Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-66/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində 26 noyabr 2022-ci il tarixində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 21 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zərərçəkmiş şəxs küçəsi, ev 18A ünvanında yerləşən “Buta Store” mağazasına müştəri qismində daxil olaraq mağazadan 4,49 manat dəyərində olan 359 qr “şoki-moki” şokalad yağı, hər biri 4,95 manat dəyərində olan iki ədəd 880 qram squşonka, hər biri 21,91 manat dəyərində olan iki ədəd 1 kq “Azərçay buket” çayı, 5,69 manat dəyərində olan bir ədəd 225 qram “Berqa” çayı. 7,75 manat əyərində olan bir ədəd 400 qr "Supersun" mal əti konservi, 13,34 manat dəyərində olan bir ədəd 1 İt "Zeytun bağlan” zeytun yağı, hər biri 11,37 manat dəyərində olan 4 ədəd 500 qr “Ankor” kərə yağı, hər biri 15,90 manat dəyərində olan üç ədəd 1 kq 500 qr “Vestgold” kərə yağı, 4,69 manat dəyərində olan bir ədəd 350 qr “romaşka” smetanı gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs cəmi 182,86 manat (yüz səksən iki manat səksən altı qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 22 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zərərçəkmiş şəxs küçəsi, ev 18A ünvanında yerləşən “Buta Store” mağazasına müştəri qismində daxil olaraq mağazadan hər biri 7,75 manat dəyərində olan iki ədəd 400 qr “Super sun” mal əti konservi, hər biri 11,37 manat dəyərində olan dörd ədəd 500 qr “Ankor" kər yağı, hər biri 15,90 manat dəyərində olan iki ədəd 500 qr “Vestgold” kərə yağı, 10,49 manat dəyərində olan bir ədəd 454 qr “doyaruşqa” kərə yağı, 5,69 manat dəyərində olan bir ədəd 225 qram "Berqa” çayı, 4,69 manat dəyərində olan bir ədəd 350qr “romaşka” smetan, 15,03 manat dəyərində olan bir ədəd 2 litr “Final” qarğıdalı yağı, 5,18 manat dəyərində olan bir ədəd 720 ml "Bonduello" yaşıl noxud, 2,95 manat dəyərində olan bir ədəd 660 qram “bizi tarla” badımcan kürüsü, 13,18 manat dəyərində olan bir ədəd 2,5 kq “Tide” yuyucu vasitəsi, 5,49 manat dəyərində olan bir ədəd “Fairy platin” markalı yuyucu vasitəsi, 5,73 manat dəyərində olan bir ədəd 650 ml “Elodor” saç şampunu, 1,20 manat dəyərində olan bir ədəd “Bounty” şokoladı gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs cəmi 162,41 manat (yüz altmış iki manat qırx bir qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 noyabr 2022-ci il tarixdə Hövsan qəsəbəsi, Hövsan kəndə gəlib orda olan «Buta» marketə girmişdir. Marketdən səbət götürüb ərzaq yığmağa başlamışdır. Ərzaqları yığdıqdan sonra kassaya yaxınlaşmış və səbəti kənara qoymuş, kassada oturan işçinin diqqətini yayındırmaq üçün ona yaxınlaşıb 10 manat pul vermiş və pulu xırdalamasını xahiş etmişdir. Kassir pulu xırdalıyandan sonra ona nəzarət edən olmadığını görmüş və yığdığı ərzaqları götürüb mağazadan çıxıb getmişdir. Bundan sonra qərara gəlmişdir ki, yenidən gəlib eyni qaydada oğurluq etsin. Bu niyyətlə də, xx.xx.2022-ci il tarixdə yenidən həmin mağazaya gəlib yenə eyni şeyi təkrar edib, götürdüyü ərzaqların pulunu ödəmədən mağagadan çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:00 radələrində həmin mağazaya yenidən oğurluq etmək üçün gəlmişdir. Biraz marketdə gəzəndən sonra 1 ədəd 2 litrlik final qarğıdalı, 1 ədəd 1 litrlik zeytun yağını, 1 ədəd isə 400 qramlıq mal əti konservini götürüb səbətə qoymuşdur ki, marketdə işləyən iki nəfər ona yaxınlaşmış və həmin mağazadan iki dəfə oğurluq etdiyini, gedək bu məsələni aydınlaşdırmağı demişdir. Onlar kamera otağına keçdikdən sonra orada kamerada onun oğurluq etdiyi görüntüləri göstərmişlər. O isə boynuna almamış və onun oxşarı olduğunu, özü olmadığını demişdir. Bir az keçmiş polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarına da görüntüdə görünən şəxsin o olmadığını, sadəcə ona oxşadığını sübut ehməyə çalışmışdır. Sonra adını bilmədiyi polis əməkdaşı ona əlindəki ərzaqları alıbalmadığını soruşmuşdur. O da bəli alacağını, pulunu da verəcəyini bildirmişdir. Bu zaman həmin polis əməkdaşı ona kassaya yaxınlaşaraq aldığı ərzaqların pulunu ödəməyi təklif etmişdir. Bu vaxt o, artıq yalanının üzə çıxdığını görmüşdür, çünki cibində cəmi 1 manat 10 qəpik pul olmuşdur. Bundan sonra həmin oğurluqları etdiyini etiraf etmiş və polis əməkdaşları onu saxlayaraq 30-cu Polis Şöbəsinə gətirmişlər. O da hər şeyi boynuna almışdır. O, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə «Buta» marketdən yalnız 1 kiloqram Vestqold kərə yağı, 2 banka smetan, 1 ədəd 250 qramlıq quru çay, 1 ədəd 2 litrlik final qarğıdalı yağı, 1 ədəd 1 litrlik zeytun yağı və 2 ədəd hamam şampunu oğurlamışdır. Oğurluq edən zaman heç kim onu görməmişdir. Sonda o, əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə yaşadığı evin həyətində “Buta Stoe” mağazasını tikmişdir və həmin vaxtdan oranı özü işlədir. Ondan başqa Şahid həmin mağazada adminstrator vəzifəsində işləyir. Hər gün təxminən saat 07:30-da həmin mağazanı açmış və axşam saat 01:00-da mağazanı bağlayıb evinə getmişdir. 22 noyabr 2022-ci il tarixdə axşam saatlarında Asif onunla əlaqə saxlayaraq mağazada bəzi ərzaq məhsullarında çatışmazlıq olduğunu və mağazaya quraşdırılan təhlükəsizlik kamerasına baxıb mağazadan bir nəfər cavan oğlanın oğurluq etməsini aşkar etdiyini bildirmişdir. Bundan sonra o, mağazaya gəlmiş və təhlükəsizlik kamerasına baxdıqda məlum olmuşdur ki, naməlum şəxs 21 noyabr 2022-ci il tarixdə günorta saat 14 radələrində əynində qalın qış gödəkçəsi və həmin gödəkcənin papağı başına taxılmış halda mağazaya müştəri kimi daxil olub mağazadan müxtəlif ərzaq məhsullarını iki ədəd sellofana yığaraq kassanın yanından keçib pulu ödəmədən mağazanı tərk edərək oğurluq etmiş və bir gün sonra, yəni 22 noyabr 2022-ci il tarixdə yendən saat 14 radələrində mağazada yenə də müştəri qismində daxil olaraq mağazadan müxtəlif ərzaq məhsullarını iki ədəd sellofana yığdıqdan sonra kassanın yanından keçib pulu ödəmədən mağazanı tərk edərək oğurluq etmişdir. Bu iki faktı müəyyən etdikdən sonra o, mağazada olan malları və satılan malları eyniləşdirərək yoxlamış və bu zaman məlum olmuşdur ki, həmin naməlum şəxs 21 noyabr 2022-ci il tarixdə 4,49 manat dəyərində olan 359 qr “şoki-moki” şokalad yağı, hər biri 4,95 manat dəyərində olan iki ədəd 880 qram squşonka, hər biri 21,91 manat dəyərində olan iki ədəd 1 kq “Azərçay buket” çayı, 5,69 manat dəyərində olan bir ədəd 225 qram “Berqa” çayı. 7,75 manat əyərində olan bir ədəd 400 qr “Supersun” mal əti konservi, 13,34 manat dəyərində olan bir ədəd 1 İt "Zeytun bağları” zeytun yağı, hər biri 11,37 manat dəyərində olan 4 ədəd 500 qr “Ankor” kərə yağı, hər biri 15,90 manat dəyərində olan üçədəd 1 kq 500 qr "Vestgold" kərə yağı, 4,69 manat dəyərində olan bir ədəd 350 qr “romaşka” smetanı oğurlamışdır. 22 noyabr 2022-ci il tarixdə isə həmin şəxs mağazadan hər biri 7,75 manat dəyərində olan iki ədəd 400 qr “Super sun” mal əti konservi, hər biri 11,37 manat dəyərində olan dörd ədəd 500 qr "Ankor” kər yağı, hər biri 15,90 manat dəyərində olan iki ədəd 500 qr “Vestgold" kərə yağı, 10,49 manat dəyərində olan bir ədəd 454 qr “doyaruşqa” kərə yağı, 5,69 manat dəyərində olan bir ədəd 225 qr “Berqa" çayı, 4,69 manat dəyərində olan bir ədəd 350qr “romaşka” smetan, 15,03 manat dəyərində olan bir ədəd 2 litr “Final” qarğıdalı yağı, 5,18 manat dəyərində olan bir ədəd 720 ml “Bonduello” yaşıl noxud, 2,95 manat dəyərində olan bir ədəd 660 qr “bizi tarla” badımcan kürüsü, 13,18 manat dəyərində olan bir ədəd 2,5 kq "Tide” yuyucu vasitəsi, 5,49 manat dəyərində olan bir ədəd “Fairy platin” markalı yuyucu vasitəsi, 5,73 manat dəyərində olan bir ədəd 650 ml “Elodor” saçşampunu, 1,20 manat dəyərində olan bir ədəd “Bounty” şokoladı oğurlamışdır. Beləliklə də, həmin şəxs 21 noyabr 2022-ci il tarixdə etdiyi oğurluq əməli nəticəsində ona cəmi 182,86 manat və 22 noyabr 2022-ci il tarixdə etdiyi oğurluq əməli nəticəsində isə ona cəmi 162,41 manat dəyətində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra həmin oğurluq edən şəxsin yenə də mağazaya gəlb oğurluq edəcəyini bilmiş və buna görə də, mağazanın işçilərinə həmin şəxsin kamera görüntüsünü göstərərək onun mağazaya daxil olduğu zaman onu izləmələrini və polisə məlumat vermələrini demişdir. Həqiqətən də iki gün sonra, yəni 24 noyabr 2022-ci il tarixdə mağazada adminstrator işləyən Asif ona zəng edib həmin şəxsin mağazadan yenə də oğurluq etmək üçün ərzaq mallarını yığdığı vaxt onu saxlayıb polisə zəng etdiklərini və polis məkdaşlarının gəlib onu saxladığını bildirmişdir. Həmin şəxs mağazadan üçüncü dəfə, yəni 24 noyabr 2022-ci il tarixdə oğurluq etməyə cəhd edən zaman 15,03 manat dəyərində olan bir ədəd 1 İt “Final" qarğıdalı yağı, 7,75 manat dəyərində olan bir ədəd 400 qram “Super sun” mal əti konservi və 13,34 manat dəyərində olan bir ədəd 1 İt "Zeytun bağlan” zeytun yağı oğurlamaq istəmişdir, hadisəsi 21 noyabr 2022-ci il tarixdə saat 14 radələrində və 22 noyabr 2022-ci il tarixdə saat 14 radələrində mənə məxsusBakışəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zərərçəkmiş şəxs küçəsi, ev 18A ünvanında yerləşən “Buta Store" mağazasında baş vermişdir. Birinci oğurluq hadisəsi nəticəsində ona cəmi 182,86 manat məbləğində, ikinci oğurluq hadisəsi nəticəsində isə ona cəmi 162,41 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2022-ci ilin may ayında Hövsan kənddə fəaliyyət göstərən “Buta” marketdə adminstrator kimi fəaliyyətə başlamışdır. 21 noyabr 2022-ci il tarixdə və 22 noyabr 2022-ci il tarixdə həmn marketdə həmişəki kimi işdən sonra təftiş apardığı zaman müxtəlif adda ərzaq və qeyri-ərzaq məhsullarının əksik gəldiyini müəyyən etmişlər. Mağazanın sahibivə müdiri olan Zərərçəkmiş şəxs ona mağazanıntəlükəsizlik kamerasına baxmağı məsləhət görmüşdür. Kameraya baxdıqda isə məlum olmuşdur ki, orta boylu cavan bir oğlan 21 noyabr 2022-ci il tarixdə və 22 noyabr 2022-ci il tarixdə əlindəki zənbilə mağazadan müxtəlif adda ərzaq və qeyri- ərzaq məhsullarını yığıb sonra kassadan ödəniş etmədən çıxıb gedir. O, həmin şəxsin üzünü yadında saxlamağa çalışmışdır ki, marketə bir daha gəldikdə onu saxla bilsin. 24 noyabr 2022- ci il tarixdə həmin şəxs yenidən mağazaya gəlmişdir. O, həminn şəxsin hərəkətlərini izlədikdə həmin şəxsin əlindəki zənbilə ərzaq məhsulları yığdığını görmüşdür. Həmin şəxsə yaxınlaşaraq mağazadan oğurluq edibetmədiyini soruşmuşdur. Həmin şəxs də mağazadan oğurluq etmədiyini demiş, əgər oğurluq etmişsə bunu ona sübut etməyi bildirmişdir. O da həmin şəxsə mağazanın kameralar otağına getməyi xahiş etmişdir. Kemaralar otağında ona görüntüləri göstərdikdə həmin görüntülərdə onun özünün olmadığını, ona oxşadığını bildirmişdir. O, bu barədə mağazanın sahibi Zərərçəkmiş şəxs zəng edib məlumat vermişdir. Bir neçə dəqiqə sonra mağazaya polis əməkdaşları gəlmiş və həmin şəxs əvvəlcə oğurluq etmədiyini bildirmişdir. Daha sonra həmin vaxt əlində olan 1 ədəd 2 litrlik final qarğıdakı yağı, 1 ədəd 1 litrlik Zeytun bağları ekstra qarğıdalı yağı və 1 ədəd 400 qramlıq mal əti konservi olmuşdur. Polis əməkdaşları həmin şəxsə almaq istədiyi həmin ərzaqların pulunu kassaya dəməsini dedikdə həmin şəxs cibində olan qəpikləri çıxarıb göstərərək oğurluq etdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi PŞ-nə aparmışlar. Cinayət işinin 15-ci vərəqində olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndində yerləşən “Buta” mağazasıdır. Həmin mağazada müxtəlif növ ərzaq qida və qeyri-qida məhsullarının satışı həyata keçirilir. Həmin mağazadan Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 275 manat dəyərində ərzaq məhsullarını oğurlamışdır. Hadisə yerindən heç bir sübuti əhəmiyyət kəsb edən əşya predmet götürülmədi. Mağazanın müşahidə kameralarında olan görüntülər təqdim edildikdə götürüləcəkdir. Cinayət işinin 32-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 75-77-cü vərəqlərində olan 26 noyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Tağıyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 78-79-cu vərəqində olan 26 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 43-46-cı vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 25 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 85-89-cu vərəqlərində olan “üzləşdirilmə haqqında” 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək birinci hadisə zamanı cəmi 182,86 manat məbləğində, ikinci oğurluq hadisəsi nəticəsində isə cəmi 162,41 manat məbləğində müxtəlif adda ərzaq və qeyri-ərzaq məhsullarını oğurladığını bildirmişdir. Cinayət işinin “diskə baxış keçirilməsi haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş disk DVD-R formatlıdır. Disk üzərində hər hansı bir söz yazılmamışdır. Xidməti iş otağımda olan «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X2” proqramı vasitəsilə yazılmış 02 ədəd fayl olması müşahidə olunur. Birinci fayla baxış zamanı 21 noyabr 2022-ci il tarixdə saat 14 radələrində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsin əlində mağazaya məxsus zənbil ilə mağazanın piştaxtalarından müxtəlif ərzaq məhsullarını götürüb zənbilə yığması, daha sonra mağazanın kassasına yaxınlaşması və satıcının başının qarışıq olmasından istifadə edərək ərzaq məhsullarının pulunu ödəmədən mağazadan çıxıb uzaqlaşması müəyyən edildi. İkinci fayla baxış zamanı 22 noyabr 2022ci il tarixdə saat 14 radələrində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsin əlində mağazaya məxsus zənbil ilə mağazanın piştaxtalarından müxtəlif ərzaq məhsullarını götürüb zənbilə yığması daha sonra mağazanın kassasına yaxınlaşması və satıcının başının qarışıq olmasından istifadə edərək ərzaq məhsullarının pulunu ödəmədən mağazadan çıxıb uzaqlaşması müəyyən edildi. Diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs hər videogörüntüdə əlindəki zənbilə müxtəlif ərzaq məhsullarını yığıb daha sonra mağazanın kassasında pulu ödəmədən mağazadan çıxıb gedən şəxsin özü olduğunu təsdiq etdi. Cinayət işinin 95-ci vərəqində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPl-də istintaq olunan ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İstintaq zamanlı Suraxanı rayon məhkəməsindən alınmış 28 fevral 2022-ci il tarixli 1 (010)-110/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-532/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair icraat dayandırılması və barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə tutulmaqla, 18 yanvar 2024-cü il tarixdə saxlanılması üçün 03 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 1(011)-319/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü .maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək, 18 iyul 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla və üzərində 02 (iki) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin deyişdirilmesi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməsi və o, dərhal məhkəmə iclas zalından azad edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunması və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Xətai Rayon məhkəməsinin 1 (011)-319/2023 saylı 21 08.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək ilə 02 il 09 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya idarəsində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə cəzasının 03 ayını çəkmiş, 02 il 06 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cdinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 1(011)-319/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək, 18 iyul 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla və üzərində 02 (iki) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin deyişdirilmesi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməsi və o, dərhal məhkəmə iclas zalından azad edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunması və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Xətai Rayon məhkəməsinin 1 (011)-319/2023 saylı 21 08.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ilə 02 il 09 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya idarəsində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə cəzasının 03 ayını çəkmiş, 02 il 06 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 1(011)-319/2023 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırıması cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını) və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 1(011)-319/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzası 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 1(011)-319/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 1(011)-319/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 03 ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 ay 15 gün azadlıqdan məhrum etmə müddəti ona təyin olunmuş cəza müddətinə hesablanmaqla, üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək tutulduğu 01 gün təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-319/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək, 18 iyul 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 05 (beş) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və baş vermiş oğurluq hadisələrini özündə əks etdirən videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manatməbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 1(011)-319/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 1(011)-319/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 1(011)-319/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə müddəti ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində 02 (iki) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək tutulduğu 01 gün təyin olunmuş 02 (iki) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-319/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək 18 iyul 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 05 (beş) gün müddət, ona təyin olunmuş 02 (iki) il 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2024-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və baş vermiş oğurluq hadisələrini özündə əks etdirən videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 345,27 (üç yüz qırx beş manat iyirmi yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-66/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-66/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver