Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-62/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 yanvar 2023-cü il tarixdə, saat 12:00-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1977-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Möcüzə” marketdə satıcı işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 250-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxani rayonu, Qaraçuxur qəsəbəsi, F.Eyvazov küçəsində yaşamış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(010)-350/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 02 iyul 2018-ci il tarixdən başlayaraq 04 yanvar 2003-cü il tarixdə anadan olmuş X2 və 15 noyabr 2004-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay veriləcək 125 manat, ümumilikdə 250 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1, bundan əlavə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 14 sentyabr 2021-ci il tarixdən başlayaraq 03 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 və 13 may 2013-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay 175 manat, ümumilikdə 350 manat məbləğində alimentin Zərərçəkmiş şəxs2 ödənilməsinə dair məhkəmə aktlarını üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 3(010)-1771/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədlərindəki tələbi icra etməsi üçün ona 31 yanvar 2022-ci il, 15 fevral 2022-ci il və 02 mart 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 29 mart 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs1 məhkəmə qətnaməsi üzrə 9.000 manat və Zərərçəkmiş şəxs2 məhkəmə qətnaməsi üzrə 2.100 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğlərdə sonunculara maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Möcüzə” adlı marketdə satıcı işləyib və aylıq əmək haqqı 300,00 manat müqabilində təşkil edib. 2002-ci il tarixdə Qələndərova (Qurbanova) Zümrüd Şərif qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 04 yanvar 2003-cü il tarixdə Xosrov adlı və 15 noyabr 2003-cü il tarixdə Fərhad adlı iki oğlan övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2005-ci ilin qış aylarında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı Zaqatala rayonunda yerləşən ünvana gedərək sonuncuların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra 2011-ci ilin əvvəllərində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 uşaqların saxlanılmasına görə aliment alınması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə tərəfindən 04 yanvar 2003-cü il təvəllüdlü Xosrov Qələndərovun və 15 noyabr 2004-cü il təvəllüdlü Fərhad Qələndərovun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 50,00 manat, ümumilikdə cəmi 100,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 ödənilməsinə dair 28 fevral 2011-ci il tarixli, 2(033)-86/2011 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə alimentə görə müəyyən olunmuş məbləği tam olaraq hər ay ödəməyə başlamışdır. Bundan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 2018-ci ilin yaz aylarında aliment pulunun artırılmasına görə yenidən Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə tərəfindən 02 iyul 2018-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı artırılmış, sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 125,00 manat, ümumilikdə 250,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 ödənilməsinə dair 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsindən bir müddət keçəndən sonra o, 2009cu ilin yay aylarında X13 ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 03 noyabr 2010-cu il tarixdə Sahid adlı oğlu və 13 may 2013-cü il tarixdə Səma adlı bir qız övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2021-ci ilin sentyabr ayında keçmiş həyat yoldaşı Sevinc Hüseynova ilə ayrılmaq qərarına gəlmişdir. Həmin vaxtdan az müddət keçəndən sonra keçmiş həyat yoldaşı Sevinc Hüseynova uşaqların saxlanılmasına görə aliment alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəm tərəfindən 14 sentyabr 2021-ci il tarixdən başlayaraq Sevinc Hüseynova ilə faktiki nikahlarından dünyaya gəlmiş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 175,00 manat, ümumilikdə 350,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Sevinc Hüseynovaya ödənilməsinə dair 15 oktyabr 2021-ci il tarixli, 2(010)- 5375/2021 saylı qətnamə qəbul edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 və Sevinc Hüseynovaya məhkəmə qətnamələri üzrə alimentə görə borclu olduğu məbləği tam olaraq ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 3(010)-1771/2021 saylı qərarı ilə 10 (on) gün müddətinə həbs edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İcra dövründə Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2011-ci il tarixli, 2(033)-86/2011 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 heç bir aliment borcu yoxdur və həmin qətnaməni tam olaraq icra etmişdir. Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 alimentə görə heç bir ödəniş etməyib və 29 mart 2022-ci il tarixədək 9000,00 manat aliment borcu yaranıb, bundan əlavə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2021-cu il tarixli, 2(010)-5375/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Sevinc Hüseynovaya alimentə görə heç bir ödəniş etməyib və 29 mart 2022-ci il tarixədək 2100,00 manat aliment borcu yaranıb. Hər iki məhkəmə qətnamələri üzrə 29 mart 2022-ci il tarixədək ümumilikdə 11100 manat məbləğində alimentə görə borcu yaranmışdır. Aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşları Zərərçəkmiş şəxs1 və Sevinc Hüseynovanın ona az yaşlı uşaqları ilə görüşə icazə verməməsidir. Sonda Təqsirləndirilən şəxs aliment borcunu ödəmək niyyətində olduğunu və törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında göstərdi ki, o, 2001-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 04 yanvar 2003-cü il tarixdə Xosrov adlı və 15 noyabr 2004-cü il tarixdə Fərhad adlı iki oğlan övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2005-ci ilin yay aylarında iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı Zaqatala rayonunda yerləşən ünvana gedərək sonuncuların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün 2011-ci ilin əvvəllərində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmə tərəfindən 04 yanvar 2003-cü il təvəllüdlü X4 və 15 noyabr 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 50,00 manat, ümumilikdə 100,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 28 fevral 2011-ci il tarixli, 2(033)- 86/2011 saylı qətnamə qəbul. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş və keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs icra dövründə alimentə görə müəyyən olunmuş məbləği hər ay imkanı daxilində hissə-hissə ödəməyə başlamışdır. Bundan bir müddət keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən çox əziyyət çəkdiyi üçün 2018-ci ilin yaz aylarında aliment pulunun artırılmasına görə yenidən Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmə tərəfindən 02 iyul 2018-ci il tarixdən başlayaraq uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı artırılaraq sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 125,00 manat, ümumilikdə 250,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 31 may 2018-ci il tarixli, 2(033)- 722/2018 saylı qətnamə qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 3(010)-1771/2021 saylı qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə həbs edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında rəsmi nikah münasibətləri pozulmasada 2009-cu ilin yay aylarında sonuncu X13 ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından bir oğlan və bir qız övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2011-ci il tarixli, 2(033)-86/2011 saylı qətnaməsi üzrə müəyyən qədər məbləğdə ödəniş etsə də sonradan razılığı əsasında qətnamənin icrası dayandırılmışdır. Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə heç bir ödəniş etməyib və 29 mart 2022-ci il tarixədək 9000 manat aliment borcunu ödəməyib. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onun barəsində qanunla nəzərdə tutulmuş hədd daxilində sərt cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 göstərdi ki, o, 2008-ci ilin aprel ayının 27-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 03 noyabr 2010-cu il tarixdə Sahib və 13 may 2013-cü il tarixdə Səma adlı övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, o, 2019-cu ilin yanvar ayının 15-də iki azyaşlı uşaqlarını götürmüş, gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı, uşaqların böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün məcburiyyət qarşısında qalaraq 2021-ci ilin payız aylarında Təqsirləndirilən şəxs aliment alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə tərəfindən 14 sentyabr 2021-ci il tarixdən başlayaraq 03 noyabr 2010-cu il təvəllüdlü X6 və 13 may 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sabit pul məbləğində hər bir uşağa görə hər ay 175 manat, ümumilikdə cəmi 350 manat alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 saylı qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə borcluya rəsmi qaydada bildiriş təqdim edilmişdir. İcra məmuru tərəfindən rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İcra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 3(010)-1771/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə heç bir ödəniş etməyib və 29 mart 2021-ci il tarixədək 2100 manat aliment borcunu ödəməyib. Sonda S.M.Quseinova təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onun barəsində qanunla nəzərdə tutulmuş hədd daxilində sərt cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 göstərdi ki, şöbəyə daxil olmuş Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 250,00 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə, bundan əlavə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 15 oktyabr 2021-cu il tarixli, 2(010)-5375/2021 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri 03 noyabr 2021-ci il və 09 iyul 2018-ci il tarixlərdə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icra sənədləri üzrə icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana göndərilmiş, lakin tələb borclu tərəfindən müəyyən edilmiş müddət ərzində könüllü olaraq icra edilməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə alimentin ödənilməsi ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq uzun müddət ödəniş etməmişdir, icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi və icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra etməməsi ilə əlaqədar boclu Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla qanunamüvafiq olaraq yenidən müddət verilmişdir. Borclu, xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin məlum qətnamələrini icra etməmişdir. Təqdimat əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdılımışdır. Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)- 722/2018 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs iş üzrə tələbkar Zərərçəkmiş şəxs1 alimentə görə heç bir ödəniş etməmiş və 29 mart 2022-ci il tarixədək 9000 manat aliment borcu yaranmışdır. Bundan əlavə borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 15 oktyabr 2021-cu il tarixli, 2(010)-5375/2021 saylı icra sənədinə əsasən iş üzrə tələbkar Zərərçəkmiş şəxs2 alimentə görə heç bir ödəniş etməmiş və 29 mart 2022-ci il tarixədək 2100 manat aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş hər iki məhkəmə qətnamələri üzrə 29 mart 2022-ci il tarixədək ümumilikdə 11100 manat aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 15 oktyabr 2021-cu il tarixli, 2(010)-5375/2021 saylı qətnamələrinin icrası ilə bağlı dəfələrlə məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə və inzibati qaydada tənbeh olunmasına baxmayaraq icra sənədlərini icrasını təmin etmədiyi üçün 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, 02 iyul 2018-ci il tarixdən başlayaraq 04 yanvar 2003-cü il tarixdə anadan olmuş X2 və 15 noyabr 2004-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulan Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2011-ci il tarixli tarixli 2(033)-86/2011 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində artırılaraq, hər ay hər uşağa görə veriləcək 125 manat, ümumilikdə 250 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmiş, həmin qətnaməyə dair icra sənədi 02 iyul 2018-ci il tarixdə verilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 saylı qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdən başlayaraq 03 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 və 13 may 2013-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay 175 manat, ümumilikdə 350 manat məbləğində alimentin Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmiş, həmin qətnaməyə dair icra sənədi 15 oktyabr 2021-ci il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 19 iyul 2018-ci il tarixli qərardan görünür ki, 09 iyul 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 icraatına daxil olmuş Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qətnaməsinə dair icra sənədi üzrə icraata başlanılmış, Təqsirləndirilən şəxs icranı dərhal təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında 03 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 03 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid2 icraatına daxil olmuş Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 saylı qətnaməsinə dair icra sənədi üzrə icraata başlanılmış, Təqsirləndirilən şəxs icranı dərhal təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 09 iyul 2018-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 31 may 2018ci il tarixli, 2(033)-722/2018 saylı qətnaməsinə dair icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən dərhal icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 03 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 saylı qətnaməsinə dair icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən dərhal icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 15 fevral 2022-ci il və 02 mart 2022-ci il tarixli xəbərdarlıq məktublarından və onun üzərindəki qeyddən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)- 722/2018 saylı və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 saylı qətnaməsinə dair icra sənədi üzrə borcunu dərhal ödəmək Təqsirləndirilən şəxs tələb olunmuş, lakin icra sənədində göstərilən tələb könüllü olaraq icra edilməmişdir. Təqsirləndirilən şəxs borcunu ödəməsi üçün 10 gün vaxt verilmiş, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması müvafiq təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunacağına dair xəbərdar olunmuşdur. Həmin məktubun surəti Təqsirləndirilən şəxs şəxsən təqdim edilmişdir. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 8(010)-32/2022 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 3(010)-1771/2021 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 27 dekabr 2018-ci il tarixli aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qətnaməsinə dair icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurları tərəfindən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev 250 ünvanında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin ünvanda tapmaq mümkün olmamışdır. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 saylı qətnamələrinin icrasını təmin etmək məqsədilə icra məmurları tərəfindən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev 250 ünvanında baxış keçirilmişdir. Baxış zamanı evdə gündəlik istifadə olunan zəruri əşyalardan başqa əmlak aşkar olunmamışdır. İş materialarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 3 saylı ərazi X11 05 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan 27 may 2022-ci il tarixli “Fiziki şəxs X19” tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs X14 məxsus mağazada xx.xx.2022ci il tarixdən satıcı vəzifəsində işləyir, aylıq əmək haqqı 300 manat təşkil edir. İş materialarında olan Təqsirləndirilən şəxs şəxsi kartoçkasından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində nəqliyyat vasitəsinin olması, ünvanlı dövlət sosial yardım alması, pensiya alması barədə məlumat yoxdur. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunması haqqında 08 iyun 2022-ci il tarixli təqdimatdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 saylı nömrəli qətnamələrinə dair icra sənədləri üzrə Təqsirləndirilən şəxs cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 08 iyun 2022-ci il tarixədək Zərərçəkmiş şəxs1 olan borcu 9.000 manat və Zərərçəkmiş şəxs2 olan aliment borcu 2.100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin təqdim etdiyi 20 iyun 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev 250 ünvanında yaşadığı müddət ərzində Bülbülə qəsəbə nümayəndəliyinə onun barəsində heç bir inzibati material və qonşular tərəfindən şikayət daxil olmayıb. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 saylı qətnaməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 28 dekabr 2021-ci il tarixli, 3(010)-1771/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs edilməsinə, habelə üzürlü səbəblər olmadan borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə 15 fevral 2022-ci il və 02 mart 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada 02 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə, ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(010)-350/2022 nömrəli qərarından, 25 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 16 dekabr 2022ci il tarixli məktubundan, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 19 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 16 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlnılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma Yerinə təhvil verilmiş, 19 dekabr 2022-ci il tarixdə isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarını 25 avqust 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2022ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-62/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-62/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver