Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-63/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, nömrəsiz evdə yaşamış, Nəsimi Rayon Məhkəməsinin 1(006)- 204/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 yanvar 2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 4(010)-726/2022 nömrəli iş üzrə 25 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 23 dekabr 2022-ci ildən hesablanmaqla 03 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 4(010)-129/2023 nömrəli iş üzrə 17 mart 2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddətləri uzadılmış) və 23 dekabr 2022-ci il tarixindən etibarən həbsdə saxlanılan Şıxıyev (Bayramov) Elnur Elman oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 dekabr 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən mişar daşı ilə hasarlanmış və kilidlənmiş darvazası olan torpaq sahəsinə hasarın üzərindən aşmaq yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan qarajın nəfəsliyindən içəri daxil olub, qarajda saxlanılan 72 ədəd hər birinin uzunluğu 4 metr, qiyməti 8 manat olan alçıpan alüminium profillərini, bir metri 1,5 manat olan, hər birinin uzunluğu 100 metr olan 5 top tək qanadlı elektrik (1x4) naqilini, bir metrinin qiyməti 18 manat olan 30 metr uzunluğunda 4X10 (dörd naqilli) mis kabelin, qiyməti 250 manat olan üzərində CORT DİSCOWER YOYR POWER MİTER SAW XİXOİ- 255 уazıları olan bir ədəd parket kəsən elektrik alətini, qiyməti 150 manat olan bir ədəd elektrik drelini, bir ədəd qiyməti 130 manat olan laqondanı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2.396 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd bükümlərdə təmiz çəkiləri 1,282 qram, 0,403 qram, ümumi təmiz çəkisi 1,685 qram olan qəhvəyi rəngli tozşəkilli maddələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üstündə saxlamaqla daşımış və 23 dekabr 2022-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yaşadığı nömrəsiz evin yaxınlığında saxlayaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən 02 ədəd bükümlərdə təmiz çəkiləri 1,282 qram, 0,403 qram, ümumi təmiz çəkisi 1,685 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Şıxıyev (Bayramov) Elnur Elman oğlu Azərbaycan Respublika Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlu ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, lakin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 dekabr 2022-ci ildə saat 03:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində əvvəlcədən müəyyən etdiyi anbara bənzər tikintiyə yaxınlaşmışdır. Hasardan tikilinin həyətinə düşdükdən sonra tikilinin nəfəsliyinin olduğunu görmüşdür. Həmin nəfəslikdən içəri daxil olduqda içəridə alüminim profillərin, elektrik naqillərinin, taxta kəsən elektrik mişarının görüb, onları nəfəslikdən çölə çıxarmışdır. Sonra isə oğurladığı həmin malları Dədə Qorqud qəsəbəsində yerləşən yaşayış olmayan evin açıq sahəsində gizlətmişdir. Bundan başqa qeyd etmişdir ki, narkotiklə məhkumluğu olmamışdır, patı çəkmişdir arada bir heroin çəkməmişdir. Bükümləri cibinə polis əməkdaşı qoymuşdur. O, 23 dekabr 2022-ci ildə saat 03:00 radələrində oğurluq hadisəsi ilə bağlı tutularaq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində gətirilmiş, ilk olaraq oğurluq hadisəsi rəsmiləşdirilmiş, sonradan isə narkotiklə bağlı üzərinə baxış videoçəkilişlə baxış keçirilmiş, sonradan müvəqqəti saxlama yerinə köçürülərək məhkəməyə sanksiyanın seçilməsi ilə bağlı çıxarılmışdır. Göstərilən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə yüngül cəza, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə isə bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Şıxıyev (Bayramov) Elnur Elman oğluna elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Şıxıyev (Bayramov) Elnur Elman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmiş, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində, Hövsan yolu tərəfdə 2021-ci il tarixdə 0,03 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Həyətə giriş seyf qapıdandır. Eləcə də həyətində giriş-çıxış qapısı yola olan, üstü beton örtüklü, dəmir darvazalı qarajı vardır. Qarajın qapısı qıfılla bağlanılır. Həyət tərəfdən qarajın 40x60 sm ölçülərdə nəfəsliyi vardır. Qaraja tikdirəcəyi evində istifadə etmək üçün müxtəlif tikinti materialları və özünə məxsus müxtəlif dəzgah və alətləri yığmışdır. Həyətə gündəlik gəlməsə də hər 5-10 gündən bir gəlib baxır. Sonuncu dəfə 23 dekabr 2022-ci il tarixdə, səhər saatlarında həmin torpaq sahəsinin yaxınlığındakı evdə yaşayan Rafiq adlı şəxs ona zəng edərək həyətindəki qarajdan oğurluq olduğunu, oğurluq edən şəxsi yaxalayaraq polisə verdiklərini bildirmişdir. Bundan sonra qaraja gedib, baxdıqda qarajda saxladığı 72 ədəd hər birinin uzunluğu 4 metr, qiyməti 8 manat olan alçıpan alüminim profillərinin, bir metrəsi 1,5 manat olan, hər birinin uzunluğu 100 metr olan 5 top tək qanadlı elektrik (1x4) naqilli, bir metrinin qiyməti təxminən 18 manat olan 30 metr uzunluğunda (4X10) naqilli mis kabelin, bir ədəd qiyməti təxminən 250 manat olan parket kəsən elektrik alətlərinin, qiyməti təxminən 150 manat olan bir ədəd elektrik drelinin, bir ədəd qiyməti təxminən 130 manat olan laqondanın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə təxminən 2.396 manat dəyərində maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxs ərizə təqdim edərək bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 dekabr 2022-ci il tarixdə gecə saat 03:00 radələrində artıq çəkisi ilə əlaqədar olaraq idmanla məşğul olduğu üçün küçəyə çıxmışdır. Bu vaxt əvvəllər tanımadığı bir nəfərin küçədə araba ilə alüminim profil daşıdığını görmüşdür. Həmin şəxs sonradan adını bildiyi Elnur ondan siqaretini yandırması üçün alışqan istəmişdir. O, isə siqaret çəkmədiyi üçün alışqanı olmadığını bildirmişdir. Elnurdan daşıdığı həmin əşyaları haradan götürdüyünü soruşduqda o, profilləri götürdüyü həyətin dostunun həyəti olduğunu, həmin profilləri zavoddan götürüb oraya yığdığını və hazırda isə öz evinə apardığını bildirmişdir. O da Elnurun dediklərinə inanmışdır. Lakin bir az sonra Elnur apardığı yükü özünə məlum olan yerə boşaldıb, boş araba ilə geri qayıtdıqda ondan şübhələnmiş və Elnurun onu görməsin deyə kənarda dayanıb onu müşahidə etməyə başlamışdır. Bu vaxt Elnurun onun yaşadığı evin yaxınlığında mişar daşı ilə hasarlanmış həyətə hasardan aşaraq daxil olduğunu, bir az sonra həmin həyətdən profillər çıxardığını görüb, özünü göstərmədən Suraxanı Rayon Polis İdarəsinə zəng edərək bu barədə məlumat vermişdir. Bir az sonra onun çağırışına gəlmiş PPXB-nin əməkdaşları ilə birlikdə Elnuru saxlamışlar. Bundan sonra Elnur polis əməkdaşları tərəfindən Suraxanı Rayon Polis İdarəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Şıxıyev (Bayramov) Elnur Elman oğlunun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 23 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, nömrəsiz evin yaxınlığında xarici əlamətlərindən Şıxıyev (Bayramov) Elnur Elman oğluna bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də Şıxıyev (Bayramov) Elnur Elman oğlu olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirərək, onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getməli olduğunu demişlər. Şıxıyev (Bayramov) Elnur Elman oğlu ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə getdikdən sonra Şıxıyev (Bayramov) X9 RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçı Rəhman İsmayılov tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra onların iştirakları ilə videoçəkilişlə təhqiqatçı tərəfindən Şıxıyev (Bayramov) Elnur Elman oğlunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Şıxıyev (Bayramov) Elnur Elman oğluna üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Şıxıyev (Bayramov) Elnur Elman oğlu əynində olar qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, qabaq sağ yan cibindən içərilərində qəhvəyi rəngli kütlə olduğu görünən iki ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Şıxıyev (Bayramov) Elnur Elman oğlu təqdim etdiyi iki ədəd bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, 23 dekabr 2022-ci il tarixdə, Xətai rayonu “Əhmədli” metrostansiyasının yaxınlığında adını, ünvanını tanımadığı şəxsdən 30 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Şıxıyev (Bayramov) Elnur Elman oğlunun üzərindən aşkar edilmiş həmin iki ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şıxıyev (Bayramov) Elnur Elman oğlu saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Bundan başqa dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və sonuncunun müdafiəçisinin suallarına cavab olaraq əməliyyat məlumatı narkotik maddələrin istifadəsi və ərazidə baş verən oğurluqla bağlı olmasını, satışla bağlı məlumatın olmamasını, məlumat narkotik maddələr əldə etmək üçün məqsədli olaraq oğurluq etməsinin olmasını, təqsirləndirilən şəxsə Dədə Qorqud qəsəbəsində yaşadığı evin yaxınlığında yaxınlaşdığını, özlərini təqdim edib şöbəyə dəvət etməsini, videoçəkiliş olaraq təqsirləndirilən şəxsin üzərindən 2 ədəd bükümdə narkotikə bənzər maddə və “Nokia” markalı telefon aşkar edilməsini, təqsirləndirilən şəxsin narkotik vasitənin 30 manata tanımadığı şəxsdən almasını, təqsirləndirilən şəxsin saxlanılmasında onun və Şahid2 iştirak etməsini, məlumatın oğurluq və narkotiklərin istifadəsi ilə bağlı olmasını, məlumatın əvvəlcədən daxil olmasını, təqsirləndirilən şəxsə Dədəd Qorqud qəsəbəsində yaxınlaşdıqlarını, yaşadığı evin yaxınlığında saxlayıb şöbəyə gətirmələrini, əməliyyat qrupunun rəhbəri olmasını, təqsirləndirilən şəxsin günorta saatlarında tutulmasını, yanında iş yoldaşı Şahid2 olmasını, başqa heç kimin olmamasını, Süleyman müəllimi polis əməkdaşı kimi tanıdığını, Süleyman müəllimi bu işlə bağlı tanımadığını, Elnurun saxlanılmasında Süleyman müəllimin iştirak etmədiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğluna verilmiş suallara cavab olaraq Şahid1 bölmədən tanıdığını, ona yaxınlaşan əməkdaşın olmadığını, şahidi bölmədə gördüyünü, şahidin ona təzyiq etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 30cu polis şöbəsinin sahə inspektoru Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və sonuncunun müdafiəçisinin suallarına cavab olaraq ona təqsirləndirilən şəxsin xırda oğurluq edib narkotik maddə alıb istifadə etməsi barədə məlumat daxil olduğunu, narkotiklə bağlı tədbirdə iştirak etdiyini, təqsirləndirilən şəxsi günorta vaxtı saat 15:00 radələrində saxladığını, Dədə Qorqud qəsəbəsində saxladığını, Süleyman müəllimi tanımadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğluna verilmiş suallara cavab olaraq Şahid2 bu hadisə ilə bağlı ona yaxınlaşan əməkdaş olmadığını, ona təzyiq etmədiyini, şahidi bölmədə səhərisi gün gördüyünü bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə baş təhqiqatçısı Şahid4 ifadəsində göstərmişdir ki, 22 dekabr 2022-ci il tarixdə saat 09:00-da o işdə əməliyyat qrupunda növbədə olmuş və 23 dekabr 2022-ci il tarixdə saat 09:00-da növbəni təhvil verib işdən çıxmışdır. 2022-ci ilin dekabr ayının 22-dən 23-nə keçən gecə saat təxminən 03:00 radələrində polis şöbəsinə Suraxanı RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən bir nəfər gətirilmiş və həmin şəxs oğurluq edərkən tutularaq saxlanıldığı bildirilmişdir. Bundan sonra həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş və məlum olmuşdur ki, həmin şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğludur. O həmin polis əməkdaşları və Elnurla birlikdə hadisə yerinə getmiş və hadisə yerinə baxış keçirmiş, cinayət yolu ilə əldə olunmuş bir ədəd parket kəsən elektrik mişarını və bir bağlama elektrik naqilini götürüb PŞ-nə gətirmişlər. Daha sonra zərərçəkmiş şəxsi çağırıb ərizə və izahatını almış, sonra isə Şıxıyev (Bayramov) Elnur Elman oğlunun izahatını alıb evə buraxmışdır. Bildirmişdir ki, törətmiş olduğu oğurluq cinayəti ilə əlaqədar onun 1-2 gün ərzində Suraxanı RPİ-nin İstintaq Şöbəsinə dəvət edəcəklər. Ona görə də polis idarəsinə gedər. Daha sonra isə Şıxıyev (Bayramov) X16 barəsində toplanmış materialları aidiyyəti üzrə Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. 23 dekabr 2022-ci il tarixdə saat təxminən 03:00 radələrində Şıxıyev (Bayramov) Elnur Elman oğlu oğurluq etdiyi üçün PPXB-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və qeyd olunan faktla bağlı barəsində material toplanmış, Şıxıyev (Bayramov) Elnur Elman oğlu evə buraxılmışdır. Həmin gün saat 15:00-da Şıxıyev (Bayramov) Elnur Elman oğlunun üzərindən narkotik vasitə aşkar olunmasından məlumatı olmamışdır. Sonradan eşitmişdir ki, Şıxıyev (Bayramov) Elnur Elman oğlu şöbənin əməkdaşları tərəfindən saxlanmış və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Bundan başqa dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və sonuncunun müdafiəçisinin suallarına cavab olaraq təqsirləndirilən şəxsi xatırlaya bilmədiyini, hadisəni xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğluna verilmiş suallara cavab olaraq şahid İbrahimov X14 görmədiyini və videoçəkilişdə olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısı Şahid4 hal-şahidlərinin iştirakı ilə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs 23 dekabr 2022-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 23 dekabr 2022-ci il tarixdə özünə məxsus Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsi ərazisində yerləşən tikiliyə daxil olan naməlum şəxslər oradan 72 ədəd uzunluğu 4 mer olan alüminium profilləri, 5 top elektrik naqilini, elektrik mişarını, bir ədəd laqonda və bir ədəd dreli gizli yolla talayaraq oğurlamışlar. Daxil olmuş müraciət əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış keçirilən yer Dədə-Qorqud qəsəbəsi ərazisində təxminən 0,03 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbəli tikilidir. Həmin tikili anbar və ya qaraj tipli nəzərdə tutulmuş, ətrafı mişar daşı ilə hörülmüş və giriş qapısı dəmir qapı qoyulmuşdur. Baxış keçirilən zaman hal-şahidləri və iştirakçılar tərəfindən şikayət qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 15 mart 2023-cü il tarixli qərarından görünür ki, Şıxıyev (Bayramov) Elnur Elman oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi icraatında Şıxıyev (Bayramov) Elnur Elman oğlu barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-726/2022 nömrəli iş üzrə 25 dekabr 2022-ci il tarixli qərarı ilə Şıxıyev (Bayramov) Elnur Elman oğlu barəsində həbs etmənin əvvəli 23 dekabr 2022-ci ildən hesablanmaqla 03 ay müddətinə, yəni 23 mart 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-129/2023 nömrəli iş üzrə 17 mart 2023-cü il tarixli qərarı ilə Şıxıyev (Bayramov) Elnur Elman oğlunun həbsdə saxlanılma müddəti 02 ay həddində, yəni 23 may 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/7151 saylı 24 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №194” dairəvi möhür əksi və “X1 üzərindən Aşkar edilmiş maddi sübut; təqsirləndirilən şəxs E.E.Şıxıyev-imza, iştirakçılar: iki imza; Qablaşdırdı: Rəhman İsmayılov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkisi-1,282 qram, -0,403 qram, ümumi təmiz çəkisi- 1,685 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixdi Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X7 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Elnur Şıxıyevin əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu, qabaq sağ yan cibindən içərilərində qəhvəyi rəngli kütlə olduğu görünən iki ədəd şəffaf sellofan bükümlərini çıxarıb təqdim etməsi, həmin bükümlərin içərilərində olan kütlənin narkotik vasitə-heroin olduğunu 23 dekabr 2022-ci il tarixdə Əhmədli qəsəbəsində adını, ünvanını tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə cəmi 30 manata aldığını və üzərində daşıdığını bildirməsi, təxminən iki ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin iki ədəd bükümün bir ədəd zərfdə qablaşdırılaraq, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənməsi, Elnur Şıxıyevin üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir başqa əşya və ya predmet aşkar edilməməsi müəyyən olundu. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Şıxıyev (Bayramov) X12 Rayon Məhkəməsinin 1(006)-204/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 yanvar 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 736 saylı 10 fevral 2023-cü il tarixli rəyindən görünür ki, X8 alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan X2 verdiyi 54 saylı 02 may 2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertizaya təqdim edilmiş bir ədəd üzərində CORT DİSCOWER YOYR POWER MİTER SAW XİXOİ- 255 yazıları olan parket kəsən elektrik alətinin oğurlandığı 23 dekabr 2022-ci il tarixə olan orta bazar qiyməti 450,00 manat məbləğində müəyyən edilir. Təqdim edilmiş dörd naqili mis kabelin nümunəsinin bir metrinin oğurlandığı 23 dekabr 2022-ci il tarixə olan orta bazar qiyməti 4,00 manat məbləğində müəyyən edilir. Cinayət işinin materiallarında olan 18 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 186.1 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Səbail Rayon Məhkəməsinin 1(009)-45/2023 nömrəli iş üzrə 21 fevral 2023-cü il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 03 il 06 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, cəzaçəkməsinin əvvəli 21 fevral 2023-cü il tarixdə hesablanmışdır. Təqsirləndirilən şəxsin vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-521/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlunun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin 21 dekabr 2022-ci ildən 26 dekabr 2022-ci ilədək olan intervalı əhatə edən daxil olan və çıxan zənglərin siyahısı, telefon nömrəsinin anten üzrə əhatə dairələri barədə məlumatlar "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəmənin öz təşəbbüsü əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-521/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahidlər Şahid1 istifadəsində olan (055) ***-**-** və Şahid2 istifadəsində olan (051) ***-**-** nömrəli mobil telefon nömrələrinin 22 dekabr 2022-ci ildən 24 dekabr 2022-ci ilədək olan intervalı əhatə edən daxil olan və çıxan zənglərin siyahısı, telefon nömrələrinin anten üzrə əhatə dairələri barədə məlumatlar "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlunun istifadəsində olan (099) ***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 23 dekabr 2022-ci il tarixdə sonuncu dəfə saat 01:38:44-GBBK5891D/GBBK5891 BAKAVTOSERVİS/”Bakı şəhər, Suraxanı rayonu, Zığ qəsəbəsi, Q.Rəşad küçəsi, 845 məhəllədə”/Surakhany/ (40.367xx/xx.98913), sonradan telefon sönmüş vəziyyətdə olduğundan məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Şahid1 istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 23 dekabr 2022-ci il tarixdə aşağıdakı kimi olmuşdur: saat 14:53:59; 14:53:59; 15:07:16; 15:07:29; 15:07:35; 15:10:45; 15:12:05; 15:12:06; 15:17:10; 15:21:57; 15:22:44; 15:40:53; 15:53:48 -LABS0777O2/LABS0777 Hovsan_Medeniyyet_Evi/"Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, “Aysel kafesi"/Surakhany/ (40.356xx/xx.07365). İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Şahid2 istifadəsində olan (051) ***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 23 dekabr 2022-ci il tarixdə aşağıdakı kimi olmuşdur: saat 15:31:06-Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İlk növbədə məhkəmə təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlunun əməli CM-in 177.2.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlunun əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və onun təqsirləndirilən şəxsə şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, Şıxıyev (Bayramov) X12 Rayon Məhkəməsinin 1(006)-204/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 yanvar 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Şıxıyev (Bayramov) Elnur Elman oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Səbail Rayon Məhkəməsinin 1(009)-45/2023 nömrəli iş üzrə 21 fevral 2023-cü il tarixli hökmü ilə Şıxıyev (Bayramov) Elnur Elman oğluna təyin edilmiş 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Şıxıyev (Bayramov) Elnur Elman oğlunun əvvəlki iş üzrə 24 iyul 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində və 13 oktyabr 2022-ci il tarixdə axtarışla tutulduğu cəmi 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Şıxıyev (Bayramov) Elnur Elman oğlunun azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 dekabr 2022-ci ildən hesablanmalı, Şıxıyev (Bayramov) Elnur Elman oğlu azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Şıxıyev (Bayramov) Elnur Elman oğlu barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış üzərində CORT DİSCOWER YOYR POWER MİTER SAW XİXOİ-255 yazıları olan bir ədəd parket kəsən elektrik aləti, 20 metr uzunluğunda 4x10 (dörd naqili) mis kabel Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında - təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, təqdim edilmiş video görüntülər "xxxx" və "xxxx" MMC-dən məlumatlar, həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Şıxıyev (Bayramov) Elnur Elman oğlunun qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş şahidlərin ibtidai istintaq dövründə vermiş olduqları ifadələr ilə məhkəmə istintaqı dövründə vermiş olduqları ifadələr arasında ziddiyətlər mövcuddur. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Şahid2 ifadələrində Şıxıyev (Bayramov) Elnur Elman oğlunun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində onlardan ibarət əməliyyat qrupunun yaradılmasını, 23 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, nömrəsiz evin yaxınlığında Şıxıyev (Bayramov) Elnur Elman oğlunu saxlayaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getirmələrini bildirsələr də, "xxxx" və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatlarından görünür ki, şahidlər Şahid1 və Şahid2 ümumiyyətlə 23 dekabr 2022-ci ildə saat 15:00-da Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində olmamışlar, Şahid1 saat 14:53:59; 14:53:59; 15:07:16; 15:07:29; 15:07:35; 15:10:45; 15:12:05; 15:12:06; 15:17:10; 15:21:57; 15:22:44; 15:40:53; 15:53:48 -LABS0777O2/LABS0777 Hovsan_Medeniyyet_Evi/"Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, “Aysel kafesi"/Surakhany/ (40.356xx/xx.07365), digər Şahid2 isə saat 15:31:06- Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazilərində olmuşlar. Həmçinin məhkəmə qeyd edir ki, şahidlər ibtidai istintaq dövründə eyni şəkildə ifadələr vermiş, bu isə məhkəmə tərəfindən inandırıcı görünmür. Belə ki, ifadələrin peşəkar polis əməkdaşı tərəfindən diktə edildiyi görsənir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə baş təhqiqatçısı Şahid4 ifadəsində 2022-ci ilin dekabr ayının 22-dən 23-nə keçən gecə saat təxminən 03:00 radələrində polis şöbəsinə Suraxanı RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Şıxıyev (Bayramov) Elnur Elman oğlunun gətirildiyini, Şıxıyev (Bayramov) Elnur Elman oğlunun oğurluq edərkən tutularaq saxlanıldığını, sonra isə Şıxıyev (Bayramov) Elnur Elman oğlunun izahatını alıb evə buraxdığını, həmin gün saat 15:00-da Şıxıyev (Bayramov) Elnur Elman oğlunun üzərindən narkotik vasitə aşkar olunmasından məlumatı olmadığını qeyd etsə də, Şıxıyev (Bayramov) Elnur Elman oğlunun oğurluq hadisəsi ilə bağlı 23 dekabr 2022-ci ildə saat 03:00 radələrində tutularaq sonradan evə buraxıldığı iş materialları ilə müəyyən edilmir. Əksinə təqsirləndirilən şəxs ifadəsində 23 dekabr 2022-ci ildə saat 03:00 radələrində oğurluq hadisəsi ilə tutularaq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirildiyini, həmin vaxt özünə məxsus “Nokia” markalı telefonunu polis əməkdaşına təhvil verdiyini, ilk olaraq polis əməkdaşı tərəfindən oğurluq hadisəsi rəsmiləşdirildiyini, sonradan isə narkotiklə bağlı üzərinə baxış videoçəkilişlə baxış keçirildiyini, sonradan müvəqqəti saxlama yerinə köçürülərək məhkəməyə sanksiyanın seçilməsi ilə bağlı çıxarıldığını qeyd etmişdir. Bu hal təqsirləndirilən şəxsin şifahi vəsatəti əsasında "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD diskdə olan məlumatı ilə də təsdiq edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Şıxıyev (Bayramov) Elnur Elman oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 dekabr 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən mişar daşı ilə hasarlanmış və kilidlənmiş darvazası olan torpaq sahəsinə hasarın üzərindən aşmaq yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan qarajın nəfəsliyindən içəri daxil olub, qarajda saxlanılan 72 ədəd hər birinin uzunluğu 4 metr, qiyməti 8 manat olan alçıpan alüminium profillərini, bir metri 1,5 manat olan, hər birinin uzunluğu 100 metr olan 5 top tək qanadlı elektrik (1x4) naqilini, bir metrinin qiyməti 18 manat olan 30 metr uzunluğunda 4X10 (dörd naqilli) mis kabelin, qiyməti 250 manat olan üzərində CORT DİSCOWER YOYR POWER MİTER SAW XİXOİ- 255 уazıları olan bir ədəd parket kəsən elektrik alətini, qiyməti 150 manat olan bir ədəd elektrik drelini, bir ədəd qiyməti 130 manat olan laqondanı gizli yolla talayaraq polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə təhvil verilmiş və üzərində olan mobil telefonunu söndürərək polis əməkdaşlarına təhvil vermişdir. Həmin günü saat 15:00-dək polis şöbəsində saxlanılaraq barəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd bükümlərdə təmiz çəkiləri 1,282 qram, 0,403 qram, ümumi təmiz çəkisi 1,685 qram olan qəhvəyi rəngli tozşəkilli maddələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üstündə saxlamaqla daşıdığına görə saat 16:20 radələrində şübhəli şəxsin tutulması haqqında protokol tərtib edilmiş, lakin saat 15:00-dan tutulmuş hesab edilmişdir. Belə ki, təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlu 23 dekabr 2022-ci ildə saat 03:00 radələrində oğurluq hadisəsi ilə tutulduğu zaman bununla bağlı heç bir tədbir görülməyərək sənədləşdirilmə aparılmamış, sonradan qanunsuz olaraq həmin tarixdə saat 15:00 tadələrində narkotiklə bağlı şübhəli şəxsin tutulması haqqında protokol tərtib edilmişdir. Bütün bu qeyd edilənlər təqsirləndirilən şəxsin üzərindən narkotik maddə aşkar olunması faktını şübhə altına alır. Azərbaycan Respublikası CPM-nin 145.3cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən “Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.” “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.1-ci, 125.1-ci və 125.2.7-ci maddələrinə əsasən cinayət prosesində şahidlərin ifadələri sübut kimi qəbul olunur, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştirakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Şıxıyev (Bayramov) Elnur Elman oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Şıxıyev (Bayramov) Elnur Elman oğlunun ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 1,685 qram kustar üsulla hazırlanmış heroinin təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğluna aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Şıxıyev (Bayramov) Elnur Elman oğluna ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Şıxıyev (Bayramov) Elnur Elman oğluna bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 1,685 qram narkotik vasitə heroinin ekspertiza təqdiqatından sonrakı 1,585 qram qalığı materiala əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Şıxıyev (Bayramov) Elnur Elman oğlu bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı X6 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğlunun məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şıxıyev (Bayramov) Elnur Elman oğluna məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirilmədiyi üçün Şıxıyev (Bayramov) Elnur Elman oğluna bəraət verilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 1,685 qram heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 1,585 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Şıxıyev (Bayramov) Elnur Elman oğluna izah edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı X6 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Şıxıyev (Bayramov) Elnur Elman oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Səbail Rayon Məhkəməsinin 1(009)-45/2023 nömrəli iş üzrə 21 fevral 2023-cü il tarixli hökmü ilə Şıxıyev (Bayramov) Elnur Elman oğluna təyin edilmiş 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şıxıyev (Bayramov) Elnur Elman oğlunun əvvəlki iş üzrə 24 iyul 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində və 13 oktyabr 2022-ci il tarixdə axtarışla tutulduğu cəmi 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şıxıyev (Bayramov) Elnur Elman oğlunun azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 dekabr 2022-ci ildən hesablansın. Şıxıyev (Bayramov) Elnur Elman oğlu azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Şıxıyev (Bayramov) Elnur Elman oğlu barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış üzərində CORT DİSCOWER YOYR POWER MİTER SAW XİXOİ-255 yazıları olan bir ədəd parket kəsən elektrik aləti, 20 metr uzunluğunda 4x10 (dörd naqili) mis kabel Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi Şıxıyev (Bayramov) Elnur Elman oğlunun hüquqlarının müdafiəsinə sərf etdiyi 50 (əlli) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 300 (üç yüz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-63/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-63/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver