Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-605/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1980-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanda yaşamış, ünvan 2 il tarixli qərarına əsasən barəsində əvvəli 22 iyun 2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-368/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 12 oktyabr 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-605/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hazırlıq iclasınadək dəyişdirilmədən saxlanılmış, həmin məhkəmənin 1(010)-605/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə internet vasitəsi ilə "xxxx" MMC-nin mebel istehsalında istifadə olunan laminat materialı işi ilə məşğul olması barədə məlumat əldə edib xx.xx.2023-cü ildə həmin müəssisədə anbardar işləyən Şahid1 ilə telefon əlaqəsi yaradıb ona 7560 manat dəyərində hər birində 36 ədəd olmaqla 6 palit laminat almağı və təhvil alan anda pulunu ödəyəcəyi barədə məlumat verib razılaşdırmış, xx.xx.2023-cü ildə isə mebel istehsalı ilə məşğul olan Zərərçəkmiş şəxs ilə mobil telefonla əlaqə yaradaraq ona 6400 manata 6 palit laminat satacağı barədə yalan məlumat verib inandıraraq pulun kartına köçürmə yolu ilə ödəməsinə dair razılığa gələrək Şahid1 6 palit laminatları Bakı şəhəri, Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən mebel sexinə göndərməyi, eyni zamanda Zərərçəkmiş şəxs laminatların pulunu kart hesabına köçürməyi tapşırmış, Zərərçəkmiş şəxs laminatlarm yük avtomobilində gətirilməsini görüb saat 10:43-də ünvan 3 ünvanında yerləşən “Al market”də quraşdırılmış “Mpay” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs "xxxx"dakı 4169 7388 8869 6477 nömrəli bank kartına 6400 manatı köçürsə də, Şahid1 bank hesabına pul ödənilmədiyindən o, laminatları təhvil verməyib geri qaytarmış və beləliklə Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə zərçəkmiş şəxs Zərərçəkmiş şəxs 6400 manat pulunu ələ keçirərək sonuncuya 6400 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, uzun illər Rusiya Federasiyasının Moskva şəhərində yaşayandan sonra 2019-cü ildən Quba şəhərində və Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır. Əvvəllər avtomobil malyarı kimi Xətai rayonu ərazisində faliyyət göstərmiş, bir müddət işsiz olmuşdur. Pula ehtiyacı olduğundan 13 iyun 2023-cü il tarixdə internet sayıtində mebel satışı ilə məşğul olan tanımadığı şəxsin ***-***-**-** saylı nömrəsinə zəng edib 6 palet mebel üzlüyü sifariş vermişdir. Həmin şəxs qiymətinin 7560 manat olmasını demiş, o razılaşmış və səhəri gün mal göndərməsini xahiş etmişdir. Daha sonra mal alan müştəri axtarmağa başlamışdır. 14 iyun 2023-cü il tarixdə o, Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən mebel sexinin qarşısında olan reklam lövhəsindəki ***-***-**-** saylı nömrəyə istifadəsində olan ***-***-**-** saylı nömrəmin votsapı ilə zəng edib mebel sexinin bağlandığını 6 palet mebel üzlüyünü təcili olaraq 6400 manata satdığını demişdir. Həmin şəxs onunla razılaşmış və sifariş verdiyi şəxslə əlaqə saxlayıb 6 palet mebel üzlüyünü dediyi ünvana göndərməsini və pulu kart hesabına göndərəcəyini demişdir. Razılıq olduqdan sonra o, malı satacağı şəxslə yenidən əlaqə saxlayıb yük avtomobilinin artıq sexə çatdığını, pulu votsapa göndərdiyi Kapital Banka aid 4169 7388 8869 6477 saylı karta göndərməsini söyləmişdir. Həmin sexdən bir qədər aralıda yük avtomobilinin gəlib-gəlməməsini gözləmişdir. Təxminən 2-3 dəqiqə sonra yük avtomobilinin sexə daxil olmasını, bir qədər sonra isə kartına 6400 manat pulun yükləndiyini görüb dərhal mobil telefonunu söndürüb orada uzaqlaşmışdır. Əldə etdiyi pullar ehtiyaclarına xərcləmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmişə vurduğu maddi zərəri ödəmədiyini, lakin ödəmək niyyətində olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, il yarım müddətdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən mebel sexində iş icraçısı vəzifəsində çalışır. İşlədiyi müddət ərzinə ayrı-ayrı yerlərdən mebelə aid materiallar alıb işləmişdir. O, yol kənarında öz telefon nömrəsini yerləşdirib sifariş qəbul etmək üçün müştərilərlə əlaqə saxlamışdır. 14 iyun 2023-cü il tarixdə bir nəfər tanımadığı şəxs istifadəsində olan ***-***-**-** saylı votsap nömrəsinə ***-***-**-** saylı votsap nömrəsindən zəng edib işlədiyi sexin bağlandığını deyib 17 palit materialı olmasını bildirib ondan lazım olub-olmamasını soruşmuşdur. O, həmin şəxsdən qiyməti soruşduqda ona təcili olaraq satmasını bildirib yük avtomobili ilə hər birində 36 ədəd olmaqla 6 palit mebel istehsalı üçün laminant gödərdiyini və qimətinin isə 6.400 manat olmasını demiş və ona göndərdiyi Kapital Banka aid 4169 7388 8869 6477 karta təcili pulu göndərməsini demişdir. O artıq yük avtomobilinin gəldiyini görüb həmin şəxsə inanıb ünvan 6 ünvanında yerləşən “Al” marketdə quraşdırılmış Mpay ödəmə terminalı vasitəsi ilə qeyd etdiyi kart hesabına 6.400 manat pulu köçürmüş və yük avtomobilinin yanına gəlib sürücünün gətirdiyi malı boşaltmaq istədikdə malı gətirən sürücü bildirmişdir ki, mal sahibi onunla əlaqə saxlayıb malın pulunun köçməməsi səbəbindən malı boşaltmaqdan imtina etmişdiri. O isə həmin şəxsə pulu köçürməyi barədə qəbzi göstərmişdir. Lakin sonda mal sahibi iş yerinə gəlmiş və aydın olmuşdur ki, ortada üçüncü şəxs onların hər ikisini aldatmışdır. Ona görə də o, Suraxanı RPİ-nin 32-ci PB-nə ərizə ilə müraciət etmişdir. Sonda ona dəymiş maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən iki il olar ki, Bakı şəhərində yerləşən "xxxx" MMC şirkətində anbardar vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə axşam saat 17:30 radələrində ona ***-***-**-** nömrəsindən zəng olunmuş və ona hər birində 36 ədəd olmaqla 6 palit mebel istehsalı üçün laminant sifariş vermişdir. O, həmin şəxsə razılıq vermişdir. xx.xx.2023- cü il tarixdə, səhər saat 09:30 radələrində ona həmin sifariş edən şəxs malı göndərməyi xahiş etmiş və pulu karta göndərəcəyini demişdir. O, malı onun təqdim etdiyi ünvana göndərmişdir. Bir qədər gözdəsə də karta heç bir ödəniş olmamışdır. Sürücü ilə əlaqə saxlayıb bildirmişdir ki, mala görə ödəniş olmayıb, əgər ünvana çatmışsa malı boşaltmasın, ödəniş olduqda məlumat verəcəkdir. Sürücüdən cavab gözləsə də ***-***-**-** saylı nömrəninin sahibinə zəng edib ödəniş olmaması barədə məlumat vermək istədikdə həmin şəxsə zəng çatmamışdır. Sürücünün malı apardığı ünvana gəldikdə malı sifariş olunan yerin sahibi əlində olan qəbzi göstərib ödəniş etdiyi bildirmişdir. Həmin vaxt onlara məlum olmuşdur ki, ortada üçüncü şəxs olmuş və hər ikisini əlaqəyə girib aldatmışdır. Hadisə nəticəsində ona heç bir maddi zərər dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 01 ədəd “Mpay” terminalına aid ödəmə qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:43-də Bakı şəhəri, Suraxanı rayonu X4 küçəsi 29 V ünvanında yerləşən “Al” marketdə quraşdırılmış “Mpay” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" ACS-nə məxsus 4169 73 ** **** 6477 kart nömrəsinə 6400 manat köçürülmüşdür. İş materiallarından Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 02 vərəqdən ibarət Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-ə aid 4169 7388 8869 6477 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə 6.4000 manat pul vəsaiti mədaxil olunmuş və həmin pul vəsaitinin ATM vasitəsi ilə məxaric olunmaması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Moskva şəhər Kuzmin Rayon Məhkəməsinin 05 dekabr 2012-ci il tarixli hökmünə əsasən 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Moskva şəhər Məhkəməsinin 23 yanvar 2013-cü il tarixli kassasiya qərarına əsasən cəzası 06 il 06 aya endirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, əzasının əvvəli 22 iyun 2023-cü il tarixindən hesablanmaslı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Mpayödəmə terminalına aid ödəniş qəbzi və Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 02 vərəqdən ibarət Təqsirləndirilən şəxs oğuna məxsus "xxxx" ASC-nə aid 4169 7388 8869 6477 nömrəli kart hesabından çıxarış iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 22 iyun 2023-cü il tarixindən hesablansın Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd "Mpay" ödəmə terminalına aid ödəniş qəbzi və Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 02 vərəqdən ibarət Təqsirləndirilən şəxs oğuna məxsus "xxxx" ASC-nə aid 4169 7388 8869 6477 nömrəli kart hesabından çıxarış iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-605/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-605/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver