Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-66/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(010)-23/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, əməlində cinayətlərin sadə residivi olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 07 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(010)-139/2024 saylı qərarı ilə barəsində əvvəli 10 may 2024-cü il tarixdən hesablanmaqla, 02 ay 27 gün həddində həbs növündə qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 05 avqust 2024-cü il tarixli, 1(010)- 414/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 07 may 2024-cü il tarixdə, saat 18 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,572 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 may 2024-cü il tarixdə, saat 19:20 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən parkın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparılmış və orada baş təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli parça şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,572 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir, son zamanlar isə «şüşə» kimi tanıdığı narkotik vasitəni falqa arasında çəkmək yolu ilə qəbul etmişdir. 07 may 2024-cü il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən parkın yaxınlığında olarkən polis geyimində olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdə, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etmədən onlarla birlikdə, şöbəyə getmişdir. Orada şəxsiyyəti müəyyən olunduqdan sonra, həmin şöbənin baş təhqiqatçısı, polis mayoru Sail Hacıyev tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılmasının zəruri olması bildirilərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O, da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alınmışdır. Dəvət olunmuş vəkil X6 ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra, baş təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla, 03 nəfər polis əməkdaşının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı baş təhqiqatçı tərəfindən üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. O, da üzərində, yəni əynindəki qara rəngli parça şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan «şüşə» kimi tanıdığı metamfetamini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisindəki maddə «şüşə» kimi bildiyi metamfetamindir. Həmin maddəni 07 may 2024-cü il tarixdə, saat 18 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 (on) manat pul ödəməklə alaraq üzərində daşımışdır. Baş təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş kütlə qablaşdırılmışdır. Qablaşdırılmış zərf 195 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi izah olunmuşdur. Keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Məhkəmə iclası zamanı isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, astma xəstəliyindən əziyyət çəkir. 07 may 2024-cü il tarixdə yorulduğu üçün parkda oturmuş, həmin vaxt 5 (beş) nəfər polis əməkdaşı ona yaxınlaşmış və onlarla birlikdə polis şöbəsinə getməli olmasını bildirmişlər. O, isə polis əməkdaşları ilə birlikdə, 31-ci polis şöbəsinə getmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən döyülmüş, lakin bədənində xəsarət izləri olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı göstərilən fiziki təzyiqdən qorxmuş, buna görə də, psixotrop maddəni böynuna götürmüş və videoçəkilişdə həmin maddənin özünə məxsus olduğunu bildirmişdir. Bunlarla yanaşı, müdafiə hüququ da pozulmuşdur. Belə ki, ibtidai istintaq hərəkətləri aparılarkən dövlət hesabına təyin edilmiş müdafiəçi onun yanında olmamış, müdafiəçini ilk dəfə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Məhkəməsinə gətirildiyi zaman görmüşdür. O, MSY-də qaldıqdan sonra, Suraxanı Polis İdarəsinə gətirilmiş və orada bir gün saxlanıldıqdan sonra Suraxanı Rayon Məhkəməsinə gətirilmişdir. Bundan əlavə, cinayət işi materiallarının 19-43-cü səhifələri aralığında olan “şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildirişdə (səhifə 25-26), “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolda (səhifə 28) və müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verilməsi barədə ərizədəki (səhifə 31) imzaların ona məxsus olmamasını, onun müdafiə hüququnun pozulmasını, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verilməsi barədə ərizəni ümumiyyətlə imza etməməsini, həmçinin həmin istintaq hərəkətlərinin protokolundakı imzanın istintaq aparan müstəntiq və ya başqası tərəfindən saxtalaşdırılmasını bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə və ya psixotrop maddə istifadə etsə də, polis əməkdaşları tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Təxminən 2-3 ildir ki, narkotik vasitə-heroin və bir dəfə psixotrop maddə-metamfetamin istifadə etmişdir. Sonuncu dəfə tutulduğu vaxtdan 2 ay əvvəl istifadə etmişdir. Özünü hazırki iş üzrə təqsirli bilmir. Polis əməkdaşları tərəfindən fiziki zorakılıq göstərildiyi üçün videoçəkiliş aparılan zaman psixotrop maddənin özünə məxsus olduğunu demiş, boynuna almışdır. 3 saylı İstintaq Təcridxanasına daxil olan zaman tibbi müayinədən keçmiş, lakin heç bir xəsarəti aşkar olunmamışdır. O, astma xəstəsi olduğu üçün polis əməkdaşları ona çox təzyiq göstərə bilməmiş, buna görə də xəsarət izləri qalmamışdır. Əvvəllər narkotik vasitələri adını bilmədiyi şəxsdən 5-10 manat pul müqabilində almışdır. Mobil telefon istifadə etmir. 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmdən apellyasiya şikayəti verməmişdir. Hazırki iş üzrə saat neçə radələrində tutulduğunu isə xatırlamır. Sonda isə məcbur olduğu üçün psixotrop maddəni üzərinə götürdüyünü və polis əməkdaşlarının dediklərini etdiyini bildirərək, ona köməklik göstərilərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 07 may 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən parkın yaxınlığında üstündə narkotik vasitə olması barədə əməliyyat məlumatı alıb, dərhal həmin məlumatı polis şöbəsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, 31-ci polis şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən parkın yaxınlığına getmişdir. Həmin gün saat 19:20 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən parkın yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə, 31-ci polis şöbəsinə gəlmişdir. Bundan sonra, onlar şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl, baş təhqiqatçı tərəfindən sonuncuya şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etməsi üçün 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə “patı” kimi tanıdığı metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli parça şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan «şüşə» kimi tanıdığı metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra, onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “patı” kimi tanıdığı metamfetamindir, həmin maddəni 07 may 2024cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 (on) manata alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd büküm baş təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, həmçinin təqsirləndirilən şəxsə qarşı da hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Əməliyyat qrupunun üvzləri o və Şahid2 olmuşdur. Şübhəli şəxs qismində tutulan zaman şəxsin hər hansısa xəsarəti olmamışdır. Təqsirləndirilən şəxsi Əmircan qəsəbəsində yerləşən parkın yanında tək olarkən şübhəli şəxs qismində tutmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, təqsirləndirilən şəxs də onlara müqavimət göstərməmişdir. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs tutulan zaman bədən xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı nə bildirdiyini uzun müddət keçdiyi üçün xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 08 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 07 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 6) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 5(010)-371/2024 saylı qərarı ilə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı məhkəmə nəzarəti qaydasında qanuni sayılmışdır. (iş.v. 84-85) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki parça şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf selofana bükülmüş içərisində ağ rəngli bərk halda olan narkotikə bənzər maddəni təqdim etmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki kütlə narkotik vasitə (patı) metamfetamindir, saxlanılmamışdan təxminən bir saat əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 (on) manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Aşkar olunmuş 01 (bir) ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 (bir) ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək əlavə əşya və dəlil aşkar edilməmişdir. (iş.v. 32-33) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs qara rəngli parça şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi bükümün içərisində olan kütlə “patı” kimi tanıdığı psixotrop maddə-metamfetamindir və onu 07 may 2024-cü il tarixdə, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra polis əmədaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 may 2024-cü il tarixli, 3-16-16/2- 6/2553 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195 dairəvi möhür əksi, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... “ yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,572 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in İ siyahısına daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,572 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,522 qram. (iş.v. 39-41) Ambulator məhkəmə-narkoloji ekspertizasının 24 may 2024-cü il tarixli, 3683 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 112-113) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 31-ci polis şöbəsi tərəfindən ünvanlanan 20 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 91-92; 94) 25 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,572 qram tədqiqatdan sonra qalıq qalmış 0,522 qram olan psixotrop maddə-metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır. (iş.v. 117-124) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskin maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (iş.v. 117-124) Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə təmiz çəkisi 0,572 qram psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi nəzərə alınmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, saat 19:20-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 10 may 2024cü il tarixdə, saat 09:30-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdimat verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(010)-139/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 10 may 2024-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Həmin Məhkəmənin 05 avqust 2024-cü il tarixli, 1(010)-414/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 21, 60-61, 76-77, 81-82, 86-90) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 1(010)- 414/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə verdiyi şifahi vəsatəti təmin edilməmişdir. (iş.v.156) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(010)- 414/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi yazılı vəsatəti təmin edilmiş, iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müdafiəçisi olmuş 9 saylı Vəkil Bürosunun vəkili X5 məxsus ***-***-**-** saylı mobil nömrəsinin 07 may 2024-cü il tarix, saat 09:00-dan 10 may 2024-cü il tarixə saat 20:00-dək olan anten əhatə dairəsi məlumatlarının müvafiq olaraq "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" Telecom MMC-yə həvalə edilmişdir. (iş.v.184-188) Azercell” MMC-dən 28 avqust 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 10 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilmişdir. Şübhəli şəxsin tutulması haqqında haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 07 may 2024-cü il tarixdə, saat 19:20-dən tutulmuş hesab edilmiş, tutma protokol 07 may 2024-cü il tarixdə, saat 21:30-da tərtib edilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsinin anten əhatə dairəsi məlumatları ilə bağlı diskə baxış keçirilməsi zamanı vəkil X3 07 may 2024-cü il tarixdə, saat 19:48 radəsində Biləcəri rayonunda, saat 21:18 radəsində Rəsulzadə qəsəbəsində, saat 21:48 radəsində isə ünvan 7 ünvanında olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, təqsirləndirilən şəxsə qərar 10 may 2024-cü il tarixdə, saat 09:30-da elan edilmişdir. Həmin tarixdə vəkil X3 harada olması barədə məlumatlar diskdə öz əksini tapmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(010)- 414/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi yazılı vəsatəti təmin edilmiş, iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müdafiəçisi olmuş 9 saylı Vəkil Bürosunun vəkili X5 məxsus ***-***-**-** saylı mobil nömrəsinin 26 iyun 2024-cü il tarix, saat 09:00-dan 28 iyun 2024-cü il tarixə, saat 09:00-dək olan anten əhatə dairəsi məlumatlarının müvafiq olaraq "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" Telecom MMC-yə həvalə edilmişdir. (iş.v.199-203) Azercell” MMC-dən 28 avqust 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 06 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskdən məhkəmə iclasında baxış keçirilmişdir. Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə 26 iyun 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-dək olan müddətdə tanış olmuşdur. ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman Aydın Hüseynovun harada olması barədə məlumatların diskdə öz əksini tapmadığı müəyyən olunmuşdur. Mobil operatorlardan məhkəmənin icraatına adətən daxil olmuş anten əhatə dairəsi ilə bağlı məktublardan müəyyən olunur ki, hər hansı inzibati ərazi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa, telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 20240-cü il tarixli, 1(010)- 414/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Cinayət işi materiallarında 25 və 26-cı səhifələrdə olan “şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildirişdəki, səhifə 28-də olan “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokoldakı və səhifə 31-də olan müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verilməsi barədə ərizədəki imzalar iş üzrə Təqsirləndirilən şəxs məhkəmənin 28 avqust 2024-cü il tarixdə keçirilmiş iclasında təqdim etdiyi 03 vərəqdən ibarət imza nümunələri ilə müqayisəli tədqiqat aparılmaqla müəyyən edilsin ki, səhifə 25, 26, 28 və 31-dəki imzalar Təqsirləndirilən şəxs məxsusdurmu?
2. Cinayət işi materiallarında 25-26-cı səhifələrdə olan “şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildirişdəki, səhifə 28-də olan “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokoldakı və səhifə 31-də olan müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verilməsi barədə ərizədəki imzalar Təqsirləndirilən şəxs tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra edilmişdir? (iş.v.191-196) Məhkəmə xətşünaslıq-ekspertizasının 10 oktyabr 2024-cü il tarixli, 4/1403 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 25-26-cı vərəqələrində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında “Bildiriş”in 1-ci vərəqinin aşağı hissəsindəki imza və həmin sənədin 2-ci vərəqində “Şübhəli şəxs;” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza, cinayət işinin 28-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında) “Protokol”un aşağı hissəsində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza, cinayət işinin 31-ci vərəqində Təqsirləndirilən şəxs adından olan xx.xx.2024-cü il tarixli “Ərizə”də “İmza:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs, 11 may 2024-cü il tarixdə, 3 saylı İstintaq Təcridxanasının TSH-da təlimata uyğun olaraq tibbi müayinələrdən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs xəsarət almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı, yeni xəsarət izləri aşkar edilməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 16 avqust 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdən 09 may 2024-cü il tarixədək tutulduğu zaman Suraxanı RPİ-nin MSY-də həkim müayinəsindən keçməsi və müayinənin nəticəsi barədə sənədlərin, qeydiyyat jurnalından həmin şəxslə bağlı məlumatın, o cümlədən Suraxanı RPİ-nin MSY-ə giriş və çıxış vaxtlarının əks olunduğu sənədin surətinin Suraxanı Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə müraciət ünvanlanmışdır. (iş.v.176) Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli müraciətinə cavab olaraq Suraxanı RPİ-nin MSY tərəfindən göndərilmiş AKT-dan görünür ki, Təqsirləndirilən şəxs, polis şöbəsinin təhqiqatçısı Sail Hacıyevin qərarına əsasən 08 may 2024-cü il tarixdə, saat 01:00-da MSY-ə daxil olmuşdur. 09 may 2024-cü il tarixdə, saat 17:25-də müstəntiq M.İsmayılov tərəfindən qəbul edilmiş qərar əsasında MSY-dən azad olunmuş, bu zaman Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamışdır. 10 may 2024-cü il tarixdə məhkəmənin hakimi N.Rzayeva tərəfindən çıxarılmış qərarla həbs edilmişdir. 10 may 2024-cü il tarixdə həkim çağırılmış, belə ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-yə giriş və çıxışı zamanı xəsarəti olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(010)- 414/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi şifahi vəsatəti təmin edilmiş, təqsirləndirilən şəxsin 09 may 2024-cü il tarixdə, Suraxanı RPİ-nin MSY-dən azad edilsə də, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparılaraq orada qanunsuz olaraq saxlanılması, 10 may 2024-cü il tarixli məhkəmə iclasına əli qandallı gətirilibgətirilməməsinin dəqiqləşdirilməsi məqsədilə həmin Məhkəmənin 4(010)-139/2024 saylı iş üzrə 10 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının audio-videoyazısının götürülməsi qərara alınmışdır. Həmin videogörüntülərə məhkəmə iclasında baxış zamanı, təqsirləndirilən şəxsin videoda tam görünməsə də, əlini hərəkət etdirə bilməsi, bu zaman da əlində əl qandalı olmaması məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X8 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, parkda oturduğu vaxt 5 (beş) nəfər polis əməkdaşı ona yaxınlaşmış və onlarla birlikdə polis şöbəsinə getməli olmasını bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən döyülmüş, lakin bədənində xəsarət izləri olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı göstərilən fiziki təzyiqdən qorxmuş, buna görə də, psixotrop maddəni boynuna götürmüş və videoçəkilişdə həmin maddənin özünə məxsus olduğunu bildirmişdir. Bunlarla yanaşı, müdafiə hüququ da pozulmuşdur. Belə ki, ibtidai istintaq hərəkətləri aparılarkən dövlət hesabına təyin edilmiş müdafiəçi onun yanında olmamış, müdafiəçini ilk dəfə həbs qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Məhkəməsinə gətirildiyi zaman görmüşdür. O, MSY-də qaldıqdan sonra Suraxanı Polis İdarəsinə gətirilmiş və orada bir gün saxlanıldıqdan sonra, Suraxanı rayon Məhkəməsinə gətirilmişdir. Bundan əlavə, cinayət işi materiallarının 19-43-cü səhifələri aralığında olan “şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildirişdə (səhifə 25-26), “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolda (səhifə 28) və müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verilməsi barədə ərizədəki (səhifə 31) imzaların ona məxsus olmamasını, onun müdafiə hüququnun pozulmasını, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verilməsi barədə ərizəni ümumiyyətlə imza etməməsini, həmçinin həmin istintaq hərəkətlərinin protokolundakı imzanın istintaq aparan müstəntiq və ya başqası tərəfindən saxtalaşdırılmasını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir psixotrop maddə olmaması xüsusatı ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bildirdiyi bu halı təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli etiraf etməsi, əynində olan qara rəngli parça şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə-metamfetamini çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Videogörüntüdən əlavə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs, 11 may 2024-cü il tarixdə, 3 saylı İstintaq Təcridxanasının TSH-da təlimata uyğun olaraq tibbi müayinələrdən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs xəsarət almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı, yeni xəsarət izləri aşkar edilməmişdir. Həmçinin Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli müraciətinə cavab olaraq Suraxanı RPİ-nin MSY tərəfindən göndərilmiş AKTdan da görünür ki, Təqsirləndirilən şəxs, 09 may 2024-cü il tarixdə, MSY-dən azad olunmuş, bu zaman Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamışdır. 10 may 2024-cü il tarixdə həkim çağırılmış, Suraxanı RPİ-nin MSY-yə giriş və çıxışı zamanı xəsarəti olmamışdır. Belə olan halda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməsi xüsusatı tam təkzib olunur. Bununla da, məhz döyüldüyü üçün polis əməkdaşları tərəfindən ona verilən psixotrop maddəni üzərinə götürüb etiraf etməsi ilə bağlı bildirdikləri heç bir mötəbər sübutla təsdiqini tapmır, əksində ifadəsində qeyd etdikləri toplanmış sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş və bu əməlin nə ilə nəticələnə biləcəyindən məlumatlı olmuşdur. İş materiallarında olan məhkəmə ambulator-narkoloji ekspertiza rəyinin nəticəvi hissəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da, onun narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu, bununla da, təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq hərəkətləri aparılarkən dövlət hesabına təyin edilmiş müdafiəçisinin onun yanında olmaması xüsusatını araşdırmaq üçün məhkəmə istintaqı zamanı onun müdafiəçisi təyin edilmiş Müdafiəçi vəsatətlərini təmin etmiş, onun ibtidai istintaq dövründə müdafiəçisi olmuş 9 saylı Vəkil Bürosunun vəkili X5 məxsus ***-***-**-** saylı mobil nömrəsinin 07 may 2024-cü il tarix, saat 09:00-dan 10 may 2024-cü il tarixə saat 20:00-dək və 26 iyun 2024cü il tarix, saat 09:00-dan 28 iyun 2024-cü il tarixə, saat 09:00-dək olan anten əhatə dairəsi məlumatlarının müvafiq olaraq "xxxx" MMC-dən götürülməsini qərara almışdır. Həmin qərarların icrası ilə əlaqədar "xxxx" MMC-dən məhkəməyə təqdim edilmiş CD disklərə məhkəmə iclası zamanı baxış keçirilmişdir. Vəkil X3 07 may 2024-cü il tarixdə, saat 21:48 radələrində ünvan 7 ünvanında olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, təqsirləndirilən şəxsə qərar 10 may 2024-cü il tarixdə, saat 09:30-da elan edilmişdir. Həmin tarixdə vəkil X3 harada olması barədə məlumatlar diskdə öz əksini tapmamışdır. Təqsirləndirilən şəxsi və onun müdafiəçisininin cinayət işinin materialları ilə tanış etmək haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə 26 iyun 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-dək olan müddətdə tanış olmuşdur. ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman Aydın Hüseynovun harada olması barədə məlumatların da diskdə öz əksini tapmadığı müəyyən olunmuşdur. Odur ki, anten əhatə dairələrinə baxış zamanı müdafiəçinin həqiqətən Təqsirləndirilən şəxs yanında olmamasını təsdiq edəcək heç bir sübut qismində dəyərləndiriləcək məlumata rast gəlinməmişdir. Təqsirləndirilən şəxsin cinayət işi materiallarının 19-43-cü səhifələri aralığında olan “şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildirişdə (səhifə 25-26), “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolda (səhifə 28) və müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verilməsi barədə ərizədəki (səhifə 31) imzaların ona məxsus olmaması, onun müdafiə hüququnun pozulması, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verilməsi barədə ərizəni ümumiyyətlə imza etməməsi, həmin istintaq hərəkətlərinin protokolundakı imzanın istintaq aparan müstəntiq və ya başqası tərəfindən saxtalaşdırılmasını bildirməsi ilə bağlı araşdırma aparılması məqsədilə onun məhkəmə istintaqındakı müdafiəçisinin vəsatəti təmin edilmiş və məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə xətşünaslıq-ekspertizasının 10 oktyabr 2024-cü il tarixli, 4/1403 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, qeyd edilən imzalar-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi şifahi vəsatətində bildirdiyi təqsirləndirilən şəxsin 09 may 2024-cü il tarixdə, Suraxanı RPİ-nin MSY-dən azad edilsə də, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparılaraq orada qanunsuz olaraq saxlanılması, 10 may 2024-cü il tarixli məhkəmə iclasına əli qandallı gətirilməsi xüsusatının da dəqiqləşdirilməsi məqsədilə həmin vəsatət də təmin edilmiş, məhkəmənin 4(010)-139/2024 saylı iş üzrə 10 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının audio-videoyazısının götürülməsi qərara alınmışdır. Həmin videogörüntülərə məhkəmə iclasında baxış zamanı, təqsirləndirilən şəxsin videoda tam görünməsə də, əlini hərəkət etdirə bilməsi, bu zaman da əlində əl qandalı olmaması məhkəmə tərəfindən müəyyən edilmişdir. Həmçinin həmin videogörüntüdə qərar elan olunarkən Təqsirləndirilən şəxs məhkəmə iclas zalında, 10 may 2024-cü il tarixdə həbsə alınması müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi bütün xüsusatlar toplanmış sübutların məcmusu ilə tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin bildirdikləri onun cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiəsi kimi qiymətləndirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC tərəfindən Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərarının icrası ilə bağlı təqdim edilmiş 02 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəbs edə biləcək hər hansı məlumata rast gəlinmədiyindən məhkəmə tərəfindən maddi sübut qismində tanınmamış və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,572 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən parkın yaxınlığıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 07 may 2024-cü il tarixdə, saat 18 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,572 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 may 2024-cü il tarixdə, saat 19:20 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən parkın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparılmış və orada baş təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli parça şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,572 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(010)-23/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 16 yanvar 2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə, qeydiyyatdan çıxarılmışdır. (iş.v. 97-98) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(010)-23/2022 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi 16 yanvar 2023-cü il tarixdən 02 il müddət keçməmiş 07 may 2024-cü il tarixdə yenidən qəsdən cinayət törətmiş, buna görə də, o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Təqsirləndirilən şəxs məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 may 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,522 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə aid 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 və 124 manat olmaqla, cəmi 238 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, "xxxx" MMC təqdim edilmiş 02 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdən 09 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 10 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,522 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə aid 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 və 124 manat olmaqla, cəmi 238 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim Pərviz Muradov