Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-62/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1987-ci ildə Laçın rayonu, Alxaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Laçın rayonu, Alxaslı kəndində qeydiyyatda olan, vaxtilə Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində yaşamış, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23, mənzil 13 ünvanında yaşayan, Masallı Rayon Məhkəməsinin 1(050)- 28/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin cəzanın icrası ilə əlaqədar xx xxxxx 2019-cu ildə Ağcabədi rayon İcra və probasiya şöbəsində qeydiyyata alınıb), barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə gələrək 01 ədəd rezin materialından hazırlanmış qayıqdan, 02 (iki) ədəd avardan istifadə edərək 04 (dörd) ədəd hər birinin uzunluğu 40 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 30x30 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş torları qurmuş və xx xxxxxxxx 2020-ci il saat 08:30 radələrinədək olan müddət ərzində 09 (doqquz) ədəd hər biri 11 (on bir) manat olmaqla 99 (doxsan doqquz) manat dəyərində kefal, 33 (otuz üç) ədəd hər biri 11 (on bir) manat olmaqla 363 (üç yüz altmış üç) manat dəyərində adi siyənək və 57 (əlli yeddi) ədəd hər biri 11 (on bir) manat olmaqla 627 (altı yüz iyirmi yeddi) manat dəyərində külmə balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına ümumilikdə xeyli miqdarda, yəni 1.089 (min səksən doqquz) manat məbləğində ziyan vurmuş, tutduğu balıqları sahilə çıxararkən X6 İdarəsinin Brakonyerliyə Qarşı Mübarizə və X1 bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 (bir) ədəd rezin materialından hazırlanmış qayıq, 02 (iki) ədəd avar, 04 (dörd) ədəd hər birinin uzunluğu 40 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 30x30 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 09 (doqquz) ədəd kefal, 33 (otuz üç) ədəd adi siyənək və 57 (əlli yeddi) ədəd külmə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxxxxxx 2020-ci ildə saat 19 radələrində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişdir. 01 ədəd rezin materialından hazırlanmış qayıqdan, 02 ədəd avardan istifadə edərək dənizə girmiş və sahildən aralanaraq jilka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 40 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 30x30 mm olan 04 ədəd toru dənizdə quraşdırdıqdan sonra yaşadığı evə qayıtmışdır. Ertəsi günü, yəni xx xxxxxxxx 2020-ci ildə saat 07 radələrində qurduğum torları yığmaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, yenidən 01 ədəd rezin materialından hazırlanmış qayıqdan, 02 ədəd avardan istifadə edərək dənizə girib torları qurduğu yerə gəlmişdir. Torları sudan çıxardıqda görmüşdür ki, çoxlu sayda müxtəlif növ balıqlar tutmuşdur. Torları tutduğu balıqlarla birlikdə qayığa yığıb saat 08:30 radələrində sahilə çıxarkən X6 İdarəsinin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı polis əməkdaşları 01 ədəd rezin materialından hazırlanmış qayığı, 02 ədəd avarı, 04 ədəd toru və həmin torlar vasitəsilə Xəzər dənizindən tutduğu balıqları götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə X6 İdarəsinin inzibati binasının həyətinə gəlmiş və orada ona məxsus olan 01 ədəd rezin materialından hazırlanmış qayığa, 02 ədəd avara, 04 ədəd tora və həmin torlar vasitəsi ilə Xəzər dənizindən tutduğu balıqlara baxış keçirilərkən müəyyən edilmişdir ki, tutduğu balıqların 09 ədədi kefal, 33 ədədi siyənək, 57 ədədi isə külmə balıqlarıdır. Hadisə ilə əlaqədar olaraq müvafiq protokol tərtib edilmişdir. Əməlindən peşmandır. İş üzrə ibtidai araşdırma dövründə mülki iddiaçının nümayəndəsi qismində cəlb edilmiş Nümayəndə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlməmiş və bunu səbəbləri barədə məlumat verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx xxxxxxxx 2020-ci ildə X6 İdarəsinin brakonyerliyə qarşı mübarizə və X1 bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin qayıq, 02 ədəd avar, 04 ədəd hər birinin uzunluğu 40 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 30x30 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 09 ədəd kefal, 33 ədəd adi siyənək və 57 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb ailəsinə qida əldə etmək məqsədi ilə aşkar edilmiş həmin 09 ədəd kefal, 33 ədəd adi siyənək və 57 ədəd külmə balıqlarını 01 ədəd rezin qayıq, 02 ədəd avar, 04 ədəd hər birinin uzunluğu 40 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 30x30 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar vasitəsi ilə rəsmi icazəsi olmadan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç vaxt olmamışdır. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və onun qanunsuz tutduğu balıqlara baxış keçirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində cəlb edilmiş Şahid4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlib ifadə verməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini və ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 2 nəfər azyaşlı uşağının olduğunu, cinayəti maddi vəziyyətinin ağır olması səbəbindən törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Quluyev X4 Rayon Məhkəməsinin 1(050)-28/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, həmin cəzanın icrası ilə əlaqədar xx xxxxx 2019-cu ildə Ağcabədi rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmış və hazırda həmin cəzasını çəkməkdə davam edir. Məhkəmə yuxarıda göstərilənlərə diqqət yetirməklə yanaşı qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə residiv yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək başqa hal da mövcud deyil. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 09 ədəd kefal, 33 ədəd adi siyənək və 57 ədəd külmə balıqlarının iş üzrə ibtidai araşdırma dövründə “xxxx" MMC-nin direktoru X5 təhvil verildiyi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, X6 İdarəsinin Brakonyerliyə qarşı Mübarizə və X3 Bölməsində saxlanılan 01 ədəd rezin qayıq, 02 ədəd avar, 04 ədəd hər birinin uzunluğu 40 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 30x30 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar dövlət nəfinə keçirilməlidir. Mülki iddiaya münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur”, “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir” və Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir”. Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 217.4-cü maddələrinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. İşin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, törədilmiş cinayət nəticəsində balıq ehtiyatlarına 1.089 manat miqdarında ziyan vurulub. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ibtidai istintaq dövründə təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis arayışından görünür ki, 1 ədəd külmə balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 57 ədəd külmə balığına görə: 11 manat x 57 ədəd = 627 manat; 1 ədəd kefal balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 9 ədəd kefal balığına görə: 11 manat x 9 ədəd = 99 manat; 1 ədəd adi siyənək balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 33 ədəd adi siyənək balığına görə: 11 manat x 33 ədəd = 363 manat təşkil edir. Cinayət nəticəsində balıq ehtiyatlarına vurulan ziyanın ümumi məbləği isə 1.089 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın", "Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür". Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia təmin olunmalı, Təqsirləndirilən şəxs balıq ehtiyatlarına vurduğu zərərin əvəzi kimi 1.089 manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Masallı Rayon Məhkəməsinin 1(050)-28/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 06 (altı) ay 10 (on) günlük hissəsi hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-28/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən hazırda azadlığın məhdudlaşdırılması növündə cinayət cəzası çəkdiyi nəzərə alınaraq ona hazırkı hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının əvvəli bu gün – xx xxxxx 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 09 ədəd kefal, 33 ədəd adi siyənək və 57 ədəd külmə balıqlarının iş üzrə ibtidai araşdırma dövründə “xxxx" MMC-nin direktoru X5 təhvil verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, X6 İdarəsinin Brakonyerliyə qarşı Mübarizə və X3 Bölməsində saxlanılan 01 ədəd rezin qayıq, 02 ədəd avar, 04 ədəd hər birinin uzunluğu 40 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 30x30 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 1.089 (min səksən doqquz) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-62/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-62/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver