Məhkəmə qərarları › İş №1(010)-62/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-62/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-62/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Cəlilabad rayonunun Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olan, Cəlilabad rayonunun Sarxanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Üzümçülük sovxozunun ərazisində nömrəsiz fərdi evdə qeydiyyatsız yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 avqust 2021 -ci il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçulluq sovxozu yaşayış massivi ünvanında yerləşən nömrəsiz evin həyətinə hasardan aşmaqla evin zirzəmisinə qanunsuz daxil olub, oradan sonuncuya məxsus olan bir ədəd 100 manat dəyərində dreli, bir ədəd 160 manat dəyərində laqundanı, 350 manat dəyərində betondağıdanı və 1500 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb, zərəçəkmiş şəxs X3ma ümummilikdə 2110,00 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 avqust 2021 ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən nömrəsiz evin həyətinə hasardan aşmaqla, evin pəncərinsdən evə qanunsuz daxil olub, oradan sonuncuya məxsus olan bir ədəd 780 manat dəyərində "LG" markalı televizoru, 01 ədəd 5 manat dəyərində 1 litrlik, 01 ədəd 6 manat dəyərində 2 litrlik, 01 ədəd 8 manat dəyərində 3 litrlik. 01 ədəd 10 manat dəyərində 05 litrlik, 01 ədəd 12 manat dəyərində 06 litrlik, 01 ədəd 15 manat dəyərində 7 litrlik qazanları və hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 40 manat olan 02 ədəd tavanı gizli olaraq talayıb oğurlamaqla, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 876 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 avqust 2021ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən nömrəsiz evin həyətinə hasardan aşmaqla evin pəncərinsəndən evə qanunsuz daxil olub, oradan sonuncuya məxsus olan bir ədəd 2400,00 manat dəyərində “Samsung” markalı televizoru gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 2400,00 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 avqust 2021-ci il tarixdə, saat 02 radələrində X4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, “Qum Adası” yaşayış massivində yerləşən nömrəsiz evin həyətinə qanunsuz daxil olub, həmin həyətdən sonuncuya məxsus olan 1500,00 manat dəyərində “Kuba X Boss” markalı mopedi gizli olaraq talayıb, zərəçəkmiş şəxs X6 1500,00 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 avqust 2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bağlar yaşayış massivi ünvanında yerləşən nömrəsiz evin həyətinə hasardan aşmaqla evin giriş qapısından evə qanunsuz daxil olub, oradan sonuncuya məxsus olan əl çantasından 80 manant nəğd pul vəsaitini və 820 manat dəyərində bir ədəd qızıl bilərziyi gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 qızma ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olmuş, pula ehtiyacı olduğundan, yenidən oğurluq etmək qərarına gəlmiş və buna görə də 09 avqust 2021-ci il tarixdə, saat təxminən 01.30 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ləvəngi adlanan yerin yanında tanımadığı bir evin hasarının taxta və dəmirdən olmasını görüb həyətə baxmış, evdə heç kimin olmasına əmin olduqdan sonra hasarı aşmaqla içəri daxil olmuş və evin zirzəmisinə, oradan isə evə daxil olmuşdur. Evin elektirik naqillərini dartaraq çıxartmış, qapı tərəfdə olan digər otaqdan bir ədəd dreli, bir ədəd laqundanı, 1 ədəd betondağıdanı oğurlayaraq, evdən çıxmışdır. Səhər gün həmin əşyaları Sabunçu bazarında tanımadığı şəxsə 150 manata sataraq, pul əldə etmişdir. Bundan başqa o, 12 avqust 2021-ci il tarixdə, saat təxminən 01 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi Bağlar massivində olan bir evin həyətinə hasarı aşaraq içəri daxil olmuş, daha sonra evin pəncərəsinin dəmir barmaqlıqlarını yerdən tapdığı dəmir ilə aralayıb evin pəncərəsini açıb evə daxil olmuş və evin içərisindən olan bir ədəd "LG" markalı televizoru və iki ədəd tavanı götürüb çıxmış və səhəri gün televizoru və tavaları Sabunçu bazarında tanımadığı şəxsə 150 manata satmışdır. O, qeyd olunan ünvandan qazanları oğurlamamışdır. Bundan əlavə o, 17 avqust 2021-ci il tarixdə saat təxminən 01 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində olan bir evin həyətinə hasarı aşaraq içəri daxil olmuş, daha sonra evin pəncərəsinin dəmir barmaqlıqlarını yerdən tapdığı dəmir ilə aralayıb evin pəncərəsini açıb evə daxil olmuş və evin içərisindən “Samsung” markalı bir ədəd televizoru götürüb çıxmış və səhəri gün televizoru Sabunçu bazarında tanımadığı şəxsə 200 manata satmışdır. Bundan sonra o, 25 avqust 2021-ci il tarixdə saat təxminən 02 radələrində Suraxanı rayonu, “Qum Adası” adlanan yerdə yerləşən evin hasarını aşmaqla içəri daxil olub, həyətdə olan mopedi götürüb darvazanın qapısını açaraq mopedi çölə çıxarıb oğurlamışdır. O, həmin mopedi idarə edən zaman polis əməkdaşları onu tutmuş və sonra o, həmin mopedi onlara təqdim etmişdir. Bundan sonra o, 28 avqust 2021-ci il tarixdə, saat təxminən 03 radələrində Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar massivində tanımadığı evdə heç kimin olmadığını görüb hasarı aşmaqla içəri daxil olmuş, evin setka qapısından içəri girmiş və evdə paltar asılmaq üçün nəzərdə tutulmuş şkafın işərisindən bir qolbaq və əl çantasından isə 80 manat pulu götürmüşdür.Evdən başqa heç nə tapa bilməyib çıxmışdır. O, həmin qolbağın buciteriya olmasını başa düşüb həmin qolbağı xatırlamadığı yerə tullamış, 80 manatı isə öz ehtiyaclarına xərcləmişdir. Əşyaları satmış olduğu şəxslərin əşyaların oğurluq olmasından xəbərləri olmamışdır. Bu cinayətləi tək törətmiş və cinayətləri törətməkdə ona kömək edən olmamışdır. Törətdiyi əməldən peşmandır. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 12 avqust 2021-ci il tarixdə, saat təxminən 01 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi Bağlar massivində olan bir evin həyətinə hasarı aşaraq içəri daxil olmuş, daha sonra evin pəncərəsinin dəmir barmaqlıqlarını yerdən tapdığı dəmir ilə aralayıb evin pəncərəsini açıb evə daxil olmuş və evin içərisindən bir ədəd “LG” markalı televizoru, bundan başqa bir neçə ədəd qazan və tavaları götürüb çıxmış və səhəri gün gün televizoru, qazanları və tavaları Sabunçu bazarında tanımadığı şəxsə 150 manata satmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. 2017-ci ildən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsində yerləşən nömrəsiz ünvanda 3 sot torpaq sahəsi almış və 2019-cu ildən isə həmin torpaq sahəsində ev tikdirir. Onun ailəsinin gəliri az olduğundan, həmçinin özləri qaçqınçılıq həyatı yaşadıqlarından, evi yavaş-yavaş imkan etdikcə tikdirmişlər. 3-4 gündən bir həmin evə gedib baş çəkmişlər. 08 avqust 2021-ci il tarixdə evə gedib baş çəkdikdən sonra oradan çıxıb yaşadığı evə getmişdir. Bundan sonra o, 1 1 avqust 2021-ci il tarixdə həmin evə baş çəkmək qərarına gəlmiş və evə getmişdir. Evin zirzəmisinə baxan zaman, zirzəmidə saxladığı bir ədəd 100 manat dəyərində drelin, bir ədəd 160 manat dəyərində laqundanın, 350 manat dəyərində betondağıdanın və 1500 manat dəyərində elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu zərəri hazırki vaxtadək ödəməmişdir və buna cəhd belə etməmişdir. Sonuncudan şikayətçi olduğunu bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 teleqramla məhkəməyə müraciət edərək, Bakı şəhərinin hüdudlarından kənarda yaşadığı səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, təqsirləndirilən şəxsin ona vurduğu zərəri ödəmədiyini, sonuncudan şikayətçi olduğunu qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşyır. X5 onun kürəkənidir və o, özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi. Bağlar massivi yaşayış sahəsində yerləşən nömrəsiz evə nəzarət etməyi X11a tapınmışdır. 12 avqust 2021-ci il tarixdə, saat 19 radələrində İsrail ona məxsus həmin evə gedən zaman evin pəncərəsinin açıq olduğunu və evdən “LG" markalı televizorun oğurlandığını aşkar etmiş və bu barədə ona zəng edib xəbər vermişdir. X11 eyni zamanda DİN-nin 102 xidmətinə zəng edib, onun evindən oğurluq olması barədə məlumat vermiş və həmçinin 30-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona məxsus evdən oğurlanmış “LG” markalı televizorun qiyməti 780 manatdır və televizorun oğurlanması nəticəsində ona 780 manat maddi ziyan dəymişdir. Hadisə nəticəsində ona məxsus olan 01 ədəd 780 manat dəyərində “LG” markalı televizorun, 01 ədəd 5 manat dəyərində 1 lirtlik, 01 ədəd 6 manat dəyərində 2 lirtlik, 01 ədəd 8 manat dəyərində 3 lirtlik, 01 ədəd 10 manat dəyərində 05 litrlik, 01 ədəd 12 manat dəyərində 06 litrlik, 01 ədəd 15 manat dəyərində 7 lirtlik qazanların və 02 ədəd hər birinin dəyəri 20 manat olan tavaların oğurlanması nəticəsində ona ümumilikdə 876 manat maddi ziyan dəymişdir.İlkin olaraq ancaq televizorun oğurlanmasını müəyyən etsə də, sonradan evə baxış keçirən zaman hazırda qeyd etdiyi qazanların və tavaların da oğurlanmasını müəyyən etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, ağır xəstəliyi ilə əlaqədar olaraq müalicə məqsədilə uzun müddət ərzində xarici ölkəyə getməli olduğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qış aylarında o, qeydiyyatda olduğu ünvanda, yay aylarında isə oğurluq hadisəsinin baş verdiyi Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən bağ evində yaşayır. Hadisəinin baş verdiyi tarix yay aylarına təsadüf etdiyindən, həmin vaxt bağda qalmışlar. 17 avqust 2021-ci il tarixdə, saat 16 radələrində o, yaşadığı bağdan çıxıb, şəxsi işləri ilə əlaqədar şəhərə getmişdir. 18 avqust 2021-ci il tarixdə, saat 07 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz evə gələn zaman, evin pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olan zaman evin qonaq otağından “Samsung" markalı televizorun oğurlandığını aşkar etmişdir. Həmin televizorun qiyməti 2400 manat olmuş və ona 2400 manat maddi ziya dəymişdir. İş üzrə zərərçəkmiş şəxs X8 ərizə ilə məhkəməyə müraciət edərək, təhsil prosesinə cəlb olunduğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır və hazırda iş olanda fərdi əməklə məşğul olur. “Rubo” markalı moped ona məxsusdur və həmin mopedi 29 aprel 2021-ci ildə 2100 manata almışdır. 24 avqust 2021-ci il tarixdə, saat 22:00 radələrində o, mopedlə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adasında yerləşən nömrəsiz həyət evinə gəlmiş və mopedi evin həyətində saxlamışdır. 25 avqust 2021-ci il taarixdə səhər saatlarında yuxudan oyanmış və evin həyətinə çıxan zaman mopedin həyətdə olmadığını və oğurlandığını aşkar etmişdir. Mopedin kimin oğurladığını bilməmişdir. Bundan sonra o, oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 9/6519 rəyi ilə razıdır və ona vurulmuş maddi ziyanın məbləğinin ekspertiza rəyində göstərilən 1500 manatla razıdır və ona vurulmuş maddi ziyanın məbləğinin 1500 manat olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşyır. 2021-ci ilin iyun ayından Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində olan evi istirahət etmək məqsədi ilə kirayə götürmüşdür. 28 avqust 2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, mənzil 490-da qalmışdır. İşlərini qaydasına qoyduqdan sonra 31 avqust 2021-ci il tarixdə bağ evinə gələn zaman, evin dəhlizində olan əl çantasından 80 manat pulun və bir ədəd 820 manat dəyərində qızıl bilərziyin oğurlandığını aşkar etmişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş və həmin şəxs evin giriş qapısından içəri daxil olmuşdur.Ona oğurluq zamanı 900 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurduğu zərəri ödəməmişdir, buna baxmayaraq, sonuncudan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin PPXB-da polis nəfəri vəzifəsində xidmət edir. 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri. Suraxanı rayonu. Hovsan qəsəbəsi, Bahar yaşayış massivində, yəni 5-ci sektorda polis nəfərləri Şahid2 və Şahid3 ilə 5660 çağırış nömrəsi olan avtopatrul avtomobili ilə xidmətdə olan zaman, sonradan şəxsiyyəti onlara məlum olan və moped sürən Təqsirləndirilən şəxs hərəkətlərinin şübhə doğurduğunu görüb, sonuncuya yaxınlaşmışlar. Hövsan qəsəbəsinin Qum adasında yerləşən həyət evlərindən birindən mopedin oğrulanması haqqında onlarda məlumat olduğundan, Təqsirləndirilən şəxs mopedə aid sənədləri təqdim etməsini tələb etdikdə, Təqsirləndirilən şəxs mopedi hərəkətə gətirərək, onu idarə edib, təxminən 300 metr aralaşdıqda, onlar avtomobillə sonuncuya çatıb saxlamışlar. Həmin vaxt mopedin ban nömrəsinə baxan zaman, həmin mopedin Qum adası yaşayış sahəsindən X4 evinin həyətindən oğurlanmış mopedin ban nömrəsi ilə eyni olduğunu müəyyən etdikdən sonra, mopedi sürücüsü Təqsirləndirilən şəxs ilə birlikdə 30-cu PŞnə gətirib təhvil vermişlər və bu barədə onlar tərəfindən raport tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarından görünür ki, 01 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 03 sentyabr 2021 -ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 30 sentyabr 2021-ci il tarixli 9/6519 nömrəli rəydən göründüyü kimi aparılmış ekspert tədqiqatı nəticəsində respublikada yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş “Kuba X Boss” markalı mapedin yuxarıda qeyd olunan xüsusatları və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2021-ci ilin avqust ayına olan orta bazar qiyiməti təxminən 1500,00 manat müəyyən olunur. Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 27 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 09 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 3 saylı İstintaq Təcridxanasının 14.02.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Suraxanı rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli 1(010)- 62/2022 saylı sorğusuna cavab olaraq bildirilir ki, Xəzər Rayon Məhkəməsinin 1(003)- 314/2019 saylı, 01.10.2019-cu il tarixli hökmü ilə AR CM 177.2.3-ci maddəsi ilə təqsirləndirilərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 27.03.2021-ci il tarixdə müddəti başa çatdığı üçün cəzadan azad edilmişdir. İş materiallarında olan 30.08.2021-ci il tarixli qəbzdən görünür ki, “Kuba X Boss” markalı moped X8 tərəfindən təhvil alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində 12 avqust 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi Bağlar massivində olan evdən bir ədəd “LG” markalı televizorun və tavaların oğurladığını, lakin qazanların oğurlamadığı göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır. Belə ki, ibtidai istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi Bağlar massivində olan evdən bir ədəd “LG” markalı televizorun, həmçinin, bir neçə ədəd qazanların və tavaların oğurladığını göstərmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 da bu xüsusatları təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onu məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun törətdiyi əməli qismən etiraf etməsini, əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin bir qisminin ondan şikayətçi olmadığını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs oğurladığı “Kuba X Boss” markalı moped X6 qaytarıldığından zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. Məhkəmə zərər çəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğurladığı “Kuba X Boss” markalı moped zərərçəkmiş şəxs X6 qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Zərər çəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar