Məhkəmə qərarları › İş №1(010)-62/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-62/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-62/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1981-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 övladı olan, orta təhsilli, məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan, 31 yanvar 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona ittiham elan edilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında Bakı şəhərində dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, Zərərçəkmiş şəxs1 xaricdən Azərbaycana avtomobil hissələri gətirib satışı ilə məşğul olduğunu, işinin gəlirli olduğunu bildirərək, məşğul olduğu ticarət işinin genişləndirilməsinə 40.000 manat pul yatırımı verdiyi halda, hər dəfə həmin pula alınacaq malların 60 gün ərzində gətirilib satılmasından sonra, əldə edilmiş gəlirdən qazanc verəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 2019-cu ilin sentyabr ayında, dəqiq müəyyən edilməmiş tarixlərdə, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində 20.000 manat, Xətai rayonu ərazisində yerləşən “Megafun’“ əyləncə mərkəzində 10.000 manat şəxsən və 10.000 manat tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində çatdırılmış, üç dəfəyə ona verdiyi, ümumilikdə 40.000 manat pulu alıb vahid niyyətlə aldatma yolu ilə ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, 2020-ci ilin yanvar ayında, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, Bakı şəhərində Zərərçəkmiş şəxs4 xaricdən Azərbaycana avtomobil hissələri gətirib satışı ilə məşğul olduğunu, işinin gəlirli olduğunu bildirərək, məşğul olduğu ticarət işinin genişləndirilməsinə 28000 manat pul yatırımı verdiyi halda, hər dəfə həmin pula alınacaq malların 60 gün ərzində gətirilib satılmasından sonra əldə edilmiş gəlirdən qazanc verəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində ona verdiyi 28000 manat pulu alıb aldatma yolu ilə ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, 2020-ci ilin fevral ayında, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, Bakı şəhərində Zərərçəkmiş şəxs4 xaricdən Azərbaycana avtomobil hissələri gətirib satışı ilə məşğul olduğunu, işinin gəlirli olduğunu bildirərək, məşğul olduğu ticarət işinə 10000 manat pul yatırımı verdiyi halda, hər dəfə həmin pula alınacaq malların 60 gün ərzində gətirilib satılmasından sonra, əldə edilmiş gəlirdən qazanc verəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində ona verdiyi 10000 manat pulu alıb aldatma yolu ilə ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, 2020-ci ilin iyun ayında, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, Bakı şəhərində Zərərçəkmiş şəxs4 xaricdən Azərbaycana avtomobil hissələri gətirib satışı ilə məşğul olduğunu, işinin gəlirli olduğunu bildirərək, məşğul olduğu ticarət işinə əlavə 15000 manat pul yatırımı verdiyi halda, hər dəfə həmin pula alınacaq malların 60 gün ərzində gətirilib satılmasından sonra əldə edilmiş gəlirdən qazanc verəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində ona verdiyi 15000 manat pulu alıb aldatma yolu ilə ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, 2021-ci ilin fevral ayında, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, Bakı şəhərində Zərərçəkmiş şəxs4 xaricdən Azərbaycana avtomobil hissələri gətirib satışı ilə məşğul olduğunu, işinin gəlirli olduğunu bildirərək, məşğul olduğu ticarət işinə əlavə 20000 manat pul yatırımı verdiyi halda, hər dəfə həmin pula alınacaq malların 60 gün ərzində gətirilib satılmasından sonra əldə edilmiş gəlirdən qazanc verəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində ona verdiyi 20000 manat pulu alıb aldatma yolu ilə ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, 2022-ci ilin aprel ayında, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, Bakı şəhərində Zərərçəkmiş şəxs4 xaricdən Azərbaycana avtomobil hissələri gətirib satışı ilə məşğul olduğunu, işinin gəlirli olduğunu bildirərək, məşğul olduğu ticarət işinə 8000 manat pul yatırımı verdiyi halda, hər dəfə gəlirdən qazanc verəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 Bakı şəhəri ərazisində 2022-ci ilin mart ayında 4000 manat və həmin ilin aprel ayında 4000 manat, iki dəfəyə ona verdiyi ümumilikdə 8000 manat pulu alıb vahid niyyətlə aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin aprel ayında, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, Bakı şəhərində Zərərçəkmiş şəxs2 xaricdən Azərbaycana avtomobil hissələri gətirib satışı ilə məşğul olduğunu, işinin gəlirli olduğunu bildirərək, məşğul olduğu ticarət işinə əlavə 40000 manat pul yatırımı verdiyi halda, hər dəfə həmin pula alınacaq malların 60 gün ərzində gətirilib satılmasından sonra əldə edilmiş gəlirdən qazanc verəcəyi barədə yalan vəd verib aldadaraq, razılaşmadan bir neçə gün sonra, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Kapital Bank"ın Suraxanı filialının yanında Zərərçəkmiş şəxs2 ona verdiyi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi satış məzənnəsinə görə 34000 manata bərabər olan, 20000 ABŞ dolları məbləğində xarici valyuta vəsaitlərini alıb aldatma yolu ilə ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 230100506 saylı cinayət işi 02 sentyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Zərərçəkmiş şəxs3 özünə və tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 məxsus müxtəlif məbləğlərdə pulun və xarici valyuta vəsaitlərinin 2019-2022-ci illərdə Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə ələ keçirilməsinə dair ərizəsi əsasında Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis bölməsində, Binəqədi RPİ-nin İstintaq şöbəsində ilkin araşdırma aparılmış və ərazi aidiyyəti üzrə Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmiş materiallar və cinayətin törədilməsini təsdiq edən məlumatlar olmuşdur. 31 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 07 iyun 2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə nəzərdə tutulan yeni ittiham elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs3 tərəfindən Nəsimi RPİ-yə ünvanlanan 31 oktyabr 2022-ci il tarixli, şikayət ərizəsindən görünür ki, şikayət etdiyi Təqsirləndirilən şəxs 2015-ci ildən “Ştutqart” avtomobil ehtiyyat hissələrinin satışı mağazasından tanıyır. Tanış olduqdan sonra təqribən iki-üç il müddət ərzində birlikdə işləmişlər. Bu müddət ərzində Seymur ona arada nisyə mal da vermişdir. Təqribən üç il sonra, Seymur məsuliyyətsizliyi üzündən işdən çıxarılmışdır. 2019-cu ilin sentyabr ayında axşam tərəfi Seymurla 9-cu m/rayon ərazisində bir kafedə görüşmüşlər. Ondan nə işlə məşğul olduğunu soruşmuş, Seymur isə ona hal-hazırda Türkiyədən maşın ehtiyat hissələri gətirib satmaqla məşğul olduğunu bildirmişdir. İş necə işdir, qazancı necədir soruşduqda Seymur ona bu işdə çox yaxşı qazanc olduğunu bildirmişdir. Demişdir ki, adamın əlində 40000 manat vəsait olsa idi, yaxşı kar əldə etmək olardı. Seymura elə bir yaxın tanışının olduğunu və ondan həmən məbləği götürə biləcəyin bildirmiş və əlavə olaraq, 40000 manat pul qoyduqları halda, nə qədər qazanc olacağını soruşmuşdur. Seymur isə bildirmişdir ki, bu halda ayda 5500-6000 manat qazanc əldə edə bilərlər. Bu təklifi bəyənmiş, yaxın tanışı olan Hüseyn ilə görüşmüş və Seymurun təklifini ona danışmışdır. Hüseyn onunla razılaşmış və onu Seymurla görüşdürüb tanış etməsini istəmişdir. 2-3 gün sonra, yəni 2019-cu ilin sentyabr ayının axırına yaxın elə həmin kafedə görüşmüşlər. Seymur mövzunu ona danışdığı kimi Hüseynə də danışmışdır. Hüseyn də bu təkliflə razılaşmış və həmin 40000 manat pulu Hüseynin iştirakı ilə "Bolmart" supermarketinin qarşısında Seymura vermişdir. Pulu götürdükdən bir neçə gün sonra, Seymur ona artıq malı sifariş etdiyini və pulu Türkiyəyə göndərdiyini bildirmişdir. Pulu verdiyi gündən təqribən iki ay sonra, Seymur onunla görüşüb əlavə pul lazım olduğunu bildirmişdir. Ona ehtiyyat maşın hissələri siyahısı göstərmiş və bu mallara sifariş aldığını bildirmişdir. Əlavə pul tapmaq üçün yaxın tanışı Zərərçəkmiş şəxs4 müraciət etmiş və “sifariş edilən" malların siyahısını ona göstərmişdir. Bəhruz Seymurla tanış olmaq istədikdə onları tanış etmişdir. Seymur özünün “biznes planı"nı Bəhruza danışmışdır. Bəhruz bu işdə riskin olub-olmadığını Seymurdan soruşmuşdur. Seymur bu işdə heç bir riskin olmadığını və yaxşı qazanc olduğunu Bəhruza izah etmişdir. Bəhruz bu təklif ilə razılaşmış, 12 yanvar 2020-ci il tarixdə, Bəhruzdan 28000 manat pul götürüb 9-cu m/rayon ərazisində ona məxsus avtomaşında Bəhruzun iştirakı ilə Seymura vermişdir. Bu tarixdən təqribən bir ay sonra, Seymur onunla görüşüb verilən pulları artıq Türkiyəyə göndərdiyini, yenə də əlavə pul lazım olduğunu bildirmiş və əlavə etmişdir ki, Bəhruzda pul olar. Bəhruzla bu barədə danışdıqda ona 01 mart 2020-ci il tarixdə 10000 manat əlavə pul vermişdir. Elə həmin axşam 10000 manat pulu yaşadığı evin qarşısında, “Bol mart” marketin yanında Seymura vermiş, ertəsi gün Seymur onunla görüşüb pulu artıq Türkiyəyə göndərdiyini və işlərin gələcəkdə çox yaxşı olacağını bir daha bildirmişdir. Bir müddət sonra, yəni 2020-ci ilin iyun-iyul aylarında Seymur ona telefonda bildirmişdir ki, əlində yaxşı ehtiyyat hissələrinin sifariş listəsi var, əldən çıxarmaq istəmir, onları gətirmək üçün əlavə pul lazımdır. Seymur göndərən malların siyahısını Bəhruza göstərmiş, Seymurun ona dediklərini Bəhruza çatdırmışdır. Bəhruz da Seymurun sözlərinə inanaraq əlavə 15000 manat pulu Seymura çatdırmaq üçün ona vermişdir. Bəhruzun verdiyi 15000 manat pulu elə həmin gün Seymura yaşadığı binanın qarşısında Bəhruzun iştirakı ilə vermiş, bir müddət sonra Seymur ondan Bəhruzdan yenə pul götürməsini istəmiş, Bəhruza bir daha müraciət etmiş, lakin artıq Bəhruz bir daha pul verməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs3 06 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evini girov qoyub “Access Bank”dan 30000 manat kredit götürmüş və 9-cu m/rayonda yaşadığı evin yanında Seymura vermişdir. Sonra, 17 iyul 2021-ci il tarixdə yenidən 45000 manat kredit götürüb elə həmin yerdə Seymura vermişdir. Bundan sonra, Seymurla tez-tez telefon vasitəsilə danışıb işlərin necə getdiyini soruşmuş, WhatsApp tətbiqi vasitəsilə işlərin nə yerdə olduğunu soruşanda, çox yaxşıdı və bundan sonra da daha super olacağını yazırdı və Türkiyədə olduğunu, Bakıya gəldikdə görüşmələrini, çox yaxşı bir işin olmasını demişdir. Bakıya gəldikdən sonra onunla görüşmüş və Türkiyə vətəndaşı Sezgin Gündüz ilə təzə açdığı “Pars” şirkətinin Azərbaycan nümayəndəliyində olmağı razılaşmışlar. Bu işdə güclü pul var, bunun üçün isə Sezgin bəy onlardan 50000 manat pul istəyir. Təklifi müzakirə etmək üçün onlar, tanıdığı Şahid1ı “Darçın” çay evinə dəvət etmiş, məsələni ona danışmışlar. Vüqar işin yaxşı iş olduğunu, lakin bu məbləği tapa bilməyəcəyini bildirmişdir. Onda Seymur ona bu barədə danışmaq üçün mütləq Bəhruzla görüşmək lazım olduğunu israrla istəmişdir. 2021-ci ilin fevral ayının axırlarında “Darçın” çay evində tanışları Bəhruz, Vüqar, Cavid, özü və Seymur görüşmüşlər. Seymur işin nədən ibarət olduğunu danışmış və Bəhruza bu işi başlamaq üçün ilkin olaraq heç olmazsa 20000 manat pul lazım olduğunu bildirmişdir. Seymur beləliklə, Bəhruzu inandırmış və Bəhruz 2021-ci il fevral ayının 2-də ona 20000 manatı vermişdir. 20000 manat pulu 02 mart 2021-ci il tarixdə yaşadığı evin qarşısında Bəhruzun iştirakı ilə Seymura vermişdir. Təqribən 20 gün sonra, Seymur ona işlədiyi “Ştutqart” mağazasından işdən çıxıb, yeni ofis götürüb “Pars” şirkətinin nümayəndəsi kimi fəaliyyət göstərmək lazım olduğunu bildirmişdir. Seymurun dediyi kimi 9-cu m/rayonda, Mir Cəlal küçəsi, 63a ünvanında ofis götürmüş, işlədiyi müddət ərzində Seymur ondan yenə pul tapıb ona verməsini istəmişdir. 21 noyabr 2021-ci il tarixdə, Bəhruzdan 4000 manat pul gotürüb 9-cu m/rayondakı ofisdə Seymura vermişdir. Bir müddətdən sonra, Sezgin bəy onlara mal verməmiş, səbəbi isə Seymurun malın pulunu verməməsini göstərmişdir. Seymurdan soruşduqda o sifarişlərin tam çatdırılması üçün əlavə pul lazım olduğunu bildirmiş, çarəsiz qalıb yaxın tanışı Tərlandan işə girmək üçün pul istəmişdir. Tərlan onu Seymurla görüşdürməyi istəmişdir. Seymur, Tərlan və o, birlikdə Maştağa qəsəbəsində yerləşən kafedə görüşmüşlər. Seymur iş barəsində Tərlana məlumat verib onu inandırmışdır. Tərlan 20 mart 2022-ci il tarixdə ona 23000$ pulu vermişdir. Ertəsi gün, yəni 21 mart 2022-ci il tarixdə həmin 23000$ pulu Tərlanın iştirakı ilə Mir Cəlal küçəsi 63a ünvanında yerləşən ofisdə Seymura vermişdir. Bundan bir ay sonra, Seymur ondan bir daha Bəhruzdan 4000 pul götürüb ona verməsini istəmişdir. 21 aprel 2022-ci il tarixdə, Bəhruzdan 4000 manat pul götürüb Seymura vermişdir. Bir müddət sonra, Sezgin bəydən nümayəndəlik açmaq üçün 50000 manat pul istəyib-istəmədiyini soruşmuş, o isə onun tərəfdən belə bir tələbin olmadığını bildirmişdir. Seymurdan şübhələnib ondan hesab soruşmağa başlamışdır. Hər dəfə bəhanələrlə hesabdan yayınıb ona səmimi cavab verməmişdir. Bir müddət keçdikdən sonra, telefonuna zəng çatmamışdır. Atası Ərzumanın telefonunu öyrənib ondan Seymuru soruşmuş, o isə demişdir ki Seymurdan xəbəri yoxdur. Bir neçə dəfə də Ərzumana zəng vurmuş, onun zənginə cavab veməmiş və sonra isə görmüşdür ki, nömrəsini qara siyahıya atıb. Onun ardından Seymur da onun nömrəsini qara siyahıya atmışdır. Beləliklə, ondan aldığı ümumilikdə 165000 (bir yüz altımış beş min) manat pulu min bir bəhanələr gətirməklə veməkdən boyun qaçırmışdır. Bu günə qədər Seymurla əlaqə yarada bilmir və verdiyi pulu ala bilmir. (iş.v. 6-8, İ cild) Cinayət işi üzrə ittiham aktı 27 iyun 2024-cü il tarixdə Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. 13 avqust 2025-ci il tarixli məhkəmə baxış iclasında dövlət ittihamçısı X10 vəsatət verərək bildirmişdir ki, “cinayət işinin başlanması haqqında” 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ilkin olaraq 31 oktyabr 2022-ci il tarixdə ərizə ilə Nəsimi RPİ-yə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs xarici ölkədən avtomobil ehtiyyat hissələri gətirib sataraq qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq onun və tanışlarının 2019-2022-ci illər ərzində 160000 manat pulunu ələ keçirmişdir. 05 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 160.000 manat pulu ələ keçirilmiş və iş üzrə ona maddi ziyan vurulmuşdur. 21 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar”dan görünür ki, Əsədov X6 Cavid Qabil oğluna məxsus 160000 manat pulu ələ keçirərək külli miqdarda dələduzluq etmişdir. 07 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında” qərara əsasən, cinayət işi üzrə əməl CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 08 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 40000 manat, Zərərçəkmiş şəxs4 məxsus müvafiq olaraq 28000, 10000, 15000, 20000 və 8000 manat, Zərərçəkmiş şəxs2 məxsus 34000 manat pulu dələduzluq yolu ilə ələ keçirmiş və həmin epizodlar üzrə Təqsirləndirilən şəxs ittiham elan edilmişdir. Göründüyü kimi, cinayət işi Zərərçəkmiş şəxs3 şikayəti əsasında başlanılmış və Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərkən zərərçəkmiş şəxs Cavid Yahyayevə maddi ziyan vurmasına dair hissədə ona ittiham elan edilməmiş, yəni həmin epizod ümumiyyətlə ittihama daxil edilməmiş, eləcə də ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissələrində göstərilməmişdir. Bundan əlavə, iş üzrə qəbul edilmiş 07 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”ın nəticəvi hissəsinin 6-cı bəndindən də görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması işin faktiki hallarına uyğun hesab edilmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 2020-ci ilin avqust ayında o, özünə məxsus ünvan 2 ünvanında yerləşən 296 nömrəli mənzilini “Access” Bankın Cəlilabad rayonunda yerləşən filialında girov qoyub atasının adına kredit müqaviləsi ilə 30.000 manat pul borc götürmüşdür. 2020-ci ilin avqust ayında o, pulu bankdan götürüb Seymura vermək üçün gətirmiş, 9-cu mkr-da “Bolmart” marketin yanında görüşüb özünün “Ford” markalı avtomobilində oturub söhbət edəndən sonra Seymura vermişdir. Seymur avtomobil hissələrinin alqı-satqısı ilə məşğul olmuş, əgər böyük məbləğdə pul olsa, işləyib yaxşı qazanc əldə edə biləcəyini demişdir. O, Seymurdan hazırda şikayətçidir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı da oxşar məzmunlu ifadə versə də, Təqsirləndirilən şəxs ümumilikdə 45000 manat pul verdiyini göstərmiş, lakin niyə ibtidai istintaq zamanı ifadəsində 30000 manat göstərildiyindən məlumatı olmadığını bildirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs3 kredit götürüb ona 30000 manat pul vermiş, həmin pulun faizlərini və borcun çox hissəsini qaytarmış, nə qədər qalmasını Cavidlə hesablamalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 maddi ziyan vurmasına dair əsaslı şübhələr vardır. Odur ki, Təqsirləndirilən şəxs əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır, yəni Zərərçəkmiş şəxs3 da maddi ziyan vurulması ilə bağlı ittiham elan edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməlisini və ona başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi X5 dövlət ittihamçısının vəsatətinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, vəsatətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Beləliklə, məhkəmə iş materiallarını, işin faktiki hallarını və cinayət prosesi tərəflərini dinləyərək hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslıdır və təmin edilməlidir. Belə ki, “cinayət işinin başlanması haqqında” 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ilkin olaraq 31 oktyabr 2022-ci il tarixdə ərizə ilə Nəsimi RPİ-yə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs xarici ölkədən avtomobil ehtiyyat hissələri gətirib sataraq qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq onun və tanışlarının 2019-2022-ci illər ərzində 160000 manat pulunu ələ keçirmişdir. 05 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan isə görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 160000 manat pulu ələ keçirilmiş və iş üzrə ona maddi ziyan vurulmuşdur. Buna görə də, o, həmin qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. 21 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar”da da qeyd edilmişdir ki, Əsədov X6 Cavid Qabil oğluna məxsus 160000 manat pulu ələ keçirərək külli miqdarda dələduzluq etmişdir. Həmçinin 07 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında” qərara əsasən, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 hər birinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması işin faktiki hallarına uyğun hesab edilmişdir. 08 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 məxsus pulları dələduzluq yolu ilə ələ keçirmiş və məhz həmin epizodlar üzrə Təqsirləndirilən şəxs ittiham elan edilmiş, Zərərçəkmiş şəxs3 isə vurulmuş ziyan cəlbetmə qərarında epizod olaraq göstərilməmişdir. Göründüyü kimi, cinayət işi Zərərçəkmiş şəxs3 şikayəti əsasında başlanılmış və istintaq zamanı Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, lakin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərkən zərərçəkmiş şəxs Cavid Yahyayevə maddi ziyan vurmasına dair hissədə ona ittiham elan edilməmiş, həmçinin ittiham aktının təsviriəsaslandırıcı və nəticəvi hissələrində göstərilməmiş, yəni həmin epizod ümumiyyətlə ittihama daxil edilməmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ümumilikdə 45000 manat pul verdiyini göstərmiş, lakin niyə ibtidai istintaq zamanı ifadəsində 30000 manat göstərildiyindən məlumatı olmadığını bildirmişdir. Odur ki, həqiqətən də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 maddi ziyan vurmasına dair əsaslı şübhələr olduğundan Təqsirləndirilən şəxs əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır, yəni Zərərçəkmiş şəxs3 da maddi ziyan vurulması ilə bağlı ittiham elan edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.1, 8.0.3 və 8.0.4 və 8.0.5-ci maddələrinə əsasən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələridir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 32.2.3-cü maddəsinə əsasən ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut etməlidir. Həmin Məcəllənin 85.2 və 85.2.1-ci maddələrinə əsasən müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifələrini yerinə yetirməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 290.2.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ittihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir. Lakin cinayət təqibi orqanı işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış və şəxsin əməlinə düzgün hüquqi qiymət verməmiş, ittihamın məzmununa törədilən bütün cinayətləri daxil etməmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da öz növbəsində ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənərkən yuxarıda sadalanan nöqsanın olmasına baxmayaraq cinayət işinin məhkəməyə göndərilməsi üçün əsasların kifayət qədər olmasını hesab edərək ittiham aktını təsdiq etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 318.1 və 318.2-ci maddələrinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət-prosessual qanunvericiliyi məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün xüsusi prosedur qaydası nəzərdə tutaraq, məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti olduğu təqdirdə, daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması məqsədilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını təsbit etmişdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 7 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 17 aprel tarixli Qərarı). Qanunvericinin bu mövqeyi məhkəmənin ittiham funksiyasını yerinə yetirməməsi, çəkişmə prinsipinə uyğun olaraq proses boyu məhz ittiham və müdafiə tərəfləri arasında obyektiv və qərəzsiz arbitr rolunda çıxış etməli olması ilə bağlıdır. Cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədinə də xidmət edir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının saylı qərarının 37-ci bəndində göstərilmişdir ki, Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir. (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün cinayət-prosessual qanunun 318.2-ci maddəsi xüsusi prosedur müəyyən etmişdir ki, bu da məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraətin verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti ilə daha ağır ittihamın irəli sürülməsi üçün işin prokurora qaytarılmasını ehtiva edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru X4 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlər daxil edilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ona daha ağır ittihamın irəli sürülməsi, habelə ittihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna qaytarılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 321 və 318.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, X4 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Cinayət Prosessual Məcəllənin 318.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham irəli sürülməsi və ittihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar