Məhkəmə qərarları › İş №1(010)-63/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-63/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-63/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 27 iyul 2023-cü il tarixdə, saat 12:15-də, Bakı şəhərində xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 30 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 yanvar 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-200/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 04 iyul 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(010)-63/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 dekabr 2021ci il tarixdə saat 15:10 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi döngə 4 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,224 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin NMBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 aprel 2022-ci il tarixdə saat 11:40 dəqiqədə ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı RPİ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 3,411 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2 ildir ki, narkotik vasitə kokosdan istifadə edir. 27 dekabr 2021ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində olarkən yerdən 1 bükümdə narkotik vasitə kokos tapmış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 30 dekabrda təxminən saat 15:00 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində 32-ci polis bölməsinə dəvət etmişlər. Ona Suraxanı RPİ-nin 32-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələrim izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət olunmuş, müdafiəçi ilə görüşdükdən sonra videoçəkilişdən istifadə etməklə üzərimdə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq həmin əşyaları təqdim etməyi bildirilmişdir. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin büküm açılaraq içərisinə baxıldıqdan sonra ondan həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyim barədə soruşulmuş, o həmin bükümün içərisində kokos kimi tanıdığı narkotik vasitə olduğunu, onu 27 dekabr 2021-ci il tarixdə Qaraçuxur qəsəbəsində E.Bəkirli küçsəsində yerdən taparaq üzərimdə saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş büküm onun iştirakı götürülərək qabşaldırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Digər epizod üzrə özünü təqsirsiz bilərək göstərdi ki, axşam saat 10:00 radələrində mülki geyimli şəxslər yaşadığı evə daxil olmuş, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün Suraxanı RPİ-nə aparmışlar. Polis bölməsində keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamasına baxmayaraq polis əməkdaşları tərəfindən döyüldüyü üçün videoçəkiliş zamanı ona əvvəlcədən sonuncular tərəfindən təqdim olunmuş narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Sonda ilk epizod üzrə törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 23 noyabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərmişdir ki, 30 dekabr 2021-ci il tarixdə “Orxan” adlı şəxsin Qaraçuxur qəsəbəsində Şərq yaşayış sahəsində üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə Bölmə rəisinə raportla məruzə etdikdən sonra o və kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, həmin gün saat 15:30 radələrində Qaraçuxur qəsəbəsi, Şərq massivinə getmiş 4 saylı döngənin qarşısında xarici əlamətlərindən Orxan adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Orada həmin şəxsin xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsi ev 2 mənzil 7-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Prosessual sənədləşmə bölmənin təhqiqatçısı Əli İsgəndərova həvalə edilmişdir. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf salafan bükümü çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bükümün içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində yerdən tapmış, öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Həmin kütlə götürülərək qablaşdırılmış, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş psixotrop maddəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmənin 23 noyabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmənin 23 noyabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitan Şahid3 ifadəsində göstərmişdir ki, 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə İdarə rəisinə raportla məruzə etdikdən sonra o və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 11:40 radələrində ünvan 4 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və narkotik maddələrin istifadəsi və üzərində saxlamasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Sonuncu da razı olaraq birlikdə Polis İdarəsinə gəlmişlər. Prosessual sənədləşmə idarənin təhqiqatçısı Suad Həmzəyevə həvalə edilmişdir. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofon bükümü və sol yan cibindən 1 ədəd «Huawei» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində «kokos» adlanan narkotik vasitədir, həmin narkotik vasitəni Turqay adlı şəxsmdən 20 manata öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Həmin kütlə götürülərək qablaşdırılmış, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş psixotrop maddəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmənin 23 noyabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin 25 iyul 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin qonşusudur, 03 aprel 2022-ci il tarixdə, 12-1 radələrində təqsirləndirilən şəxsin evinə gedərəkən bacısının ağladığını və qışqırdığını görmüş, səbəbini soruşduqda Orxanın polis əməkdaşları tərəfindən polis idarəsinə aparıldığını öyrənmişdir. Həmin vaxt evdə təqsirləndirilən şəxsin bacısı və 3 uşaq olmuşdur. Təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə etdiyini eşitməyib. Polis əməkdaşları Orxanı aparan zaman görmüş, lakin sonuncunun üzünü görə bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin 25 iyul 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin yaşadığı məhlədə usta işləyir. Sonuncunun evi ilə onun işlədiyi evin arasında 8 metr məsafə var. 03 aprel 2022-ci il tarixdə, 12-1 radələrində evin içərisində suvaq işləri ilə məşğul olan zaman səs-küy eşitmiş, dərhal eyvana çıxmış, həmin vaxt təqsirləndirilən şəxsin aparıldığını görmüşdür. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş elməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf salafan bükümü çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bükümün içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində yerdən tapmış, öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş elməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofon bükümü və sol yan cibindən 1 ədəd «Huawei» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində «kokos» adlanan narkotik vasitədir, həmin narkotik vasitəni Turqay adlı şəxsmdən 20 manata öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 dekabr 2021-ci il tarixli 6/5664 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №196» «şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri olan zəpfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,224 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 1,224 olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,174 qram təşkil etmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2022-ci il tarixli 6/1816 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vətəndaş Təqsirləndirilən şəxs üzərindən» sözləri olan zəpfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,411 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 3,411 olan heroinin 0,1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 3,311 qram təşkil etmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, baxış zamanı sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ selofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik vasitəni Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində yerdən tapdığını bildirir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 10 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, baxış zamanı sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü və sol yan cibindən 1 ədəd mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin «kokos» kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik vasitəni Turqay adlı şəxsdən 20 manata aldığını bildirir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 X15 X16 Komissiyasının xx.xx.2022-ci il tarixli 1305 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1582 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunur, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “Huawei” markalı telefonu işlət vəziyyətdə təhvil almışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, polis əməkdaşlarının yaşadığı evə daxil olaraq onu döyməsi, zorla polis idarəsinə aparması, polis İdarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən döyülməsi və buna görə polis əməkdaşlarının təqdim etdiyi daha bir bükümdə narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs 2-ci epizod üzrə ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 04 aprel 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Turqay adlı şəxsdən öz istifadəsi üçün 20 manata 1 ədəd bükümdə narkotik vasitə kokos almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 11:40 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis mdarəsinə dəvət etmişlər. Suraxanı RPİ-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət olunmuş, müdafiəçi ilə görüşdükdən sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ondan üzərimdə qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməyi bildirilmişdir. O da əynimdəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümü və 1 ədəd «Huawei» markalı mobil telefonumu çıxararaq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin büküm açılaraq içərisinə baxıldıqdan sonra ondan həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulmuş, o da həmin 1 ədəd bükümün içərisində kokos kimi tanıdığı narkotik vasitə olduğunu, onu 04 aprel 2022-ci il tarixdə Qaraçuxur qəsəbəsində Turqay adlı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi 1 ədəd büküm onun iştirakı ilə götürülərək qabşaldırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. Bundan başqa iş materiallarında olan 10 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Suraxanı Rayon Prokurorluğunun müstəntiqi Murad Əlişanovun qərarına əsasən Təqsirləndirilən şəxs anası Nadilə Bəkirova ərizə ilə müraciət edərək oğlunun polis əməkdaşları tərəfindən saxlanılarkən döyülüb işgəncələrə məruz qaldığını bildirmiş və həmin müraciət qeydə alınaraq araşdırılma başlanmış, araşdırma zamanı izahatı alınmış X5 xx.xx.2022-ci il tarixdə, saat təxmini 13 radələrində evdə olan zaman polis əməkdaşlarının evlərinə daxil olması, Orxanı saxlaması, daha sonra qandallanıb yumruq, təpik, dəyənək ilə döyülüb avtomobilə mindirib Suraxanı RPİnə aparılması barədə izahat vermiş, hadisə ilə bağlı Suraxanı RPİ-nin NMB-nin rəisi İbrahimov Anar Umud oğlunun, Suraxanı RPİ-nin NMB-nin əməkdaşı Şahid3 izahatları alınmış, araşdırma zamanı toplanmış materialda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına dair xüsusatlar öz təsdiqini tapmadığından 230-C- 22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərardan şikayət verilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X14 hər ikisi ifadələrində təqsirləndirilən şəxsin 03 aprel 2022-ci il tarixdə, 12-1 radələrində polis əməkdaşları tərəfindən aparıldığının bildirmişlər. Halbuki məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünün axşam saat 10:00 radələrində və sonuncunun anası X5 isə Suraxanı Rayon Prokurorluğuna etdiyi müraciətində oğlunun xx.xx.2022-ci il tarixdə, saat təxmini 13:00 radələrində polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, sonuncunun anası X4 və müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X8 ifadələrindəki ziddiyyətli məqamları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi özünümüdafiə məqsədi ilə verilmiş sayılmalı, şahidlər Susəmbər Məmmədova və Əhməd Abbasovun ifadələri isə təqsirləndirilən şəxsin xeyrinə, onun müdafiəsi üçün verilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, himayəsində 1 azyaşlı uşağının olmasını, atasının ürək çatışmazlığından əziyyət çəkməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı, 521899 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2020-ci il təvəllüdlü X12 adlı uşağı var. İş materiallarında olan “Xəstənin tibbi kartasından” 13 aprel 2021-ci il tarixli çıxarışdan görünür ki, X9 ÜİX. Sol mədəciyinin arxa divarının yarım kəskin infarktı diaqnozu qoyulmuşdur. Törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, atasının ürək çatışmazlığından əziyyət çəkməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayəti təkrar törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 30 dekabr 2021-ci il və 04 aprel 2022-ci il tarixli protokollardan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 yanvar 2022-ci il və 06 aprel 2022-ci il tarixli qərarlardan, habelə təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd olunması haqqında Bakı şəhəri Suraxanı rayon prokurorunun 01 yanvar 2022-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-200/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarından, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında 04 iyul 2022-ci il tarixli qərarından, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-63/2023 saylı, 03 may 2023-cü il tarixli qərarından, Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, 01 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 04 aprel 2022-ci il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, 06 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-399/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin həmin tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə məhkəmənin qərarl ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 10 iyun 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 13 iyun 2023-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasına təhvil vermişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30 dekabr 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həmçinin təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 03 (üç) ay müddət, ümumilikdə, 03 (üç) ay 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 iyun 2023-cü il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkiləri 1,174 qram və 3,311 olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 146 (yüz qırx altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30 dekabr 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həmçinin təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 03 (üç) ay müddət, ümumilikdə, 03 (üç) ay 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 146 (yüz qırx altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkiləri 1,174 qram və 3,311 olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar