimin xəbəri olmadan götürə biləcəyini bilmişdir. Həmin şəxs karta 03 manat pul göndərmiş və çekin şəklini ona atmışdır. Bundan sonra 30 avqust 2022-ci il tarixdə yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 744 B ünvanında istifadə etdiyi mobil onun yaddaşında olan 71 ədəd yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə çəkilmiş porno videoları həmin istifadəçiyə telegramda göndərmişdir. Anasının kartına göndərilmiş manat pulu isə “Pubg Mobile” oyunundakı hesabına yükləmişdir. Bütün danışıqlar Telegramda olduğu üçün o həmin şəxsin adını və nömrəsini bilməmişdir. İfadəsində qeyd etdiyi həmin “Samsung” markalı mobil telefon xarab olduğu üçün onu satmışdır. Hazırda smartfon telefon istifadə etmir. Sonda o, “Telegram” sosial şəbəkəsində iştirak etdiyi bütün qruplardan çıxdığını, törətdiyi əmələ münasibətinin pis olduğunu, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, özünə məxsus “Redmi Note 10T” markalı mobil telefonla sosial şəbəkələrə daxil olmuşdur. Həmin telefonda ***-***-**-** nömrəsini istifadə etmişdir. Həmin telefonla “Whatsapp”, “Telegram”, “İnstagram” və digər sosial şəbəkələrə daxil olmuşdur, təxminən 2022-ci ilin əvvəllərindən telegram sosial şəbəkəsinə daxil olmuşdur. Telegramda istifadəçi adı “hckhcjccnk vj? bkjlboknnj” olmuşdur. Təxminən 2022-ci ilin avqust ayının ortalarında “Telegram” sosial şəbəkəsində hazırda adını xatırlamadığı sadəcə ad hissəsində şaftalı şəkli olduğunu xatırladığı qrupa daxil olmuşdur. Həmin qrup söhbət qrupu olmuşdur. Orada olan şəxslər azərbaycanlılar olmuşdur. Danışıq zamanı onlar pornoqrafik videolardan və əsasən də yetkinlik yaşına çatmayan şəxslərin porno videolarından danışmışlar. Ona da maraqlı gəldiyindən yetkinlik yaşına çatmayan şəxslərin porno videolarına baxmaq istədiyini bildirmişdir. Həmin zaman “Khalilov” adlı telegram istifadəçisi ona şəxsidə yazaraq özündə belə videolar olduğunu bildirmişdir. Sonuncu 03 manata həmin videoları göndərə biləcəyini bildirmişdir. İnternet resurslarında azyaşlıların porno videoları olmadığı üçün ona maraqlı gəlmiş və özü baxmaq üçün həmin şəxsdən həmin videoları almağa razılaşmış və pulu göndərmək üçün kart hesabı istəmişdir. Həmin şəxs ona “4098-5844-6083-3203” nömrəli kartın nömrəsini göndərmişdir. O da 30 avqust 2022-ci il tarixdə Mingəçevir şəhəri, Günəşli qəsəbəsində “Milliön” ödəniş terminalından 03 manat pulu həmin kart hesabına göndərmişdir. Çekin şəklini də çəkib həmin şəxsə göndərmişdir. Çekin üzərində kart sahibinin X5 olduğunu görmüşdür, həmin şəxs də telegramda ona 71 ədəd yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə çəkilmiş porno videoları göndərmişdir. Bütün danışıqlar telegramda olduğu üçün o həmin şəxsin adını və nömrəsini bilməmişdir. Həmin şəxs videoları ona göndərdikdən sonra o həmin videolara baxmış və sonradan həmin videoları silmişdir. Lakin telefonunun “çöp qutusu” bölməsində qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 11/96 nömrəli rəyindən görünür ki, “Telegram” sosial şəbəkəsində Şahid istifadə etdiyi “hcjccnk vj? bkjlboknnj” adlı səhifə ilə “Khaalilov” adlı səhifə arasında olan yazışmalarda, həmçinin Şahid “Redmi Note 10T” markalı mobil telefonunda “çöp qutusu” albomunda aşkar olunan görüntülər pornoqrafik xarakterlidir. Telegram” sosial şəbəkəsində Şahid istifadə etdiyi “hckhcjccnk vj? knnj” adlı səhifə ilə “Khaalilov” adlı səhifə arasında olan yazışmalarda, həmçinin Hacıyevin “Redmi Note 10T” markalı mobil telefonunda “çöp qutusu” albomunda aşkar olunan görüntülər tədqiqat məzmununa görə uşaq pornoqrafiyası hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 11/520 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs oğu əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə hadisə zamanı etdiyi hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs oğu əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” 24 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Şahid könüllü olaraq təqdim etdiyi “Redmi Not 10 T” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Şahid “telegram” şəbəkəsinə daxil olduqda onun hesabının adının “hckhcjccnk vj? bkjlboknnj” olması, həmin hesabın +994 ********* saylı mobil nömrəsinə bağlı olması müəyyən edilmişdir, “Telegram” səhifəsində sonuncu yazışmalara baxış keçirilərkən onun “Khalilov” adlı istifadəçi ilə yazışması müəyyən edilmişdir. Qeyd edilən istifadəçi ilə yazışmalara baxış keçirilərkən həmin şəxsdən pornoqrafik videolar göndərməsini, həmin istifadəçinin isə “Leobank”-a məxsus 4098-5844-6083-3203 nömrəli karta 3 manat göndərdikdən sonra həmin göndərəcəyini bildirməsi müəyyən olunmuşdur. Baxış zamanı yazışmalarda həmin şəxsin bank hesabına 3 manatın göndərilməsi, qarşılığında isə həmin istifadəçinin çoxlu sayda pornoqrafik xarakterli videolar göndərdiyi müəyyən olunmuşdur. Şahid iştirakı ilə onun mobil telefonunda “çöp qutusunda” olan şəkillərə baxış keçirilərkən çoxlu sayda pornoqrafik xarakterli videoların olması müəyyən olunmuşdur, Şahid məxsus olan “Redmi Note 10T” markalı mobil telefonda “telegram” səhifəsində və “Çöp qutusu” faylında olan pornoqrafik xarakterli görüntülər “screen shot”, yəni ekrangörüntüsü funksiyasından istifadə edilməklə çap edilərək A4 kağız formatında protokola əlavə edilmişdir. İş materiallarında olan “Sənədlərə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, X5 tərəfindən təqdim edilmiş öz adına olan "xxxx" ASC tərəfindən emisiya edilmiş 4098-5844-6083-3203 nömrəli kart hesabında çıxarışa baxış keçirilmiş, baxış zamanı müəyyən edilmiş ki, "xxxx" ASC tərəfindən emisiya edilmiş həmin karta 30 avqust 2022-ci il tarixdə “Milli Ön” ödəniş sistemindən 03 manat pul mədaxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək təqsirləndirilən şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edlirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosessində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2005-ci il tarixdə anadan olmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası cinayət və cinayətprosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini həll edərkən hesab edir ki, ilk növbədə uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliklə yanaşı, həm də Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq hüquq normaları nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixdə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalara görə yetkinlik yaşına çatmayanın təqsirləndirildiyi cinayət işləri üzrə məhkəmə qərar qəbul edərkən və zəruri təsir tədbirləri seçərkən həmin tədbirlərin təkcə işin hallarına və hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipini deyil, həm də belə tədbirin yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğunluğu prinsipini rəhbər tutmalıdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 1-ci bəndinə əsasən iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik hisslərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır. Həmin Konvensiaynın 4-cü bəndinə əsasən uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, sınaq müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı proqramları və müəssisələrdə uşağa qulluğu əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunlardan məqsəd uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə vəziyyətinə və cinayətin xarakterinə uyğun olsun. Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisi tərəfindən 20 noyabr 1989cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 37-ci bəndinə əsasən heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir. Həmin Konvensiyanın 40.3-cü bəndinə əsasən iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, proseduralar, orqanlar və müəssisələr yaratmalı, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə tədqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsini təmin etməlidirlər. Konvensiyanın müddəlarından göründüyü kimi cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara cəzanın son tədbir kimi tətbiq edilməsi, zəruri və arzu olunan hallarda məhkəmə araşdırmasından kənar təsir tədbirlərinin tətbiqi iştirakçı dövlətlərdən tələb edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyaya əlavə olaraq “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı uşaq hüquqlarına” dair BMT Baş Məclisi tərəfindən 15 yanvar 2007-ci il tarixdə qəbul edilmiş 10 nömrəli Şərhin 22-ci bəndinə əsasən cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara dövlət orqanları 2 növ təsir tədbirləri həyata keçirə bilər: 1) məhkəmə araşdırması başlamadan görülən tədbirlər 2) məhkəmə araşdırması ilə müşayiət olunan tədbirlər. Lakin Komitə tərəfindən üzv dövlətlərin diqqətinə xüsusilə çatdırılmışdır ki, araşdırma gedişatında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinə xüsusi həssaslıqla yanaşılmalı və bu hüquqların gözlənilməsinə tam təminat verilməlidir. Şərhin 23-cü bəndinə əsasən qanunla konfliktdə olan uşaqların, o cümlədən residivist uşaqların onların yenidən reinteqrasiyasında iştirak etmək və cəmiyyətdə ictimai faydalı işlərə cəlb edilmək hüququna malikdirlər. Həbs və ya azadlığın məhdudlaşdırılması təbdirləri ən son təsir tədbiri olaraq nəzərdən keçirilməlidir. Bununla əlaqədar olaraq yetkinlik yaşına çatmayanların işləri üzrə sosial-siyasi və ədalət mühakiməsi çərçivəsində elə geniş miqyaslı kompleks tədbirlər həyata keçirilməlidir ki, bu uşaqların qanuni mənafelərinə və rifahına, o cümlədən törətdikləri cinayətin xarakterinə uyğun gəlsin. Bu tədbirlərə isə qayğı, qəyyumluq və nəzarət, konsultativ xarakterli xidmətlər, sınaq müddətinin müəyyən edilməsi, tərbiyə, təhsil proqramları və peşə hazırlığı tədbirləri, o cümlədən institusional qayğını əvəz edən digər tədbirlər aid edilir. Şərhin 26-cı bəndinə əsasən Konvensiyaya üzv olan iştirakçı dövlətlər qanunla ziddiyyətdə olan uşaqlara münasibətdə məhkəmə araşdırması həyata keçirmədən müvafiq tədbirlərin tətbiq edilməsinin mümkünlüyünü öz daxili qanunvericilik sisteminin tərkib hissəsi olaraq qəbul etməli və bu istiqamətdə yetkinlik yaşına çatmayanların qanunla qorunan mənafelərini təmin etməlidir. 29-cu bəndin məzmununda Komitə tərəfindən iştirakçı dövlətlərinin diqqətinə çatdırılmışdır ki, qanunla konfliktdə olan uşaqların reinteqrasiyası maraqları onu tələb edir ki, müvafiq dövlət orqanları həmin uşaqların mühakimə edilməsi, sosial təcrid və ya barəsində mənfi informasiyanın yayılması kimi tədbirlərin tətbiq edilməsindən çəkinməlidirlər. Buna görə də qanunla konfliktdə olan uşaqlarla münasibət elə olmalıdır ki, bu onun reinteqrasiyası tələblərinə cavab versin, həmçinin bütün tətbiq ediləcək qanuni tədbirlər ona istiqamətlənməlidir ki, uşaq yaşadığı cəmiyyətdə faydalı şəxsiyyət kimi və cəmiyyətin ayrılmaz bir fərdi kimi formalaşsın. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik normaları da öz növbəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə xüsusi həssaslıqla yanaşılmasını tələb edir, Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qanunla qorunan hüquqlarına dövlət tərəfindən tam təminat verilir və bu sahədə dövlət nəzarəti mexanizmi mövcuddur. O cümlədən, qüvvədə olan cinayət qanunvericiliyinə görə ümumi normalarla yanaşı yetkinlik yaşına çatmayanlara münasibətdə cəza təyin edilərkən həmin şəxslərin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli 4 nömrəli Qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslər barəsində ədalət mühakiməsi ilk növbədə həmin şəxslərin mənafelərinə xidmət etməli və belə şəxs haqqında görülən təsir tədbirləri onların şəxsiyyətlərinə və qanunazidd əməlinin xarakterinə uyğunluq təşkil etməlidir. Bundan başqa “Yetkinlik yaşına çatmayanların cinayət işləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında məhkəmələr tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlərə dair işlərə baxılarkən cinayət törətmiş yeniyetmələrin həyat və tərbiyə şəraitinin kifayət qədər araşdırılmadığı, cinayətlərin törədilməsinə imkan verən səbəb və şəraitin aşkar edilməsinə lazımi diqqət yetirilmədiyi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayanlar barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı qanun normalarının təcrübədə tətbiqindən az istifadə olunduğu mənfi hal kimi qeyd edilmişdir Azərbaycan Respublikası CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli, 6 saylı Qərarının 1-ci bəndində qeyd olunur ki, məhkəmələr yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayət hadisələri haqqındakı işlərə bu kateqoriyalı işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yetkinlik yaşına çatmayan şəxslərin qanuni hüquqlarının müdafiəsinə, onların barəsində ədalətli cəzaların təyin edilməsinə, onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına, bu cinayətləri doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirməlidirlər. Həmin Qərarın 18-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinə əsasən məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə, həmin şəxsləri cinayət məsuliyyətindən azad edə bilər. Yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Həmçinin həmin qərarının 19-cu bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinin tələblərinə müvafiq olaraq yetkinlik yaşına çatmayan şəxs barəsində eyni zamanda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər (məsələn, xəbərdarlıq edilməsi və valideynlərin nəzarəti altına verilməsi, vurulmuş ziyanın ödətdirilməsi və asudə vaxtının məhdudlaşdırılması). Məhkəmə hazırki törədilmiş cinayətin xarakterini, hazırki cinayət işinin materiallarını, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə sonuncunun islah olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 171- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, bununla belə, məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətə adekvat cəza təyin edilib-edilməməsi məsələsini məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallarla, ibtidai istintaq zamanı toplanmış sübutlarla və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən bütün halların məcmusu ilə əhatəli şəkildə tədqiq edib yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsini mümkün sayaraq ona cəza təyin edilməsini ədalətli hesab etmir. Tərbiyəvi xarakterli məcburi təsir tədbirləri cəzanın məqsədini tam və yaxud qismən yerinə yetirsə də keyfiyyətinə görə cəzadan fərqlənir. Bu növ məcburiyyət tədbirləri yetkinlik yaşına çatmayanlar üçün yumşaq formada tərbiyəedici mühiti qorumaqla eyni zamanda dövlət tərəfindən qarşıya qoyulan məqsədə nail olunmasına xidmət edir. Tərbiyəvi xarakterli məcburi tədbirlər cəzanın doğurduğu sosial və hüquqi nəticələri doğurmur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını, öz əməlinə tənqidi münasibətinin olmasını, iş üzrə zərərçəkmiş şəxsin olmamasını, yetkinlik yaşına çatmaması ilə bağlı cinayət əməlini törədərkən məsuliyyətini faktiki dərk etməməsini, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, üzərində bilavasitə valideynlərin nəzarətinin olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini məhkəmə istintaqında səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinin tədbiq edilməsini və cinayət məsuliyyətdən azad edilməsini, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə islah olunmasını mümkün sayır. Beləliklə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsi tətbiq edilməklə CM-nin 171-1.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və barəsində həmin Məcəllənin 88.2.2 və 88.2.4-cii maddələri tətbiq edilməklə valideynlərin nəzarətinə vermək və asudə vaxtı məhdudlaşdırılmaqla davranışı ilə bağlı xüsusi tələblərin müəyyən edilməsi növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməli, Azərbaycan Respublikası CM-nin 87.2ci maddəsinə əsasən, valideynlərin üzərinə Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək, Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən müəyyən edilmiş könüllü fəaliyyətdə, sosial, ictimai faydalı işlərin görülməsi və sair kimi layihələrə cəlb edilməsinə köməklik göstərilməsi vəzifələri qoyulmalı, tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs valideynlərinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbirlər o, yetkinlik yaşına çatanadək qüvvədə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayan nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 200 (iki yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsi tətbiq edilməklə CM-nin 171-1.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində həmin Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələri tətbiq edilməklə valideynlərinin nəzarətinə vermək və asudə vaxtı məhdudlaşdırılmaqla davranışı ilə bağlı xüsusi tələblərin müəyyən edilməsi növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Azərbaycan Respublikası CM-nin 87.2-ci maddəsinə əsasən, valideynlərin üzərinə Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək, Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən müəyyən edilmiş könüllü fəaliyyətdə, sosial, ictimai faydalı işlərin görülməsi və sair kimi layihələrə cəlb edilməsinə köməklik göstərilməsi vəzifələri qoyulsun. Tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs valideynlərinə həvalə edilsin Təqsirləndirilən şəxs barəsində tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbirlər o, yetkinlik yaşına çatanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayan nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 200 (iki yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-602/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-602/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver