Məhkəmə qərarları › İş №1(010)-61/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-61/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-61/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonunun Xıl kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən binanın yan hissəsində Zərərçəkmiş şəxs vasitəsilə tanış olduğu X4 iş görmək üçün pul vermək barədə verdiyi vədə əməl etmədiyi üçün, onu qorxutmaq məqsədilə kafedən götürdüyü bıçaqla sonuncunu tapmaq üçün kafedən çıxıb piyada hərəkət edən zaman, getməsinə mane olan tanışı Zərərçəkmiş şəxs onu saxlamağa və sakitləşdirməyə çalışarkən, Təqsirləndirilən şəxs adi məişət ehtiyatlılığı tədbirlərinə riayət etməyərək, başqa şəxsin sağlamlığına ağır zərər vura biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, belə nəticəni görməmiş, nəticədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qucaqlayarkən, sonuncunun əlində olan bıçaq Zərərçəkmiş şəxs bədəninə nüfuz edərək, sonuncuya perikərdin və diafraqmanın zədələnməsi, eləcə də, sol tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və sol qalça tini nahiyəsinin deşilmiş-kəsilmiş səthi yarası ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs oğlu öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə X16 ilə dini kəbinlə ailə həyatı qurmuş və bu evlilikdən xx.xx.2008-ci il təvəllüdlü Röya Abbasova, xx.xx.2009-cu il təvəllüdlü Səkinə Abbasova və xx.xx.2012-ci il təvəllüdlü Olqa Abbasova adlı üç uşaqları vardır. İş üzrə Zərərçəkmiş şəxs hadisədən əvvəl tanımış və onunla aralarında normal münasibət olmuşdur. Belə ki, sonuncu ilə bir yerdə Kürdəxanı qəsəbəsində yerləşən İstintaq Təcridxanasında cəza çəkmiş və onunla bir otaqda qalmışlar. Buna görə də, onlar arasında həmin vaxtdan dostluq münasibəti yaranmışdır. 2019-cu ilin iyun ayının əvvəllərində o, Rusiya Federasiyasında qızıl alışsatışı ilə məşğul olduğu zaman İlqar onunla əlaqə saxlayaraq, bir tanışının əlində pulunun olduğunu demiş və Bakıya qayıdıb onlarla birlikdə şərikli qızıl alış-satışı ilə məşğul olmağı təklif etmişdir. O, da bu təkliflə razılaşaraq, bilet alıb Bakı şəhərinə qayıtmışdır. Bundan sonra 2019-cu ilin iyul ayının əvvəllərində İlqarla əlaqə saxlayaraq, artıq Bakıda olduğunu bildirmiş və onlar görüşüb söhbət etmişlər. Söhbət zamanı İlqar ona Ruslan adında tanışı olduğunu deyərək, pulun Ruslana məxsus olduğunu, lakin üçünün birlikdə şərik olaraq, qızıl alış-satışı ilə məşğul olacağını bildirmişdir. Lakin həmin gündən etibarən dəfələrlə İlqarla əlaqə saxlayıb görüşsə də, sonuncu ona müxtəlif bəhanələr gətirərək, konkret işə başlamaq üçün pul verməmişdir. Onların iş görmək istəmədiklərini görüb İlqara aralarındakı münasibətə görə heç olmasa onun yol pulunu verməsini və ya bilet alıb Rusiyaya öz işi ilə məşğul olmaq üçün göndərməsini demişdir. Lakin İlqar onun yol pulunu da verməmək üçün müxtəlif bəhanələr gətirmişdir. İlqarla üzbəüz görüşüb ondan yol pulu alacağına əmin olduğu üçün xx xxxx 2020-ci il tarixdə axşam saatlarında İlqara zəng edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində görüşməyi təklif etmişdir. İlqar da razılaşmış və onlar Hövsan qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığındakı “Xan” kafesində görüşmüşlər. Həmin vaxt İlqarın yanında olan əvvəllər görmədiyi şəxs də olmuş və İlqar onu «Ruslan budur» deyərək təqdim etmişdir. Onların ikisi ilə də söhbət etmiş və bu işi görmək üçün konkret fikirləri olub-olmadığını soruşmuşdur. Bu zaman Ruslan artıq bu işi görməyə marağının olmadığını bildirmiş və vacib işi olduğunu bildirərək, masadan qalxıb sağollaşaraq getmişdir. İlqarla təxminən 3-4 dəqiqə söhbət etmiş və birdən əsəbləşərək, niyə Ruslanın bu hərəkəti etdiyini, ayıb olduğunu, niyə onu Rusiya Federasiyasından Bakıya gətirdiklərini demiş və bu vaxt əsəbiləşdiyi üçün Ruslanın ünvanına nalayiq ifadə işlədərək, İlqara da niyə sözü bütöv olmayan insanlarla iş gördüyünü, niyə fikirlərini dəqiqləşdirmədən onu Bakıya çağırdığını soruşmuşdur. Bu vaxt yemək yedikləri masanın üzərində olan bıçağı götürüb Ruslanı vuracağını demiş və ayağa qalxıb kafedən çıxmışdır. Ruslan təxminən 3-4 dəqiqə əvvəl masadan qalxıb getdiyi üçün onun heç Ruslanı tapmaq gümanı da olmamışdır, İlqar da onun arxasınca çölə çıxmış və buna ehtiyac olmadığını, özünün bu işi qaydasına qoyacağını bildirmişdir. Əlində bıçaqla irəliləmək istəmiş və İlqar da qarşısında dayanıb ona mane olmağa çalışmışdır. Əslində onu niyyəti Ruslanı bıçaqla vurmaq yox, onun əlindəki bıçağı görüb qorxmasına nail olmaq olmuşdur. Sağ əlində bıçaq ola-ola qabağa getmək istədikdə, İlqar onun çiynindən tutub hərəkətinə mane olmuş və İlqara çəkilməsini dedikdə, sonuncu onu qucaqlayıb sakitləşdirmək istəmişdir. Bu vaxt onun əlindəki bıçaq İlqarın bədəninə girmişdir. Tez bıçağı İlqarın bədənindən çıxarmış və qorxaraq niyə ona maneə olmağa çalışdığını, niyə çəkilmədiyini soruşmuşdur. İlqar isə narahat olmamağını, bıçağın ona çox keçmədiyini bildirmişdir. Onu həkimə aparmağı təkidlə bildirsə də, İlqar razı olmamış və bıçağı kənarda bir yerə tullamağını, özünün də oradan çıxıb getməyini istəmişdir. Sonra İlqar özü yeriyərək oradan uzaqlaşmış, o, da bıçağı hazırda xatırlamadığı yerə atmış və öz evinə getmişdir. Həmin gün gecə isə bilet alaraq Rusiyaya qayıtmışdır. Törətdifi əməldən peşmandır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmiş və onun barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etməməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən iş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyərək, məhkəmə istintaqının iş üzrə Zərərçəkmiş şəxs iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, iş üzrə Təqsirləndirilən şəxs ilə bir yerdə Kürdəxanı qəsəbəsində yerləşən İstintaq Təcridxanasında cəza çəkərkən eyni otaqda qaldığı zaman tanış olmuş və aralarında münasibət yaranmışdır. Buna görə də, həmin vaxtdan münasibətləri yaranmışdır. 2019-cu ilin iyun ayının sonlarında tanışının tanışı olan Ruslan adlı şəxslə tanış olmuş və Ruslan qızıl alış-satışı ilə məşğul olmaq istədiyini, bu işdə yaxşı pul olduğunu, özünün əlində bir az pul olduğunu və həmin pulu bu işə yatırmaq istədiyini bildirmişdir. O, da bu işi görən tanışı olduğunu demiş və bundan sonra Fuada zəng edərək, bu fikrini deyərək birlikdə iş görüb pul qazanmaqlarını təklif etmişdir. Fuad da bu təkliflə razı olmuşdur. Həmin vaxt X8 idi və onlar danışdıqdan sonra Fuada Bakıya gəlməsini və bu işi görmək istədiklərini dediyi üçün, sonuncu Bakıya gəlmişdir. Bir neçə dəfə işlə bağlı danışdıqları zaman o, Ruslanın bu işi görmək fikrindən yavaş-yavaş daşındığını hiss etmişdir. xx xxxx 2020-ci il tarixdə o, Ruslanla birlikdə Fuadla görüşmək üçün Hövsan qəsəbəsində “Araz” marketin yaxınlığında yerləşən “Xan” adlı kafedə görüşmüşlər. Həmin vaxt o, Ruslanı Fuadla tanış etmiş və onlar söhbət etməyə başlamışlar. Fuad neçə gündür ki, Bakıda olduğunu, bu işi görmək üçün gəldiyini, lakin onların heç bir hərəkət etmədiklərini bildirmiş, Ruslan isə bir az danışdıqdan sonra artıq bu işi gömək istəmədiyini, başqa işə pul yatıracağını bildirmiş və qəflətən masadan qalxıb sağollaşaraq, tələsik kafedən çıxıb getmişdir. O, və Fuad nə baş verdiyini tam başa düşməmişlər. Bir neçə dəqiqə sonra Fuad qəflətən bərk əsəbiləşmiş və onu niyə Rusiya Federasiyasından Bakıya boş-boşuna, məsələni dəqiqləşdirmədən gətirdiklərini, nə qədər xərc çəkib buraya gəldiyini və onun niyə belə sözünə bütöv olmayan insanlarla iş gördüyünü bildirmişdir. O, Fuadın getdikcə daha da əsəbiləşdiyini görmüş və sonuncunu sakitləşdiməyə başlamış, lakin Fuad masanın üstündə olan bıçağı götürüb sağ əlinə alaraq, Ruslanı tapıb onu bıçaqla vuracağını bildirmişdir. O, da tez ayağa qalxmış və Fuadla çölə çıxmışdır. O, çöldə Fuadı sakitləşdirməyə başlamış və belə hərəkətə ehtiyac olmadığını, özünün Ruslanı başa salacağını bildirmişdir. Lakin Fuad sakitləşməmiş və onun dediklərinə qulaq asmamış, o, kafenin yanından uzaqlaşıb, orada yerləşən binalardan birinin kənarına tərəf çəkib, heç kimin olmadığı yerdə söhbət etmək istəmişdir ki, Fuad əlindəki bıçağı ona versin və sakitləşib evinə getsin. Fuad ona fikir verməyərək irəliləmək istəmiş, o, artıq Fuadın onu dinləmədiyini görüb, sonuncunu qucaqlamaq istəmişdir ki, irəliləməsini dayandırsın və özünə gəlsin. Bu zaman Fuadın əlindəki bıçaq onun bədəninə keçmiş, o, bədənində bərk ağrı hiss etmiş və Fuaddan aralanaraq, sonuncuya əlindəki bıçağın qarnına keçdiyini söyləmişdir. Bu vaxt Fuad onu bıçaqla vurmadığını, belə bir fikrinin də olmadığını, ümumiyyətlə Ruslanı da qorxutmaq istədiyini və Ruslanı da vurmaq niyyətinin olmadığını bildirmişdir. O, Fuada onun vurmaq istəmədiyini və bıçağın təsadüfən bədəninə keçdiyini bildiyini demiş və Fuad ona xəstəxanaya getməyi təklif etmişdir. Lakin o, evə gedəcəyini və onun da oradan uzaqlaşmasını bildirmişdir. Fuad bir neçə dəfə xəstəxanaya getməyi ya da onunla evinə kimi gəlməyi bildirsə də, o, razı olmamış və Fuadla sağollaşıb oradan uzaqlaşaraq piyada evə getmişdir. Sonradan bədənindəki ağrılar artdığı üçün xəstəxanaya müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2019-cu ilin aprel ayından Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “XAN” kafesini işlədir. Həmin kafeni dostu ona vermişdir. xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində İlqar adlı, əvvəlcədən müştəri kimi tanıdığı, ancaq yaxından onun barəsində heç bir məlumatı olmayan şəxs iki nəfər əvvəlcədən tanımadığı şəxslərlə kafedə oturmuşlar. Onların içərisindən ancaq İlqarı tanımışdır. Ancaq sonuncunun şəxsiyyəti haqda heç bir məlumatı yoxdur. Həmin şəxslər bir müddət oturub sonradan çıxıb getmişlər. Hər gün çoxlu sayda müştəri gəlib-getdiyi üçün hamısına nəzarət edib, onların hamısını da tanıya bilməmişdir. İlqar kafeyə arada bir gəldiyi üçün, sonuncunu qiyabi olaraq tanımışdır. Ancaq yanında oturan şəxsləri isə əvvəllər heç vaxt görməmişdir. Həmin şəxslər kafedə oturan müddətdə aralarında heç bir mübahisə və ya davaları olmamışdır, sakit oturub danışıb yemək yeyərək, çay içdikdən sonra durub getmişlər. Onun baş vermiş hadisə və ya Təqsirləndirilən şəxs bıçağı onun işlətdiyi kafedən götürməsi barədə heç bir məlumatı olmamışdır. Sonradan da hadisə barədə heç bir məlumatı olmamışdır. Sadəcə polis əməkdaşları tərəfindən çağırdıqdan sonra, hadisə barədə məlumatlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2012-ci ilin yanvar ayından DlO-da xidmət edir. 2018-ci ilin fevral ayından Bakı şəhəri, Bakı şəhəri, Suraxanı RPl-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. Hal-hazırda da 2020-ci ilin oktyabr ayından DİN-nin BMCMl-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. Suraxan RPlnin 30- cu PŞ-nin ərazi bölgüsü üzrə onun xidmət apardığı Bakı şəhəri, ünvan 4 ünvanının həyətində xx xxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində Zərərçəkmiş şəxs bıçaqla vurularaq, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməsi barədə polis şöbəsinə məlumat daxil olmuşdur. O, və onunla eyni ərazidə xidmət aparan sahə inspektoru və həmin günü bölmənin əməliyyat qrupu hadisə yerinə getmişlər. Hadisə baş verəndən sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparıldığını və hadisəni törədən şəxsin oradan uzaqlaşması barədə məlumat əldə etmişlər. Bakı şəhəri, Bakı şəhəri, Suraxanı RPİ-nin NH-yə bu barədə məlumat verərək, İŞ-nin əməliyyat qrupunda olan müstəntiqi hadisə yerinə çağırmışlar, idarənin müstəntiqi hadisə yerinə çıxaraq, hadisə yerinə baxış keçirmişdir. Onlar da Zərərçəkmiş şəxs aparıldığı 1 saylı ŞKX-yə getmişlər, sonuncu əməliyyatda olduğu üçün orada dindirmək mümkün olmamışdır. Sonradan üstündən bir müddət keçdikdən sonra hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini müəyyənləşdirmişlər. Ancaq buna baxmayaraq, həmin şəxs Rusiya Federasiyası ərazisinə keçmişdir. Hadisə barədə istintaq şöbəsindən Təqsirləndirilən şəxs orada tutulduğunu və Respublika ərazisinə gətirilərək, ƏN-nin PX-nin 3 sayli İstintaq Təcridxanasına yerləşdirildiyini öyrənmişdir. O, hadisədən sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsi nəticəsində hadisəni törədən şəxsin kimliyini öyrənmişlər. Onun həmin şəxslərin arasındakı münasibətlər və ya hadisənin baş vermə səbəbi barədə heç bir məlumatı olmamışdır. Yalniz hadisədən bir müddət keçdikdən sonra bütün məlumatları əldə etmişdir. Amma hadisənin nə səbəbə baş verməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, 2006-cı ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində işləyir, hal-hazırda isə 2014-cü il tarixindən Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Suraxanı rayon şöbəsinin müdiri vəzifəsində çalışır. Qeyd edilən həmin hadisə üzrə müstəntiqin məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərarında Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətləri ümumi şəkildə soruşduğu üçün, eləcə də, həmin qərarda sonuncuya bir nəfər şəxs tərəfindən xəsarət yetirildiyi göstərildiyi üçün o, sözü gedən ekspert rəyində həmin xəsarətlərin ağırlıq dərəcəsini ümumilikdə qeyd etmişdir. Həmin xəsarətlərdən sol qalça tini nahiyyəsinin deşilmiş-kəsilmiş səthi yarası sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət, perikərdin və diafraqmanın zədələnməsi, eləcə də, sol tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmağa aid bədən xəsarətidir. İş üzrə Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasıyalarına əsasən, yara kanalının istiqamətinə (soldan sağa, nisbətən öndən arxaya və düz istiqamətli) əsasən demək olar ki, həmin xəsarətlər qeyd edilən hadisənin baş vermə şəraitində yetirilməsi məqsədəmüvafiqdir. Yəni, xəsarət yetirəni sakitləşdirərək, onu qucaqlaması, bilməyərəkdən vurulma nəticəsində əmələ gələ bilər. xx.xx.2020-ci il tarixdə təyin edilən əlavə məhkəmə-tibbi ekspertizasında verilmiş xəsarətin qəsd və ya ehtiyatsızlıqdan yetirilib-yetirilməməsi sualına cavab olaraq isə, həmin xəsarətlərin qərarın təsvir hissəsində qeyd olunan şəraitə uyğun olaraq ehtiyatsızlıqdan yetirilmə ehtimalı daha yüksəkdir. Çünki hər iki tərəfin vermiş olduqları ifadələrdəki hadisənin baş vermə mexanizminə xəsarətin ehtiyatsızlıqdan yetirilməsi daha ağlabatandır. Cinayət işinin ibtidai istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 1996-ci ildən Səhiyyə Nazirliyində işləyir. 2008-ci ilin AR SN-nin 1 sayli ŞKX-da həkim cərrah kimi fəaliyyət göstərmişdir. xx xxxx 2019-cu il tarixdə xəstəxanada iş növbəsində olan zaman Zərərçəkmiş şəxs adlı şəxs kəsilmiş-deşilmiş yara xəsarəti ilə gətirilmişdir. Dərhal həmin şəxs qeydiyyata alındıqdan sonra əməliyyata alınmışdır. Həmin şəxsi özü əməliyyat etmiş, təxminən yadında qalan həmin şəxsin bir döş qəfəsində daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarasi, bir də səhv etmirsə, ayaq nahiyəsində kəsik yox, ancaq sıyrıq xəsarəti olmuşdur. Həmin şəxs əməliyyat edildikdən sonra palataya köçürülmüş və bir müddətdən sonra xəstəxanaya gəlmiş polislərə təhvil verilmişdir. Xəstəxanadan evə buraxıldıqdan sonra həmin şəxs barəsində heç bir məlumatı olmamışdır. Həmin günü xəstəxanada növbədə özü olduğu üçün əməliyyatı yalnız özü etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi və istintaq protokolları və cinayət işinin materiallarında olan digər sübutlarla da təsdiq edilir. İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə - Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyi»nin verdiyi xx xxxx 2018-ci il tarixli 569 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs preikardın və diafraqmanın zədələnməsi, eləcə də, sol tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol qalça tini nahiyyəsinin deşilmiş-kəsilmiş səthi yarası aşkar edilmişdir. Qeyd edilən xəsarətlər deşicikəsici əşyanın (alətin) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə - Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyi»nin verdiyi xx xxxxxx 2019cu il tarixli 352-MTKŞ/2019 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X6 məxsus qısaqol köynəyin üzərində hər hansı bir zədə aşkar olunmadı. İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə - Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyi»nin verdiyi xx xxxxxx 2019cu il tarixli 522/2019-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X6 məxsus qısaqol köynək üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə - Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyi»nin verdiyi xx xxxxxx 2020ci il tarixli 09/569 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər preikardın və diafraqmanın zədələnməsi, eləcə də, sol tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası, sol qalça tini nahiyyəsinin deşilmiş-kəsilmiş səthi yarası aşkar edilmişdir. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə perikərdin və diafraqmanın zədələnməsi, eləcə də, sol tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarət - sol qalça tini nahiyəsinin səthi deşilmiş-kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına, yara kanalının istiqamətinə (soldan sağa,nisbətən öndən arxaya və düz istiqamətli) əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xəsarət yetirəni qucaqlayıb sakitləşdirərkən alınması inkar olunmur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilir ki, Abbasov X10 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 02 il 07 ay 20 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ona 02 il müddətinə şərti sınaq müddəti verilmiş, xx xxxxxxx 2018-ci il tarixdə isə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Əmircan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəyən ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2-ci, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində (40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası CM-nın 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov İş № 1(010)-61/2021 MƏHKƏMƏ İCLASİNİN Q Ə R A R İ xx xxxxxx 2021-ci il Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən binanın yan hissəsində Zərərçəkmiş şəxs vasitəsilə tanış olduğu X4 iş görmək üçün pul vermək barədə verdiyi vədə əməl etmədiyi üçün onu qorxutmaq məqsədilə kafedən götürdüyü bıçaqla sonuncunu tapmaq üçün kafedən çıxıb piyada hərəkət edən zaman getməsinə mane olan tanışı Zərərçəkmiş şəxs onu saxlamağa və sakitləşdirməyə çalışarkən Təqsirləndirilən şəxs adi məişət ehtiyatlılığı tədbirlərinə riayət etməyərək, başqa şəxsin sağlamlığına ağır zərər vura biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, belə nəticəni görməmiş, nəticədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qucaqlayarkən sonuncunun əlində olan bıçaq Zərərçəkmiş şəxs bədəninə nüfuz edərək, sonuncuya perikərdin və diafraqmanın zədələnməsi, eləcə də, sol tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və sol qalça tini nahiyəsinin deşilmiş-kəsilmiş səthi yarası ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs oğlu öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı X3 və məhkəmə istintaqı zamanı Müdafiəçi müdafiə etmişdir. İş materiallarında olan arayışlara əsasən, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə X3 ibtidai istintaq zamanı 30 saat və Müdafiəçi məhkəmə istintaqı zamanı 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəkil X1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi ümumilikdə 30 saat görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 (yüz səksən) manat, vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi ümumilikdə 20 saat görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkillər X3 və Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Sədrlik edən Anar İbrahimov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SURAXANİ RAYON MƏHKƏMƏSİ AZ 1042, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 18 Tel: 425-16-71, e-mail: Elektron ünvan _____________________________________________________________________ İş № 1(010)-61/2021 xx xxxxxx 2021-ci il Bakı şəhəri 9 saylı Vəkil Bürosuna Suraxanı Rayon Məhkəməsinin 1(010)-61/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti Hakim: Anar İbrahimov İş № 1(010)-61/2021 xx xxxxxx 2021-ci il Bakı şəhəri 9 saylı Vəkil Bürosuna Suraxanı Rayon Məhkəməsinin 1(010)-61/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti Hakim: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar