Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-68/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1968-ci ildə Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, “Bahar Enerji” şirkətində elektrik işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Oktyabr küçəsi, 17 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə, saat 07 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Pajero İO” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Zığ yolunda Qum adası istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından yayındırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə yol verməməli olduğu halda, bunlara əməl etməyib ani olaraq yolun istiqamətinin sol tərəfə yönəldiyini görməmiş, idarə etdiyi avtomobilin yolun sağ kənarında olan torpaq sahəyə çıxması səbəbindən idarə etməni itirmiş, idarə etdiyi avtomobil yolun kənarında torpaq sahədə olan beton maneəyə çırpılaraq nəticədə ehtiyyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs baş beyin silkələnməsi və alının əzilmişcırılmış yarası ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol bazu sümüyünün orta 1/3-də qapalı köndələn yerdəyişən sınığı, sağ qamış sümüyünün yuxarı 1/3-də kondiluslardan keçən oynaqdaxili açıq qəlpəli yerdəyişən sınığı və həmin nahiyənin əzilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, habelə zərərçəkmiş şəxs X1 qapağı və əsası sümüklərinin sınıqları, baş beyin qışalarına, qışaları altına, toxumasına və mədəciklərə qansızma, baş beynin hissəvi evakuasiyası, alın təpə nahiyəsinin və hər iki baldırın əzilmiş-cırılmış yaraları, sol budun qançırı ilə nəticələnən, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri yetirmiş, nəticədə zərərçəkmiş şəxs T.F.Daşdıyeva aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Qazax rayonunda yaşayan dostu Arif ona zəng edib həyat yoldaşı Yeganənin və baldızı Tacirənin Bakı şəhərinə gəldiklərini bildirib ondan sonuncuları qarşılayıb Hövsan qəsəbəsinə aparmasını xahiş etmişdir. Həmin gün səhər saat 7 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Pajero İO” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığına gedib oradan Yeganəni və onun bacısı Tacirəni götürüb Hövsan qəsəbəsi istiqamətində hərəkət etmişdir. Hövsan-Zığ yolu ilə saatda 50 km sürətlə hərəkətdə olarkən hava hələ də tam açılmadığından bir anlıq yolu görə bilməmiş, idarə etməni itirərək yolun sağ kənarına torpaq hissəyə çıxmışdır. Avtomobili saxlamaq üçün dərhal tormozlama etsə də, lakin avtomobili dayandırmağa nail ola bilməmiş, nəticədə idarə etdiyi avtomobil beton maneəyə çırpılmışdır. Zərbənin təsirindən avtomobilin qabaq hissəsi yayarsız hala düşmüş, eyni zamanda özü və avtomobildə olan sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Avtomobil deformasiyaya uğradığından özü düşə bilməmiş, tanımdaığı şəxslər kömək edib əvvəlcə onu, sonra isə Yeganəni və onun bacısı Tacirəni avtomobildən çıxartmışlar. Həmin vaxt Tacirənin aldığı xəsarətlərdən hadisə yerində öldüyü ona məlum olmuşdur. Sonradan hadisə yerinə gəlmiş təcili tibbi yardım stansiyasının avtomobili ilə xəstəxanaya aparılmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldırdığını, buna görə də zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs mərhum T.F.Daşdıyevanın hüquqi varisi ilə barışıq əldə etdiyini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxş Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs X2 hüquqi varisi Şahid ərizə ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Zərəçəkmiş şəxsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində yaşayan dayısı övladının yas mərasimində iştirak etmək üçün bacısı Tacirə ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 07 radələrində Bakı şəhərinə gəlmişlər, əri Arifin dostu İlqar idarə etdiyi “Mitsubhisi Pajero İO” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib onları Bakı şəhərində “Ukrayna dairəsi” adlanan yerdən götürmüşdür. O, İlqarın idarə etdiyi avtomobilin arxa sərnişinin oturacağının sol tərəfində, bacısı Tacirə isə sağ tərəfində əyşləşmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olduqları zaman, anidən İlqarın idarə etdiyi avtomobil yoldan kənara çıxmış və hansısa maneəyə çırpılaraq dayanmışdır. Həmin an müxtəlif bədən xəsarətləri aldığından nə baş verdiyini xatırlamamış, yalnız ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Sonradan ona yol-nəqliyyat hadisəsi nəticəsində həmçinin İlqarın bədən xəsarətləri aldığı, bacısı Tacirənin isə aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyi ona məlum olmuşdur. Zərərçəkmiş şəxs X2 hüquqi varisi Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, X5 onun həyat yoldaşı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında həyat yoldaşı Tacirə, dayısı uşağının yas mərasimində iştirak etmək üçün bacısı Yeganə ilə birlikdə marşrut avtobusu ilə yaşadıqları Qazax rayonundan Bakı şəhərinə yola düşmüşlər. xx xxxxxx 2019-cu il tarixdə səhər saat təxminən 07 radələrində Tacirənin və sonuncunun bacısının çatıb-çatmadıqlarını öyrənmək məqsədi ilə bir neçə dəfə Tacirəyə zəng etmiş, lakin Tacirə onun zənglərinə cavab verməmişdir. Sonradan, özünü İlqar kimi təqdim təqdim edən şəxs telefona cavab verərək Yeganənin ərinin iş yoldaşı olduğunu, sonuncunun xahişi ilə Yeganə və Tacirəni Bakı şəhərində qarşılayıb yas mərasiminə apararkən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yolda yol-nəqliyyat hadisəsi törətdiyini, Tacirənin aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyini, Yeganənin isə müxtəlif xəsarətlər aldığını bildirmişdir. Bundan sonra o, baş vermiş hadisə barədə Bakı şəhərində olan qohumlarına məlumat vermişdir. Nəhkəmə-tibb müayinəsindən keçirildikdən sonra Tacirənin nəşi Qazax rayonuna gətirilərək dəfn edilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi örtüyünün eni 9 metr, hərəkət hissəsinin eni 4.5 metr olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Zığ yolunun Hövsan qəsəbəsi istiqamətində, yolun hərəkət hissəsindən sağ tərəfdə 4 metr məsafədə, torpaq sahədə baş vermişdir. Qeyd edilən yerdə “Mitsubhisi Pajero İO” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil beton maneəyə çırpılmış, ön buferi, kapotu, qabaq sol və qabaq sağ qanadları əzilmiş, yan güzgüləri və alın şüşəsi sınmış, salonu dağılmış, təhlükəsizlik yastıqalrı isə açılmış vəziyyətdə olmuşdur. Avtomobilin sol tərəfində yerə uzadılmış vəziyyətdə olan qara rəngli sellofan açıldıqda içərisində düzgün bədən quruluşlu, kafi qidalı, boyunun uzunluğu 163 sm olan qadın nəşinin olduğu müəyyən edilmişdir. Meyit xarici və daxili müayinənin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Bakı şəhər Suraxanı rayon Şöbəsinə göndərilmişdir. İş materiallarında olan maddi sübutların ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2859/K rəyindən görünür ki, Təqsirləndirilən şəxs götülümüş qan nümunəsində etil spirti aşkar edilməmiş, məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 64 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumata əsasən “Mitsubhisi Pajero İO” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan meyitin ekspertizasının xx xxxxxx 2019-cu il tarizli, 112 nömrəli rəyindən görünür ki, X3 aşkar edilmiş xəsarətlər - kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyin qışalarına, qışaları altına, toxumasına və mədəciklərə qansızma, baş beynin hissəvi evakuasiyası, alın təpə nahiyəsinin və hər iki baldırın əzilmiş-cırılmış yaraları, sol budun qançırı həyatı olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, xx xxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum T.F.Daşdıyevanın ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin qişalarına, qışaları altına, toxumasına, mədəciklərinə qansızma və baş beynin hissəvi evakuasiyası olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum T.F.Daşdıyevanın meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 130 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xəstəxanaya müraciət edilərkən aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi və alının əzilmiş-cırılmış yarası ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol bazu sümüyünün orta 1/3-də qapalı köndələn yerdəyişən sınığı, sağ qamış sümüyünün yuxarı 1/3-də kondiluslardan keçən oynaqdaxili açıq qəlpəli yerdəyişən sınığı və həmin nahiyənin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxş Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs X2 hüquqi varisi Şahid ilə barışıq əldə etməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-68/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-68/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver