Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-613/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X6 qızının katibliyi, Xüsusi ittihamçısı: X2 Barəsində şikayət verilən şəxs: X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittihamçı X1 Arifə Telman qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X1 Arifə Telman qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı digər materialları araşdırıb hesab edir ki, şikayət əsassız olduğu və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3, 293.3.5-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilir. X4 barəsində şikayət verilən şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət edərək, onun məhkəmə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, onun şikayəti cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada verilmişdir. Belə ki, cinayət qanunvericiliyində şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə deyil, onu ya 147.1 və ya 147.2-ci maddələri ilə cəlb edilə biləcəyi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 xüsusi ittiham qaydasında şikayəti əsassız olduğu üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Əliyev
Məhkəmə qərarları › İş №1(010)-613/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-613/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver