Məhkəmə qərarları › İş №1(010)-67/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-67/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-67/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, 82 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 1(010)-67/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi 24 may 2019-cu il tarixdən başlayaraq 30 avqust 2013-cü il təvəllüdlü X5 və 25 oktyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq Abbasova (Əliyeva) Vüsalə İltifat qızına verilməsinə və 20 manat 40 qəpik dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinn 23 sentyabr 2019-cu il tarixli, 2(010)-3427/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 3(010)-1327/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 14 dekabr 2020-cı il, 28 dekabr 2020-ci il və 13 yanvar 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 24 may 2021-ci il tarixədək 6.780 manat borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 08 noyabr 2008-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 30 avqust 2013-cü il təvəllüdlü Yeganə və 25 oktyabr 2014-cü il təvəllüdlü Mədinə adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da sonradan Vüsalənin ona qarşı əsassız qısqanclığı zəminində münasibətləri pozulmuşdur. Ailəsi ilə birlikdə yaşadığı müddət ərzində bir valideyin kimi uşaqların saxlanması üçün hər cür maddi yardım göstərməsinə baxmayaraq, keçmiş arvadı Vüsalə nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah qeydi ləğv edilmiş, uşaqların analarının yanında qalması və uşaqları yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 24 may 2019-cu il tarixdən başlayaraq ondan, hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra o, Vüsalənin kart hesabına müəyyən məbləğlərdə vəsait ödəməklə imkanı daxilində uşaqlarına maddi köməklik etmişdir. 16 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Aliment borcunun konkret olaraq nə qədər olmasından məlumatı olmamış, sonradan ona məlumdur ki, barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən 24 may 2021-ci il tarixə kimi ödənilməmiş aliment borcu 6.780 manat təşkil etmişdir. Hal hazırda taksi fəaliyyəti göstərməklə fərdi əməklə məşğul olur və gündəlik qazancı 20 manat təşkil edir. Bu səbəbdən də borc məbləğini bir dəfəlik ödəmək iqtidarında deyil, bununla belə o, barışıq əldə etmək üçün zərərçəkmiş şəxsə borcun hissə-hissə ödənilməsini təklif etsə də, lakin Vüsalə borcun birdəfəlik ödənilməsini təlb edərək onun təklifindən imtina etmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs göstərdi ki, 08 noyabr 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 30 avqust 2013-cü il təvəllüdlü Yeganə və 25 oktyabr 2014-cü il təvəllüdlü Mədinə adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da sonra münasibətləri pozulmuşdur. Belə ki, Emin ata evində onunla qalmış, lakin açıq aşkar başqa qadınlarla vaxt keçirmiş və bunu açıq şəkildə biruzə vermişdir. Bundan başqa, Emin taksi fəaliyyəti ilə məşğul olmaqla qazancını həmin qadınlara xərcləmiş, o, isə uşaqları ilə valideyinlərinin hesabına dolanmışdır. Emin bir ata kimi uşaqları ilə maraqlanmamış və uşaqların böyüdülməsi üçün maddi-mənəvi yardım göstərməmişdir. O, uşaqlarına yardım göstərməsi üçün dəfələrlə Eminə müraciət etsə də bunun heç bir nəticəsi olmamış, Emin ona qarşı son dərəcə kobud davranaraq, səbəbsiz olaraq onu incitmişdir. Bu səbəbdən də məcbur olub nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah qeydi ləğv edilmiş, uşaqların onun yanında qalması və uşaqları yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 24 may 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs, hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin Emin maddi imkanı olduğu halda, uşaqlarına lazımi maddi köməklik etməmiş, bu səbəbdən 16 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Emin bundan sonra da heç bir nəticə çıxartmamış, heç bir ödəniş etməmiş, açq şəkildə alimenti ödəməyəcəyini bildirmişdir. Emin onunla yaşadığı dövrdə taksi fəaliyyəti ilə məşğul olmaqla hər gün 60-70 manat qazanc əldə edirdi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən barəsində təqdimat verilən 24 may 2021-ci il tarixə kimi ödənilməmiş aliment borcu 6.780 manat təşkil etmişdir. Həmin borc məbləğinin bir dəfəlik ödənilməsini tələb edir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onun barəsində qanunla nəzərdə tutulmuş hədd daxilində sərt cəza təyin edilməsini xahiş etdi. Şahid qismində dindirilmiş Şahid3 məhkəmədə Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Bakı şəhəri Suraxanıi rayon Məhkəməsinin 23 sentyabr 2019-ci il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsi üzrə verilmş icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 24 may 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 01 oktyabr 2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir. 11 oktyabr 2019-cu il tarixdə borcluya icraata başlamaq haqqında qərarın surəti şəxsən təqdim olunmaqla tələbi könüllü olaraq təmin etməsi üçün qanunla məyyən olunmuş müdətdə vaxt verilmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən 16 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 3(010)-1327/2020 saylı qərarı ilə borclu inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müdətində inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbs olnduqdan sonra borcluya 14 dekabr 2020-ci il, 28 dekabr 2020-ci il və 13 yanvar 2021-ci il tarixlərdə icra sənədinin icrasını təmin etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilmiş və xəbərdarlıqlar ona şəxsən təqdim olunmuşdur. Borclunun işlə təmin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2 3 saylı ərazi Məşğulluq Mərkəzi filialına müvafiq göndərişlə müraciət olunmuşdur. Müvafiq göndərişdən sonra borclu 300 (üç yüz) manat əmək haqqı müqabilində "xxxx" MMC-də sürücü vəzifəsində işlə təmin edilsə də sonradan işdən çıxmışdır. Belə ki, 3 saylı ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən verilmiş 06 may 2021-ci il tarixli məktubda borclunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilimiş Elektron İnformasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi aşkar edilmədiyi bildirilmişdir. Borclu işlədiyi müddətdə də, tələbkarın xeyrinə heç bir ödəniş etməmiş, 24 may 2021-ci il tarixə 6.780 manat aliment borcu yaranmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. Şahid Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019cu il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2013-cü il təvəllüdlü X5 və 25 oktyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 24 may 2019-cu il tarixdən başlayaraq Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat məbləğində sabit pul məbləğində alimentin tutulması qət edilmiş, həmin qətnaməyə dair icra sənədi 23 sentyabr 2019-cu il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 03 oktyabr 2019-cu il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, 01 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru R.R.Atamoğlanovun icraatına daxil olmuş Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 03 oktyabr 2019-cu il tarixdə icraata başlanılmış, Təqsirləndirilən şəxs icranı dərhal təmin etməsi təklif olunmuşdur. Həmin qərar 11 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 03 oktyabr 2019-cu il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən dərhal icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 11 oktyabr 2019-cu il tarixli xəbərdarlıq məktubundan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borcunu dərhal ödəmək Təqsirləndirilən şəxs tələb olunmuş, lakin icra sənədində göstərilən tələb könüllü olaraq icra edilməmişdir. Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuş, icra sənədinin icrası üçün ona 24 oktyabr 2019-cu il tarixədək vaxt verilmiş və ondan həmin tarixdə Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Həmin məktubun surəti Təqsirləndirilən şəxs şəxsən təqdim edilmişdir. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 sentyabr 2020ci il tarixli, 8(010)-349/2020 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ 01 il müddətinə müvəqqəti məhdudlaşdırılmışdır. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 3(010)-1327/2020 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin 14 dekabr 2020-ci il, 28 dekabr 2020-ci il və 13 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktublarından və onların üzərindəki qeydlərdən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borcunu ödəmək üçün Təqsirləndirilən şəxs müvafiq olaraq 10 gün, 05 gün və 03 gün müddətinə vaxt verilmiş, borcunu ödəməkdən boyun qaçıracağı təqdirdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmiş, həmin məktubların surəti Təqsirləndirilən şəxs müvafiq tarixlərdə təqdim edilmişdir. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsinə dair icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurları tərəfindən Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən ünvanda valideyinləri ilə birlikdə yaşadığı müəyyən edilmiş, mənzildə borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materialarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 3 saylı ərazi X4 06 may 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində Təqsirləndirilən şəxs adına əmək müqaviləsi aşkar edilməmişdir. İş materialarında olan Təqsirləndirilən şəxs şəxsi kartoçkasından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində nəqliyyat vasitəsinin olması, ünvanlı dövlət sosial yardım alması, pensiya alması barədə məlumat yoxdur. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunması haqqında 24 may 2021-ci il tarixli təqdimatdan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Təqsirləndirilən şəxs cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 24 may 2021-ci il tarixədək Zərərçəkmiş şəxs olan borcu 6.780 manat təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(010)-3427/2019 nömrəli qətnaməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 16 oktyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs edilməsinə, habelə üzürlü səbəblər olmadan borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə 14 dekabr 2020-cı il, 28 dekabr 2020-ci il və 13 yanvar 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada 03 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran halllar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə, ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 1(010)-67/2022 nömrəli qərarından, 25 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 20 aprel 2022-ci il tarixli məktubundan, ona əlavə edilmiş protokoldan, habelə 12 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 21 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 18 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlnılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma Yerinə təhvil verilmiş, 20 aprel 2022-ci il tarixdə isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar