Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-615/2025 04.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 16 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, 14 iyul 2025-ci il tarixdə barəsində axtarış elan olunmuş, 05 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 avqust 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 1,409 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində saxlanılaraq üzərinə videoçəkilişlə yoxlama aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindan 01 ədəd bükümdə təmiz çəkisi 1,409 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,808 qram açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən «Qırmızı Körpü» restoranı qarşısında saxlanılaraq üzərinə videoçəkilişlə yoxlama aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindan 01 ədəd bükümdə təmiz çəkisi 0,808 qram açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 may 2025-ci il tarixlə axşam saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin əldə etmişdir. Həmin gün saat 17:15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi Şimal-Şərq küçəsində piyada gedən zaman ona üç nəfər şəxs yaxınlaşmış özlərini təqdim edərək polis əməkdaşlar olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan üzərində qanınsız hər hansı bir əşyanın olub-olmadığını soruşmuşlar, o, də tanımadığı şəxsdən əldə edərək əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi maddəni onun iştirakıyla zərfə qoyaraq möhürləmişlər, o və digər iştirakçılar zərfin üzərinədə imza etmişlər. Sonra onu Suraxanı RPİ-nin 33-cü PB-nə gətirmişlər və bu barədə protokol tərtib etmişlər və protokolu da imzalamışdır. O psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş psixotrop maddəni tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır və üzərində saxlamışdır. O heç vaxt psixotrop maddəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. O saxlanılan zaman və Suraxanı RPİ-nin 33-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Bundan başqa, o xx.xx.2025-ci il tarixdə saat təxminən 09:00 radələrində Suraxanı rayonu ərizisində tanımadığı bir şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat ödəməklə bir ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroin əldə etmişdir. Həmin gün saat təxminən 11:15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən «Qırmızı Körpü» restoranının qarşısından piyada gedən zaman ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmadığın soruşmuşlar, bundan sonra o özü könüllü olaraq əldə etdiyi sellofan bükümdə olan həmin narkotik vasitəni əynindəki cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Təqdim etdiyi maddəni onun iştirakı ilə zərfə qoyaraq möhürləmişlər, o və digər iştirakçılar zərfin üzərində imza etmişlər. Sonra onu Suraxanı RPİ-nin 33-cü PB-nə gətirmişlər və bu barədə protokol tərtib etmişlər o da imzalamışdır. O narkotik vasitənin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır və üzərində saxlamışdır. O heç vaxt narkotik vasitəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. O saxlanılan zaman və Suraxanı RPİ-nin 33-ci PB-də olduğum zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2025-ci il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində narkotk vasitələr və psixotrop maddələri əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması məqsədi ilə bölmənin rəhbərliyinə tərəfindən raportla müraciət olunmuş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, o və bölmənin digər əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 11:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Samir Cəfərov küçəsində yerləşən “Qırmızı Körpü” restoranının yaxınlığında tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 15 dəqiqə sonra, yəni saat 11:15 radələrində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Samir Cəfərov küçəsində yerləşən “Qırmızı Körpü” restoranının yaxınlığında yaxınlaşmışlar, həmin şəxs tərəflərindən saxlanmış, ona özlərini təqdim etmişlər və Suraxanı rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması və istifadəsində şübhəli olduğunu izah edərək üzərində qanunla dövriyəsi qadağan edilmiş əşya olub olmadığını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan bir büküm şəffaf rəngli selofana bükülmüş kütləni təqdim etmiş və həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilmiş, üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Orada bölmənin rəhbərliyinə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini kimdən və hansı məqsədlə alması barədə tərəflərindən müəyyən tədbirlər keçirilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iş üzrə digər Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. xx.xx.2025ci il tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanıması məqsədi ilə tərəfindən bölmənin rəhbərliyinə raportla müraciət olunmuş və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, o və bölmənin digər əməkdaşları Şahid5 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal- Şərq küçəsi yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 15 dəqqiqə sonra, yəni saat 17:15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində yaxınlaşmışlar və Təqsirləndirilən şəxs tərəflərindən saxlanmışdır. Ona özlərini təqdim etmişlər və Suraxanı rayonu ərazisində nakrotk vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması və istifadəsində şübhəli olduğunu izah etmişlər və üzərinə videoçkilişlə yoxlama aparacaqlarını bildirmişlər. Daha sonra üzərində paltarlarında, əşyalarında və ya bədənində qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindin 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni çıxarıb təqdim etmiş və həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin metamfetamini tanımadığı şəxsdən Suraxanı rayonu ərazisində özü istifadə etmək üçün 20 manata əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilmiş, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmişdir. Daha sona Hicranlı X2 RPİ-nin 33-cü PB-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetamini kimdən və hansı məqsədlə alması barədə tərəflərindən müəyyən tədbirlər keçirilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Şahid Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 və Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis mayoru Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidləri dindirmək istəmədiyini bildirmiş, şahidlərin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Onlar, ifadələrində digər şahidlərin ifadələrində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 05 avqust 2025-ci il tarixdə, saat 11:15-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Qırmızı Körpü” restoranın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət gədər əsaslar olduğundan saxlanıldığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstünə yoxlama aparılmışdır. Həmin yerdə ona üzərində hər hansı qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təkilfən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim etmişdir. Həmin maddənin psixotrop maddə heroin olduğunu və həmin gün tanımadığı şəxsdən Suraxanı ərazisində özünün istifadəsi məqsədi ilə alaraq üzərində saxladığını bildirmişdir (i.v. 10-11) təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, və satma cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün, xx.xx.2025ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Qırmızı Körpü” restoranının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 01 ədəd bükümdə toz şəklində şəffaf sellofana bükülmüş maddəyə bənzər kütlə, 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqdim olunan 1 ədəd ağ rəngli zərfə və 1 ədəd DVD-yə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş zərfin uzərinə baxış keçirilmiş, yoxlanılmış, zərfin tamlığının pozulmadığı müəyyən olunmuşdur. Daha sonra 01 ədəd DVD-yə komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması və Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunmasını bildirməsi öz əksini tapmışdır (i.v. 16); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə, saat 12:45-də şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 11:15-də tutulmuş hesab edilir (i.v. 33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 6/2666 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şubhəli şəxs (imza) Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,808 qram açıq-qəhvəyi rəgli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. qeyd: heroinin təmiz çəkisi – 0,808 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,758 qram (i.v. 43-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 55-56); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (i.v. 74-75); cinayət işlərinin bir icraata birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraatda olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirirlmişdir və sonuncu nömrə altında istintaq aparılmışdır. (i.v. 78-79); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 82); əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 16 may 2025ci il tarixdə, saat 17:15-də Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət gədər əsaslar olduğundan saxlanıldığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstünə yoxlama aparılmışdır. Həmin yerdə ona üzərində hər hansı qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təkilfən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş kristallşəkilli maddəni təqdim etmişdir. Həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin gün tanımadığı şəxsdən Suraxanı ərazisində özünün istifadəsi məqsədi ilə alaraq üzərində saxladığını bildirmişdir. Aşkar olunan 01 (bir) ədəd şəffaf sellofana bükülmüş, kristllşəkilli narkotik maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən 01 (bir) ədəd içərisi boş kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 92-93) təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 (bir) ədəd bükümdə kristal şəkilli psixotrop maddəyə bənzər kütlənin, 1 (bir) ədəd ağ rəngli zərflərdə qablaşdırılması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf açılmadı, zərfin üzərinə baxış keçirildi və tamlığının pozulmadığı müəyyən edilmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı kompyuterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixortop maddəyə bənzər kütlənin aşkar olunması barədə bildirməsi əksini tapmışdır (i.v. 97-98); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə, saat 18:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 17:15 dəqiqədən tutulmuş hesab edilir (i.v.115); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1848 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 171” möhür əksi “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,409 qram ağ rəngli, kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi – 1,409 qram, təhqiqata sərf edildi – 0,100 qram, qalıq – 1,309 qram. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 135-136); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 157-158); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraarının dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir və 25010084 saylı cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v.175); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlığının fakriki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 12:35-dən tutulmuş hesab edilmişdir (i.v.178); cinayət işi üzrə icraarın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir (i.v.179); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixə Suraxanı Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə CPM-nin 40.2.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 24 gün müddətə islah işləri cəzası təyin edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasını tam cəkib qurtarıb. (i.v. 192-193); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilən əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2025-ci il tarixli, 4785 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə gəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 194-195); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 0,808 qram narkotik vasitə heroin və 1,409 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə baxış kecirilmə və götürmə aparılmasına dair video görüntüləri əks etdirən 4 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,758 qram narkotik vasitə heroin və 1,309 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir, video görüntüləri əks etdirən 4 ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v. 196-205); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur (i.v. 218-219); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 04 (dörd) ədəd disk xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 196-205); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya və «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,808 qram olan heroin və 1,409 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs oğlunun Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində qeyd olunmuş cinayətin təkrar törədilməsi müəyyən edilmişdir. Məhkəmə, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2026-cı il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə qetməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 04 (dörd) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 191 (yüz doxsan bir) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət büdcəsi vəsaiti hesabına Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmiş, sonradan o, Müdafiəçi onun hüquqlarını müdafiə etməsindən imtina etmiş və onun hüquqlarını müqavilə əsasında Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (yüz altmış beş) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2025-ci il tarixdən 07 avqust 2025-ci il tarixə qədər, 16 may 2025-ci il tarixdən 18 may 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli hökm elan olunduğu 04 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 191 (yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 0,758 qram narkotik vasitə heroin və 1,309 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 04 (dörd) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(010)-615/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-615/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver