Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-61/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olub həmin ünvanda yaşayan barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai əhəmiyyətli özgə əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin avqust ayının axırlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4042/60-cı məhəllə, 3 saylı yaşayış binasının zirzəmisində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus aşağı paylama istilik xətlərinin üzərində quraşdırılmış hər birinin dəyəri 5 manat təşkil edən cəmi 26 ədəd D-20 mm-lik ventilləri qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 130 (yüz otuz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və narkotik istifadəsi xəstəliyindən əziyyət çəkdiyindən arada Bakı şəhərində tanımadığı şəxslərdən narkotik vasitə olan heroin əldə edərək istifadə edir. 2022-ci ilin avqust ayının ortalarında saat təxminən 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/6-cı məhəllə, 3 saylı yaşayış binasının zirzəmisinin açıq vəziyyətdə olduğunu görüb həmin zirzəmiyə daxil olmuşdur. O, binanın zirzəmisində quraşdırılmış istilik xətlərinin ventillərini özü ilə gətirdiyi ventil açarı ilə açaraq bir neçə ədədini üzərində olan sellofan torbaya, bir neçə ədədini isə blokun yanında yerə qoyaraq blokdan küçəyə çıxmışdır. Bir neçə dəqiqədən sonra yenidən binanın blokuna daxil olaraq divarın yanına qoyduğu ventilləri götürərək binanın yuxarı mərtəbəsinə qalxmış sonra isə təkrar geri qayıdaraq binanın blokunu tərk etmişdir. Zirzəmidən oğurladığı cəmi 26 ədəd olan 20 mm-lik ventilləri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə metal qəbul edən şəxsə 30 manat məbləğində satmışdır. O, əldə etdiyi 30 manat pulu öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Sonda o, əməlindən səmimi olaraq peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc mənbəyi olmasını bildirərək və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, vurulmuş maddi ziyanın ödənildiyini nəzərə alaraq, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, şahid ifadələrini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, 2018-ci il tarixdən Zərərçəkmiş şəxs ASC-nin 17 saylı istilik sistemləri istismarı sahəsinin rəisi işləyir. Onların işi sahələrinə aid olan yaşayış binalarının istilik təchizatı ilə təmin etməkdən ibarət olmuşdur. 2022-ci ilin avqust ayının ortalarında 3 saylı ərazinin sahə rəisi ona məlumat vermişdir ki, 3 saylı yaşayış binasının zirzəmisinə baxış keçirəndə binanın zirzəmisində yerləşən istilik xətlərinin üzərində quraşdırılmış 26 ədəd latun materialdan hazırlanmış diametri 20 mm-lik olan ventillər naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmışdır. O, baş vermiş oğurluq hadisəsi barədə Zərərçəkmiş şəxs ASC-nin rəhbərliyinə məlumat vermiş, sonra isə Zərərçəkmiş şəxs ASCnin rəhbərliyi baş vermiş oğurluq hadisəsi barədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə məlumat vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2023-cü il tarixli 9/2799 saylı rəyi ilə və rəyin nəticə hissəsində qeyd olunan 5 manat məbləğ ilə razı olduğunu və rəy üzrə heç bir şikayətinin, vəsatətinin olmadığnı bildirmişdir. Sonda, təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdən Zərərçəkmiş şəxs ASC-də işləyir. Hazırda Zərərçəkmiş şəxs ASC-nin 17 saylı istilk sistemləri istismarı sahəsinin 1-ci sahənin rəisi işləyir. Onun işi 1-ci sahəyə aid olan işçilərə və yaşayış binalarının zirzəmisində quraşdırılmış istilik xətlərinə nəzarət etməkdən ibarətdir. 2022-ci ilin avqust ayının ortalarında onun sahəsinə aid olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 40424/60-cı məhəllədə yerləşən 3 saylı yaşayış binasının zirzəmisinə baxış keçirmiş və binanın zirzəmisində yerləşən aşağı paylama istilik xətlərinin üzərində quraşdırılmış 26 ədəd latun materialdan hazırlanmış diametri 20 mm-lik olan ventillərin naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını aşkar etmişdir. O, baş vermiş oğurluq hadisəsi barədə Zərərçəkmiş şəxs ASC-nin 17 saylı istilik sistemləri istismarı sahəsinin rəisi Nümayəndə mobil telefon vasitəsilə məlumat vermişdir. İş materiallarında olan baxış keçirilmə və götürmə haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 26 ədəd D-20 mm-lik ventilləri binanın zirzəmisindən daxil olaraq qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ASC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 9/2799 saylı 19 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd latun materialdan hazırlanmış D mm-lik ventilin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 5,00 manat müəyyən olunur. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-516/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli 3-16-17/40/2-6108/2023 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2023cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-516/2023 saylı 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmiş və ona alternativ olan “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-596/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə və onun haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarında olan 06 aprel 2024-cü il tarixli 3-16-17/42/2-1344/2024 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2024cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-596/2023 saylı 30 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmiş və ona alternativ olan “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni əyani şəkildə təsvir etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-272/2022 saylı 19 iyul 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edimişdir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4042/60-cı məhəllə, 3 saylı yaşayış binasının blokuna daxil olaraq oğurladığı 26 ədəd latun materialdan hazırlanmış ventillərdən bir neçə ədədini blokdan götürərək binanı tərk edir. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinə əsasən neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, maddi ziyanın tam olaraq ödənilməsini, himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 29 may 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-272/2022 saylı, 19 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 272/2022 saylı, 19 iyul 2022-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkmiş, 01 (bir) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gününü hissəsini isə çəkməmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-272/2022 saylı, 19 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-596/2023 saylı 30 aprel 2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti və ev dustaqlığı azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(003)-272/2022 saylı 19 iyul 2022-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək “həbsdə” və “ev dustaqlığında” saxlanıldığı 05 (beş) ay 04 (dörd) gün müddət, ümumilikdə 10 (on) ay 08 (səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 08 (səkkiz) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-596/2023 saylı 30 aprel 2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-61/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-61/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver