Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-607/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə 05 avqust 1994-cü ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməyən, İsmayıllı rayonu, Lahıc qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Zabrat qəsəbəsi, Yeni məhəllə fərdi tikili nömrəsiz evdə yaşayan, 30 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 iyul 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məkhəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0,246 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda ümumi təmiz çəkisi 0,103 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşıyaraq üzərində saxlamış və 30 iyun 2023-cü il tarixdə saat 23:45-də Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən işıqforun yaxınlığında özünü şübhəli aparması və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması səbəbindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək, PB-də videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisindən 02 ədəd bükümdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,025 qram və 0,078 qram olmaqla, ümumi təmiz çəkisi 0,103 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,246 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 iyun 2023-cü il tarixdə saat 23:45 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən işıqforun yaxınlığında boşluq sahədə iki nəfər tanışlırı ilə söhbət edən vaxtı Suraxanı RPİ-nin PPX-nin polis əməkdaşlarını görüb qaçmış lakin o tutulucağını bilib dayandıqda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları Suraxanı RPİ-nin 31-ci polis bölməsinə aparmış və onun hüquqlarının müdafiəsi üçün təyin edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üstünə şəxsi axtarış keçirilmişdir. Onun üstünə şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində «Rothmans» yazısı olan siqaret qutusunu çıxarıb təqdim etmiş, içərsindən üç ədəd ayrı-ayrılıqda bükümləri də təqdim elmişdir. Həmin üç ədəd bükümlərdən ikisi açıldıqda içərsində spesfik iyə malik olan maddəni çıxararaq həmin maddənin narkotik vasitə heroin olmasını və digər bir ədəd bükülü isə içərisində metamfetamin olmasını etiraf edərək polis əməkdaşlarına təqdim etmiş və həmin maddə polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. O, üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroin və metamfetamini öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manat müqabilində iki bükümdə olan narkotik vasitə heroin və bir ədəd bükümdə olan metamfetamin alaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibində gizlətmişdir. Bundan sonra o, polis əməkdaşları protokol tərtib etmişlər, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin zərfə qoyaraq qablaşdırmışlar və möhürləmişlər. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 Rafiq oğlu ifadəsində göstərmişdir ki, 30 iyun 2023-cü il tarixdə saat 23:45 radələrində «56-50» çağırışlı avtopaturulla Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində xidməsi yoldaşları Şahid1 və Şahid2 ilə birlikdə xidmətdə oluş, həmin vaxtı hava qaranlıq olduğundan ağ rəngli **-PF-*** qeydiyyat nişanlı avtomaşını içərsində üç nəfər şəxslərin görmüş onlar avtomaşına yaxınlaşdıqda onlardan biri qaçmağa çalışanda onldar saxlamış, həmin şəxs özünü şübhəli apardığına görə onlara özlərini təqdim edərək həmin şəxsiyətlərini təsdiq edən sənədləri soruşulmuş, həmin şəxslərin üzərində şəxsiyyətlərini təstiq edən sənəd olmadığından onları Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına getməyi təklif etmiş həmin şəxslər etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişlər. İdarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən o və xidməti iş yoldaşının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsiyyəti onlara İdarədə məlum olmuş xx.xx.1994-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq onun üzərinə şəxs axtarış keçiriləcəyi bildirilmiş, həmçinin ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmetin olubolmaması və əgər varsa təqdim olunması təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində «Rothmans» yazısı olan siqaret qutusunu çıxarıb təqdim etmiş, içərsindən üç ədəd ayrı-ayrılıqda bükümləri də təqdim həmin bükümlərdə olan bir bükümü psixotrop maddə metamfetamin və iki bükümdə narkotik vasitə olan heroin olduğunu həmin kütlələri xx.xx.2023-cü il tarixdə səhər radələrində tanmadığı şəxsdən ümumilikdə 10 manata ödəyərək 3 (üç) büküm psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroini özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Buna görə də əməkdaşların iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən maddə qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Həmin vaxtı polis idarəsində Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olunmamışdır. Bundan əlavə PB-nə gətirilmiş digər şəxslər qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq onun üzərinə şəxs axtarış keçirilmiş üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmetin olması müəyyən edilməmiş və onlar PB-dən buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Şahid1 və Ağayev X3 Rauf Rafıl oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilməsi, ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində «Rothmans» yazısı olan siqaret qutusunu çıxarıb təqdim etməsi, içərisindən üç ədəd ayrı-ayrılıqda bükümləri də təqdim həmin bükümlərdə olan bir bükümü psixotrop maddə metamfetamin və iki bükümdə narkotik vasitə olan heroin olduğunu həmin kütlələri xx.xx.2023-cü il tarixdə səhər radələrində tanmadığı şəxsdən ümumilikdə 10 manata ödəyərək 3 (üç) büküm psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroini özü istifadə etmək üçün üzərində saxladığını bildirməsi müəyyən olunur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-fıziki-kimyəvi ekspertizasının 01 iyul 2023-cü il tarixli 6/3585 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,246 qr olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmçinin iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,025 qram və 0,078 qram ümumi təmiz çəksi 0,103 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 31 avqust 2023-cü il tarixli 5601 nömrəli ekspert rəyindən müəyyən olunur ki, müayinə olunan Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tuutlmuş, 02 iyul 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddəlləri ilə 02 il 01 ay azadlıqdan məhrum idilmiş, xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökmü dəyişdirilmədən saxlanılmış, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə taxtından əvvəl şərti azad olunub, xx.xx.2021 ildə cəza müddəti bitmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, 30 iyun 2023-cü il tarixdən 02 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,103 qram təşkil edən narkotik vasitə heroin və 0,246 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X7 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil X7 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdən 02 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,103 qram təşkil edən narkotik vasitə heroin və 0,246 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil X5 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X6 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-607/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-607/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver