Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-63/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1985-ci ildə Özbəkistan Respublikasının Sırdərya vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 111F saylı ünvanda yerləşən fərdi yaşayış evinin zirzəmisində 2020-ci ilin may ayının ortalarından etibarən qumarxana, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə həmin zirzəmidə müştərilər Şahid1, X4, Şahid4, Şahid3 oğiu və Şahid2 oyun kartları verməklə yanaşı, digər zəruri əşyalarla da təchiz edib pul uduşlu “Poker” qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə saat 01.00 radələrində keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qumar oyunlarının keçirilməsi üçün təşkil edib saxladığı həmin zirzəmidə qumar oyunlarından əldə edilmiş 4048 manat və Azərbaycan Respublikasının milli pul vahidi ilə həmin dövrün məzənnəsinə uyğun olaraq 680 manat təşkil edən 400 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş iki dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, maddi imkanı zəif olduğuna görə 2020-ci ilin may ayının ortalarından etibarən yaşadığı evin zirzəmisində qumarxana təşkil etmiş, əvvəllər özü də qumar oyunçusu olmuşdur. Bu sahədən anlayışı var və tanışlarının çoxu da qumar oyunçusudur. Yaşadığı evin həyət darvazası ümumi olsa da, evin girişi ilə zirzəminin girişi ayrıdır. Evin zirzəmisindəki otaqların birində qumarxana təşkil etmiş, otağa qumar oynamaq və yemək üçün masalar gətirmiş, oturmaq üçün stul yerləşdirmişdir. Bundan əlavə, həmin otaqda yemək bişirmək və çay hazırlamaq üçün qaz plitəsi də olmuşdur. Adətən iştirakçılar sutkanın saat 21.00-22.00 radələrindən başlayaraq saat 05.00-06.00 radələrinədək qumar oyunu oynayırdılar. Qaydaya əsasən hər oyun üzrə 10-20 manat «seka», yəni yer pulu alırmış. Gün ərzində 18-20 oyun oynalınırmış, nəticədə ümumi olaraq 300-500 manat arası gəlir götürürmüş. Bundan əlavə, oyunçuların sifarişi əsasında onlara spirtli və spirtsiz içkilər, yemək və siqaret təşkil edirmiş. Bütün bu işləri özü görürmüş, qumarxanaya nəzarəti də o, həyata keçirmişdir. Təşkil etdiyi qumarxana da yalnız «Poker» oyunu oynanılırmış, bu məqsədlə oyun kartlarını da özü almışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 01.00 radələrində yaşadığı evin darvazasının qarşısında mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, bundan sonra başa düşmüşdür ki, polislər qanunsuz qumarxana təşkil etməyi ilə bağlı gəliblər. Polis əməkdaşlarının hal şahidlərinin iştirakı ilə baxış keçirmələrinə etiraz etməmiş və bununla bağlı yazılı ərizə yazmışdır. Polis əməkdaşları evə gələndə evin həyətində atası Şahid5 dostu Şahid8 ilə tası 10 manatdan nərd oyunu vasitəsi ilə qumar oynayırmışlar. Elgiz Səfərov isə onların yanında durub oyunu izləyirmiş. Atası və Tural şifahi sorğu zamanı 10 manatdan qumar oynamalarını etiraf etmişlər. Polis əməkdaşları ondan və evin həyətində olan atası Vahiddən, Turaldan, Elgizdən zirzəmidə qumar oyunlarının təşkil olunması barədə soruşmuş, hamı qumarxana barədə məlumatlı olduqlarını etiraf etmişdir. Daha sonra polis əməkdaşları ilə birgə zirzəmiyə daxil olmuş, həmin vaxtı zirzəmidə Rüfət, Qoşqar, Vaqif kişi, Şahverdi və Ruslan masa arxasında oturub «poker» qumar oyunu oynayırmışlar. Onların yanında isə Qoşqarın tanışı Ruslan Məmmədov və ümumi tanışları Mövlə Məmmədov olmuş, həmin iki nəfər pulları olmadığına görə qumar oynamamış, yalnız oyuna baxmışlar. Baxış zamanı qumar masasının üzərindən 4080 manat və 400 ABŞ dolları pul aşkar olunmuş, sorğu zamanı bütün oyunçular evin zirzəmisində uzun müddətdir qumarxana təşkil olunmasını və mütəmadi həmin oyunlarda iştirak etmələrini etiraf etmişdirlər. Polis əməkdaşları tərəfindən baxışla bağlı protokol tərtib olunmuş, pul vəsaitləri və iki dəst poker kartı zərfə qablaşdırılmışdır. Bundan əlavə atasıgilin nərd oynadığı masadan aşkar olunmuş 10 manat pul da ayrıca zərfə qablaşdırılmışdır. Qumarxananı tək təşkil etmiş və saxlamış, atası Vahidin bu işə heç bir aidiyyəti və köməkliyi olmamışdır. Lakin evin zirzəmisində qumarxana təşkil etməsindən atasının xəbəri olmuş, atası bir neçə dəfə bu işlə məşğul olmamağı ona məsləhət görsə də, öz tamahı ucbatından bu cinayəti törətmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, o, oğlu – iş üzrə Təqsirləndirilən şəxsla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Vaqifə qumarxana təşkil etməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etmiş, lakin oğlu öz tamahı ucbatından bu işə baş qoşmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 01.00 radələrində yaşadığı evin həyətində oğlunun dostu olan, onun da tanıdığı Şahid8 ilə nərd oynayırmış, Elgiz adlı şəxs də onların yanlarında durub oyuna baxırmış. Əvvəllər də Tural ilə nərd oynamış, hətta bir dəfə nərd oyununda Tural ona bir quzu da uduzmuşdur. Turalla nərd oynayan zaman içəri mülki geyimli polis əməkdaşları daxil olmuş və özlərini təqdim etdikdən sonra daxil olmuş məlumatla bağlı hal şahidlərinin iştirakı ilə baxış keçirəcəklərini bildirmişlər. Baxış keçirilməsinə etiraz etməmiş, polis əməkdaşları onun iştirakı ilə evin zirzəmisinə baxanda qumar oynanılmasını aşkar etmişlər. Həmin vaxtı zirzəmidə Rüfət, Qoşqar, Vaqif, Şahverdi və Ruslan qumar oynayırmışlar. Qumar masasının üzərində 4080 manat və 400 ABŞ dolları pul olmuş, sorğu zamanı bütün oyunçular evin zirzəmisində uzun müddətdir qumarxana təşkil olunmasını etiraf etmişlər. Sonra baxışla bağlı protokol tərtib olmuş, aşkar olunmuş pul vəsaitləri hal şahidlərinin və onun iştirakı ilə sayılmış, pul və oyun kartları zərfə qablaşdırılmışdır. İbtidai istintaqda şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında yerləşən evin zirzəmisində təşkil edilmiş qumarxanada bir neçə dəfə olmuşdur. Adətən həmin qumarxanaya saat 21.00 radələrində getmiş, saat 03.00-04.00 radələrinədək qumar oynamışdır. «Poker» oyunu vasitəsi ilə pul uduşlu qumar oynanılmışdır. Qumar oynamağı təşkil etdiyinə görə Vaqifə hər dəfə ümumi oyun üçün cəmi 100-200 manat pul verirmişlər. Həmin qumarxananın sahibi kimi Təqsirləndirilən şəxs tanımış, onunla normal münasibətləri olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Qaraçuxur qəsəbəsindəki evin zirzəmisində Təqsirləndirilən şəxs təşkil etdiyi qumarxanaya gəlmiş, normal və adi qaydada «Poker» qumar oyunu davam etmiş, həmin vaxt Şahid1, Şahverdi, Qoşqar və Rüfət də qumar oynamışlar. Mövlə və Ruslan adlı şəxslər isə ayaq üstə dayanıb, qumarı izləmişlər. xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə, saat 01 radələrində zirzəmidə qumar oyunu davam edən zaman içəri ev sahibləri ilə birgə polis əməkdaşları və hal şahidləri daxil olmuş, buna görə də «Poker» qumar oyununu dayandırmışlar. Həmin vaxtı qumar masasında «Poker» oyunu nəticəsində əldə edilmiş cəmi 4048 manat və 400 ABŞ dolları pul olmuş, polis əməkdaşları ondan qumarxana barədə soruşanda, qumar oynamağını və zirzəmidə gizli qumarxananın təşkil edilməsini etiraf etmişdir. Daha sonra baxışla bağlı protokol tərtib olmuş və onun tərəfindən imzalanmışdır. Qumar oyunundan əldə edilmiş pul vəsaiti onların iştirakı ilə sayılmış və qablaşdırılmışdır. «Poker» qumar oynunda aşkar edilmiş pul vəsaiti və oyun kartları maddi sübut kimi götürülmüşlər. Qumarxanaya Təqsirləndirilən şəxs sahiblik etmiş, oyun zamanı sifarişləri də Vaqif yerinə yetirmişdir. Qumarxananı saxlamaqda Vaqifə kiminsə köməklik etməsinin şahidi olmamış, qumarxanaya görə pulu da ondan Vaqif yığmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin avqust ayından etibarən ünvan 4 F ünvanında yerləşən evin zirzəmisində təşkil edilmiş qumarxanaya getmişdir. Həmin qumarxananın sahibi Təqsirləndirilən şəxsdur və qumar yeri gizli təşkil olunmuşdur. Həmin qumarxanada bir neçə dəfə olub. Oyun adətən saat 23.00 radələrindən başlamış və saat 03.00 radələrinədək davam etmişdir. Qumar oynamağı təşkil etdiyinə, bunun üçün şərait yaratdığına görə Vaqifə hər oyun uçün 100-200 manat haqq ümumi oyunçulardan yığılaraq verilmişdir. x xxxxxxxx 2020-ci il tarixdə saat 22-23 radələrində tanışı Şahverdi və Ruslanla birlikdə qumar oynamaq üçün Vaqifin təşkil etdiyi qumarxanaya gəlmişlər. Həmin vaxt Ruslan, Şahverdi, Qoşqar və Rüfət də onunla birgə qumar oynayırmış. Mövlə və Ruslan adlı şəxslər isə ayaq üstə dayanıb qumarı izləyirmiş. x xxxxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində zirzəmidə qumar davam edən zaman, içəri ev sahibləri ilə birgə polis əməkdaşları və hal şahidləri daxil olmuşlar. Onlar məcbur olub «Poker» qumar oyununu dayandırmışlar. Həmin vaxt qumar masasında 4048 manat və 400 ABŞ dolları pul var olmuşdur, əmin pul «Poker» oyunu nəticəsində əldə edilmiş pul vəsaiti olub. Sorğu zamanı qumar oynamaları və zirzəmidə gizli qumarxananın təşkil edilməsini etiraf etmişlər. Daha sonra baxışla bağlı protokol tərtib olunmuşdur. Qumar oyunundan əldə edilmiş pul vəsaiti onların iştirakı ilə sayılmış və protokola qeyd olunmuşdur. Protokol düzgün tərtib edildiyinə görə tərəfindən imzalanmışdır. “Poker” qamar oynunda aşkar edilmiş pul vəsiti və oyun kartları zərfə qablaşdırılmış və tərəfindən həmin zərf imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, artıq bir il olar ki, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu ünvan 4 F ünvanında yerləşən evin zirzəmisində qumarxana təşkil edib saxlamışdır. O, özü də hərdən bir qumar oynayırmış. Həmin evin zirzəmisindəki qumar oyunlarında iştirak etmişdir. Qumarxananın təşkilatçısı Vaqif olmuşdur. Qumar yerinin təşkil edilməsinə görə pulu da ondan sonuncu almışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 22-23 radələrində Qaraçuxur qəsəbəsində aşadığı evin zirzəmisində Vaqifin təşkil etdiyi qumarxanaya gəlmişdir. Pul uduşlu “Poker” qumar oyunu adi qaydada davam etmişdir. Həmin vaxtı onunla birlikdə Vaqif, Şahverdi, Qoşqar və Ruslan da qumar oynayırmış. Mövlə və Ruslan adlı şəxslər isə ayaq üstə dayanıb qumarı izləyirmişlər. 02 sentyabrdan xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə saat 24.00-01.00 radələrində zirzəmidə qumar oyunu davam edən zaman içəri ev sahibləri ilə birgə polis əməkdaşları və hal şahidləri daxil olmuşlar. Həmin vaxtı qumar masasında “Poker” oyunu nəticəsində əldə edilmiş 4048 manat və 400 ABŞ dolları pul var olmuşdur. Sorğu zamanı qumar oynadıqlarını və zirzəmidə gizli qumarxananın təşkil edilməsini etiraf etmişdir. Qumar oyunundan əldə edilmiş pul vəsaiti maddi sübut kimi götürülmüşdür və onların iştirakı ilə sayılaraq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 22.00 radələrində Qaraçuxur qəsəbəsində yaşadığı evin zirzəmisində Vaqifin təşkil etdiyi qumarxanaya gəlmişdir. Pul uduşlu «Poker» qumar oyunu oynamağa başlamış, həmin vaxtı onunla birlikdə Vaqif, Rüfət, Şahverdi və Ruslan da qumar oynamışlar. Mövlə və Ruslan adlı şəxslər isə ayaq üstə dayanıb qumarı izləmişlər. 02 sentyabrdan xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə saat 01.00 radələrində zirzəmidə qumar oyunu davam edən zaman, içəri ev sahibləri ilə birgə polis əməkdaşları və hal şahidləri daxil olmuşlar və qumar oynadıqlarını aşkar etmişlər. Sorğu zamanı qumar oynadıqlarını etiraf etmişlər. Həmin vaxtı qumar masasında «Poker» oyunu nəticəsində əldə edilmiş 4048 manat və 400 ABŞ dolları pul olmuşdur. Qumar oyunundan əldə edilmiş pul vəsaiti maddi sübut kimi götürülmüşdür və iştirakları ilə qablaşdırılmışdır. Baxışla bağlı protokol tərtib olunmuş və doğruluğu tərəfindən imza ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs atası Vahidlə nərd oynamaq üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 111F saylı ünvana yollanmış, əvvəllər də Vaqifin atası ilə nərd oynamışdır. Bundan əlavə Vaqifin yaşadığı evin zirzəmisində qumarxana təşkil etməsindən və saxlamasından məlumatı olmuşdur. 2 sentyabrdan 03 sentyabra keçən gecə evin həyətində Şahid5la tası 10 manatdan nərd oynayırmış, bu zaman mülki geyimli polis əməkdaşları evin həyətinə daxil olmuş, evin sahibləri ilə birgə zirzəmiyə baxış keçirilmiş və zirzəmidə qumar oyunu aşkar edilmişdir. Baxış zamanı qumar masasından 4048 manat və 400 ABŞ dolları pul aşkar olunmuş və baxışla bağlı protokol tərtib edildikdən sonra tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, o, x xxxxxxxx 2020-ci il tarixdə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Həmin tarixdə saat 00.30 radələrində tədbir iştirakçıları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 111F saylı evə yollanmış, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə evin zirzəmisinə baxış keçirilərkən Şahverdi, Vaqif, Qoşqar, Ruslan, Rüfət adlı şəxslərin «Poker» qumar oynamaları müəyyən edilmiş, baxış zamanı qumar oyununa aid 4048 manat və 400 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunmuşdur. Poker oynayan şəxslər həmin pul vəsaitinin qumara aid olmasını bildirmiş, pul vəsaiti ilə yanaşı iki dəst «Poker» oyun kartı da polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək qablaşdırılmışdır. Daha sonra baxışla bağlı protokol tərtib olunmuş və protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. İbtidai istintaqda şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o, x xxxxxxxx 2020-ci il tarixdə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Həmin tarixdə saat 00.30 radələrində tədbir iştirakçıları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 111F saylı evə yollanmış, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə evin zirzəmisinə baxış keçirilərkən Şahverdi, Vaqif, Qoşqar, Ruslan, Rüfət adlı şəxslərin «Poker» qumar oynamaları müəyyən edilmiş, baxış zamanı qumar oyununa aid 4048 manat və 400 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunmuşdur. Poker oynayan şəxslər həmin pul vəsaitinin qumara aid olmasını bildirmiş, pul vəsaiti ilə yanaşı iki dəst «Poker» oyun kartı da polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək qablaşdırılmışdır. Daha sonra baxışla bağlı protokol tərtib olunmuş və protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid9 ifadəsində göstərmişdir ki, Vaqif adlı şəxsin ünvan 3 ünvanında yerləşən evin zirzəmisində qumarxana təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olmuş, tədbirdə iştirakı etmələri üçün hal şahidləri də müəyyən edildikdən sonra xx xxxxxxxx 2020-ci il tarixdə saat 00.20 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd olunan qəsəbədə yerləşən 111F nömrəli evin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs həyət evinin giriş darvazasının qarşısında müəyyən edib ona yaxınlaşmış, özünü təqdim edib qumarxana ilə bağlı daxil olmuş məlumatla əlaqədar baxış keçirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qumarxana təşkil etməsini etiraf etmiş və baxış keçirilməsinə etiraz etməyərək bu məqsədlə yazılı ərizə təqdim etmişdir. Giriş darvazasından içəri daxil olan zaman evin sahibi Şahid5 və Şahid8 həyətdə nərd oynamasını aşkar etmiş, Elgiz Səfərov isə ayaq üstə dayanıb onları izləyirmiş. Masa üzərində 10 manat aşkar etmiş, sorğu zamanı Vahid və Turalın pul uduşlu nərd oynaması məlum olmuşdur. Sorğu zamanı evin zirzəmisində qumarxana təşkil olunması təsdiq olunduğundan ev sahiblərinin iştirakı və razılığı ilə zirzəmiyə daxil olmuş, zirzəmidə 5 nəfər şəxs - Şahid1, Şahverdi Quliyev, Şahid4, Şahid3 və Şahid2 pul uduşlu «Poker» oynamasını müəyyən etmişdir. Baxış zamanı masa üzərindən qumar oyunu nəticəsində əldə olunmuş ümumilikdə 4048 manat və 400 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunmuş, həmin pul vəsaiti iki dəst «Poker» oyun kartları ilə birlikdə maddi sübut kimi götürülərək qablaşdırılmışdır. Bundan əlavə Vahid və Turalın oynadığı nərd oyunu zamanı qumar masasının üzərindən aşkar olunmuş 10 manat pul vəsaiti də ayrıca zərfə qablaşdırılmışdır. Daha sonra baxışla bağlı protokol tərtib olumuş və həmin protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Keçirilmiş tədbirlər nəticəsində qanunsuz qumarxananın təşkil edilməsində Vaqifdən əlavə digər şəxslərin iştirakı müəyyən edilməmiş, həmin xüsusatla bağlı daxil olmuş əməliyyat məlumatında da qumarxananın məhz Vaqif tərəfindən təşkil edilməsi göstərilmiş, başqa şəxslərin adları hallanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid10 Şahid9 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisində Təqsirləndirilən şəxs tərəfindən qumarxana təşkil edilməsini və saxlanmasını göstərmişlər. İbtidai istintaqda şahid qismində dindirilən Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid11 Şahid9 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisində Təqsirləndirilən şəxs tərəfindən qumarxana təşkil edilməsini və saxlanmasını göstərmişlər. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə sübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növünə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs X6 ilə evlidir, onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olub. Cinayət işinin materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, evli və himayəsində 2 azyaşlı uşaq olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxs ailəlidir və himayəsində 2 azyaşlı uşağı vardır. Cinayət qanunvericiliyin tələblərinə əsasən isə cəza təyin edilərkən, bu cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 4048 manat və 400 ABŞ dolları məbləğində pul vəsaiti dövlət nəfinə müsadirə olunmalı, qumar oynamaq üçün ləvazimat hesab edilən 02 dəst “Poker” oyun kartı məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20 % faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 01 gün müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Baş X1 İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 4048 manat və 400 ABŞ dolları məbləğində pul vəsaiti dövlət nəfinə müsadirə olunsun və qumar oynamaq üçün ləvazimat hesab edilən 02 dəst “Poker” oyun kartı məhv edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-63/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-63/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver