Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-63/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, döngə 1, ev 3də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Rüstam qızının etibarından sui-istifadə edib, onun oğlu X4 barəsində Bakı Ağır Jinayətlər Məhkəməsində olan cinayət işi üzrə azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəzaya dair hökmün çıxarılmasına köməklik göstərəcəyinə vəd verib aldadaraq, 28 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda olan evinin qarşısında 10.000 manat, 04 mart 2021-ci il tarixdə həmin ünvanda eyni işin həll olunması üçün oğlunun xəsarət yetirmiş olduğu zərərçəkmiş şəxs barəsində Suraxanı rayon məhkəmə-tibb ekspertizası tərəfindən verilmiş ağır bədən xəsarətinə dair rəyi dəyişidirməklə, yüngül bədən xəsarət alacağı adı ilə 500 manat, 06 mart 2021-ci il tarixdə həmin ünvanda eyni işin həll olunması üçün oğlunun məhkəmə prosesi zamanı yaxşı müdafiə hüququ ilə təmin olunması üçün yeni vəkillə müqavilə bağlamaq adı ilə 600 manat, 08 mart 2021-ci il tarixdə həmin ünvanda eyni işin həll olunması üçün özünün müxtəlif instansiyalara ərizlər yazdırması, işlərin arxasınca şəxsi nəqliyyatı ilə getməsinə görə iş xərcləri adı ilə 500 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 11.600 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, icarəyə götürmüş olduğu avtomobillə taksi faəliyyəti ilə məşğul olmuş, faktiki olaraq hər hansı işlə məşğul olmamış və xeyli müddət olar ki, «Topaz» mərc oyunlarında iştirak edərək, əsasən futbol oyunlarına hesab kuponları yazmışdır. O, hər dəfə yaxınlarına özünü geniş əlaqəli şəxs olaraq təqdim etmiş və hər dəfə istənilən məhkəmə işini və ya polisdə olan işi həll etmək üçün yaxın qohumlarının olmasını və onlar vasitəsi ilə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirmişdir. O, Şahid2 ilə birlikdə Şüvəlan istintaq təcəridxanasına tanımadığı X4 yanına yemək aparmış və həmin vaxtı Səməd ona bildirmişdir ki, bəs həmin şəxsin əlində 10.000 manat civarında pul vardır və həmin şəxsin işinin həll olunmasına köməklik lazım olmasını bildirmişdir. O, özünü yuxarı dairəli şəxslər ilə əlaqəli şəxs olaraq təqdim edib, hər hansı qohumu olmadığı halda, Bakı Ağır Jinayətlər Məhkəməsində işləyən qadın qohumu vasitəsi ilə həmin X6 işlərini həllə etmək iqtidarında olduğunu, həmin şəxsə yüngül cəza verdirməklə, məhkəmə zalından buraxdırmaq gücündə olduğunu bildirmişdir. Bu zaman Səməd ona bildirmişdir ki, bu məqsədlə onu İmranın anası ilə görüşdürə bilər, o, isə bu təklifə etiraz etməmişdir. Səməd ona bildirmişdir ki, bəs X9 Hüseyn Babayeviçlə aralarında yaranmış mübahisə zamanı, sonunjunu bıçaqla vuraraq xəsarət yetirməsi faktına görə Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində müstəntiq Orxan Allahquliyev tərəfindən cinayət işi başlanmış, 27 oktyabr 2020-ci il tarixdə İmran saxlanılaraq istintaqa təqdim olunmuş, həmin tarixdə şübhəli şəxs qismində barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, barəsində olan cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tamamlanaraq, 26 ferval 2021-ci il tarixdə ittiham aktı təsdiqlənərək, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 27 fevral 2012-ci il tarixdə İmran Nağıyev barəsində olan həbs qətimkan tədiri 20 gün müddətində uzadılmaqla, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin 20 gün müddətində uzadılma ilə əlaqədar olaraq o, Suraxanı rayon məhkəməsinə gəlmiş, ona bütün bunları Səməd demişdir. Həmin məhkəmə zamanı o, Səməd vasitəsi ilə məhkəməyə gəlmiş, İmranın anası Zərərçəkmiş şəxs Rüstəm qızı ilə tanış olmuş, sonunjunu əvvəllər tanımamışdır. Görüş zamanı Səməd onu özünün dostu olaraq təqdim edib, bir neçə şəxsə onun eyni qaydadada köməklik etdiyini bildirmişdir. Səməd onun yalanından onun demiş olduğu sözlərə inanıb, Esmiraya da oğluna da köməklik edəjəyini bildirmişdir. Səhəri günü, yəni 28 fevral 2021-ci il tarixdə o, Səmədə bildirmişdir ki, istifadəsində olan mobil nömrədən Esmiranın istifadəsində olan 055 *** ** ** nömrəyə zəng etsin, sonunjunun evdə olub- olmadığı ilə maraqlansın. Səməd Esmiraya zəng etmiş və Esmira evdə olduğunu bildirən zaman, o, Səməd ilə birlikdə onun evinə gedib, İmranın işi ilə bağlı söhbət etmişdir. 28 fevral 2021-ci il tarixdə, saat 15 radələrində o, Səməd ilə Esmiranın evinin qarşısına gəlmişlər. Həmin ünvana onun idarə etdiyi «Toyota Pirus» markalı avtomobillə getmişlər. X5 da gəlmişdir. O, bir daha görüş zamanı özünü geniş imkanları olan şəxs kimi təqdim edib, yalandan qardaşının curnalistika sahəsində çalışmasını, dayısının yüksək rütbəli məmur olmasını, həmçinin, Bakı Ağır Jinayətlər Məhkəməsində hakim İlham Mahmudovun atasının dostu olmasını və dəfələrlə onun vasitəsi ilə məhkəmədə olan işləri görməsini bildirmişdir. Esmiraya oğlunun Ağır Jinayətlər Məhkəməsində barəsində olan cinayət işi üzrə daha yüngül, yəni azadılğın məhdudlaşdırılması növündə cəza təyin etdirməklə, oğlunun məhkəmə zalından azad etdirəcəyini bildirmişdir. O, Esmirədən həmin işin müqabilində 12.000 manat pul istəmiş, sonunju isə həmin miqdarda pulu olmadığını, yalnız 10.000 manat düzəldə biləcəyini bildirmişdir. Həmin gün, yəni 28 fevral 2021-ci il tarixdə Esmirə Səmədin və oğlu Kamranın iştirakı ilə onun idarə etdiyi avtomobilin salonunda 10.000 manat olan 100-lük əskinazları sayıb ona vermişdir. O, da pulu saymaqla, ondan qəbul etmiş və bildirmişdir ki, bəs tezlikdə işi həll edəcəkdir. Esmira artıq onun sözlərinə tam olaraq inanmışdır. Pulu verdiyi gündən 3-4 gün sonra o, Esmirəyə zəng vurmaqla yaşadığı evə getmiş və zərərçəkmiş şəxs barəsində məhkəmə tibb ekspertizası tərəfindən düzgün rəy verilmədiyini bildirmiş, həmin vaxtı Səməd də onun yanında olmuşdur. Görüş zamanı o, ekspertizanın rəyini dəyişdirməklə, yüngül xəsarətə dair rəy alacağını bildirmişdir. Esmirə onun sözlərinə inanmış və qeyd etdiyi şəxslərin yanında yaşadığı evdə ona 500 manat pul vermişdir. Həmin hadisə 04 mart 2021-ci il tarixə olmuşdur. Təxminən 06 mart 2021-ci il tarixdə o, yenə Esmirə ilə zəngləşib evinə getmiş, həmin vaxtı evdə sonuncunun gəlini Günay Xəlilova, onun əri Nəriman və oğlu Kamran olmuşlar. Onların yanında Esmirəyə bildirmişdir ki, bəs oğlunun yaxşı müdafiə olunması üçün təzə müdafiəçi tutmuş və adının Fuad olmasını bildirmiş və onunla müqavilə bağlanması üçün 600 manat lazım olmasını bildirmişdir. Onun Fuad ilə heç bir tanışlığı olmamışdır və həmin pulu aparıb, Fuada 500 və 100 manat olmaqla vermiş və öz adından müqavilə bağlamışdır. Fuad Nizami metrosunun yaxınlığında olan vəkil bürosunda oturmuşdur. Esmirə ona etiraz etməmiş və həmin tarixdə adlarını çəkmiş olduğu ailə üzvlərinin iştirakı ilə evində həmin 600 manatı ona vermişdir. 08 mart 2021-ci il tarixdə o, yenə Esmirənin evinə getmiş və bildirmişdir ki, bəs ərizə yazdırır, hər yerə öz avtomobilini sürür ona görə özünündə şəxsi xərcləri olmasını görə ona 500 manat pul verməsini bildirmiş, işlərin getməsini və hər şeyin yaxşı olacağını bildirmişdir. Esmirə həmin vaxtı qonşusu Elşən kimi bildiyi şəxsin yanında həmin 500 manat pulu ona vermişdir. Həmin pulu götürüb, Esmiranın evini tərk etmişdir. X16 barəsində məhkəmə prosesləri başlamış və o, Səmədlə və Esmirə ilə birlikdə bu proseslərə getmiş və hər dəfə Esmirəni avtomobillə gəlib evdən götürmüşdür. Onlar məhkəmədə olan zaman Esmirə oğlu barəsində hər hansı müsbət işin olmadığını görüb anlamışdır ki, onu aldadırlar. Esmira hər şeyi anlamışdır və Səmədə bildirmişdir ki, o, yalan danışır. Bundan sonra o, Esmira ilə söhbətdən qaçmışdır. Esmira onu axtarmağa başlamış və o, sonuncunun telefon zənglərinə cavab verməmiş və ya telefonda bəhanər etmişdir. Esmira aldadıldığını anlamış, sonra istifadəsində olan mobil nömrədən danışıq zamanı onun səsini yazmışdır. Onlar arasında olan danışıqlar zaman o, pulu qaytacağına söz vermişdir. Həmin puldan o, Səmədə 450 manat vermişdir. Onlar arasında borc söhbəti olmuşdur. Həmin puldan 600 manatın o, vəkilə vermişdir. Sonra Esmirə onun qonşuluğuna gəlib, onun barəsində maraqlanmağa başlamışdır. Sonunju onun qonşusu olan Oruc ilə gəlmiş, bundan sonra o, Oruca 3000 manat və 400 manat pul vermişdir ki, onu aparıb Esmirəyə versin. Sonra Esmira bir neçə dəfə onların evlərinə gəlmiş və söz söhbət salmışdır. O, Esmirədən almış pulu topaz mərc oyunlarında uduzmuşdur. O, istintaq təsridxanasında saxlanılan vaxt yaxın qohumları Suraxanı RPİ-nin qarşısında Esmirə ilə görüşmüş və onun götürdüyü pulun hamısını sonunjuya qaytarmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında oğlu İmran tanışı Hüseynlə aralarında yaranmış mübahisə zamanı sonunjunu bıçaqla vuraraq xəsarət yetirməsi faktına görə barəsində cinayət işi başlanmışdır. 27 fevral 2012-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə oğlunun barəsində olan həbs qətimkan tədbiri 20 gün müddətində uzadılmaqla, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. O, həmin gün Suraxanı rayon məhkəməsinə gəlmiş, oraya İmanın dostu olan Səməd də gəlmiş və həmin vaxtı sonuncunun yanında daha bir nəfər, əvvəllər tanımadığı, hər hansı ədavət düşmənçilyi olmayan hazırki iş üzrə Təqsirləndirilən şəxs da olmuşdur. Məhəri ilk dəfə həmin ünvanda görmüşdür. Onların görüşü zamanı Səməd ona bildirmişdir ki, Məhər ona bir neçə şəxsə köməklik etdiyini və ayrı-ayrı şəxsləri məsuliyyətdən azad olunmasına yaxından kömək etməklə, məhkəmə və istintaq orqanlarından buraxdığını bildirmiş və müəyyən pul məbləği müqabilində İmrana da bu jür kömək edə biləsəyini göstərmişdir. Səhəri günü, yəni 28 fevral 2021-ci il tarixdə Səməd istifadəsində olan 055 *** ** ** mobil nömrədən onun istifadəsində olan 055 *** ** ** nömrəyə zəng edib, evdə olub – olmadığı ilə maraqlanmış və o, evdə olduğunu bildirən zaman, Səməd Məhərlə birlikdə onun evinə gəlib, İmranın işi ilə ilə bağlı söhbət etmək istədiyini bildirmişdir. O, etiraz etməmiş və 28 fevral 2021-ci il tarixdə, saat 15 radələrində Səməd Məhər ilə onun evinə gəlmiş və onun evi 3 il bundan öncə baş vermiş yanğın zamanı pis vəziyyətə düşdüyündən, onlara bildirmişdir ki, bəs evdə münasib şərait yoxdur, gəlsinlər evinin yanından ona xəbər etsinlər, o, evdən çıxıb, onların gəlmiş olduqları avtomobilə əyləşməklə söhbət edəcək. Onlar həmin ünvana xatırlamadığı xarici istehsallı avtomobillə gəlmişlər və o, görüşə oğlu Kamran ilə getmişdir. Onlar gəlib evin qarşısında avtomobilə dayanmışlar və o, da oğlu ilə avtomobilin salonunda arxada əyləşmişlər. Məhər bir daha özünü geniş imkanları olan şəxs kimi təqdim edib, qardaşının curnalistika sahəsində çalışmasını, dayısının yüksək rütbəli məmur olmasını, həmçinin, Bakı Ağır Jinayətlər Məhkəməsində hakimi ilə atasının dost olmasını və dəfələrlə onun vasitəsi ilə məhkəmədə olan işləri görməsini bildirmiş və özünün də Nərimanov rayonunda işləyən, dəqiq olaraq xidmətini bilmədiyi polis əməkdaşı olaraq təqdim edib, onun oğlunun işinin adını çəkmiş əsində azadılğın məhdudlaşdırılması növündə cəza təyin etdirməklə, məhkəmə zalından azad etdirəcəyini bildirmişdir. Məhər ondan həmin işin müqabilində 12.000 manat pul istəmiş, o, isə həmin miqdarda pulu olmadığını, yalnız 10.000 manat düzəldə biləcəyini bildirmiş, həmin miqdarda pulun üzərində olduğunu demişdir. 28 fevral 2021-ci il tarixdə o, Səmədin və oğlu Kamranın iştirakı ilə Məhərin idarə etdiyi avtomobilin salonunda 10.000 manat olan 100-lük əskinazları sayıb Məhərə vermiş və sonunju da pulu saymaqla ondan qəbul etmiş və bildirmişdir ki, bəs tezlikdə işi həll edəcəkdir. O, artıq Məhərin sözlərin tam olaraq inanmışdır. Pulu verdiyi gündən 3-4 gün sonra Məhər ona zəng vurmaqla yaşadığı evə gəlmiş və bildirmişdir ki, bəs zərərçəkmiş şəxs barəsində məhkəmə tibb ekspertizası tərəfindən düzgün rəy verilməmişdir. Məhər yenə Səməd ilə onun evinə gəlmiş və həmin vaxt Kamran da onun yanında olmuşdur. Görüş zamanı Məhər ona həmin ekspertizanın rəyinin dəyişdirməklə, zərərçəkmiş şəxsin yüngül xəsarət alması barədə rəy alacağını bildirmişdir. O, da sonuncunun sözünə inanmış və qeyd etdiyi şəxslərin yanında yaşadığı evdə 500 manat pulu Məhərə vermişdir, bu təxminən 04 mart 2021-ci il tarixdə olmuşdur. Təxminən 06 mart 2021-ci il tarixdə Məhər onunla zəngləşib evinə gəlmiş və həmin vaxtı evdə gəlini Günay Xəlilova, əri Nəriman və Kamran olmuşlar və onların yanında Məhər ona bildirmişdir ki, bəs oğlunun yaxşı müdafiə olunması üçün təzə müdafiəçi tutmuşdur və həmin şəxsin xatırlamadığı vəkil bürosunda işləməsini və adının Fuad olmasını bildirmişdir. Fuadla müqavilə bağlanması üçün 600 manat lazım olmasın bildirmişdir. O, yenə etiraz etməmiş və həmin tarixdə adlarını çəkmiş olduğu ailə üzvlərinin iştirakı ilə evində həmin 600 manatı Məhərə vermiş və Məhər həmin pul götürüb evini tərk etmiş, həmin görüşə Məhər Səmədsiz gəlməsinə görə o, Səmədə zəng vurub Məhərin evinə gəlib, vəkil adı ilə ondan 600 manat pul almasını bildirmişdir. Səməd demişdir ki, Məhər işi həll edir, eybi yoxdur. Bundan başqa, həmin görüşdən təxminən bir neçə gün sonra 08 mart 2021-ci il tarixdə Məhər yenə tək onun evinə gəlmiş və ona bildirmişdir ki, bəs işlə bağlı ərizə yazdırır, hər yerə öz avtomobilini sürür, ona görə özünün də şəxsi xərcləri vardır, ona görə özünə də 500 manat pul verməsini bildirmişdir ki, bəs işlər gedir və hər şey yaxşı olacaqdır. O, həmin vaxtı qonşusu Elşənin yanında həmin 500 manat pulu Məhərə vermişdir. Artıq oğlu barəsində məhkəmə prosesləri başlamış, Məhər Səmədlə və onunla birlikdə həmin proseslərə getmiş və hər dəfə Məhər avtomobili ilə gəlib, onu evdən götürmüşdür. Onlar məhkəmədə olan zaman oğlu barəsində hər hansı müsbət nətisələrin olmadığı, hakim tərəfindən prosesin zərərçəkmiş şəxsdən aslı olaraq təxirə saldığı onda şübhə yaratmışdır. O, isə artıq hər şeyi anlamış, Səmədə bildirmişdir ki, bəs Məhər yalan danışır. Artıq o, hər şeyi anlamış və bundan sonra Məhərlə onunla söhbətlərdən qaçmış və o, Səməd ilə birlikdə Məhəri axtarmağa başlamış və o telefonlara cavab verməmiş və telefonlara cavab verən zaman isə hər dəfə bir bəhanə etmişdir. O, Təqsirləndirilən şəxs dələduz olduğunu anladıqdan sonra istifadəsində olan mobil nömrədən onun mobil nömrəsinə zəng edib, onun səsini yazmağa başlamışdır. Belə ki, onlar arasında olan danışıqlar zaman Məhər ona pulu qaytacağı ilə barədə söz vermiş, hər dəfə onu aldatmş, görüşə gəlməmiş, həmin pulun 450 manatını Səmədə verməsini, qalan hissəsinin isə Orxan Əfəndiyev adlı DİN-də işləyən şəxsə verməsini demişdir. Hətta həmin puldan 600 manatın vəkilə verməsini bildirmiş, o vəkillə görüşən zaman Məhərin ona həmin puldan 500 manat Məhər tərəfindən ona verilməsini və həmin pula müqavilə bağlanmasını bildirmişdir. Səməd isə ona Məhər tərəfindən 450 manat verilməsini bildirmişdir. O, Məhərin qonşuluğuna getmiş, sonuncunun ailəsi ilə maraqlanmış, həmin vaxt Məhərin yaxın qonşusu olan Oruca baş vermiş hadisə barəsində danışmış və sonunju ona Məhəri tanıdığını, onun qonşusu olmasını və pulun alınmasında ona köməklik edəcəyini bildirmişdir. Belə ki, Oruc ona Məhərin evinə gedəjəyini və pulu gətirib ona verəcəyini bildirmişdir. Oruc Məhəri dələduz olaraq təqdim etmişdir. Sonradan Orucdan da xəbər olmamış, o, məcbur olub Məhərin evinə getmiş, onların evində onlarla münaqişə etmişdir. Həmin vaxtı evdə olan Məhərin atası, anası, qardaşı Məhərə cavabdeh olmadıqlarını bildirmişlər. Orda münaqişə olmuş və həmin münaqişə zamanı heç kim xəsarət almamışdır. Daha sonra Oruj Məhərdən 3.000 manat və 400 manat, jəmi 3.400 manat alaraq, ona qaytarmışdır. İbtidai istintaq yekunlaşdığı ərəfədə Məhərin qohumları Suraxanı RPİ-nin qarşısında ona 2.000 manat məbləğində pul vermişlər, şərtləri bu olmuşdur ki, bunun müqabilində o, Məhərdən heç bir şikayətinin və tələbinin olmadığını, alınmış pulun tamamilə ona qaytarıldığını yazsın, bu ərizə əsasında Məhər istintaq təsridxanasından azad olunsun və pulun qalan hissəsini ona ödəsin. O, məjburiyət qarşısında qalaraq, 2.000 manat pulun müqabilində belə bir ərizə yazmışdır. Lakin qeyd etmək istəyir ki, Məhərin özü və qohumları tərəfindən hazırki vaxtadək ona jəmi 5.400 məbləğində pul qaytarılmışdır. Dünən Məhərin qohumları ona zəng edərək, qalan pulun əvəzinə mebel qarnituru verə biləsəklərini təklif etmiş, lakin o, bu təkliflə razılaşmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qisminə dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun anasıdır. X13 tanışı Hüseyni bıçaqla vuraraq xəsarət yetirdiyinə görə, barəsində cinayət işi başlanmış, cinayət işi tamamlanaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qardaşı barəsində həbsdə saxlanma müddətinin uzadılması məsələsinə Suraxanı rayon məhkəməsində baxılmış, məhkəməyə tanışları Səməd öz dostu, hazırki iş üzrə Təqsirləndirilən şəxsla birlikdə gəlmişdir. Məhər özünü onun anasına Səmədin dostu olaraq təqdim edib, bir neçə şəxsə köməklik etməsini və ayrı-ayrı şəxslərin də məsuliyyətdən azad olunmasına yaxından kömək etməklə, məhkəmə və istintaq orqanlarından buraxıldığını və bu iş üçün pul verməsini bildirmişdir. 28 fevral 2021-ci il tarixdə, saat 15 radələrində Məhər Səmədlə birlikdə anasının evinin qarşısına gəlmiş və anası ilə söhbət etmiş, söhbət zamanı özünü geniş imkanları olan şəxs kimi təqdim edib, qardaşının curnalistika sahəsində çalışmasını, dayısının yüksək rütbəli məmur olmasını, həmçinin Bakı Ağır Jinaylər Məhkəməsində hakimi İlham Mahmudovun atası ilə dost olmasını və dəfələrlə onun vasitəsi ilə məhkəmədə olan işləri görməsini bildirmiş və özünün də Nərimanov rayonunda işləyən, dəqiq olaraq xidmətini bilmədiyi polis əməkdaşı olaraq təqdim edib, qardaşının işinə adını çəkmiş olduğu şəxslər vasitəsi ilə Ağır cinayətlər məhkəməsində barəsində yüngül, yəni azadılğın məhdudlaşdırılması növündə cəza təyin etdirməklə, məhkəmə zalından azad etdirəcəyini bildirmiş, həmin işin müqabilində anasından 12.000 manat pul istəmiş, anası isə həmin miqdarda pulu olmadığını, yalnız 10.000 manat düzəldə biləcəyini bildirmişdir. 28 fevral 2021-ci il tarixdə anası evdə olan 10.000 manatı götürüb Səmədin və onun iştirakı ilə Məhərin idarə etdiyi avtomobilin salonunda 10.000 manat olan 100-lük əskinazları sayıb Məhərə vermiş, sonunju da pulu saymaqla, anasından qəbul etmişdir. Pulun verildiyi gündən 3-4 gün sonra Məhər anasına zəng vurmaqla yaşadığıları evə gəlmiş və bildirmişdir ki, bəs zərərçəkmiş şəxs barəsində məhkəmə tibb ekspertizası üzrə düzgün rəy verilməmişdir. Belə ki, Məhər yenə Səməd ilə onların evinə gəlmiş və həmin vaxtı o, da evdə olmuşdur. Görüş zamanı Məhər ekspertizanın rəyinin dəyişdirməklə yüngül xəsarət alması barədə rəy alacağını bildirmişdir. Anası Məhərin sözünə inanmış və qeyd etdiyi şəxslərin yanında yaşadığları evdə 500 manat pulu əlbəəl Məhərə vermişdir, bu təxminən 04 mart 2021-ci il tarixdə olmuşdur. Təxminən 06 mart 2021-ci il tarixdə Məhər anası ilə zəngləşib evlərinə gəlmiş və həmin vaxtı evdə Günay Xəlilova, Nəriman və o, olmuşlar. Məhər anasına bildirmişdir ki, bəs qardaşının yaxşı müdafiə olunması üçün təzə müdafiəçi tutmuşdur və həmin şəxsin xatırlamadığı vəkil bürosunda işləməsini və adının Fuad olmasını bildirmişdir və onunla müqavilə bağlanması üçün 600 manat lazım olmasını bildirmişdir. Anası yenə etiraz etməmiş və həmin tarixdə adlarını çəkmiş olduğu ailə üzvlərinin iştirakı ilə evində həmin 600 manatı Məhərə vermişdir. Məhər həmin pul götürüb evlərini tərk etmişdir, həmin görüşə Məhər Səmədsiz gəlmişdir. Sonra anasından Məhər əlavə olaraq sair xərclər üçün də 500 manat pul almışdır. Bir müddət sonra məhkəmə prosesləri başlamış, qardaşının barəsində məhkəmədə hər hansı müsbət iş olmamış və Məhər artıq anası ilə söhbətlərdən qaçmışdır. Qardaşının barəsində məhkəmə 4 il müddətində azadlıqdan məhrumetmə cəzası ilə bağlı hökm oxumuşdur. Məhər onun anasından dələduzluq yolu ilə 11600 manat pul alıb, ələ keçirmiş, özünə inam yaratmaq üçün ayrı-ayrı şəxslərin adlarını çəkmişdir. Sonradan Məhər həmin puldan 5.400 manatını onlara qaytarmışdır. İbtidai istintaq zamanı şahid qisminə dindirilmiş Şahid2 göstərmişdir ki, o, hazırki iş üzrə Təqsirləndirilən şəxs təxminən 4 il müddət olar ki, tanıyır. O, Məhər ilə məhərlə uşağı olaraq tanış olmuş və sonunsu həmin ərəfədə «Toyota Prius» markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Məhər onunla yaxın olan zaman ona bildirmişdir ki, bəs bibisi qızı xatırlamadığı məhkəmədə işləyir və bundan başqa onun bir neçə münaqişəli məsələsində ona yaxından köməklik etmiş və hətta onun deməsindən bilmişdir ki, bəs onun dayısı Akif adlı şəxs polis əməkdaşı olmaqla, Suraxanı RPİ-də PPX-in komandiri olmuşdur. O, Məhərin qohumlarının vəzifədə işləməsinə inanmışdır. Təxminən 2 il müddət olar ki, X7 Yeni Suraxanı qəsəbəsində olan kafelərdən birindən olan yaxın tanışları vasitəsi ilə tanımışdır. 2020-ci ildə İmranla Hüseyn adlı şəxs arasında yaranmış mübahisə zamanı İmranın Hüseyni bıçaqla vuraraq xəsarət yetirməsi faktına görə Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanmışdır. 2021-ci ilin əvvəllərində o, Məhər ilə İmrana sonuncunun saxlanıldığı 3 saylı İstintaq Təcridxasında siqret aparan zaman Məhər ona bildirmişdir ki, bəs onun Bakı Ağır Cinayətlər Məhkəməsində işləyən 3- 4-cü adam olan bibisi qızı vardır və həmin şəxs istənilən işin həll olunmasında köməklik edə bilər. 27 fevral 2021-ci il tarixdə İmran Nağıyevin barəsində həbs qətimkan tədbirinin 20 gün müddətində uzadılmaqla, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə prossesindən xəbər tutmuş, Məhərə zəng edib bildirmişdir ki, bəs İmranın məhkəməsidir, ona görə Məhəri məhkəməyə dəvət etmişdir. Məhər də məhkəməyə gəlmiş və İmran barəsində seçilmiş həbs qətimkan tədbirinin 20 gün müddətində uzadılma barədə Suraxanı rayon məhkəməsi tərəfindən qərar qəbul olunmuşdur. Məhər ilk dəfə İmranın anası Esmirəni məhkəmənin binasında görmüşdür. Onlar həmin vaxta kimi bir-birlərini tanımamışlar və aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Görüş zamanı o, İmranın anasına Məhəri dostu olaraq təqdim edib, bir neçə şəxsə onun köməklik etməsini və ayrı-ayrı şəxslərin də məsuliyyətdən azad olunmasına yaxından kömək etməklə, məhkəmə və istintaq orqanlarından buraxıldığını və onun oğlunun işinin də Məhər tərəfindən həll olunacağını bildirmişdir. 28 fevral 2021-ci il tarixdə Məhər istifadəsində olan 055 *** ** ** və ya 070 *** ** ** nömrəsindən onun istifadəsində olan 055 *** ** ** nömrəsində zəng etmiş və bildirmişdir ki, bəs İmranın məsələni bibisi qızı ilə danışmış və həmin şəxslərlə İmranın işini razılaşdırmış, İmrana yüngül cəzə təyin etirməklə, məhkəmə zalından azad etdirəcəyini bildirmiş və həmin işin həll olunması üçün 10.000 manat pul lazım olmasını bildirmişdir. O, da eyni ilə istifadəsində olan 055 *** ** ** mobil nömrədən Esmirənin istifadəsində olan 055 *** ** ** nömrəsinə zəng edib, sonuncu evdə olub – olmadığı ilə maraqlanmış və evdə olduğunu bildirən zaman Məhər ilə birlikdə onun evinə getmiş və İmranın işlə ilə bağlı söhbət etmək istədiyini bildirmişdir. 28 fevral 2021- ci il tarixdə, saat 15 radələrində o, Məhər ilə sonuncu idarə etdiyi «Toyotoa Prius» markalı avtomobillə Esmirənin evinin qarşısına gəlmiş, Esmirə oğlu Kamran ilə görüşə gəlmiş, o, avtomobilə salonda arxada əyləşmişdir. Məhər bir daha özünü geniş imkanları olan şəxs kimi təqdim edib, qardaşının surnalistika sahəsində çalışmasını, dayısının yüksək rütbəli məmur olmasını, həmçinin, Bakı Ağır Sinayətlər Məhkəməsində bibisi qızının işləməsini, dəfələrlə sonuncu vasitəsi ilə məhkəmədə olan işləri görməsini bildirmişdir. Məhər Esmirəyə adını çəkmədiyi şəxs vasitəsi ilə Ağır cinayətlər məhkəməsində oğlu barəsində daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəza təyin etdirməklə, oğlunun məhkəmə zalından azad etdirəcəyini bildirmişdir. Məhər həmin işin müqabilində 12.000 manat pul istəmiş, Esmirə isə həmin miqdarda pulunun olmadığını, yalnız 10.000 manat düzəldə biləcəyini bildirmiş və həmin miqdarda pulun üzərində olduğunu demişdir. 28 fevral 2021-ci il tarixdə Esmirə onun, oğlu Kamranın iştirakı ilə Məhərinin idarə etdiyi avtomobilin salonunda 10.000 manat olan 100-lük əskinazları sayıb Məhərə vermiş və sonunsu da pulu saymaqla qəbul edib bildirmişdir ki, bəs tezlikdə işi həll edəcəkdir. Esmira pulu verən günü o, sonunsuya bildirmişdir ki, onsuz Məhərə pul verməsin. 1-ci pulun verilməsindən 3-4 gün sonra Esmirə ona bildirmişdir ki bəs Məhər ona zəng edərək, görüşə gəlməklə 500 manat istədiyini bildirmiş, o, da Məhərə zəng etmişdir ki bəs onu özü ilə görüşə aparsın. Onlar Esmirənin evinin qarşısına getmiş, orda Məhər bildirmişdir ki, oğlunun işində zərərçəkmiş şəxs barəsində məhkəmə tibb ekspertizası tərəfindən düzgün rəy verilməmişdir. Görüş zamanı Məhər həmin ekspertizanın rəyinin dəyişdirməklə yüngül xəsarət alması barədə rəy alacağını bildirmiş, Esmirə onun sözünə inanmış və qeyd etdiyi şəxslərin yanında yaşadığı evdə 500 manat pulu Məhərə vermişdir. Sonra o, bir daha Məhər ilə Esmirənin evinə getməmiş ansaq bilmişdir ki, Məhər yaxşı müdafiəçi tutmaq və müqavilə bağlamaq adı ilə Esmirədən 600 manat, özünün şəxsi xərcləri adı ilə 500 manat pul almışdır. Esmirə ona zəng edib, bu barədə ona məlumat vermişdir. Artıq məhkəmə prosesləri başlamış və Məhər ilə o, və Esmirə həmin proseslərə birlikdə getmişlər və hər dəfə Məhər avtomobili ilə gəlib, onu və Esmirəni evdən götürmüşdür. Bir müddət sonra məhkəmə prosesləri yekunlaşmış və Məhərin yalanları artıq ortaya çıxmış və bundan sonra Məhər onlarla söhbətlərdən qaçmışdır. O, hətta bir neçə dəfə Esmirə ilə birlikdə pulu almaq üçün Məhərin evinə getmiş, onlar arasında söz söhbət olmuşdur. Məhkəmə iclasında şahid qisminə dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, bir neçə ay bundan öncə o, Zərərçəkmiş şəxs yaşadığı evin yanında olan torpaq sahəsində aparılmalı olan tikinti ilə əlaqədar olaraq görüşən zaman, Esmirə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs vardır və həmin şəxs onun etibarından sui-istifadə etməklə aldadıb, oğlu X4 barəsində Bakı Ağır Jinayətlər Məhkəməsində olan cinayət işi üzrə onu məsuliyyətdən azad etdirməyə və ya azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəzaya dair hökümün çıxarılmasına köməklik göstərəcəyinə vəd verib aldadaraq, 28 fevral 2021-ci il tarixdə yaşadığı evinin qarşısında 10.000 manat, 04 mart 2021-ci il tarixdə həmin ünvanda eyni işin həll olunması üçün oğlunun xəsarət yetirmiş olduğu zərərçəkmiş şəxs barəsində Suraxanı rayon məhkəmə-tibb ekspertizası tərəfindən verilmiş ağır bədən xəsarətinə dair rəyi dəyişidirməklə yüngül bədən xəsarət alacağı adı ilə 500 manat, 06 mart 2021-ci il tarixdə həmin ünvanda eyni işin həll olunması üçün oğlunun məhkəmə prosesi zamanı yaxşı müdafiə hüququ ilə təmin olunması üçün yeni vəkillə müqavilə bağlamaq adı ilə 600 manat, 08 mart 2021-ci il tarixdə həmin ünvanda eyni işin həll olunması üçün özünün müxtəlif instansiyalara ərizlər yazdırması, işlərin arxasınca şəxsi nəqliyyatı ilə getməsinə görə iş xərcləri adı ilə 500 manat pul olmaqla cəmi 11.600 manat pulun alıb ələ keçirmişdir. O, həmin şəxsi tanımadığını bildirmiş, lakin Zərərçəkmiş şəxs ona həmin şəxsin onun yaşadığı Əmircan qəsəbəsində yaşadığını bildirmiş və Məhərin istifadəsində olan 055 *** ** ** nömrəsini ona vermiş və xahiş etmişdir ki, sonunju ilə söhbət edib, pulunu qaytarsın. O, bu barədə Esmirəyə söz vermiş, istifadəsində olan 070 *** ** ** nömrəsindən Məhərin istifadəsində olan mobil nömrəyə zəng etmiş və sonunjuya bildirmişdir ki, bəs Zərərçəkmiş şəxs qadındır, niyə onu aldadıb, oğlunu azad etdirmək adı ilə pulunu ələ keçirmisən. Məhər isə ona Esmirənin oğlunun işinin həll etmək üçün çalışdğını bildirmiş, o, isə qadının oğlunun barəsində artıq azadlıqdan məhrumetmə ilə bağlı hökmün oxunmasını bildirmişdir. Məhər işə baxan hakimin onun atasının dostu olduğunu və işi düzəldəjəyini bildirmiş, o, isə ona birmənalı olaraq atasının dostunun kim olmasının maraqlı olmadığını və qadının pulunu gətirib verməsini bildirmişdir. Həmin söhbətdən təxminən bir həftə sonra Məhər ilə o, Əmircan qəsbəsində zəngləşməklə görüşmüş və o, həmin görüşə tək olaraq gəlmişdir. Görüş zamanı Məhər ona 3000 manat 100-lük əskinazlarda olan pulu çıxarıb vermişdir ki, aparıb Esmira Əlyevaya versin. Məhər həmin görüş zamanı bir daha etmiş olduğu əməli etiraf etmiş və pulun yerdə qalan hissəsinidə 5-10 gün ərzində verəcəyini bildirmişdir. O, isə 3000 manatı götürüb Esmirə ilə evlərinin yanında görüşmüş və həmin pulu əlbəəl Esmirəyə vermişdir. Sonra Məhərin istifadəsində olan nömrəyə zəng çatmamış və ya ona cavab verməmişdir. X14 Əliyev adına hava limanına gedən yolun üzərində onunla görüşüb 400 manat ona pul vermişdir ki, aparıb Esmirəyə versin. O, pulu götürüb, yenə Esmirəyə vermişdir. Artıq bundan sonra Məhərin telefonlarına zəng çatmamışdır. Bundan başqa Məhər ona Esmirəyə vermək üçün hər hansı miqdarda pul verməmişdir. Məhkəmənin iclasında şahid qisminə dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxs Məhər İbarahimov onun qardaşı oğludur. O, 04.12.2021-ji il tarixdə zərərçəkmişlə birlikdə müstəntiqin yanında olmuş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığına dair ərizə yazmış, daha sonra idarənin qarşısında o, 8.200 manat məbləğində pulu sayaraq, zərərçəkmiş şəxsin yanında olan qadına vermiş, sonunju da pulları bir daha sayaraq, onları zərərçəkmiş şəxsə təqdim etmişdir. Məhkəmənin iclasında şahid qisminə dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, o, Suraxanı RPİ İŞ-nin müstəntiqidir. Jinayət işi üzrə istintaq bitən ərəfədə hazırki iş üzrə Zərərçəkmiş şəxs ona müraciət edərək, xəstə olduğunu bildirmiş və ondan qarşı tərəfi dəvət edərək, ziyanın ödənilməsinə köməklik göstərməyini xahiş etmişdir. Həmin ərəfədə cinayət işi ilə tanışolma mərhələsi idi. O, tərəflərin qohumlarını Pİ-nə çağırmış, sonunjular idarənin qarşısında görüşərək, təqsirləndirilən şəxsin qohumları zərərçəkmiş şəxsə ödəniş etmişlər. Daha sonra zərərçəkmiş şəxs heç bir təzyiq və təsir olmadan onun yanında ziyanın tam ödənilməsinə dair ərizə yazmışdır. Lakin idarənin qarşısında zərərçəkmiş şəxsə hansı məbləğdə pulun ödənilməsinə dair onda məlumat yoxdur. Tərəflər çölə çıxaraq, qarşılıqlı olaraq öz məsələlərini həll ediblər. Zərərçəkmiş şəxsin zərərin ödənilməsinə dair ərizəsi istintaq orqanının ünvanlanmadığına görə, o, ərizəni qəbul edə bilməzdi, çünki iş materialları artıq tamalanma mərhələsində idi, pulun ödənilməsi çöldə olub, vətəndaş dəymiş ziyanın ödənilməsi barədə ərizə yazmışdır, o, da ərizəni qəbul edib, qarşı tərəfə təqdim etmişdir, vətəndaşın xəstə olması ilə bağlı xahişini nəzərə alaraq, buna təşəbbüs etmişdir. Bir daha qeyd edir ki, idarənin qarşısında zərərçəkmiş şəxsə real olaraq hansı məbləğdə pulun ödənilməsinə dair onda məlumat yoxdur. Məhkəmənin iclasında şahid qisminə dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o, iş üzrə Zərərçəkmiş şəxs tanışıdır. Təqsirləndirilən şəxsin qohumları Suraxanı RPİ-nin qarşısında zərərçəkmiş şəxsə pul ödəyərkən, o, da sonunjuların yanında olmuşdur. Onlar birlikdə Pİ-nin binasına girmiş, daha sonra idarənin qarşısında təqsirləndirilən şəxsin qohumu olan Mirzəli 20 ədəd 100 manatlıq əskinazları, yəni 2.000 manat pulu ona vermiş, o, da öz növbəsində pulları bir daha sayaraq, onları Esmiraya təqdim etmişdir. Esmira Mirzəliyə mürajiət edərək, qalan pulları da heç olmazsa hissə-hissə qaytarılmasını xahiş etmiş, Mirzəli də buna təşəbbüs edəjəyini bildirmişdir. İş materiallarından görünür ki, 28 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 29 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 2 (iki) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Sabunuçu RPİ-də barəsində JM-nin 178.1-si maddəsi material üzrə JPM-nin 40.2.2-si maddəsinə əsasən sinayət işinin ijraatına xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixolosi keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, jinayət əməli nətijəsində vurduğu zərərin bir qismini zərərçəkmiş şəxsə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, eyni zamanda, Təqsirləndirilən şəxs barəsində əvvəllər də analoci araşdırma materiallarının olduğunu, lakin material üzrə JPM-nin 40.2.2-si maddəsinə əsasən jinayət işinin israatına xitam verildiyini onun şəxsiyyətini səjiyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın tam olaraq ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-63/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-63/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver