Məhkəmə qərarları › İş №1(010)-616/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-616/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-616/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 26 sentyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsi, ev 3, ünvanında yerləşən 2 nömrəli mənzilin istifadəçisi kimi “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ 01-2001) 1.10.2-ci bəndinin və Qazdan istifadə qaydaları”nın 3.4.1-ci bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 8.44, 9.233-cü bəndlərinin tələblərini kobud surətdə pozaraq özbaşına yaşayış otağının daxilində qaz açarından istifadə etməklə qaz sobasını sökdükdən sonra, istifadəsiz qalan qaz xəttini ləğv etməyərək sonluğuna tıxac bağlamadan açıq vəziyyətdə saxlaması səbəbindən 21 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşayış otağının daxilində sonluğuna hər hansı qaz avadanlığı qoşulmamış qaz xəttindən sızan qazın yaşayış otağına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı işlək vəziyyətdə olan odun sobasının alovundan alışaraq partlayış baş verməsi nəticəsində Zərərçəkmiş şəxs2 başın, üzün, hər iki qulaq seyvanının, boyunun, gövdənin ön və arxa səthinin, hər iki yuxarı və aşağı ətrafların ümumi bədən səthinin 80-85 %-ni əhatə edən, ll-ll İA-111В dərəcəli termiki yanıqları ilə müşayiət olunan ağır dərəcəli yanıq xəsarətlərindən yaranan yanıq toksemiyasından 01 mart 2023-cü il tarixdə saat 12:25-də müalicə aldığı xəstəxanada ölmüş, Zərərçəkmiş şəxs1 üzün, boyunun, hər iki yuxarı ətrafların, gövdənin arxa nahiyyəsinin, sağ aşağı ətrafın, sol baldırın, ümumilikdə bədən səthinin 40-45%-ni təşkil edən ll-lll dərəcəli termiki yanıq yaraları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətləri almış, bununla da Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 ölümünə və Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 225.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, anası Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin ünvanda yaşayır. 21 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadıqları evin həyətində dayısı oğlu Nicat Məmmədovla birlikdə söhbət edərkən qəfildən həyətdə iki otaqlı mətbəx sahəsi kimi istifadə olunan tikilidə partlayış səsi eşitmişdir. Tikilidə alov yarandığını görüb dərhal həmin tikiliyə tərəfə qaçmışdır. Həmin vaxt anası Gülər qohumu Zərərçəkmiş şəxs2 çölə çıxarmağa kömək etmiş, əynində yanan paltarları söndürmüşlər. Özü də həmin vaxt əllərindən yanıq xəsarətləri almışdır. Təcili yardım çağıraraq anası və qohumu Gülnarı Bakı şəhəri X6 yanıq şöbəsinə aparmışlar. 1 mart 2023-cü il tarixdə qohumu Gülnar aldığı yanıq xəsarətlərindən xəstəxanada ölmüşdür. Yaşadıqları ev anası Zərərçəkmiş şəxs1 məxsusdur və mülkiyyətə dair çıxarışı vardır. Həyətdə iki otaqdan ibarət mətbəx sahəsi kimi istifadə olunan tikili yerləşir. Partlayış hadisəsi həmin mətbəx sahəsi kimi istifadə olunan tikilidə baş vermişdir. Tikiliyə qapıdan içəriyə daxil olduqda mətbəx sahəsi və onunla iç-içə yerləşən partlayış baş vermiş yaşayış otağı vardır. Əvvəllər həmin otaqda “ceyran” tipli qaz sobası istifadə olunmuşdur. Sonradan həmin qaz sobasını sökərək əvəzinə odun sobası istifadə etmişlər. Qaz sobasının birləşdirildiyi dəmir boru qaz xətti divardan keçərək otağa daxil olmuşdur. Qaz sobasını hadisədən bir il əvvəl evdə olan qaz açarında.n istifadə etməklə özü sökmüş, bu barədə ərazi üzrə qaz istismar idarəsinin əməkdaşlarına məlumat verməmişdir. Qaz sobasını qaz boru xəttindən ayırdıqdan sonra həmin xətt istifadəsiz qalmış, qaz xəttinin sonluğuna tıxac bağlamamışdır. Həmin xəttin həyətdə olan hissəsində bağlayıcı kran olmuşdur. Baş vermiş partlayış hadisəsinə səbəb sonluğunda tıxac olmayan qaz xəttindən otağa sızan qazın işlək vəziyyətdə olan odun sobasının alovundan alışması olmuşdur. Qaz sobasını sökərək və sonluğunu tıxac bağlamadan açıq vəziyyətdə saxladığına görə, “Qazdan istifadə qaydaları”nın 3.4.1-ci bəndinin və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 8.44, 9.233-cü bəndlərinin tələbləri onun tərəfindən pozulmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmış X3 ifadəsində göstərmişdir ki, 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə ailə qurduqdan sonra Şabran rayonu, Söhbətli kəndinə köçmüşdür. Zərərçəkmiş şəxs2 doğma qızıdır. Gülnar ailə qurduqdan sonra Bakı şəhərində yaşamış, lakin son vaxtlar ailəsi ilə münasibətləri soyuq olduğundan Bakı şəhərində yaşayan bacısı qızı Zərərçəkmiş şəxs1 evində yaşamışdır. 21 fevral 2023-cü il tarixdə, saat 18 radələrində evdə olarkən Gülərin oğlu Fərid zəng edərək yaşadıqları evdə partlayış olduğunu, anası Gülər və Gülnarın yanıq xəsarətləri aldıqlarından Bakı şəhəri X6 yanıq şöbəsinə yerləşdirildiklərini bildirmişdir. O, dərhal Bakı şəhərinə xəstəxanaya getmişdir. 1 mart 2023cü il tarixdə qızı Gülnar müalicə olunduğu xəstəxanada ölmüşdür. X9 yaşadığı evdə aralarında hər hansı ədavət və qərəzli münasibət olduqlarını eşitməmişdir. Baş vermiş partlayış hadisəsinə səbəb qızı Gülnarla bacısı qızı Gülərin olduqları otaqda qaz xəttindən otağa sızan qazın alışması olmuşdur. Sonda o, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1971-cı ildə Siyəzən rayonunda anadan olmaqla, ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. 21 fevral 2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı evin həyətində mətbəx sahəsi kimi istifadə olunan tikilidə xalası qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə söhbət edərkən qəfildən oturduqları otaqda partlayış baş vermiş, hər ikisi dərhal çölə tərəf qaçmışlar. Hər ikisinin üzərindəki paltarlar alışaraq yanmışdır. Həmin vaxt evdə olan oğlu Fərid və qardaşı oğlu Nicat onların əynindəki paltarları söndürməyə kömək etmişlər. Yanıq xəsarətləri aldıqlarından təcili-tibbi yardım avtomobili vasitəsilə Bakı şəhəri X6 yanıq şöbəsinə yerləşdirilmişlər. Həmin ünvanda özü, oğlu Fərid, qardaşı oğlu Şahid2 və Şahid1 qeydiyyatda olmaqla onunla birlikdə yaşayırlar. Hadisə vaxtı da evin həyətində olmuşlar. Ev iki mərtəbəli olmaqla, umumi 6 otaqdan ibarətdir. Yaşadığı ev özünə məxsusdur və mülkiyyətin ona məxsus olması barədə çıxarışı vardır. Fərdi yaşayış evi elektrik enerjisi və təbii qazla təchiz olunmuş, hər ikisindən istifadəyə görə sayğaclar quraşdırılmışdır. Həyətdə iki otaqdan ibarət mətbəx sahəsi kimi istifadə olunan tikili yerləşir. Partlayış hadisəsi həmin mətbəx sahəsi kimi istifadə olunan tikilidə baş vermişdir. Tikiliyə qapıdan içəriyə daxil olduqda mətbəx sahəsi və onunla iç-içə yerləşən partlayış baş vermiş yaşayış otağı yerləşir. Əvvəllər həmin otaqda “ceyran” tipli qaz sobası istifadə olunmuşdur. Sonradan həmin qaz sobası götürülmüş və əvəzinə odun sobası istifadə edilmişdir. Qaz sobasının birləşdirildiyi dəmir boru qaz xətti divardan keçərək otağa daxil olmuşdur. Qaz sobasını hadisədən bir il əvvəl oğlu Fərid evdə olan qaz açarından istifadə etməklə sökmüş, bu barədə ərazi üzrə qaz istismar idarəsinin əməkdaşlarına məlumat verməmişdir. Fərid qaz sobasını qaz xəttindən ayırdıqdan sonra həmin xətt istifadəsiz qalmış, qaz xəttinin sonluğuna tıxac bağlamamışdır. Həmin xəttin həyətdə olan hissəsində bağlayıcı kran olmuşdur. Baş vermiş partlayış hadisəsinə səbəb sonluğunda tıxac olmayan qaz xəttindən otağa sızan qazın işlək vəziyyətdə olan odun sobasının alovundan alışması olmuşdur. Sonda əllərinin yandığını, özünə sərbəst şəkildə qulluq edə bilmədiyini, əmək qabiliyyətini itirdiyini və yalnız oğlu Təqsirləndirilən şəxs tərəfindən qulluq edildiyini və ona baxdığını nəzərə alınmasını qeyd edərək, məhkəmədən həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, bibisi Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin ünvanda yaşayır. 21 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində bibisi oğlu Təqsirləndirilən şəxsla birlikdə söhbət edərkən qəfildən həyətdə iki otaqlı mətbəx sahəsi kimi istifadə olunan tikilidə partlayış səsi eşitmiş, Fəridlə birlikdə tikiliyə tərəf getmişlər. Həmin vaxt bibisi Gülər və onun qohumu Gülnarın partlayış zamanı yanıq xəsarətləri aldıqlarını görmüş və onlara kömək etmişlər. Fəridlə birlikdə onlara kömək edərək əynindəki paltarları söndürmüşlər. Təcili yardım çağıraraq onları Bakı şəhəri X6 yanıq şöbəsinə aparmışlar. 1 mart 2023-cü il tarixdə isə hadisə zamanı xəsarət alan Zərərçəkmiş şəxs2 aldığı yanıq xəsarətlərindən xəstəxanda öldüyünü öyrənmişdir. Yaşadıqları ev bibisi Zərərçəkmiş şəxs1 məxsusdur və mülkiyyətə dair çıxarışı vardır. Həyətdə iki otaqdan ibarət mətbəx sahəsi kimi istifadə olunan tikili yerləşir. Partlayış hadisəsi həmin mətbəx sahəsi kimi istifadə olunan tikilidə baş vermişdir. Tikiliyə qapıdan içəriyə daxil olduqda mətbəx sahəsi və onunla iç-içə yerləşən partlayış baş vermiş yaşayış otağı vardır. Əvvəllər həmin otaqda “ceyran” tipli qaz sobası istifadə olunmuşdur. Sonradan həmin qaz sobası götürülmüş və əvəzinə odun sobası istifadə edilmişdir. Qaz sobasının birləşdirildiyi dəmir boru qaz xətti divardan keçərək otağa daxil olmuşdur. Qaz sobasını hadisədən bir il əvvəl Fərid evdə olan qaz açarından istifadə etməklə sökmüş, bu barədə ərazi üzrə qaz istismar idarəsinin əməkdaşlarına məlumat verməmişdir. Fərid qaz sobasını qaz xəttindən ayırdıqdan sonra həmin xətt istifadəsiz qalmış, qaz xəttinin sonluğuna tıxac bağlamamışdır. Həmin xəttin həyətdə olan hissəsində bağlayıcı kran olmuşdur. Baş vermiş partlayış hadisəsinə səbəb sonluğunda tıxac olmayan qaz xəttindən otağa sızan qazın işlək vəziyyətdə olan odun peçinin alovundan alışması olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş şəxs Şahid1 qardaşı Şahid2la oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş şəxs Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs1 ilə uzun illərdir qonşudur. 2İ fevral 2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdə olarkən partlayış səsi eşitmiş və küçəyə çıxdıqda qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin həyətindəki tikilidə partlayış baş verdiyini görmüşdür. Həyətə daxil olduqda qonşusu Gülər və qohumu Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri aldıqlarını görmüşdür. Onlara kömək etmiş, sonra isə təcili yardım vasitəsilə onları xəstəxanaya göndərmişlər. 1 mart 2023-cü il tarixdə isə hadisə zamanı xəsarət alan Zərərçəkmiş şəxs2 aldığı yanıq xəsarətlərindən xəstəxanda öldüyünü öyrənmişdir. Hadisə baş vermiş ev Zərərçəkmiş şəxs1 məxsusdur və mülkiyyətə dair çıxarışı vardır. Həyətdə iki otaqdan ibarət mətbəx sahəsi kimi istifadə olunan tikili yerləşir. Partlayış hadisəsi həmin mətbəx sahəsi kimi istifadə olunan tikilidə baş vermişdir. Tikiliyə qapıdan içəriyə daxil olduqda mətbəx sahəsi və onunla iç-içə yerləşən partlayış baş vermiş yaşayış otağı vardır. Əvvəllər həmin otaqda “ceyran” tipli qaz sobası istifadə olunmuşdur. Sonradan həmin qaz sobası götürülmüş və əvəzinə odun sobası istifadə edilmişdir. Qaz sobasının birləşdirildiyi dəmir boru qaz xətti divardan keçərək otağa daxil olmuşdur. Qaz sobasını hadisədən bir il əvvəl Fərid evdə olan qaz açarından istifadə etməklə sökmüş, bu barədə ərazi üzrə qaz istismar idarəsinin əməkdaşlarına məlumat verməmişdir. Fərid qaz sobasını qaz xəttindən ayırdıqdan sonra həmin xətt istifadəsiz qalmış, qaz xəttinin sonluğuna tıxac bağlamamışdır. Həmin xəttin həyətdə olan hissəsində bağlayıcı kran olmuşdur. Baş vermiş partlayış hadisəsinə səbəb sonluğunda tıxac olmayan qaz xəttindən otağa sızan qazın işlək vəziyyətdə olan odun sobasının alovundan alışması olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş şəxs Şahid4 qonşusu Şahid3la oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayından “Azəriqaz” İB-nin Suraxanı rayonu QİS-nin təbii qazın alışı və satışı şöbəsinin mühəndisi vəzifəsində işləyir. Əsas vəzifəsi təbii qazın qəbulu, nəqli, qrup istehlakçılarına satışı və təhlili üzrə əməliyyatların həyata keçirilməsini təmin etməkdən, şöbədə olan normativ aktlar, arayışlar, hesabatlar, məlumatlar və digər sənədlərin hazırlanmasını təmin etmək, qazın alqı-satqısı üzrə müqavilələrin tərtib olunması və rəsmiləşdirilməsini təmin etmək və s. ibarətdir. 21 fevral 2023-cü il tarixdə, ünvan 6 ünvanında, fərdi yaşayış evində partlayış hadisəsi baş verməsi və iki nəfərin xəsarət alması barədə Suraxanı QİS-in istismar şöbəsinin əməkdaşları tərəfindən məlumat verilmişdir. Partlayış hadisəsi fərdi yaşayış evinin həyətindəki mətbəx sahəsi kimi istifadə olunan otaqda baş vermişdir. Həmin ünvanda təbii qazdan istifadəyə görə 31 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən abonent olaraq Zərərçəkmiş şəxs1 qeydiyyata alınmışdır. Müqavilədə göstərilənlərə əsasən, həmin ünvanda 1 ədəd PQ-4 tipli qaz plitəsi, 1 ədəd samovar, 2 ədəd qızdırıcı radiator sobasından istifadə olunduğu qeyd olunmuşdur. 2019-cu ildə SMART G-4 markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Hadisədən sonra məlum olmuşdur ki, hadisə baş vermiş tikilidə əvvəllər qaz sobası istifadə olunmuş, daha sonra evdə yaşayan Təqsirləndirilən şəxs ərazi üzrə qaz istismar idarəsinin əməkdaşlarına məlumat vermədən qaz sobasını sökərək odun sobası ilə əvəzləmişdir. Baş vermiş partlayış hadisəsinə səbəb sonluğunda tıxac olmayan qaz xəttindən otağa sızan qazın işlək vəziyyətdə olan odun sobasının alovundan alışması olmuşdur. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Cinayət işini 5-9-cu vərəqlərində olan baxış keçirilməsi haqqında 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidir. Tikili evin həyətinə daxil olduqda sağ tərəfdə yerləşir və iki otaqdan ibarətdir. Tikilinin plastik materialdan ibarət giriş qapısı vardır ki, qapıdan içəriyə daxil olduqda mətbəx sahəsi yerləşir. Mətbəx sahəsində mətbəx mebeli, 4 gözlü qaz plitəsi və paltaryuyan maşın quraşdırılmışdır. Mətbəxin alçıpan təbəqədən ibarət tavanı və divarlarının yuxarı hissəsi termiki təsirə məruz qalmışdır. Mətbəxin döşəməsi metlax plitələrdən ibarətdir. Mətbəx sahəsinə daxil olduqda sağ tərəfdə yaşayış otağının taxta materialdan ibarət giriş qapısı vardır ki, qapının üzərində termiki təsir nəticəsində izlər yaranmışdır. Otağın lambrin təbəqədən ibarət tavanı istiliyin təsirindən döşəmənin üzərinə tökülmüş, yanar materiallar termiki təsirə məruz qalmışdır. Baxış zamanı otağın içərisində istilik ixrac edən qurğulardan yalnız bir ədəd odun sobası aşkar edilmişdir. Soba otağa daxil olduqda sol tərəfdə yerləşir. Sobanın tüstü borusu otağın arxa divarından çölə çıxarılmışdır. Otağa daxil olduqda sol divarda döşəmədən 10 sm hündürlükdə sonluğu açıq olan polad qaz borusu vardır. Həmin borunun çöl tərəfdən üzərində nəzarət kranı vardır ki, həmin nəzarət kranı yarıaçıq vəziyyətdədir. Otağa təbii qazın həmin borudan dolması ehtimal edildiyinə görə, yardımçı tikiliyə təbii qazın verilişi bərpa edilmişdir. Bu zaman otaqda sonluğu açıq olan 15 mm-lik polad qaz borusundan qaz sızması qeydə alınmışdır. Baxış zamanı otağın daxilində qeyd olunan qaz xəttindən başqa hər hansı qazla işləyən cihaz və avadanlıqları aşkar edilməmişdir. Cinayət işinin 116-118-ci vərəqlərində olan Azərbaycan Respu.blikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X5” Publik Hüquqi şəxsin 6 mart 2023-cü il tarixli, 229 nömrəli rəyinə əsasən, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara, hadisə haqqında məlumatları nəzərə alaraq Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- ağır dərəcəli yanıq şoku ilə müşayiət olunan üzün, boyunun, hər iki yuxarı ətrafların, gövdənin arxa nahiyyəsinin, sağ aşağı ətrafın, sol baldırın, ümumilikdə bədən səthinin 40-45%-ni təşkil edən ll-lll drəcəli termiki yanıq yaraları, yüksək hərarətin(alovun) təsirindən törənmişdir, qərarda qeyd olunan 21 fevral 2023-cü il tarixdə baş vermiş partlayış nəticəsində yaranmış alovun yerli təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 143-147-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 may 2023-cü il tarixli, 10/2985 saylı məhkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən, ünvan 3 ünvanında baş vermiş partlayışın mənbəyi tiklinin yaşayış otağının daxilində olmuşdur. Partlayış yaşayış otağının daxilində sonluğuna hər hansı qaz avadanlığı qoşulmamış qaz xəttindən sızan qazın yaşayış otağına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar özbaşına olaraq yaşayış otağının daxilində olan qaz sobasını sökərək sobaya gələn qaz xəttini ləğv etmədiyinə görə, “Qazdan istifadə qaydaları”nın 3.4.1-ci bəndinin və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 8.44, 9.233-cü bəndlərinin tələbləri yaşayış otağında olan qaz sobasını sökən şəxs tərəfindən pozulmuşdur. Cinayət işinin 93-96-cı vərəqlərində olan FHN-in Əməliyyat-İstintaq İdarəsinə 12 aprel 2023-cü il tarixdə daxil olmuş, Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2023- cü il tarixli, 10/1387 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, partlayış baş vermiş ünvan 7 ünvanında yerləşən yardımçı tikiliyə tikinti üzrə 1080 manat ziyan dəymişdir. Cinayət işinin 125-129-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X5” Publik Hüquqi şəxsin 1 aprel 2023-cü il tarixli, 32 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə, ilkin məlumata əsasən meyitin üzərində-başın, üzün, hər iki qulaq seyvanının, boyunun, gövdənin ön və arxa səthinin, hər iki yuxarı və aşağı ətrafların ümumi bədən səthinin 80-85 %-ni əhatə edən ll-İİİA-İİİB dərəcəli termiki(alov) yanıqları müəyyən edilmişdir. Müəyyən olunmuş xəsarətlər həyatidir, alovun yerli termiki təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyati olmaqla, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yanğınla müşayiət olunan partlayış hadisəsi nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 01 mart 2023-cü il tarixdə ölümünə səbəb qeyd edilən yanıq xəsarətləri ilə əlaqədar baş vermiş yanıq toksemiyası olmuşdur. Cinayət işinin 67-80-ci vərəqlərində olan “Azəriqaz” İB-nin 04 aprel 2023-cü il tarixli 14-2/2-1479/2023 nömrəli məktubuna əsasən, ünvan 3 ünvanı təbii qazla təchiz edilmiş və abonentlə qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 31 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən abonent olaraq Zərərçəkmiş şəxs1 qeydiyyata alınmışdır. Cinayət işinin 130-cu vərəqində olan Bakı şəhəri, Suraxanı rayonu polis idarəsinin 17 aprel 2023-cü il tarixli, 5H/2-69d6/23 nömrəli məktubuna əsasən, ünvan 3 ünvanında baş vermiş partlayış hadisəsilə əlaqədar ev sakinlərinin hər hansı şəxs və ya şəxslərlə düşmənçilik və ədavətinin, qərəzli münasibətlərinin, hadisənin baş verməsində qəsd halının olub-olmaması yoxlanılmış, bu kimi faktlar müəyyən edilməmişdir. Cinayət işinin 199-200-ci vərəqlərində olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının, mənzil kommunal təsərrüfatı departamentinin, 3 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyinin, 137 nömrəli mənzil kommunal istismar sahəsinin 30 avqust 2023-cü il tarixli, 28 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqdim edilən xasiyyətnamədə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 206-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məktuba əsasən, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Əməliyyat sorğu kartotekasında heç bir məlumat olmadığı bildirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 225.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qüvvədə olan “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndinə əsasən yanğın təhlükəsizliyi təmin edilərkən qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır. Qüvvədə olan “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları’’nın 9.39-cu bəndinə görə yeraltı qaz kəməri zonasında tikinti işlərinin aparılması binaların, qurğuların, yeraltı kommunikasiyaların sökülməsi, yaxud tikilməsi zamanı kəmərin zədələnməsi ehtimalı varsa, belə işlərə qaz kəmərini istismar edən təşkilatın yazılı icazəsi əsasında yol verilə bilər. İstismar təşkilatın icazəsində qaz kəməri zonasında işlərin aparılması şərtləri və qaydası qeyd edilməli, həm də qaz kəmərinin əlaqələri ilə birlikdə sxemi veriməlidir. Ərazisində iş aparılan qaz kəməri trassası hər gün yoxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.4-cü bəndinə əsasən isteklakçılara “Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini ... həyata keçirmək...” qadağandır. 26 iyun 1979-cu il tarixdə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəszlik qaydaları”nın tələblərinin 8.44-cü bəndinə əsasən “Binaları, yaxud obyektin qaz avadanlıqlarını sökdükdə, onlara gələn qaz kəmərləri paylayıcı qaz kəmərlərinin çıxış yerindən kəsilməli və qaynaq edilməklə bağlanmalıdır” 26 iyun 1979-cu il tarixdə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəszlik qaydaları”nın tələblərinin 9.233-cü bəndinı əsasən “Qaz cihazlarının yeri ancaq qaz təsərrüfatı müəssisələri tərəfindən dəyişdirilə bilər”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X2 ona qarşı şikayətin və tələbin olmadığını və onun bu barədə yazılı qaydada tərtib edilmiş ərizəsinin məhkəmə iclasında təqdim edilməsi, digər Zərərçəkmiş şəxs1 onun doğma anası olduğunu və ona qarşı ümumiyyətlə hər hansı şikayətin və tələbin olmadığını, hətta hadisədən sonra əmək qabiliyyətini itirdiyini və yalnız təqsirləndirlən şəxs tərəfindən ona baxdığını və qulluq etdiyini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxanda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 259 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci 259 (iki yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar