Məhkəmə qərarları › İş №1(010)-605/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-605/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-605/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində xx.xx.2025-ci il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bitiki mənşəli kütlə tərkibində narkotk maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 6,76 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, üzərində saxlamaqla daşımış və xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:28-də Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Məmmədov küçəsində yerləşən parkın yaxınlığında saxlanılaraq videoçəkilişlə üstünün yoxlanması aparılarkən onun əynindəki şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,76 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Quliyev X2 Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, o, xx.xx.2025-ci il tarixdə saat 12:28-də Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Məmmədov küçəsində yerləşən Parkın yaxınığında olan zaman 3 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsində şübhəli olduğunu bildirərək, onun üzərində narkotik vasitə olub olmadığını varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o əynində olan cins şalvarımın sağ yan cibindən 01 ədəd kibrit qutusunu içərisində qurudulmuş halda olan narkotik vasitə marixuana kimi tanıdığı maddəni və şalvarının arxa cibində olan 01 ədəd Honor markalı telefonu təqdim etmişdir. Sonra polis əməkdaşları üzərinə yoxlama keçirmişlər, lakin başqa heç bir əşya aşkar olunmamışdar. Sonra marixuana kimi tanıdığı narkotik vasitə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 10,75qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik vasitəni Əhmədli metrostansiyası yaxınlığında təsadüfən rastlaşdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün almışdır və üzərində saxlamışdır. O heç vaxt narkotik vasitələri kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. O, saxlanılan zaman və Suraxanı RPİ-nin 30-cu PB-də olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, peşmandır. Himayəsində 1 autizm sindromu olan uşağın olduğunu və amnistiya aktının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-də CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. xx.xx.2025-ci il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində narkotk vasitələr və psixotrop maddələri əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması məqsədi ilə şöbənin rəhbərliyinə tərəfindən raportla müraciət olunmuş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, o və şöbənin digər əməkdaşları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:28-də Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Məmmədov küçəsində yerləşən parkın yaxınlığında tərəflərindən saxlanmış, ona özlərini təqdim etmişlər və Suraxanı rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması və istifadəsində şübhəli olduğunu izah edərək üzərində qanunla dövriyəsi qadağan edilmiş əşya olub olmadığını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutus çıxararaq təqdim etmiş və həmin kibrit qustusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, həmin kibrit qutusu içərisində olan narkotik vasitə qurudulmuş marixana ilə birlikdə tərəflərindən elektron tərəzidə çəkilirək 10,75 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilmiş, üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Orada şöbənin rəhbərliyinə raportla müraciət etmişlər. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı kimdən və hansı məqsədlə alması ilə bağlı tərəflərindən müəyyən tədbirlər keçirilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid3 və həmin şöbənin sahə inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin başlanmasına səbəb və əsas, xx.xx.2025-ci il tarixdə Suraxanı RPİnin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin iəstifadəsində və saxlanmasında şübhəli hesab edilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:58-də Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Məmmədov küçəsində yerləşən parkın yaxınlığında saxlanılaraq videoçəkilişlə üstünün yoxlanması aparılarkən onun əynindəki şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,76 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməsi faktı və həmin faktla bağlı toplanmış materiallar olmuşdur. Cinayət işinin 23-cü vərəqində olan “şübhəli şəxsin tutulması” haqqında 19 iyul 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 19 iyul 2025-ci il tarixdə saat 12:28 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarının 53-54-cü vərəqlərində olan 21 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 71-72-ci vərəqlərində olan 21 iyul 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Habil Hüseynovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİnin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 73-74-cü vərəqlərində olan 21 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 9-79-cu vərəqlərində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar tərtib olunmuş protokola və qeydə alınmış videogörüntülər olan diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Elvin Tanrıverdiyev xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, şöbənin əməliyyat müvvəkkili polis leytenantı Şahid3 və şöbənin sahə inspektoru polis kapitanı Nurlan Nuriyevin iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusu çıxararaq təqdim etməsi və həmin kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitə qurudulmuş marixananı üzdən tanıdığı adını bilmədiyi şəxsdən alıb özündə saxlamasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin 39-42-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 iyul 2025-ci il tarixli, 7/980 nömrəli ekspert rəyində göstərilir ki, tətqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə» yazılar və imzalar olan zərfdə ağız hissəsi bağlanan polietilen paketdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəksi -6,76qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin 92-93-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X5-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2025-ci il tarixli 5381 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 90-91-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 05 il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 il 05 ay 11 gün müddətinə vaxtından əvvəl şərt azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çaxarılmışdır. Məhkəməyə təqdim edilmiş AZE 11945809 seriyalı şəxsiyyət vəsiqəsinə əsasən X4 xx.xx.2026-cı il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1 və 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 6,76 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1 və 1.16-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 6,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 02 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h**********9212327214 SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar