Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-68/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı X4, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Balakən rayonu, Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, or¬ta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Balakən rayonu, Hənifə Ərazi Dairəsi, Hənifə kəndində qeydiyyatda olmuş, barəsində Suraxanı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə 09 sentyabr 2021 -ci il tarixdə saat 14 radələrində X4 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin plastikdən olan pəncərəsini əli ilə açıb həmin evə qanunsuz daxil olub oradan 942 manat pul vəsaitini, həmin dövrün məzənnəsi ilə 85 manat təşkil edən 50 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 8 manat 12 qəpik təşkil edən 350 Rusiya rublunu, 100 manat dəyərində gümüş bəzək əşyalarını, 500 manat dəyərində 583 əyyarlı. 6 qram çəkisi olan sapfir-qızıl üzüyü. 1400 manat dəyərində 583 əyyarlı qızıldan olan 16 qram çəkidə üzük, qolbaq və boyunbaq dəstini. 70 manat dəyərində “Diqma” markalı planşeti, hər birinin dəyəri 200 manat olmaqla ümumi dəyəri 600 manat olan 03 dəst qadın üçün ziyafət donunu, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 dəst qadın üçün gündəlik donu. 01 dəst 80 manat dəyərində qadın üçün cins şalvarı. 01 dəst 80 manat dəyərində kişi üçün cins şalvarı, hər birinin dəyəri 30 manat olmaqla ümumi dəyəri 90 manat olan 3 dəst qadın xalatını, bir dəst ədəd 50 manat dəyərində qadın losini. hər birinin dəyəri 70 manat olmaqla ümumi dəyəri 140 manat olan 2 dəst qadın üçün isti balon şalvarını, hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 160 manat olan 2 dəst kişi balon şalvarını, hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 120 manat olan 2 dəst kişi jaketini, hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 180 manat olan 3 dəst qadın jaketini, hər cütünün dəyəri 1 manat olmaqla ümumi dəyəri 50 manat olan 50 cüt yay corabını, hər cütünün dəyəri 2 manat olmaqla ümumi dəyəri 100 manat olan 50 cüt qış corabını, hər birinin dəyəri 15 manat olmaqla ümumiu dəyəri 45 manat olan 03 ədəd qadın papağını, hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 45 manat olan 3 ədəd kişi qış papağını, hər dəstin dəyəri 30 manat olmaqla ümumi dəyərri 300 manat olan 10 dəst kişi alt paltarını, hər dəstinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 400 manat olan 10 dəst qadın alt paltarını. 1 ədəd 150 manat dəyərində çantanı, 1 ədəd 20 manat dəyərində paltaryuyan maşına aid üzlüyü, ümumi dəyəri 300 manat olan müxtəlif parfumeriya və ətriyyatları, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 150 manat olan 3 ədəd kişi şarfını, hər birinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 120 manat olan 3 ədəd hamam dəsmalını, hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 100 manat olan 5 ədəd əl-üz dəsmalını, hər birinin dəyəri 45 manat olmaqla ümumi dəyəri 180 manat olan 4 ədəd süfrə və hər birinin dəyəri 80 manat olmalqa ümumi dəyəri 320 manat olan 4 dəst yataq dəstini gizli olaraq talayıb zərərçəkmiş şəxs X5 ümumilikdə 7085,12 manat olmaqla xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 noyabr 2021-ci il tarixdə saat 13 radələrində X6 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu. Bülbülə qəsəbəsi. Samir Əliyev küçəsi. 185 ünvanda yerləşən tərdi yaşayış evinin plastikdən olan pəncərəsini əli ilə açıb həmin evə qanunsuz daxil olub evdən 900 manat dəyərində brilyant qaşlı, 750 əyarlı qızıldan olan qadın üzüyünü, hər birinin dəyəri 250 manat olmaqla ümumi dəyəri 500 manat olan 2 ədəd 585 əyarlı qızıldan olan üzüyü, bir ədəd 900 manat dəyərində 585 əyarlı qızıldan olan kolye-boyunbağı, bir ədəd 250 manat dəyərində 585 əyarlı qızıldan olan qolbağını, bir ədəd dəyəri 200 manat olan 585 əyarlı qızıldan olan uşaq boyunbağını, bir ədəd 150 manat dəyərində qızıldan olan uşaq qolbağısını, bir ədəd dəyəri 40 manat olan qızıldan olan klon və bir ədəd ağ mirvaridən olan 20 manat dəyərində boyunbağını gizli olaraq talayıb zərərçəkmiş şəxs X10ma ümumilikdə 2960 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyət qapısının asma qıfılını dəmir parçası ilə sındırdıqdan sonra evin həyətində yerləşən otağın asma qıfılını sındırıb həmin otağa qanunsuz daxil olub otaqdan 1000 manat pul vəsaitini, 20 manat dəyərində bir cüt qadın ayaqqabısını və ümumi dəyəri 150 manat olan yataq dəstlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 1170 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanda yerləşən tərdi yaşayış evinin pəncərəsini əli ilə açıb evə qanunsuz daxil olub evdən bir ədəd 300 manat dəyərində 583 əyarlı qızıldan olan 4 qram çəkidə kişi üzüyünü, bir ədəd 1000 manat dəyərində brilyant qaşlı 750 əyarlı ağ qızıldan olan 10 qram çəkidə olan üzüyü, hər birinin dəyəri 400 manat olmaqla ümumi dəyəri 800 manat olan 583 əyarlı qızıldan olan ümumi çəkisi 10 qram çəkidə 2 ədəd brilyant qaşlı üzüyü, hər birinin dəyəri 250 manat olmaqla ümumi dəyəri 500 manat olan 583 əyarlı qızıldan olan 6 qram çəkidə 2 ədəd üzüyü, 400 manat dəyərində 583 əyarlı qızıldan olan 5 qram çəkidə brilyant qaşlı uşaq sırğasını, 300 manat dəyərində 583 əyarlı qızıldan olan 4 qram çəkidə bir cüt sırğanı, ümumi dəyəri 150 manat ona bir neçə bəzək əşyalarını, asılqan hissəsi ilə birlikdə ümumi kütləsi 49,42 qram olan, dairə formalı, gümüşü rəngli, mis və sink əsaslı ərintidən hazırlanmış 3,00 manat dəyərində medalı və 30 manat nəğd pul vəsaitini olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 3483 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivi ünvanında yerləşən nəmrəsiz fərdi yaşayış evinin plastikdən olan pəncərəsinin dəmir barmaqlığını sındırıb pəncərəni açdıqdan sonra evə qanunsuz daxil olub evdən ümumi dəyəri 300 manat olan yorğan döşək dəstini və 4 ədəd örtüyü. 60 manat dəyərində tava dəstlərini, hər birinin qiyməti 30 manat olan ümumi dəyəri 60 manat olan iki bağlama elektirik naqillərini. 250 manat dəyərində 50 ədəd elektrik aksesuarlarım, 5 manat dəyərində bir ədəd çaydanı, 60 manat dəyərində 2 ədəd qazan dəstini, 300 manat dəyərində gəlin üçün toy hədiyyəsi olan 2 ədəd çemodanı, ümumi dəyəri 100 manat olan gümüş üzükləri və bəzək əşyalarını, 50 manat dəyərində içərisində dəsmallar olan 3 ədəd qutunu və hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 20 manat olan 2 ədəd Quran kitabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 qızma ümumilikdə 1205 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin açıq qalmış qapısından evə qanunsuz daxil olub evdən 150 manat dəyərində bir ədəd 583 əyarlı qızldan olan 4 qram çəkidə boyunbağnı, 400 manat dəyərində 583 əyarlı qızıldan olan 8 qram çəkidə qolbal və boyunbaq dəstini, 800 manat dəyərində 585 əyarlı ağ qızıldan olan 12 qram çəkidə bir ədəd üzük, qolbaq və boyunbağı dəstini, 600 manat dəyərində 583 əyarlı qızıldan olan 7 qram çəkidə biur cüt qaşlı sırğanı, 400 manat dəyərində 583 əyarlı qızıldan olan 5 qram çəkidə boyunbağını, 400 manat dəyərində 925 əyarlı gümüşdən olan boyunbağı, qolbaq və sırğa dəstini, 280 manat dəyərində 925 əyarlı gümüşdən olan boyunbaq və qolbaq dəstini, 40 manat dəyərində 925 əyalrı gümüşdən olan qolbağmı, 100 manat dəyərində 925 əyarlı gümüşdən olan qolbağmı, hər brinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 180 manat olan 925 əyarlı gümüşdən olan 3 ədəd qolbağmı gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 qızma ümumilikdə 3350 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 mart 2022-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçərək daxil olduqdan sonra evin plastikdən olan pəncərəsini daşla sındıraraq evə qanunsuz daxil olub evdən 500 manat pul vəsaitini və bir ədəd 400 manat dəyərində 583 əyarlı qızıldan olan qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 900 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 mart 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs7 yaşadığıünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin açıq qapısından evə qanunsuz daxil olub evdən hər birinin qiyməti 300 manat olmaqla ümumi dəyəri 900 manat olan 583 əyarlı qızıldan 03 ədəd üzüyü, 600 manat dəyərində 583 əyarlı qızıldan olan 9 qram çəkidə üzük və bir cüt sırğa dəstini, 1000 manat dəyərində 583 əyarlı qızıldan olan 14 qram çəkidə bir cüt qızıl sırğanı. 100 manat dəyərinlə 583 əyarlı qızıldan olan 1.5 qram çəkidə klonu, 300 manat dəyərində 583 əyarlı qızıldan olan 5 qram çəkidə boyunbağını, 250 manat dəyərində 583 əyarlı qızıldan olan qolbağmı və 180 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 3330 manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Balakən rayonu, Hənifə Ərazi Dairəsi, Hənifə kəndində qeydiyyatdadır. Hazırda oğurluq ettdiyi üçün həbs edilmiş və həbs edilənə kimi Bakı şəhərində daimi yaşayış yeri olmasa da parklarda, bəzən isə binaların zirzəmilərində yaşamışdır. Subaydır və heç bir yerdə rəsmi olaraq işləməmişdir. Əvvəllər oğurluq etdiyi üçün Suraxanı rayon Məhkəməsinin 2011 və 2015-ci il tarixli hökmləri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. 2019-cu ilin noyabr ayında isə azadlığa buraxılmışdır. İş yeri olmadığı üçün oğurluq edib əldə etdiyi əşyaları sataraq pul qazanmışdır. 09 sentyabr 2021-ci il tarixdə saat təxminən 14 radələrində Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi. 2-ci Mədən küçəsində piyada tək gəzişərkən həmin küçədə evlərdən birindən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də həmin küçədə yerləşən həyətlərin birinə girmiş və həyətə daxil olduqdan sonra həyətdə olan bir mərtəbəli evin plastik pəncərəsini itələməklə açaraq mənzilə daxil olmuş, oradan təxminən 900 manat nəğd pul, 50 ABŞ dolları, bir qədər rus pulu, gümüş bəzək əşyaları, qızıl-zinət əşyaları, bir ədəd planşet, bir neçə ədəd paltar və yataq dəstləri oğurlayıb evdən çıxıb getmişdir. Oğurladığı qızıl əşyalarından boyunbağını, qolbağı və bir ədəd üzüyü “Xalqlar Dostluğu” metrosunun yanında yerləşən “Gold Center” qızıl mağazasında şəxsiyyət vəsiqəsi ilə 800 manata satmış, satıcı bu barədə qeydiyyat aparmış və onun özü qəbzə imza etmişdir. Yerdə qalan digər gümüş əşyaları isə müxtəlif yerlərdə, yəni küçədə tanımadığı şəxslərə satmış və əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs X4 qeyd etdiyi digər əşyaları isə o götürməmişdir. 09 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində Samir Əliyev kimi tanıdığı küçədə metal əşyalar almaq üçün piyada gəzdiyi zaman həmin qəsəbədəki evlərdən birinin həyətinin giriş qapısını döyərək yüksək səslə bir neçə dəfə dəmir aldığını demişdir. Qapının bağlı olduğunu və mənzildən səs gəlmədiyini gördüyündən evdə heç kimin olmadığını başa düşdüyü üçün hasardan tullanaraq həyətə daxil olmuşdur. Mənzilin pəncərəsindən içəri baxdıqda orada bir neçə ədəd qazan olduğunu görmüş və onları oğurlamaq qərarına gəldiyindən evin plastik pəncərəsini əli ilə möhkəm itələyərək açmış və mənzilin qonaq otağına daxil olmuşdur.Mənzili axtarmış, yataq otağına baxdıqda tumbuçkanm içərisindəki əl çantasını götürüb baxanda orada qızıl zinyət əşyalarının olduğunu görüb qızılları çantadan götürmüş və daha sonra evdən çıxıb getmişdir. Oğurladığı qadın üzüklərini, kolye- boyunbağını, qolbağını, uşaq boyunbağısını, uşaq qolbağısını, klon və bir ədəd ağ mirvaridən olan boyunbağını 8-ci km bazarında tanımadığı cavan oğlana 450 manata satmış və satışdan əldə etdiyi pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğlanın qızılların oğurluq olmasından xəbəri olmamışdır. 25 noyabr 2021-ci il tarixdə günorta saatlarında öz ehtiyaclarını ödəmək üçün təkrar oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi ilə piyada gəzib oğurluq etmək üçün ev axtaran zaman həmin küçədə yerləşən fərdi evlərdən birində çöl darvaza qapısında kilidin olduğunu görüb evdə heç kim olmadığını başa düşmüşdür. Ətrafına baxıb heç kimin olmadığına və onu görmədiklərinə tam əmin olduqdan soma yerdən tapdığı dəmir parçası ilə həmin darvaza qapısının üzərində olan qıfılı sındırmış və həyətə daxil olmuşdur. Həmin dəmir parçası ilə evin taxtadan olan çöl qapısının üzərindəki kilidi də sındırıb evə daxil olmuş və oğurlamaq üçün dəyərli əşya və ya pul axtarmağa başlamışdır. Bu zaman həmin evin paltar şkafından bir miqdar pul tapıb götürmüş, daha sonra həmin şkafdan bir cüt ayaqqabı və bir neçə yeni yataq dəstləri görüb onları da götürüb həmin evdən çıxıb oradan uzaqlaşmışdır. Biraz uzaqlaşdıqdan sonra oğurladığı pulu saydıqda 1000 manat olmasını görmüşdür. Oğurladığı ayaqabı və yataq dəstlərini tanımadığı şəxslərə satmışdır. Həmin şəxslərin onların oğurluq olmasından xəbərləri olmamışdır, çünki onlara ayaqqabı və yataq dəstlərinin özünə məxsus olduğunu demişdir. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. 27 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi. Cəfər Cabbarlı küçəsi ilə gəzərkən saat 14 radələri olmuşdur. Bir evin qarşısından keçəndə evdə heç kimin olmadığını bilib bir qədər dayanıb gözləmiş, ətrafda heç kim yox idi. Həyətdən də səs gəlməmişdir. O. heç kimin onu görmədiyinə tam əmin olandan sonra hasardan aşıb həyətə daxil olmuşdur. Həyətdən evə yaxınlaşıb pəncərəni əli ilə itələyib açıb pəncərədən evə daxil olmuşdur. Evin otaqlarına baxıb yataq otağına daxil olmuş və yataq otağınqdakı termonun siyirtmələrini axtarmağa başlamışdır. Termonun siyəirtməsində qızıl-ziynət əşyaları, pul və medal olduğunu görmüşdür. O, dərhal qızıl ziynət əşyalarını və medalı götürüb evə daxil olduğu qaydada, yəni pəncərədən həyətə çıxmışdır. Oradan da yenə hasardan aşaraq küçəyə çıxıb uzaqlaşmışdır. Oğurladığı qızıl ziynət əşyalarını şəhərin müxtəlif yerlərində tanımadığı şəxslərə satıb əldə etdiyi pulu öz tələbatına xərcləmişdir.Medalı isə 31-ci PB-də tutulan zaman təhvil vermişdir. Digər heç bir epizod üzrə özünü təqsirli bilmir. Əməlindən peşmandır. İşləyib borclarını ödəyə bilmək üçün azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 03 mart 2022-ci il tarixdə saat 14:50 radələrində qohumumun ad gününə getmək üçün ailə üzvləri ilə birlikdə evdən çıxmışdır. Həmin günü saat 18:30 radələrində yaşadığı evə qayıdan zaman evin həyətinə daxil olmuşlar və bundan beş dəqiqə sonra onun həyat yoldaşı Almaz Manafovun qışqırıq səsini eşidib onun yanma gəlmiş və həyat yoldaşından nə baş verdiyini soruşduqda Almaz evin pəncərəsinin sındırıldığını ona demişdir. O, baxanda görmüşdür ki, həqiqətən də naməlum şəxs evin giriş qapısının yanındakı plastik pəncərəni sındırıb evə daxil olub.Evin dağınıq olmasından ona məlum olmuşdur ki, evdə olmadıqları müddət ərzində naməlum şəxs və ya şəxslər onun yaşadığı bir mərtəbəli həyət evinin pəncərəsinin şüşəsini sındırıb evə daxil olmuş, evin yataq otağında yerləşən həyat yoldaşı Almaza aid əl çantasından 500 manat pulu və 400 manat dəyərində olan 583 əyarı olan qadın qızıl üzüyünü oğurlamışdır. Hadisə nəticəsində ona 900 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini bildirmiş, məhkəmənin sonrakı iclaslarında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X7 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 09 sentyabr 2021-ci il tarixdə saat 08:45-də işə getmək üçün evdən çıxmışdır. Həmin gün onun həyat yoldaşı Göyçay rayonunda olmuşdur. O, işdən saat 14:50 radələrində evə gəlmiş, evə girdikdən sonra evin giriş qapısından sol tərəfdə olan plastik pəncərənin açıq olduğunu görüb pəncərəni bağlamış və yataq otağına keçdikdə otağın dağınıq olduğunu gördükdə başa düşmüşdür ki, evdən oğurluq olub. Buna görə də Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edib məlumat vermişdir. Bundan sonra yaşadığı evə polis əməkdaşları gəlmişdir. Hadisə ilə bağlı Suraxanı RPİ-nin 31 -ci PB- yə ərizə ilə müraciət edib 80 manat pulunun oğurlandığını bildirmişdir. Daha sonra həyat yoldaşı evə gəldikdən sonra onun iştirakı ilə evə baxış keçirdikdə məlum olmuşdur ki. 942 manat, 50 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 85 manat), 350 rubl (həmin dövrün məzənnəsi ilə 14 manat), 100 manat dəyərində gümüş bəzək əşyaları, 01 ədəd 583 əyyarlı tərqribən 6 qram olan 500 manat dəyərində sapfir-qızıl üzük, 01 ədəd 583 əyyarlı təqribən 16 qram olan 1400 manat dəyərində üzük, qolbaq və boyunbaq dəsti, 70 manat dəyərində "Diqma" markalı planşet, 03 dəst hər birinin dəyəri 200 manat olan qadın üçün ziyafət donu, 02 ədəd hər birinin dəyəri 100 manat olmaqla qadın üçün gündəlik don. 01 ədəd 80 manat dəyərində qadın üçün cins şalvar. 01 ədəd 80 manat dəyərində kişi üçün cins şalvar. 03 dəst hər birinin dəyəri 30 manat olan qadın xalatı. 01 ədəd 50 manat dəyərində qadın losini, 02 ədəd hər birinin dəyəri 70 manat olan qadın üçün isti balon şalvarı, 02 ədəd hər birinin dəyəri 80 manat olan kişi balon şalvarı, 02 ədəd hər birinin dəyəri 60 manat olan kişi jaketi, 03 ədəd hər birinin dəyəri 60 manat olan qadın jaketi, hər cütünün dəyəri 1 manat olan 50 cüt yay corabı, hər cütünün dəyəri 2 manat olan 50 cüt qış corabı, hər birinin dəyəri 15 manat olan 03 ədəd qadın papağı, hər birinin dəyəri 15 manat olan 03 ədəd kişi qış papağı, hər dəstin qiyməti 30 manat olan 10 dəst kişi alt paltarı, hər dəstinin dəyəri 40 manat olan 10 dəst qadın alt paltarı, 150 manat dəyərində 01 ədəd çanta. 01 ədəd 20 manat dəyərində paltaryuyan maşının çexolu, 300 manat dəyərində nüxtəlif parfumeriya və ətriyyatlar, hər birinin dəyəri 50 manat olan 03 ədəd kişi şarfı, hər birinin dəyəri 40 manat olan 03 ədəd hamam dəsmalı, hər birinin dəyəri 20 manat olan 05 ədəd əl-üz dəsmalı, hər birinin dəyəri 45 manat olan 04 ədəd süfrə və hər birinin dəyəri 80 manat olan 04 dəst yataq dəsti oğurlanıb. Oğurlanmış əşyalarnm indiki qiymətləri ilə maraqlanmış və müəyyən etmişdir ki, ona 7.085 manat ziyan dəyib. Məhkəmədən ədalətli qərar qəbul edilməsini və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki. göstərdiyi ünvanda həyat yoldaşı X14, azyaşlı övladı X15 və qayınanası X11 ilə birlikdə təxminən 2021-ci ilin sentyabr ayının ortalarından kirayədə yaşayır. Yaşadığı ev həyət evi olmaqla 3 otaqdan və mətbəxdən ibarətdir. Evin həyəti vardır, həyət hasara alınmış və darvazası vardır. 09 noyabr 2021- ci il tarixdə səhər saat 07-də işə getmişdir. Ondan sonra saat təxminən 09:30 radələrində həyat yoldaşı X14 da evdən çıxıb işə getmişdir. O, axşam saat 18:40-da işdən evə qayıdıb darvazadan həyətə daxil olduqda evin zal otağının pəncərə çərçivəsinin yerində olmadığını görmüşdür. Evə oğru girdiyindən şübhələnərək, mobil telefonu ilə zəng edib bu barədə əri Rasimə, daha sonra isə DİN-nin 102 xidmətinə zəng edərək evindən oğurluq olduğunu bildirmişdir. Sonra evə daxil olaraq yataq otağına baxdıqda otaqdakı tumbuçkanm içərisində saxladığı əl çantasının otaqda yerə atılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin əl çantasında özünə məxsus qızıl zinyət əşyalarını saxlamışdır. Çantaya baxdıqda içərisində saxladığı qızıl zinyət əşyalarının oğurlandığını aşkar etmişdir. Əl çantasında bir ədəd təxminən 900 manat dəyərində brilyant qaşlı, 750 əyarlı sarı qızıldan hazırlanmış qadın üzüyü, iki ədəd hər birinin dəyəri təxminən 250 manat (ümumilikdə 500 manat) dəyərində sarı qızıldan hazırlanmış 585 əyarlı üzüklər, bir ədəd təxminən 900 manat dəyərində 585 əyarlı kolye-boyunbağı. bir ədəd təxminən 250 manat dəyərində 585 əyarlı sarı qızıldan hazırlanmış qolbaq, bir ədəd təxminən dəyəri 200 manat olan 585 əyarlı sarı qızıldan hazırlanmış uşaq boyunbağı, bir ədəd təxminən 150 manat dəyərində sarı qızıldan hazırlanmış uşaq qolbağı, bir ədəd dəyəri təxminən 40 manat olan sarı qızıldan hazırlanmış klon və bir ədəd ağ mirvaridən olan 20 manat dəyərində boyunbağı olmuşdur. Həmin qızıl zinyət əşyalarının hamısı oğurlanmışdır. Evindən oğurlanmış qızıl zinət əşyalarından uşaq üçün olanları 6 il əvvəl, özünə məxsus qızılları isə 8 il əvvəl almışdır. Məhkəmədən ədalətli və dəymiş zərərin ödənilməsi ilə bağlı qərarın qəbul olunmasını xahiş edir. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 25 noyabr 2021-ci il tarixdə saat 15 radələrində işə getmək üçün evdən çıxmış və həmin günü saat 21 radələrində yaşadığı evə qayıdan zaman evin dağınıq olmasından ona məlum olmuşdur ki, onun evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər yaşadığı bir mərtəbəli həyət evinin dəmir darvazasının asma qıfılını qıraraq həyətə daxil olmuş, həyətdə olan bir otaqdan ibarət yataq və qonaq otağı kimi istifadə etdiyi otağın taxta qapısının kilidini sındıraraq içəri daxil olaraq paltar dolabının içərisində olan paltarların arasında saxladığı 1000 manat nağd pulunu, 20 manat dəyərində bir cüt ayaqqabısının və 150 manat dəyərində müxtəlif yataq dəstlərinin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 1170 (min yüz yetmiş) manat maddi ziyan dəymişdir. Məhkəmədən ədalətli və dəymiş zərərin ödənilməsi ilə bağlı qərarın qəbul olunmasını xahiş edir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki. ailə üzvləri ilə birlikdə ünvan 9 ünvanda yaşayır. 27 noyabr 2021-ci il tarixdə saat 07 radələrində evdən çıxıb işə getmişdir. İşdə olduğu zaman onun həyat yoldaşı Elvira Quliyeva saat 11-12 radələrində balaca və ortancıl övladlarını əylənmək üçün şəhərə aparmışdır. Böyük oğlu Arif evdə olmuş, saat 13:45 radələrində hazırlığa getmişdir. Saat 13:45 radələrindən saat 15:50 radələrinə kimi evdə heç kim olmamışdır. Saat 15:50 radlərində onun oğlu Arif evə qayıtmışdır. Saat 16 radələrində də onun özü işdən evə gəlmişdir. Evdə hər şey öz qaydasında idi. Saat 18 radələrində də həyat yoldaşı Elvira və övladları şəhərdən evə qaytmışlar. Həyat yoldaşı Elvira evə gələndən sonra Arif anasına demişdir ki, stolun siyirməsində onun pulu vardı və pul yerində deyil. Arif anasından pulunu götiirüb-götürmədiyini soruşduqda anası Arifə bildirmişdir ki. o. pul götürməyib. Bundan sonra oğlu Abdulcavab da keçib öz pulunu saxladığı yerə baxaraq demişdir ki, onun da pulu yerində yoxdur. Həyat yoldaşı yataq otağına keçib orada qoyulan termonun siyirtməsini çəkib baxanda məlum olmuşdur ki, evdən əşyalar oğurlanıb. Evə baxdıqda onlara məlum olmuşdur ki, evdən bir ədəd 583 əyyarlı 4 qram çəkidə olan 300 manat dəyərində qızıl kişi üzüyü, bir ədəd 1000 manat dəyərində brilyant qaşlı 750 əyyarlı 10 qram çəkidə olan ağ qızıl üzük, hər birinin dəyəri 400 manat olan 583 əyyarlı hər biri 5 qram olan iki ədəd brilyant qaşlı üzük, hər birinin dəyəri 250 manat olan 583 əyyarlı hər biri təqribən 3 qram olan iki ədəd sadə qızıl üzük, bir cüt 400 manat dəyərində 583 əyyarlı, 5 qram çəkidə brilyant qaşlı qızıl uşaq sırğası, bir cüt 300 manat dəyərində 583 əyyarlı, təqribən 4 qram çəkidə sadə qızıl sırğa, ümumi 150 manat dəyərində bir neçə bəzək əşyaları (bujiteriya), bir ədəd 1.52 manat dəyərində sadə medal, hansı ki, həmin medal onun oğlu Arifə tennis yarışında qalib olduğu üçün verilmişdir və 30 manat nəğd pul gizli olaraq oğurlanmışdır.Medal təltif edildiyindən və hədiyyə kimi qəbul etdikləri üçün dəyəri barədə heç nə bilmir. Ona həmin əşyalarının oğurlanması nəticəsində ümumilikdə 3482 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmədən ədalətli və dəymiş zərərin ödənilməsi ilə bağlı qərarın qəbul olunmasını xahiş edir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayır. 04 dekabr 2021-ci il tarixdə yaşadığı evdən çıxıb oğlunun Binə qəsəbəsi, Südçülük sovxozundakı evinə getmiş və bir həftəyə kimi oğlunun evində qalmışdır. 11 dekabr 2021-ci il tarixdə saat 16 radələrində evinə gəlmiş və həyət qapısını özündə olan açarla açıb həyətə daxil olmuşdur. Evin qapısını da özündə olan açarla açmışdır. Evə daxil olanda görmüşdür ki. evin səliqəsi pozulub, evində olan əşyaları evin döşəməsinə səpələnib. Evinin pəncərəsinə vurulmuş dəmir barmaqlıqların sındırıldığını, plastmas pəncərənin açıq olduğunu görüb bilmişdir ki, kimsə dəmir barmaqcıqları sımdırıb və pəncərəni açaraq evinə daxil olub. Evində olan əşyalara baxanda şuba dublyonkanı paltarların arasında olduğunu görmüşdür. Evdən 300 manat dəyərində yoğan döşək dəsti və 4 ədəd örtüyün (adyalın), 60 manat dəyərində tava dəstinin, hər birinin qiyməti 30 manat olan, cəmi 70 manat dəyərində iki bağlama elektirik kabellərinin, 250 manat dəyərində 50 ədəd elektrik aksesuarlarmın, 5 manat dəyərində bir ədəd çaydanın, 60 manat dəyərində 2 ədəd qazan dəstinin, 300 manat dəyərində 2 çamadan gəlin üçün toy hədiyəsi dəstinin, cəmi 100 manat dəyərində gümüş üzüklərin və bəzək əşyalarının, 50 manat dəyərində 3 qutuda olan dəsmalların və hər birinin qiyməti 10 manat olan cəmi 20 manat qiymətində 2 ədəd Quran kitabı oğurlanmışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng vurub evindən oğurluq olması barədə məlumat vermişdir.Polis əməkdaşları gəlib evinə baxış keçirmiş və o, 30-cu PŞ-nə ərizə və izahat vermişdir. Göstərdiyi əşyalarının oğurlanması nəticəsində ona cəmi 1215 manat ziyan dəymişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı mədən ərazisi, Ş.Məhərrəmov küçəsi, nömrəsiz evdə yaşayır. 08 fevral 2022-ci il tarixdə saat 08 radələrində onun əri və özü işə, oğlu isə məktəbə getmiş və evdə heç kim qalmamışdır. Onlar evdən çıxanda həyət qapısını bir ədəd asma qıfılla bağlamışlar. Evin giriş-çıxış qapısı isə qıfıl xarab olduğuna görə açıq qalmışdır. Saat 15 radələrində oğlu məktəbdən evə gələndən sonra qapını açmaq istəyəndə qapının hansısa formada bağlı olduğunu görmüşdür. Oğlu qonşudan ona zəng etmiş, amma o, eşitmədiyi üçün ona cavab verməmişdir. Onun oğlu sonra bacısına zəng vurub evdən oğurluq olduğunu demiş və qızı da ona zəng vurub evdən oğurluq olduğunu dedikdə o, evə gəlmişdir. Evin səliqəsi pozulmuş, əşyaları isə dağıdılmışdır. O. dərhal evdə olan əşyaları qoyduğu yerə baxmış və ona məlum olmuşdur ki. mebelin aşağı hissəsində olan 150 manat dəyərində bir ədəd 583 əyyarda təqribən 4 qram olan qızıl boyunbağı, 400 manat dəyərində ümumi çəkisi 8 qram 583 əyyarlı qızıl qolbağ və boyunbağı dəsti, ağ qızıldan olan 800 manat dəyərində 585 əyyarlı ümumi çəkisi təxmini 12 qram olan bir ədəd üzük, qolbaq və boyunbağı dəsti, 600 manat dəyərində iki ədəd 583 əyyarlı, ümumi çəkisi 7 qram olan qaşlı sırğaları, 400 manat dəyərində bir ədəd 583 əyyarlı ümumi çəkisi 5 qram olan qızıl boyunbağı. 01 ədəd 400 manat dəyərində gümüşdən 925 əyyarlı boyunbağı, qolbaq və sırğa dəsti, 01 ədəd 280 manat dəyərində gümüşdən 925 əyyarlı boyunbaq və qolbaq dəsti, 2 ədəd birinin qiyməti 40 manat digərinin qiyməti 100 manat olan 925 əyyarlı qızıl qolbaqlar, 3 ədəd hər brinin dəyəri 60 manat olan 925 əyyarlı gümüş qolbaqları oğurlanıb. O, dərhal DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və polis əməkdaşları gəlib evə baxmışlar. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3500 manat ziyan dəymişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 19 mart 2022-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə evdən çıxıb Masallı rayonuna valideynləri ilə Novruz bayramı keçirməyə getmişdir. 22 mart 2022-ci il tarixdə saat 20:40 radələrində yaşadığı evə qayıdan zaman naməlum şəxsin evin hasarından evin həyətinə, oradan isə evə daxil olduğu məlum olmuşdur. Evdən çıxan zaman evin giriş qapısı açıq qalmışdır. Evə daxil olduqdan sonra evin otaqlarının dağınıq olduğunu aşkar etmişlər. Evə baxan zaman yataq otağındakı dolabdan hər birinin qiyməti 300 manat olan 03 ədəd 583 əyarlı qızıl üzüyün, ümumi qiyməti 600 manat olan 583 əyarlı çəkisi 9 qram olan qızıl üzük və bir cüt sırğa dəstinin, qiyməti 1000 manat olan 583 əyarlı təqribən 14 qram çəkidə bir cüt qızıl sırğanın, 100 manat dəvərinfə 583 əyarlı 1.5 qram çəkidə qızıl klonun, təqribən 300 manat dəyərində 583 əyyarlı 5 qram çəkidə boyunbağının, 250 manat dəyərində 583 əyarlı qızıl qolbağının və mətbəxdə dəmir qabın içərisində olan 180 manat nəğd pulun oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona iimumiləkdə 3430 manat maddi ziyan dəymişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki. ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xalqlar Dostluğu" ticarət mərkəzində “Gold Center" adlı qızıl mərkəzində satıcı vəzifəsində işləyir. İşlədiyi mağazada qızılzinyət əşyalarının satışı ilə bərabər vətəndaşların satmaq istədikləri qızıl-zinyət əşyalarını da lom qiymətinə alıb satırlar. 12 sentyabr 2021-ci il tarixdə mağazada olan zaman şəxsiyyəti şəxsiyyət vəsiqəsindən ona məlum olan Təqsirləndirilən şəxs ilk dəfə həmin günü günorta saatlarında mağazaya gələn zaman görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs həmin günü mağazaya gəlib özünə məxsus qızıl-zinyət əşyalarını satmaq istədiyini deyib bir ədəd 583 əyarlı qızıl boyunbağını, bir ədəd 583 əyarlı qızıldan nazik qızıl qolbağını və bir ədəd 583 əyarlı qızıl üzüyü ona təqdim etmişdir. Rəşadın təqdim etdiyi qızıl-zinyət əşyalarının ümumi çəkisi 16 qram təşkil etmişdir. Qızılın qramını 50 manatdan Rəşaddan alacağını deyəndə Rəşad onunla razılaşmışdır. Əvvəl sənədləşmə işləri aparılmışdır. Rəşad ona AA******* nömrəli şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra o, şəxsiyyət vəsiqəsində olan məlumatları kitaba köçürmüş və qızılın alqı-satqısı qəbzini yazmışdır və Rəşad imzası ilə həmin qəbzi təsdiq etmişdir.Qızılın ümumi çəkisi və sayı, həmçinin qiyməti barədə qəbzdə onun tərəfindən müvafiq qeydlər aparıldıqdan sonra o, Rəşada 16 qram qızıla görə 800 manat vermişdir. Rəşadın həmin qızılları oğurlamasından onun xəbəri olmayıb. Onun özü sonradan polisdə olan zaman Rəşaddan almış olduğu qızılların oğurluq olduğunu öyrənmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə fiziki kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 01 avqust 2022-ci il tarixli 6/4056-9/5466 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş asılqan hissəsi ilə birlikdə ümumi kütləsi 49,42 qram olan, dairə formalı, gümüşü rəngli 1 ədəd medal mis və sink əsaslı ərintidən hazırlanmışdır.Təqdim edilmiş medal kifayət qədər xüsusi əlamətlər daşımadığından onun harada və hansı üsulla hazırlanmasını müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatına təqdim edilən məmulatın modeli və digər göstəriciləri nəzərə alınmaqla 1 ədəd medalın 2021 -ci ilin noyabr ayına olan pərakəndə orta bazar satış qiyməti təxminən 3,00 manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin verdiyi məhkəmə daktiloskopik ekspertizasının 02 iyul 2022-ci il tarixli 22/522R №-li rəyindən görünür ki, xx.xx.2021 -ci il tarixdə Bakı şəhəri. Suraxanı rayonu. Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi, ev lVdə yaşayan Zərərçəkmiş şəxs1 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin baxışı zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdiriməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi xx.xx.1992-ci il tarixdə Balakən rayonunda anadan olmuş Abdullayev Zakir oğlunun sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş üzrə İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və Şahid ifadələri toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, iş üzrə İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə fiziki kimyəvi və məhkəmə əmtəəşiinaslıq ekspertizası üzrə 01 avqust 2022-ci il tarixli 6/4056-9/5466 nömrəli rəyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin verdiyi məhkəmə daktiloskopik ekspertizasının 02 iyul 2022-ci il tarixli 22/522R №-li rəyi, götürmə aparılması barədə tərtib edilmiş protokol, hadisə yerinə baxış aparılması haqqında protokollar, əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 18 oktyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2626 saylı "Əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 24 fevral 2016cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 23 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında Azərbaycan respublikası 06 may 2016-cı il tarixli Qanununun tətbiqi ilə əlaqədar Qaradağ rayon Məhkəməsinin qərarı ilə CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric olunmuş, 12 dekabr 2016- cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 04 il 06 ay təyin edilmiş, 20 noyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından müəyyən olunur ki, 20 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİnin İŞ-nin müstəntiqi, polis kapitanı X16 tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından müəyyən olunur ki, 28 mart 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tutularaq Bakı şəhəri Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından müəyyən olunur ki, 30 mart 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, 30 mart 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X16 tərəfindən icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İş materiallarından müəyyən olunur ki, 30 mart 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı X9 tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, 30 mart 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 15 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarından müəyyən olunur ki, 20 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və eyni zamanda ********* nömrəli cinayət işi icraatımda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İş materiallarından müəyyən olunur ki, 29 mart 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Habil Hüseynov tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cii maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, 13 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİnin İŞ-nin müstəntiqi, polis kapitanı Vüqar Hadi tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cii maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, 14 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi X17 tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay həddində, yəni 15 avqust 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarından müəyyən olunur ki, 16 iyul 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, 17 iyul 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİnin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, 17 iyul 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cümaddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, 02 avqust 2022-ci il ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr və dəyişiklik edilməklə yeni məzmunda Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar müəyyə olunmadı. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 12 dekabr 2016- cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 04 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib 20 noyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilməsi və məhkumluğunun ödənilməməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ittiha olunduğu maddələrin sanksiyaları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəmi 4 epizod üzrə özünü təqsirli bilməsini və digər epizodlarda özünü təqsirli bilməməsi ilə əlaqədar onu qeyd edir ki, bu hal təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxslərin ifadələri, şahidin ifadəsi və iş materiallarında olan digər sənədlərlə təkzib olunur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Zərərçəkmiş şəxs X4 mülki iddiası təmin edilməli və 7082 (yeddi min səksən iki) manat 12 (on iki) qəpik Təqsirləndirilən şəxs tutularaq X5 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsində qeyd olunduğu kimi cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsində qeyd olunduğu kimi cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia, vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Təqsirləndirilən şəxs oğurladığı medal Zərərçəkmiş şəxs3 qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğurladığı medal Zərərçəkmiş şəxs3 qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs X4 mülki iddiası təmin edilsin və 7082 (yeddi min səksən iki) manat 12 (on iki) qəpik Təqsirləndirilən şəxs tutularaq X5 ödənilsin. Digər zərərçəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-68/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-68/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver