Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-602/2025 23.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Cəbrayıl rayonu, Balyand kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 10 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 may 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,610 qram narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 10 may 2025-ci il tarixdə saat 17:39 radələrində Suraxanı RPİ-nin NMB-nin və Suraxanı RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə Qəsəbəsi, S.Bəhlulzadə küçəsində saxlanılaraq və orada videoçəkiliş aparmaqla üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,610 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroini “kakos” kimi tanıyır və istifadə edir. 10 may 2025-ci i i tarixdə saat 17:39 radələrində Suraxanı rayonu, Bülbülə Qəsəbəsi, S.Bəhlulzadə küçəsində olduğu zamanı üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməsini tələb etmiş, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində hər hansı qanunsuz əşya, alət və vasitə varsa çıxarıb təqdim etməsini təklif etmişlər. O əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən içərisində “kakos” olan 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilmiş, ona büküm barədə suallar verilmiş, suallara uyğun olaraq həmin bükümdəki kütlənin “kakos” olduğunu, tanımadığı şəxsdən 45 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqdim etdiyi narkotik vasitəni ağ zərfdə qablaşdırmış, zərfin üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra onu Suraxanı RPİ-nə dəvət etmişlər və o da razılaşıb RPİ-nə getmişdir. RPİ-də təhqiqatçı tərəfindən saxlanıldığı zaman qeydə alınmış videogörüntiiyə baxış keçirilmişdir. Videoya baxışdan sonra ona nəmin narkotik vasitəni nə üçün haradan əldə etdiyi, ona qarşı hər hansı fiziki zor tətbiq olunub- olunnmaması barənə suallar verilmiş, o həmin suallara cavab olaraq narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini, ona qarşı hər hansı fiziki zor tətbiq olunmadığını bildirmişdir Daha sonra ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. Saxlanıldığı zaman və bölmədə olarkan ona qarşı fiziki zor və güc tətbiq olunmamış, üzərində aşkar olunan narkotik vasitəni öz şəxsi istitadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul deyildir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 10 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra o və Suraxanı RPİ-nin digər iki əməkdaşı Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və X2 mühəndis inspektoru, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin tarixdə gün saat 17:39 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulz də küçəsində Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi zərurətinin yarandığını bildirmiş, o etiraz etməmiş, baxış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa çıxarıb təqdim etməsini təklif etmiş, o əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Həmin bükümün nə olması, nə üçün əldə etməsi, haradan və neçəyə əldə etməsi barədə Şövqiyə suallar vermişlər, o isə cavab olaıat, “kakos’’ olduğunu, öz istifadəsi üçün tanımadığı şəxsdən “zaklatka” yolu ilə əldə etdiyini bildirmişdir. Həmin büküm ağ zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmış, sonradan Şövqinin üstü yoxlanılimiş, heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin aparılması üçün Suraxanı RPİ-nə dəvət etmişlər, o da razı olaraq onlarla birlikdə Suraxanı RPİ-nə getmiş, keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş, imzalanmışdır. Bundan sonra maddi sübutu - yəni, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü və onun saxlanılmasına dair videogörüntüləri əks etdirən RPİ-nin TŞ-nin təhiqatçısı Elvin Nurəliyevə təqdim etmiş, Elvin Nurəliyev maddi sübuta və diskə baxış keçirmiş, sonda isə buna dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdi . Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra və tərəflərin etiraz etmədiklərini nəzərə alaraq şahidlər Suraxanı RPİ-nin əməliyyat rabitə qrupu üzrə mühəndis inspektoru, polis leytenantı Şahid3 və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadələri elan edilməklə tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:39-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində olarkən saxlanılmışdır. Ona saxlanılmasının səbəbləri barədə məlumat verilmiş, müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin olmadığını və müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini bildirmişdir. Ona saxladığı hər hansı qanunsuz əşyam könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofan bükümünü təqdim edərək həmin kütlənin narkotik vasitə heroin olduğunu, öz şəxsi istifadəsi üçün 45 manata tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir (i.v. 9-10); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə məqsədi ilə narkotik vasitə əldə edib Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzərində saxlaması barədə şübhəli bilindiyi üçün, xx.xx.2025-ci il tarixdə saat 17:39-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində saxlanılaraq üstü yoxlanılmış, üzərində 01 (bir) ədəd şəffaf rəngli selofan bükümündə heroinə bənzər narkotik vasitə aşkar edilərək 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılması Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Keçirilən zaman zərfin üzərində imzalar və möhür yoxlanılmışdır. Zərfin tamlığı pozulmamışdır. Daha sonra 1 ədəd DVD-yə komputerdə baxış keçirilmişdir. DVDdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır (i.v. 14-15); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı və təqdim olunan əşyaya baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 69, 118, 131-138); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə saat 19:40da şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 17:39-da tutulmuş hesab olunur (i.v. 23); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 6/1763 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” oğlunun üzərindən aşkar edilmiş 01 ədəd büküm...” yazı və imzalar olan 01 ədəd zərfdə olan 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,610 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış maddə - narkotik vasətə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,610 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,510 qram (i.v. 33-37); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51-52); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 66-67); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 83-84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 88-89); Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-174/2024 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 90-100); axtarışda olan şəxsin könüllü gəlməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünürki, Təqsirləndirilən şəxs istintaq orqanına gələrək bildirmişdir ki, axtarışda olması barədə heç bir məlumatı olmamışdır. Bu barədə xəbəri olan kimi özü dərhal könüllü olaraq istintaq orqanına gələrək təslim olmuşdur (i.v. 101) ; cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 102-103); AZ-İV seriyalı 622536 nömrəli və AZ-T seriyalı 021648 nömrəli doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs üç uşağı – xx.xx.2021-ci il təvəllüdlü Babaşlı Oruc Şövqi oğlu, xx.xx.2015-ci il təvəllüdlü Babaşova Məryəm Şövqi qızı və xx.xx.2016-cı il təvəllüdlü Babaşzadə Maidə Şövqi qızı – vardır (i.v. 106-108); diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azerfon MMC tərəfindən təqdim olunmuş ********* saylı mobil nömrəyə dair xx.xx.2025xx.xx.2025-ci il müddətində zənglər və s. məlumatları əks etdirən diskə baxış keçirilmiş, cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumat aşkar edilməmişdir (i.v. 119); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 121-122); axtarışda olan şəxsin könüllü gəlməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünürki, Təqsirləndirilən şəxs istintaq orqanına gələrək bildirmişdir ki, axtarışda olması barədə heç bir məlumatı olmamışdır. Bu barədə xəbəri olan kimi özü dərhal könüllü olaraq istintaq orqanına gələrək təslim olmuşdur (i.v. 125); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 126-127); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2025-ci il tarixli, 2728 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır (i.v. 129-130); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xalis çəkisi 0,610 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,510 qram olan narkotik vasitə olan heroin cinayət işi üzrə mühüm əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (i.v. 131-138); Bakı Şəhər Probasiya İdarəsinin “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2026-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-174/2024 saylı hökmünə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir; Х-ЖГ seriyalı 344950 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1985-ci il tarixdə doğulmuşdur. Atası Babaşov Oruc Həmzə oğludur; Н-ЖГ seriyalı 428613 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşov Oruc Həmzə oğlu 15 avqust 1993-cü il tarixdə erməni quldurlarının təcavüzü zamanı şəhid olmuşdur; "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci arayışından görunür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü ilədək PARLAQ HƏYAT 2021 MMC narkomaniya və alkoqolizmindən psixoloji dəstək mərkəzində stasionar müəlicə keçib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.1. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları. Həmin Qərarın 1.16-cı hissəsində göstərilmişdir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və onun atası Babaşov Oruc Həmzə oğlu Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında şəhid olmuş (həlak olmuş) şəxs olduğundan, Təqsirləndirilən şəxs isə bu əməliyyatlarda həlak olmuş şəxsin yaxın qohumu, yəni oğlu olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Bundan başqa Təqsirləndirilən şəxs himayəsində üç uşağı – xx.xx.2021-ci il təvəllüdlü Babaşlı Oruc Şövqi oğlu, xx.xx.2015-ci il təvəllüdlü Babaşova Məryəm Şövqi qızı və xx.xx.2016-cı il təvəllüdlü Babaşzadə Maidə Şövqi qızı – vardır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.1-ci və 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,510 qram narkorik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxsdan tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsya məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (yüz altmış beş) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,510 qram narkotik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 165 (yüz altmış beş) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-602/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-602/2025
23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver