Məhkəmə qərarları › İş №1(010)-65/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-65/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-65/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 29 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, Binəqədi Rayon Məhkəməsinin 1(001)-28/2022 nömrəli iş üzrə 14 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci, 180.2.4-cü və 326.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (məhkumluğu ödənilməmiş və götürülməmiş), hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 4(010)-156/2023 nömrəli iş üzrə 05 aprel 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 03 aprel 2023-cü hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)- 271/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin müddəti 23 iyul 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-531/2023 saylı, 21 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.4-cü və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgəsinin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı istintaqa məlum olmayan “Baba” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 22 mart 2023-cü il tarixdə saat 01:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətində sonuncunun başının qarışıq olmasından istifadə edərək, əynindəki şalvarın arxa cibində olan 8.800 manat nağd pul vəsaitini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 8.800 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.4-cü və 177.2.5-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı evin həyətində mal-heyvan saxlamaq üçün yeri olmuş və o, qeyri-rəsmi yaşadığı “Zahidə” adlı qadınla Zərərçəkmiş şəxs həmin həyətində yerləşən bir otaqlı kiçik ölçülü evdə qalaraq onun həyətində işləməyə başlmışdır. Bir neçə gün sonra isə Zahidə onun yanından çıxıb Şəki rayonunda övadları ilə birlikdə yaşamağa getmişdir. O da tək orada qalmağa başlamışdır. “Baba” adlı oğlanla isə hadisə günü təsadüfən tanış olmuşdur. Belə ki, hadisədən təxminən bir-iki ay əvvəl o, Zərərçəkmiş şəxs cibində pul görmüş və Nofəl həmin pulu həmişə əynində olan şalvarın arxa sağ cibində saxlamışdır. Bir dəfə Zərərçəkmiş şəxs həmin pulu çıxarıb saydıqda onun dəqiq miqdarını bilməsə də, çox pul olduğunu görmüşdür. O, həmin vaxt nə vaxt fürsət düşsə Zərərçəkmiş şəxs cibindən həmin pullu oğurlayıb ehtiyaclarını ödəmək qərarına gəlmişdir. O, Nofəllə arada bir onun evində spirtli içki qəbul etmişdir. 21 mart 2023-cü il tarixdə o, Nofəllə birlikdə onun yaşadığı evdə spirtli içki qəbul etmişlər. Sonradan Nofəl evində yatmışdır. Həmin vaxt Nofəlin arxa sağ cibində həmin pulu görmüş, lakin fürsət olmadığı üçün həmin pulu oğurlaya bilməmişdir. Nofəl gedib yatdıqdan sonra onun evindən çıxmış və 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən canlı musiqi ifa edilən kafeyə gedərək orada əylənmək qərarına gəlmişdir. Bu niyyətlə də, o, gecə təxminən saat 22:00 radələrində evdən çıxıb 1 manatlıq taksi ilə Suraxanı qəsəbəsinə, oradan isə başqa taksi ilə 20 yanvar metrostansiyasına getmişdir. Orada taksidən düşüb qeyd etdiyi canlı musiqi ifa edilən kafeyə getmişdir. Orada pivə içən zaman bir nəfər oğlan digər masalar dolu olduğu üçün ona yaxınlaşıb masada əyləşə biləcəyi barədə soruşmuşdur. O da razılıq vermiş və həmin oğlan masaya əyləşmişdir. Onlar birlikdə pivə içib söhbət etmişlər. Söhbət zamanı həmin oğlan özünü “Baba” adı ilə tanış etmişdir. Onunla pivə içib söhbət edən zaman ona təklif etmişdir ki, Nofəlin cibindəkli pulu birlikdə oğurlayıb öz aralarında bölsünlər. Baba da razılaşmışdır. Bundan sonra onlar həmin kafedən çıxıb birlikdə Dədə Qorqud qəsəbəsinə gəlmişlər. Aralarında qurduqları plana əsasən o, Nofəli yuxudan oyadıb guya onunla birlikdə qalan oğlan kimi Babanı təqdim edəcəkmiş və Baba Nofəl ilə konflikt yaradıb mübahisə edən zaman isə o, Nofəlin cibinə əlini salıb həmin pulu götürəcəkmiş və Babaya işarə etdikdə o, qaçacaqmış. Özü də guya onu tutmaq üçün onun arxasınca qaçacaqmış, əldə olunan puldan isə ona özü məsəhət bildiyi miqdarda pul verəcəkmiş. Bu plana uyğun olaraq o, Baba ilə birlikdə Nofəlin evinə gəlmiş və Nofəlin evinin qapısını döyüb Nofəli oyatmışdır. Nofəl qapının ağzına çıxdıqda o, Babanı göstərib qalmağa yerinin olmadığını, onunla birlikdə qalacağını demişdir. Nofəl isə buna etiraz edərək onu tanımadığını, burada qala bilməyəcəyini və onu həyətdən çıxarmağını bildirmişdir. Bu zaman Baba plana uyğun olaraq Nofəl ilə sözlə mübahisə yaratmış və yüksək səslə söyüş söymüşdür. Nofəl isə ətrafda və evində qadın olduğunu, ayıb olduğunu, nalayiq ifadə işlətməməsini bildirmişdir. Bu zaman Baba yenə də yüksək səslə söyüş söymüş və bu zaman Nofəl sillə və təpiklə Babanı vurmuş, Baba уerə yıxılmışdır. Bu anda o, fürsətdən istifadə edib əlini atıb Nofəlin arxa sağ cibinə salıb orada olan pulun hamısını götürmüşdür. Bundan sonra Babaya işarə etmişdir ki, qaçıb uzaqlaşsın. Baba qaçaraq həyətdən uzaqlaşmışdır. O da guya onu tutmaq üçün Babanın arxasınca sürətlə qaçmağa başlamışdır. Planlaşdırdıqları kimi Baba qaçıb Dədə Qorqud yaşayış sahəsi ilə Bahar yaşayış sahəsini ayıran körpünün altında gözləmişdir. O da oraya gəlmişdir. Orada Baba ilə görüşmüşlər və orada Nofəlin cibindən oğurladığı pulu sayaraq 100 və 200 manatlıq əskinaslardan ibarət olmaq şərti ilə cəmi 8.600 manat pul olduğunu görmüşdür. Onlar oradan birlikdə yoldan keçən tanımadığı taksilərdən birinə əyləşərək 20 yanvar metrostansiyası istiqamətində hərəkət etmişlər. Yolda Вaba Neftçilər metrostansiyasında düşmüş, o isə həmin taksi ilə 20 yanvar metrostansiyasına gəlmişdir. Oradan isə tanımadığı taksi ilə Qobustan qəsəbəsinə nənəsigilin qaldığı evə getmişdir. Həmin gecəni orada qalmış, səhərisi isə Qobustan qəsəbəsindən tanımadığ taksi ilə Gəncə şəhərinə getmişdir. Oradan isə Bakı şəhərinə qayıtmışdır. Sulutəpə qəsəbəsində adını xatırlamadığı kafedə spitli icki qəbul edərkən həmin kafedə müştəri qismində əyləşən Aygün adlı qadınla tanış olmuşdur. Onunla Sulutəpə qəsəbəsində yerləşən otellərdən birinə getmişdir. Səhərisi gün isə Sulutəpə qəsəbəsində aylıq 200 manata ev kirayə tutmuş və Aygünlə həmin evdə yaşamağa başlamışlar. Həmin vaxtdan Aygünlə bir evdə qeyri-rəsmi kirayədə yaşamağa başlamışlar. Bir neçə gün həmin evdə Aygünlə qaldıqdan sonra o, cibində olan pulu sayıb 6.800 manat pulu Aygünə etibar edərək ona vermiş və həmin pulu Nofəlin cibindən oğurladığını demişdir. Bundan bir neçə gün sonra Aygünün adına 1.700 manata “VAZ 21013” minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və 40 manat da etibarnaməyə pul vermişdir. Həmin avtomobili Müşfiq qəsəbəsində yerləşən avtotəmir sexində boyaması üçün ustaya 200 manat beh kimi pul vermişdir. Sonra isə Müşfiq qəsəbəsində özünə 150 manata bir ədəd “Samsung markalı telefon almışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman oğurluq yolu ilə əldə etdiyi puldan cəmi 828 manat pul qalmış və həmin pulu polis əməkdaşlarına təhvil vermişdir. Həmin oğurluq əməlini hadisə günü tanış olduğu “Baba” ac lı şəxslə birlikdə etmişdir. Hadisə zamanı nə o, nə də Baba Zərərçəkmiş şəxs vurmamış və ya xəsarət yetirməmişlər. Sadəcə qabaqcadan planlaşdırdıqları kimi hadisə zamanı Baba Nofəl ilə sözlə mübahisə yaratmış və nalayiq ifadə işlətdiyi üçün Nofəl onu sillə və təpiklə vurmuşdur. Baba yerə yıxılmış və o, Babaya işarə etdikdən sonra ayağa qalxıb qaçaraq oradan uzaqlaşmışdır. O da guya Babanı tutmaq üçün onun arxasınca qaçmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.4-cü və 177.2.5-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir gün Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək qapını döyüb onu yuxudan oyadıb çölə çağırmışdır. O, çölə çıxdıqda Qurbanın yanında tanımadığı bir nəfər şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona yaxınlıqdakı dayanacaqda onları qız gözlədiyini bildirib qizla bir yerdə istirahət etmək məqsədi ilə onunla görüş təklif etmişdir. O, bu təklifi qəbul etməmişdir. Daha sonra Qurbanla onun yanında olan şəxsin arasında söz mübahisəsi başlamışdır. O, Qurbanla tanımadığı şəxsi həyətdən kənara çəkmişdir. Onlara oradan getmələrini, evdə arvad-uşağın səs küyə narahat olmalarını bildirmişdir. Bu zaman Qurbanın yanında olan şəxs ona əl-qol atmağa başlamışdır. Həmin oğlan ona yumruq atmış, o isə başını çəkmişdir. Həmin şəxsin yumruq zərbəsi ona dəyməmişdir. O isə öz növbəsində həmin şəxsin çənə nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Sonuncu özünü itirmiş, bu zaman o, həmin şəxsin boğazından tutaraq onu boğmağa başlamışdır. Sonra o, həmin şəxsi buraxmış və getmələrini bildirmişdir. Həmin oğlanla dalaşan vaxt Təqsirləndirilən şəxs onun arxa tərəfində dayanmışdır. Onlar təxminən 20 metr aralaşdıqdan sonra həmin oğlan bir daha onun üzərinə gəlmişdir. Həmin oğlan onun üzərinə gəldikdə o, yenidən yumruqla həmin şəxsin çənə nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman Qurbanla həmin oğlan bir-birinə baxaraq qaçmışlar. O, yaşadığı ünvanda həyətyani sahədə dayanmışdır. Arxa cibində evdən çıxarkən üzərində gəzdirdiyi 8.800 manat pul olmuşdur. O, cibinə baxdıqda orada pulun olmadığını görmüşdür. O, küçəyə çıxıb Qurban və həmin Qurbanın yanında olan oğlanın arxası ilə qaçmış, lakin onları tapa bilməmişdir. Hadisə nəticəsində ona 8.800 manat maddi ziyan dəymişdir. Hadisə zamanı o, kiminsə toxunmasını hiss etməmiş, pulunun oğurlanmasını bildikdən sonra da dava etdiyi yerə və ətrafa diqqətlə nəzər salmış, lakin pulunu tapmamışdır. Hadisə ilə bağlı Qurbandan şübhələnmişdir. Sonda təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, övladları ilə birlikdə yaşayır. 2007-ci ildə Ramin Məmişovla ailə həyatı qurmuş, onların bu nikahdan 2 azyaşlı övladları olmuşdur. 2017-ci il tarixdə isə o, Ramin Məmişovla xasiyyəti uyğun gəlmədiyi üçün boşanmışdır. Bundan sonra 2018-ci il tarixdə o, Bəhruz İsmayılov adlı şəxslə tanış olmuş və təxminən 1 il 6 ay qeyri-rəsmi olaraq birlikdə ər-arvad kimi yaşamışlar. Onların 5 yaşlı qız övladı vardır. Hal-hazırda isə 3 azyaşlı övladları ilə tək yaşayır və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “Cay evi” adlı kafedə ofisiant işləyib ailəsini dolandırlr. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin mart ayından tanımışdır. Belə ki, 22 mart 2023-cü il tarixdə o, rəfiqəsi Səbinə ilə birlikdə Sulutəpə qəsəbəsində yerləşən “Sərvan” adlı kafeyə çay içməyə getmişlər. Orada bir müddət oturandan sonra Səbinə öz tanışlarını adlarını sonradan bildiyi Vüqar adlı şəxsi görüb onun yanına getmişdir. Bir müddət sonra Səbinə onun yanına qayıdıb gedərək dostlarının yanında oturub yeyib-içməyi təklif etmiş, o isə razılaşmamışdır. Lakin Səbinə ona narahat olmamasını, pis adamlar olmadıqlarını, dostları olduğunu demişdir. Bundan sonra o, Səbinə ilə birlikdə öz oturduğu stolun qarşısından durub Vüqar adlı şəxsin oturduğu yerdə oturmuşdur. Bundan sonra o, Vüqar adlı şəxsin yanında olan Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təxminən yarım saat oturandan sonra onlar, yəni o, Qurban, rəfiqəsi Səbinə və Vüqar adlı şəxs durub yol taksisi ilə Nəsimi rayonu 3 mikrorayonda yerləşən “Görüş” adlı kafeyə getmişlər. Orada bir az yeyib içdikdən sonra Vüqar ilə Səbinə Nəsimi rayonu, 20 yanvar metrostansiyası tərəfdə yerləşən otellərin birinə getmişlər. Vüqar ilə Səbinə getməmişdən qaban Qurban cibindən 1000 manat pulu çıxarıb Vüqara vermişdir ki, xərcləsin. Bundan sonra Qurban da ona birlikdə otelə getməyi, orada onunla işi olduğunu demişdir. O da razılaşıb həmin günü Qurbanla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Vulkan” adlı otelə getmişlər. Oteldə onların arasında heç bir şey olmamış, Qurban səhərə kimi onunla söhbətləşmişdir. Söhbət zamanı Qurban ona birlikdə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağı, ona yaxşı baxacağını və işləməyə qoymayacağını demişdir. Səhərisi günü Qurban adını bilmədiyi öz dostuna zəng vurub gedib maşın almağı demişdir. Təxminən yarım saat sonra tanımadığı bir şəxs idarə etdiyi “Tofaş” markalı avtomaşınla gəlib Qurban ilə onu götürüb Sumqayıt şəhərində yerləşən maşın bazarına aparmışdır. Lakin həmin günü maşın bazarı işləmədiyi üçün onlar Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Vulkan” otelə geri qayıtmışlar. Orada çay içdikdən sonra Qurban adını bilmədiyi dostu ilə birlikdə Sumqayıt şəhərinə maşına baxmağa getmişlər. Təxminən 1 saatdan sonra Qurban aldığı “VAZ 21011” minik markalı avtomaşınla və yanında həmin avtomaşının sahibi olan adını bilmədiyi şəxslə birlikdə qayıdıb onu götürüb Abşeron rayonu, Masazır qəsəbəsində 200 manata kirayə tutduğu evə getmişlər. Həmin vaxtı həmin şəxs onun şəxsiyyət vəsiqəsini cibindən çıxarıb ona təqdim etdikdə, o, təəccüblə şəxsiyyət vəsiqəsinin onda nə etdiyini soruşmuşdur. Həmin şəxsdə cavab olaraq Qurbanın şəxsiyyət vəsiqəsini ona verdiyini, aldığı maşına etibarnamə verməsini bildirmişdir. Bundan sonra 27 mart 2023-cü il tarixdə Qurban Abşeron rayonu, Masazır qəsəbəsində kirayə tutduğu evi bəyənmədiyi üçün birlikdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində Qurban 170 manat ödəməklə kirayə ev tutmuşdur. Həmin günü axşam saat 19 radələrində o, Qurban ilə birlikdə onun Qaradağ rayonu 10-cu PB-nin yaxınlığında yaşayan Qurbanın nənəsigilə getmişlər. Orada Qurban öz qardaşına öz cibindən çıxarıb 1400 manat pul vermişdir. O, Qurbandan bir neçə dəfə həmin pulların onda haradan olduğunu soruşmuş, Qurban isə ona cavab olaraq dam ustası işlədiyini, pulları işi ilə qazandığını bildirmişdir. Həmin günü saat təxminən 22:00 radələrində o, Qurban ilə birlikdə Müşfiqabad qəsəbəsində yerləşən “N N” adlı kafeyə getmiş, həmin kafedə Qurban ona 21 mart 2023-cü il tarixdə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən fermadan bir yaşlı qadının oğu ilə mübahisə edib onu dirmiqla başından vuraraq, daha sonra həmin şəxsin cibində olan pulları oğurladığını bildirmişdir. Bundan sonra öz cibindən 3500 manat pulu çıxarıb ona qardaşı Elvinin gəlib həmin pulları ondan götürəcəyini demişdir. O da həmin 3500 manat pulu götürmüşdür. Bundan sonra Qurban ona Şamaxıya getmək lazım olduğunu, orada onun dostu olduğunu demiş və buna görə də, onlar həmin günü gecə saat 00 radələrində yol taksisi ilə Şamaxıya getmişlər. Şamaxıda Qurban adını bilmədiyi dostuna istifadəsində olan telefonundan yığmış, lakin dostu telefonu götürmədiyi üçün o, öz əmisi oğlu Ramin İsayevə zəng vurmuşdur ki, onun yanına gəlsin. O, əmisi oğlu Raminə Qurbana bir günlük qalmaq üçün yer lazım olduğunu demiş, əmisi oğlu da 1 günlük 3 manat olmaqla bir ev tapmışdır. Bundan sonra o, Qurbanla həmin evə getmişlər. Qurban yatandan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub olanları danışmış, yəni Təqsirləndirilən şəxs Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən fermada kimisə vurub cibindən pul oğurladığını demişdir. Bundan sonra onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Orada izahatını almışlar və o, Qurbandan gizli götürdüyü mobil telefonu, şəxsiyyət vəsiqəsini və hərbi biletini orada polis əməkdaşına təhvil vermişdir. Daha sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin Etibar adlı əməkdaşı gəlib onun təhvil verdiyi Qurbana məxsus mobil telefonu, şəxsiyyət vəsiqəsini və hərbi bileti 10-cu PB-dən götürmüşdür. Bundan sonra 03 aprel 2023-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi kənd Binəqədidə yerləşən xalası Sonanın evində olarkən, Suraxanı RPİ- nin 30-cu PŞ-nin əməkdaşları gəlib ona Qurbanın 3500 manat verdiyi pulun yerini soruşmuşlar, o da həmin pulu çantasında olduğunu və təqdim etməyə hazır olduğunu demişdir. Bundan sonra o, çantasında olan 3500 manat pulu Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşı Etibar adlı şəxsə vermişdir. Təqsirləndirilən şəxs ona böhtan atmış və yalan danışmışdır. Qurban ona 6800 manat pul deyil, cəmi 3500 manat pul vermişdir ki, qardaşı Elvin gəlib həmin pulu ondan götürəcəkdir. O, həmin 3500 manat pulu sahibinə, yəni Nofələ vermək istədiyi üçün Qaradağ RPİ-nin 10-cu PB-də həmin pulu təqdim etməmiş, lakin Təqsirləndirilən şəxs tutulduğu zaman polis əməkdaşları onun xalası Sonanın evində olduğu vaxt gələrkən həmin 3500 manat pulu orada olan Etibar adlı şəxsə təqdim etmişdir. Təqsirləndirilən şəxs aldığı VAZ 21011 markalı avtomaşının sahibini tanımamış, anket məlumatları barədə heç bir şey bilməmişdir. Lakin onun mobil telefonunu Qurban onun istifadəsində olan mobil telefonundan yığdığı üçün həmin şəxsin nömrəsini telefonun yaddaşına qeyd etmişdir. O, Qurban ilə birlikdə Müşfiqabad qəsəbəsində yerləşən “N N” adlı kafedə olarkən ayaq yoluna getdiyi vaxt Qurban onun çantasında gizlin olaraq şəxsiyyət vəsiqəsini götürmüş və daha sonra isə gedib həmin şəxsiyyət vəsiqəsi ilə onun adına VAZ 21011 markalı avtomaşını alıb rəsmiləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 15 il olar ki, öz avtomaşını ilə sərnişin daşıyıb ailəsini dolandırır. Hal-hazırda etibarnamə əsasında icarəyə “Tofaş” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomaşını götürüb taksi fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi avtomaşınla hər gün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində dayanıb orada müştəri olanda taksi fəaliyyəti ilə məşğul olur. Tarixi dəqiq yadında olmayan zaman 2023-cü ilin aprel ayında saat təxminən 09 radələrində o, idarə etdiyi “Tofaş” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Romi Göyçə” adlı otelin qarşısında dayanıb müştəri gözləmişdir. В zaman bir nəfər şəxs yanında qadın ilə onun avtomaşınına əyləşib Sumqayit maşın bazarına onları aparmağını xahiş etmişdir. O, həmin şəxsə Sumqayıt maşın bazarına 10 manat pul müqabilində aparacağını demiş, həmin şəxs də onunla razılaşmışdır. Onlar Sumqayıt maşın bazarına getdiyi zaman yolda söhbət əsnasında ona məlum olmuşdur ki, həmin şəxsin adı Qurban, yanındakı qadının adı isə Aygün olmuşdur. Bundan sonra onlar Sumqayıt maşın bazarına çatdıqda məlum olmuşdur ki, həmin günü bazar günü olduğu üçün maşın bazarı fəaliyyət göstərmir. Bundan sonra adını sonradan bildiyi Qurban ona 1800 manat məbləğində özünə maşın almaq istədiyini deyib ondan köməklik istəmişdir ki, ona maşın tapsın. O da həmin məbləğdə avtomaşının ancaq maşın ustalarında olduğunu və buna görə də, yol üstü olan ustalardan maraqlanmaq lazım olduğunu demişdir. Bu zaman Qurban ondan birlikdə gedib yol üstü olan ustalardan 1800 minat məbləğində avtomaşın olub-olmaması barədə maraqlanmağı və buna görə də ona ayrıca hörmət edəcəyini demişdir. O da Qurbanın təklifi ilə razılaşmış və onlar, yəni o, Qurban və yanındakı adını sonradan bildiyi Aygün birlikdə yol üstündə olan ustaların yanına getmişlər ki, kim nə maşın satdığını maraqlansınlar. Bundan sonra onlar Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbirstanlığın yanında olan qarajların birində çilingər işləyən adı dəqiq yadında olmayan şəxsin yanına gedib ondan satılıq avtomaşın olub-olmamasını soruşmuşlar. Bu zaman həmin şəxs tanışında VAZ 21011 markalı avtomaşın olduğunu və 1700 manata satdığını demişdir. Onlar həmin avtomaşına baxmaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq massivinə getmişlər. Orada həmin VAZ 21011 markalı avtomaşının adını bilmədiyi sahibi ilə görüşmüşlər. Qurban ilə Aygün maşına baxıb bəyənmişlər və həmin avtomaşını almağa qərara gəlmişlər. Lakin həmin vaxt Qurban şəxsiyyət vəsiqəsinin olmadığını demiş və bu zaman da Aygün jurnalist olduğunu və özünə məxsus jurnalist vəsiqəsini çıxarıb onlara göstərib onsuz da onu heç kim saxlamayacağını demiş, onun adına avtomaşını rəsmiləşdirməyi təklif etmişdir. Bundan sonra Aygün özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb VAZ 21011 markalı avtomaşının sahibinə vermişdir ki, gedib həmin avtomaşını onun adına rəsmiləşdirsinlər. Aygün çantasından pulları çıxardaraq 1700 manat sayaraq VAZ 21011 markalı avtomaşının sahibinə vermiş, qalan pulu isə yenidən çantasına qoymuşdur. Daha sonra Vaz 21011 markalı avtomaşının sürücüsü pulu və Aygünün şəxsiyyət vəsiqəsini götürüb onun adına baş etibarnamə vermək üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən notariat kontoruna getmişdir. Qurban ilə Aygün ona Abşenon rayonu, Masazır ərazisindən kirayə ev tutmaq istədiyini, lakin tanışları olmadığını demiş, o da həmin vaxtı onları yaxınlıqda olan ev alqı-satqısı ofisinə aparmış, orada ev alqı-satqısı ilə məşdul olan adını bilmədiyi şəxs onları ünvan dəqiq yadında qalmayan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən evə aparıb həmin evin 200 manata icarəyə verildiyini demişdir. Aygün ilə Qurban həmin evə baxıb bəyəndikləri üçün həmin evi 200 manata kirayə götürməyə razılıq vermişlər və Qurban cibindən 200 manat çıxardıb həmin şəxsə vermişdir. Bundan sonra oradan Aygünün kirayə yaşadığı Qaradağ rayonu, Müşfiq qəsəbəsindəki evə getmişlər ki, Aygünün əşyalarını oradan götürüb kirayə tutduqları Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən evə aparsınlar. Onlar Qaradağ rayonu, Müşfiq qəsəbəsində yerləşən evə çatdıqda Aygünün əşyalarını onun avtomaşınına qoyub oradan da Masazır qəsəbəsinə getmişlər. Orada yolun kənarında VAZ 21011 markalı avtomaşını satan şəxslə görüşmüşlər və Qurban ilə Aygün onun avtomaşınında olan Aygünə məxsus əşyaları həmin VAZ 21011 markalı avtomaşına qoyub getmişlər. Bundan sonra o, nə Qurbanı nə də ki, Aygünü görməmişdir. Qurban öz avtomobili ilə ona xidmət göstərdiyi üçün cəmi 60 manat pul vermişdir. O, İdrisov X3 Nofəl Firuddin oğlunun cibindən 8500 manat pulu oğurlanması barədə heç bir məlumatı olmamışdır. O, ümumiyyətlə nə Nofəli, nə də Qurbanı tanımamışdır. O, Qurbanı avtomobilinə müştəri kimi oturanda tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi “Nasosxana” deyilən ərazidə yerləşən avtomaşınların təmiri üçün nəzərdə tutulan qarajda rəngsaz işləyib ailəsini dolandırır. 2023-cü ilin mart ayının axırlarında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi, “Nasosxana” deyilən ərazidə yerləşən “Al” marketin qarşısında VAZ 21011 markalı dövlət qeydiyyat nömrəsi yadında olmayan avtomaşının dayandığını görmüşdür. Bu zaman o, həmin avtomaşın satılıq olsa avtomaşını ucuz qiymətə alıb usta olduğu üçün təmir etdirib sonra da satıb pul qazana biləcəyini fikirləşmişdir. Buna görə də, həmin avtomaşının yanında dayanmışdır ki, sahibi gəldikdə onunla bu barədə söhbət etsin. Təxminən 10 dəqiqə sonra həmin avtomaşının sahibi gəldikdə ona yaxınlaşıb avtomaşını satıbsatmamağı barədə soruşmuş, həmin şəxsə də cavab olaraq 2700 manata satdığını demişdir. Bu zaman ona baha satdığı üçün ala bilməyəcəyini demişdir, çünki özü usta olduğundan həmin avtomaşını ucuz alıb təmir etdikdən sonra satmağı planlaşdırmışdır. Bu zaman həmin şəxslə söhbət etdikdən sonra həmin şəxs öz adının Qurban olduğunu və ona da həmin “VAZ 21011” markalı avtomaşını rəngləmək üçün usta axtardığını bildirmişdri. Bundan sonra o, Qurban adlı şəxsə həmin avtomaşını ümumi rənglətmək üçün 400 manata razılaşmışdır. Bundan sonra o, Qurbanla işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi, “Nasosxana” adlanan yerdə olan qaraja getmiş və orada Qurban ona avtomaşını rəngləmək üçün qarajda saxlamışdır. Bundan sonra təxminən 2 gün sonra o, avtomaşında müəyyən təmir işləri gördükdə, pul lazım olduğu üçün Qurbanın istifadə etdiyi yadında olmayan mobil nömrəsinə zəng vurub avtomaşını təmir etmək üçün materiallar alınmalı olduğunu və buna görə də, 200 manat pul lazım olduğunu demişdir. Qurban da ona yaşadığı Bakı şəhəri, Müşfiq qəsəbəsində yerləşən evin qarşısına gəlməyini və orada pul verəcəyini demişdir. Bundan sonra Qurban yaşadığı evin ünvanını ona izah etmiş, o da həmin ünvana gedərək orada Qurbanla evinin həyətində görüşdükdən sonra, Qurban yanında olan adını sonradan bildiyi Aygün adlı qadından 200 manat pul götürərək ona vermişdir. Bundan sonra o, işlətdiyi yerə qayıtmış və Qurbanın ona verdiyi 200 manat pula da “VAZ 21011” minik markalı avtomaşında rəngləmə işləri aparmaq üçün müxtəlif materiallar almışdır. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində polis əməkdaşları Aygün ilə birlikdə onun işlədiyi yerə gəlib, həmin “VAZ 21011” minik markalı avtomaşının cinayət yolu ilə əldə olunduğunu və Qurban adlı şəxsin tutulduğunu deyib aparmışlar. O, həmin avtomaşını rəngsaz ustası olduğundan ailəsini dolandırmaq üçün avtomaşını rəngləmək üçün götürmüşdür. Onun həmin avtomaşını Qurbanın hansı yolla əldə etdiyi barədə heç bir məlumatı olmamış, sadəcə olaraq müəyyən məbləğdə həmin avtomaşında rəngləmə işləri aparılması üçün Qurbanla razılaşmışdır. Ümumiyyətlə o, nə Qurbanı nədə ki, Aygünü bu günə kimi tanımamış və onlarla arasında heç bir münasibət olmamışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Firuddin oğlunun cibindən 8500 manat pulu oğurlanması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. Belə ki, mart ayında fermada baş vermiş oğurluqla bağlı tərəfindən əməliyyat axtarış tədbirləri keçirilərək təqsirləndirlən şəxsin şəxsiyyəti müəyyən edilmiş və tutulması barədə əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxsin barəsində Bakı şəhər Baş Polis İdarəsinə Aygün adlı şəxsdən məlumat daxil olmuş, həmin məlumatda təqsirləndirilən şəxsin naməlum fermada bir şəxsin başını kəsərək 7500 manat pulunun oğurladığını bildirilərək kömək istəmişdir. Məlumat verən Ayğün adlı şəxsə yaxınlaşanda şəxsin Ağsu rayonunda tanışının evində onunla birlikdə yaşadığını qeyd etmişdir. Dərhal Ağsu rayonuna yollanmışlar. Ağsu rayonunda təqsirləndirilən şəxsi saxlayaraq, Bakı şəhərinə gətirərəkən Ayğün adlı şəxsin yanında yol boyu məlumatları dəqiqləşdirərkən səmimi etiraf etmiş, zərərçəkmiş şəxslə yeyib içdikdən sonra pulunu götürdüyünü etiraf etmişdir. Lakin pulun bir hissəsinə maşın aldığını, bir hissəsini xərclədiyini, bir hissəsini də Aygünə verdiyini bildirmişdir. Əməliyyat tədbiri zamanı müəyyən etmişlər ki, təqsirləndirilən şəxs həqiqətən də pulun bir hissəsini Aygün adlı şəxsə vermişdir. İlkin olaraq etiraf etməsə də sonradan Aygün etiraf etmişdir ki, pulun bir hissəsini xərcləmişdir. Belə müəyyən olunmuşdur ki, pulu yeyib qurtarandan sonra polisə məlumat vermişdir. Həsən Muxtarov və Rasim Quliyevlə birlikdə Ağsu rayonuna getmişlər. Göstərdiyi yerdən pulu götürüb, protokolla birlikdə təhqiqatçıya təhvil vermişdir. Barəsində pulu götürməsi ilə bağlı şahid Aygünün dedikləri şər böhtandır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-156/2023 nömrəli iş üzrə 05 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Firudin oğlu barəsində həbs etmənin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-271/2023 nömrəli iş üzrə 25 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Firudin oğlunun həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 23 iyul 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işinə məhkəmə hazırlıq iclasında baxılana qədər təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən İdrisov X4 Rayon Məhkəməsinin 1(001)-28/2022 nömrəli iş üzrə 14 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci, 180.2.4-cü və 326.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan 15 iyun 2023-cü il tarixli “tolanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Firudin oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180 və 181-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Firudin oğlunun əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, İdrisov X4 Rayon Məhkəməsinin 1(001)-28/2022 nömrəli iş üzrə 14 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci, 180.2.4-cü və 326.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs Firudin oğlunun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Firudin oğlu Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Firudin oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.4-cü və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.4-cü və 177.2.5ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 aprel 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “VAZ 21011” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil və 01 ədəd “Samsung A20” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.4-cü və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 aprel 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “VAZ 21011” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil və 01 ədəd “Samsung A20” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar