Məhkəmə qərarları › İş №1(010)-643/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-643/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-643/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, tərcüməçi X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Karlar Cəmiyyətinin 2021ci ildən bu günədək prezidentidir. X9 aşağıdakı təhqir xarakterli informasiyaları vermişdir. X9 özünü əxlaqsız vəziyyətdə video görüntüyə alaraq özünə məxsus “sedran.officall.İox” instaqram sosial şəbəkəsində yerləşdirib (hal-hazırda sözü gedən video profildədir Etik kodeksinə uyğun olaraq videonu ərizəsinə əlavə edə bilmir). Bundan sonra Sədran Baxşıyev ona Whatsapp vasitəsilə zəng vuraraq ona məxsus bir videonu nişanlısına göndərmişlər, onun ailə problemləri yarandığını və bu barədə ona kömək etməyini istəmişdir. O, isə bildirdi ki, onun şəxsi işidir və o, bu səbəbə görə ona köməklik edə bilmir. Polisə müraciət etməsini bildirdi. Bu zaman Sədran Baxşıyev onu söyməyə və təhqir etməyə başladı. X10 Azərbaycan Karlar Cəmiyyətində lal və kar kimi qeydiyyata alınmış şəxslərə və Cəmiyyətin üzvlərinə zəng vuraraq onu və zəng vurduğu şəxsləri təhqir etmiş, aralarında insident yaranmış, həmin şəxslərə konum ataraq oraya gəlmələri üçün söyüşlər söymüşdür. Bu zaman bir necə lal və kar Sədran Baxşıyevin atdığı konuma Xəzər rayonu, Binə qəsəbəsinə getmiş orada aralarında insident yaşanmışdır. Hal hazırda insidentlə bağlı Xəzər rayon Polis İdarəsində araşdırma gedir. Bundan sonra Sədran Baxşıyev bu vəziyyətdən istifadə edərək onun ünvanına nalayiq ifadələr işlətməyə və ondan 70000 (yetmiş min) manat pul tələb etməyə başlamışdır. Pulu verməyəcəyi təqdirdə bu propaqandalarını davam etdirəcəyini və ona hücum edənlər mənə maraqlı deyil, mənim işim Bəhrəmlədir” bildirmişdir. Sədran: “Sabah gələcəm Karlar Cəmiyyətinə çəkiliş qrupu ilə polis də gətirəcəm. Cəmiyyətin prezidentinin boğazından ilişdirəcəm. Mənə hücum edənlər mənə maraqlı deyil, mənim işim Bəhrəmlədir, mən ondan əl çəkməyəcəm, anamın yarasının xərcini ödəsin, 70000 ödəsin (təkrar təkrar deyir). Ödəməsə 70000 onun başına oyun açacam, gözləyirəm. 70000 (təkrar) ödəsin. Hamınız soruşursuz məndən niyə Bəhrəm? Siz hamınız kişi deyilsiz məndə sübutlar var”. Bu da bir daha sübut edir ki, Sədran bu məsələləri onun nüfuzuna ləkə gətirmək, şərəf və ləyaqətini alçaltmaq üçün qurduğu bir ssenaridir. Bundan əlavə Sədran Baxşıyev “instaqram sosial platformasında onun şəklini yuxarı ekranın sağ küncünə yerləşdirərək şəklin aşağı hissəsinə “Трус” sözü yazaraq, işlətdiyi ifadələrlə Sədran: “Bu şəkildə gördüyünüz adam yəni Bəhrəm (trusdur) qorxaqdır. Sizin hamınıza söz verirəm Bəhrəmi cəmiyyətin rəhbərliyindən rüsvay edib rədd elətdirəcəm göndərəcəm onu söyüş söyür (Karlar cəmiyyətin rəhbəri Bəhrəm Hüseynovun ünvanına söyüş söyür). Şəkilə diqqətdən baxın bunu birdə təkrar etməyəcəm bu insan yəni Bəhrəm (trusdur) qorxaqdır”. Onu təhqir etmiş Karlar Cəmiyyətinin rəhbəri olaraq tanınmış bir şəxs kimi onu cəmiyyətin üzvləri, cəmiyyətin lal və kar olan əlilləri arasında onun ləyaqətini alçaltmışdır. Digər bir video görüntüdə Sədran: “Hamısının səbəbkarı onlardı. Onlar Eminin tərəfini tutdular. Emin mənim qohumum olan qızı narahat edirdi məndə zəng etdim Bəhrəmə ki, mənə dəstək olsun o isə dedi ki, bu kimi mövzular ona aid deyil və cizgi qoydu bu məsələyə dedi ki, get polisə müraciət et. Ondan sonra mən hirsləndim hamısı ilə ona görə savaşdım. Bəhrəm ki, cizgi qoydu bu məsələyə məndə onu söyüş soyur (Bəhrəmin ünvanına ) süründürəcəm əl çəkən deyiləm ilişdirəcəm Bəhrəmi. Dayansın hələ yadda saxladım bunu (sakitlik)”. Digər videoda Sədran Baxşıyev daha da irəli gedərək onun və ailənin ünvanına nalayıq ifadələr işlədir. Sədran: “Gəlsin görüşsün mənimlə ora bura şikayət etməsin Bərəm deyirəm gəlsin görüşsün mənimlə p...(nəcis) tökərəm onun başına (söyüş söyür ( Bəhrəmin ünvanına ) gəlsin yanıma. Bəhrəmi söyüş söyür.......... edərəm........... (Bəhrəm Hüseynovun ünvanına söyüş söyür) mənə kömək etmədi məndə gedim evinə Bəhrəmin ailəsinin başına oyun açım görüm xoşuna gələcək... Bəhrəm heç kimdir, ondan Cəmiyyətin prezidenti olmaz”. Bundan əlavə X13 adlı şəxslə Whatsapla danışan zaman onun ünvanına nalayiq söyüşlər söyərək onun şərəfinə, ləyaqətinə, Cəmiyyətin Prezidenti olaraq nüfuzuna xələl gətirmişdir. Bildirmək istəyir ki, Sədran Baxşıyevin özünə aid bir neçə instaqram sosial platformasında “sedran_007”, “sedran.007off’, “sedran.ofıcal” və. sprofillər açaraq Azərbaycan Karlar Cəmiyyətinin Prezidenti olaraq şərəf və layqətini alçaldan videolar yerləşdirmişdir. Dörd aya yaxındır ki, Sədran Baxşıyev onun barəsində videolar çəkərək İnstaqram sosial şəbəkəsində yerləşdirərək 70000 ( yetmiş min) manat pul tələb edərək onun şərəf və ləyaqətini alçatmışdır və bu cür videolarala da davam etdirir. Bundan əlavə Sədran Baxşıyevin yaydığı videolarla bağlı “Xəbər a” saytının əməkdaşlarına məcbur qalıb müsahibə vermişdir. Bir sözlə Sədran Baxşıyev onu hal-hazıradək sosial şəbəkələrdə şərəf və ləyaqətini alçaldaraq Karlar Cəmiyyətinin Prezidenti olaraq nüfuzdan salmağa cəhd göstərir. Baxşıyev Sədran bununla da yetinmir. O, “Azərbaycan Karlar Cəmiyyəti” X3 Adına Bankdan kredit götürüb. Həmin şəxslərin pullarını ödəmir. X11 pullarını tələb etdikdə Sədran onları bıçaqla hədə qorxu gəlir. X9 anadangəlmə lal və kardır. Sədran Baxşıyevin sosial şəbəkələrdə açdığı canlı yayımlarda onun adına işlətdiyi ifadələr onun Azərbaycan Karlar Cəmiyyətinin Prezidenti olaraq Cəmiyyətin üzvləri və onu tanıyan şəxslərin yanında şərəfini, ləyaqətini ləkələmişdir. Əslən Lənkəran rayonu, Osakücə ərazi dairəsi, Moloja kəndində qeydiyyatda olan, X9 hal-hazırda Xəzər rayonu, Binə qəsəbəsində kirayə yaşayır, anadan gəlmə lal-kardır və heç bir yerdə işləmir. Azərbaycan Karlar Cəmiyyətinin üzvlərinin adına Bankdan pullar götürür və ödəmir. Pulun tələb edən şəxslərə isə bıçaqlayacağını bildirərək hədə qorxu gəlir və pulu verməkdən imtina edir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edib icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Xüsusi ittiham qaydasında şikayətə baxılmasının yeri və vaxtı barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə aid olmadığından, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Lənkəran Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinin ərazi aidiyyəti Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə aid deyildir. Belə ki, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi məlumatından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 rayonu, Osakücə ərazi dairəsi, Moloja kəndində qeydiyyatda olduğundan xüsusi ittiham qaydasında şikayət ərizəsi Lənkəran Şəhər Məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2, 302.2.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır Beləliklə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Lənkəran Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məculiyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Lənkəran Şəhər Məhkəməsinə göndərilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar