Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-67/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Məmmədova Xatirə Xanbala qızının katibliyi, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Aran ə/d, Aran qəsəbəsi ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən yataqxananın 2-ci mərtəbəsində kirayədə yaşamış, 24 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 may 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 1(010)-415/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 15 yanvar 2025-ci il tarixdə tutularaq 16 yanvar 2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmış, 14 fevral 2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasında vəfat etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 26 iyul 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Həmin ittihama əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən 24 may 2024-cü il tarixdə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,92 qram olan narkotik vasitə-qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 24 may 2024-cü tarixdə, saat 10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində fəaliyyət göstərən “Veteran” marketin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,92 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana (kannabis) aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Aran ərazi dairəsi, Aran qəsəbəsi qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən yataqxananın 2-ci mərtəbəsində kirayə yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvvəllər məhkum olunmuşdur. Tutulmazdan əvvəl təxminən 6 ay müddət olmuşdur ki, narkotik vasitə olan marixuana qəbul etməyə başlamışdır. Saxlanılmazdan öncə Hövsan qəsəbəsi yaxınlığında dostu Pərvizlə birlikdə, tanımadıqları şəxsdən 02 (iki) ədəd bükümdə narkotik vasitə-qurudulmuş marixuananı 100 manat ödəməklə almışlar. 24 may 2024-cü il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində fəaliyyət göstərən “Veteran” marketin yaxınlığında dayanan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Onu 30-cu polis şöbəsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra, həmin idarənin təhqiqatçısı, polis mayoru X5 tərəfindən üzərində şəxsi axtarış aparılmasının zəruri olması bildirilərək ona Azərbaycan Respublikası CPM-nin 90cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O, da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra, dəvət olunmuş Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etmiş, daha sonra isə təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla, 3 nəfər polis əməkdaşının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. O, da əynindəki göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı, Salbutamol aerozol aparatı, LD markalı siqaret qutusunu və sağ yan cibindən 01 (bir) ədəd “Note 9T” markalı mobil telefonu masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan kütlə qurudulmuş marixuanadır. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuana zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi izah olunmuşdur. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Polis İdarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təxminən 1 ildən az müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Şübhəli şəxs qismində tutulan zaman ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Şübhəli şəxs qismində axşam saatlarında tutulmuşdur. Narkotik vasitələrin qurudulmuş marixuana növündən istifadə etmişdir. Üzərindən aşkar olunan narkotik vasitə isə özünə məxsus olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 24 may 2024-cü il tarixdə, saat 10 radələrində Füzuli rayonu, Qaraxanbəyli ərazi dairəsi, Merdinli kəndi qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən yataqxananın 2-ci mərtəbəsində kirayə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən parkın yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat almış, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə etmiş, müvafiq sənədləşmə aparıldıqdan sonra, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən Veteran marketin yaxınlığına getmişlər. Həmin vaxtı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Veteran” marketin yaxınlığına dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirərək, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı polis şöbəsinə getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə Şahid2 və o yaxınlaşmışdır. Şəxsin tutulmasında Şahid4 iştirak edibetməməsini uzun müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı İran vətəndaşından öz istifadəsi üçün 100 manata alıb üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün bir ədəd kibrit qutusunun içərisində 01 bükümdə “marixuana” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əynində olan göy rəngli şalvarımın sol yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı, Salbutamol aerozol aparatı, LD markalı siqaret qutusunu və sağ yan cibindən 01 ədəd Note 9T markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “marixuana” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Hövsan qəsəbəsində tanımadığı şəxsdən 100 manat ödəməklə öz şəxsi istifadəsi üçün alıb və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur, protokolda yazılanların doğru olduğunu imzalarla təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə o, Şahid2, Şahid1 və Şahid4 yaxınlaşmışdır. Şəxsi axtarış istintaq hərəkətinin keçirilməsində də iştirak etmişdir. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə-qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Şahid4 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə o, Şahid2, Şahid1 və Şahid3 yaxınlaşmışdır. Əməliyyat məlumatının kimə daxil olmasını uzun müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə-qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman onun tək olubolmamasını dəqiq xatırlamır. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 25 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 24 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 5-6) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, qara rəngli cins şalvarının qabaq sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunu, astma xəstələri üçün nəzərdə tutulmuş tünd göy rəngli «Salbutamol» aerozol aparatını, «LD» markalı siqaret qutusunu və sağ yan cibindən isə «Note 9T» markalı mobil telefonunu təqdim edərək bildirmişdir ki, təqdim etdiyi kibrit qutusunun içərisində olan kütlə «marixuana» kimi tanıdığı narkotik vasitədir. Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində narkotik vasitəyə bənzər maddələr olan «01» ədəd qutu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün 194» saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. (iş.v. 32-33) Məhkəmə-bioloji ekspertizasının 25 may 2024-cü il tarixli, 3-16-16/2-7/833 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...” yazıları olan bir ədəd zərfdə olan 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,92 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. 2) Marixuananın təmiz çəkisi – 5,92 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 5,87 qram. (iş.v.40-42) Ambulator məhkəmə-narkoloji ekspertizasının 30 may 2024-cü il tarixli, 3841 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 99-100) 30 may 2024-cü il tarixli, “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxş zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş sim kart nömrəsi olmayan “Redmi Note 9T” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir. (iş.v. 84) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən ünvanlanan 04 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 85-86; 91) 25 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 5,92 qram, tədqiqatdan sonra qalıq qalmış 5,87 qram olan narkotik vasitə - qurudulmuş marixuana cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 25 iyun 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 26 may 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamvə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (iş.v. 102-109) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk 25 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 103-108) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuş, saat 10:15-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 26 may 2024-cü il tarixdə, saat 09:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 26 may 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 1(010)-415/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində əvvəlcə məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 06 noyabr 2024-cü il tarixli qərarla barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 15 yanvar 2025ci il tarixdə tutularaq 16 yanvar 2025-ci il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. (iş.v. 21, 57-58, 72-73, 75-77, 78-79) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19 mart 2019-cu il tarixdə, cəza müddəti bitdiyinə görə, azad edilmişdir. (iş.v. 87-88) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş 14 fevral 2025-ci il tarixli, 3-16-17/42/2-901/2025 saylı məktubu 28 fevral 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin dəftərxanasında qeydiyyata alınmış və həmin məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə, 3 saylı istintaq təcridxanasında vəfat etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X6” X10 Xəzər rayon şöbəsi tərəfindən göndərilmiş 05 mart 2025-ci il tarixli, 17 nömrəli məktubdan görünür ki, tərəflərindən 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs meyiti 14 fevral 2025-ci il tarixdə məhkəmə-tibb müayinəsindən keçirilmişdir. Meyitin xarici və daxili müayinəsi aparılmışdır. Onun ölümünə səbəb ürəyin aterosklerotik koronarokardiosklerozu, ürəyin sol mədəcik əzələsinin hipertrofiyası halında olan ürəyin xroniki işemik xəstəliyinin kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək-damar çatışmazlığı olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 03 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ailə üzvlərinə bildiriş göndərilərək təqsirləndirilən şəxsin 14 fevral 2025-ci il tarixdə vəfat etməsi və CPM-in 106-cı maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməklə, iş üzrə ölmüş Təqsirləndirilən şəxs yaxın qohumu olaraq hüquqi varisi qismində tanınmaq üçün məhkəmə iclasında iştirak etmələri və ərizə təqdim etmələri xahiş edilmişdir. Lakin ölmüş təqsirləndirilən şəxsin ailə üzvlərinin yaşadıqları ünvan tam olmadığından bildiriş çatmamış və məhkəməyə geri qaytarılmışdır. Hansı ki, iş materiallarında və təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi ünvan eyni olmuş, yəni Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küeçəsində yerləşən yataqxananın 2-ci mərtəbəsi olmuşdur. Məhkəmə tərəfindən ölmüş təqsirləndirilən şəxsin ailə üzvləri ilə telefon vasitəsilə də əlaqə saxlanılmaq istənilsə də, həmin şəxslər zənglərə cavab verməmişlər. Bu barədə məhkəmə iclas katibi tərəfindən tərtib edilmiş arayış iş materiallarına əlavə edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdən sonra həbsdə olan zaman keçirilmiş məhkəmə iclasında ailə üzvləri iştirak etmiş və yaşayış ünvanının eyni olmasını təsdiq etmişlər. Qeyd olunan hal isə məhkəmə iclasının audio-video yazısı ilə təsdiq olunur. İş üzrə ölmüş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçisi olmuş Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkil Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş 09 aprel 2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin ailə üzvlərinə məhkəmə tərəfindən göndərilmiş 03 mart 2025-ci il tarixli bildirişdə Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə vəfat etməsi səbəbilə məhkəmə iclasında onun ailə üzvlərinin hüquqi varis qismində tanınmaq üçün iştirak etmələri və ərizə təqdim etmələri bildirilmişdir. Lakin hazırki günədək təqsirləndirilən şəxsin ailə üzvlərindən heç kim bununla bağlı məhkəməyə müraciət etməmişdir. Odur ki, bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini məhkəməyə bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərək hesab edir ki, onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə-qurudulmuş marixuananı əldə edib saxlama və daşımaqdan ibarət olan əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyib və iş materiallarını tədqiq edib hesab edir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra, məhkəmə baxışı dövründə öldüyünə görə onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsas olmadan xitam verilməsi üçün əsas vardır. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Republikası CPM-nin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası CPM-nin 92.3.14-cü maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi müəyyən edilmədikdə, 92.3.15-ci maddəsinə əsasən isə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumu bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Republikası CPM-nin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Azərbaycan Republikası CPM-nin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Azərbaycan Republikası CPM-nin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Cinayət təqibinə bəraətverici əsaslarolmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Göründüyü kimi qanunun həmin norması və ya bağlayıcısından istifadə etməklə bildirişin göndərilməsi və ya təqdim edilməsindən bəhs edir. Hazırki iş üzrə şəxsin ölümü ilə bağlı məlumat məhkəməyə 28 fevral 2025-ci il tarixdə daxil olmuş, məhkəmə tərəfindən 03 mart 2025-ci il tarixdə ölən şəxsin ailə üzvlərinin yaşadığı ünvana göndərilmişdir. Azərbaycan Republikası CPM-nin 106-1.7-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və bu Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Azərbaycan Republikası CPM-nin 321.2.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Bunlara əsasən məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra, məhkəmə baxışı dövründə öldüyünə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs mövcud iş üzrə məhkəmə istintaqı dövründə məhkəmənin çağırışlarına üzürlü səbəblər olmadan gəlmədiyindən, məhkəmənin çağırışlarından yayındığına görə barəsində axtarış elan edilməklə həbs növündə qətimkan tədbiri seçilmişdir. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli, iş üzrə məhkəmə xərci – keçirilmiş məhkəməbioloji ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli, cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 5,87 qram narkotik vasitəqurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia və xüsusi müsadirə olunmuş əmlak yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçiyə ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfləri həmçinin mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğdən ibarətdir. CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. CPM-nin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. CPM-nin 198.6-cı maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar. Hazırki iş üzrə Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasında öldüyündən məhkəmə məsrəfi olaraq ekspertə ödənilməli olan məhkəmə bioloji ekspertizasına görə 70 (yetmiş) manat pul dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3-1, 321.2.1 və 344-347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə-bioloji ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 5,87 qram narkotik vasitə-qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-67/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-67/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver