Məhkəmə qərarları › İş №1(010)-68/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-68/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-68/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1995-ci ildə Şəmkir rayonuna anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, nömrəsiz evdə yaşayan, Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (02 mart 2021ci ildə cəzasının sonu ilə azad edilmiş), hazırkı iş üzrə 06 – 07 aprel 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 14 noyabr 2023-cü ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2023cü il tarixdə saat 18:00 radələrində ünvan 3 ünvanında yerləşən “8-ci kilometr bazarı” kimi adlanan yerin namaz otağına girərək orada Zərərçəkmiş şəxs1 məxsus olan qış gödəkçəsinin iç cibindən sonuncuya məxsus olan 800 manat dəyərində **********31101 imey kodlu “Samsung SlOe” makalı mobil telefonu, üzərində 10 manatlıq danışıq konturu olan, hər biri 5 manat dəyərində 2 ədəd GSM nömrəsi ilə birlikidə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 820 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrar olaraq 29 mart 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən məscidin namaz otağından Zərərçəkmiş şəxs2 məxsus şalvarın cibindən üzərində 10 manatlıq GSM mobil nömrəsi və 05 manat danışıq limiti olmaqla 250 manat qiymətində olan **********25749 imey kodlu “Samsung Galaxy A02s” markalı SM-A025F/DA modelli mobil telefonu və 30 manat nağd pulu, namaz otağının girişindən solda yerləşən açıq rəfdən isə Zərərçəkmiş şəxs3 məxsus üzərində 05 manatlıq ***-***-**-** GSM nömrəsi və 05 manat danışıq limiti, 10 manatlıq ***-***-**-** GSM nömrəsi və 05 manat danışıq limiti olmaqla 525 manat qiymətində **********42614 imey kodlu “Samsung A 21S” markalı mobil telefonu vahid niyyətlə əhatə edilən qəsdlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 295 manat, Zərərçəkmiş şəxs3 525 manat maddi ziyan vurmaqla ümumilikdə 830 manat dəyərində əmlakı gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 05 sentyabr 2019-cu il tarixdə Binəqədi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 02 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azad olduqdan sonra özünə daimi iş tapa bilməmişdir. Ona görədə yaşadığı evin kirayəsini, eləcə də maddi tələbatını ödəmək üçün məscidlərdən oğurluq etmək qərarına gəlmişdir. 14 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nizami rayon ərazisində yerləşən 8ci kilometr bazarına getmişdir. Həmin bazarda arada bir arabaçı işləmişdir. Saat 18:00 radələrində namaz qılmağ üçün namaz otağına getmişdir. Namaz otağında bir nəfər yaşlı adam kişi də olmuşdur. Həmin kişi namaz qılan zaman o, gizli olaraq həmin şəxsin yerə qoyduğu qış gödəkçənin iç cibindən bir ədəd “Samsung” markalı mobil telefonu oğurlayaraq oradan uzaqlaşmışdır. Mobil telefonu oğurlayarkən və oradan uzaqlaşarkən onu görən olmamışdır. Sabahısı gün oğurladığı həmin “Samsung” markalı telefonu tanışı X6 70 manata satmışdır. Mobil telefonu satarkən oğurluq olduğunu, ona görə də ucuz satdığını Şahinə bildirmişdir. Əldə etdiyi pulun bir hissəsini şəxsi xərclərinə sərf etmiş, bir hissəsini isə ev kirayəsinə ödəmişdir. Sonrakı günlərdə də özünə daimi iş tapa bilməmişdir. Saxlanılmamışdan əvvəl hər gün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Araz marketin yaxınlığında yerləşən məscidin namaz otağında namaz qılırmış. 29 mart 2023-cü tarixdə saat 14:00 radələrində namaz qılmaq üçün yenə həmin məscidin namaz otağına getmişdir. Günorta namazına gec, yəni saat 13:30 radələrində getdiyindən namaz otağında ondan başqa ibadət edən olmamışdır. Namaz otağının giriş hissəsində qapıya yaxın hissədə namaz qılmağa başlamışdır. Namazı qılarkən içəri ustalar daxil, olub çıxırdılar. O, ramazı qılıb qurtardıqda namaz otağında heç kim yox idi. Namazı qılıb qurtardıqdan sonra sol tərəfində yerdə paltarlar, tütün məmulatı, maşın açarı və arxa hissəsi göy rəndə olan “Samsung A02” markalı mobil telefon olduğunu görmüşdür. Həmin vaxt pulsuz olduğundan telefonu götürüb satmaq və əldə edəcəyi pulla maddi ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Namaz qılınan yerdə heç kimin olmadığını, onu heç kimin görmədiyini dəqiqləşdirdikdən sonra həmin telefonu götürmüşdür. Sonra yerdə olan şalvarın cibinə baxdıqda orada 30 manat pulun olduğunu görüb onu da götürmüşdür. Ayağa qalxıb, namaz otağından çıxmaq istədikdə giriş qapısından sol hissədə yerləşən rəfin orta hissəsində “Samsung A021” markalı mobil telefonun olduğunu görmüşdür. Həmin telefonu da götürərək, hər iki mobil telefonu əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq, oradan uzaqlaşıb, kirayədə yaşadığı Sabunçu qəsəbəsində yerləşən evə getmişdir. 30 mart 2023-cü il tarixdə “Samsung A 21” markalı mobil telefonu Sabunçu qəsəbəsində yerləşən “Rus Bazarında” səyyar telefon satışı ilə məşğul olan tanımadığı şəxsə 150 manata satmışdır. Digərini də özünün telefonu olmadığı üçün adına olan ***-***- **-** mobil nömrəsini həmin telefona taxaraq istifadə etmişdir. Sonrakı günlərdə polis əməkdaşları tərəfindən yaxalandıqda həmin mobil telefonu polis əməkdaşına təqdim etmişdir. Sabunçu bazarında telefonu satdığı şəxs ondan həmin telefonun oğurluq olubolmadığını soruşmuşdur. O da həmin şəxsə telefonun özünün olduğunu, təcili pul lazım olduğundan satdığını bildirmişdir. Həmin şəxs ondan şəxsiyyətini təsdiq edən sənəd istədiyindən özünün şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Əldə etdiyi pul ilə özünə ərzaq almışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə, saat 14:00 radələrində iş yoldaşı İmanovla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən məscidin namaz otağında elektrik işlərini görmək üçün getmişdir. Məscidin namaz otağında olarkən özünə məxsus “Samsung A21S” markalı mobil telefonu çıxarıb namaz otağındakı rəfə qoyub, işində lazım olacaq alət və avadanlığı götürmək üçün oradan çıxmışdır. Namaz otağından çıxarkən orada cəmi bir nəfər namaz qılan var olmuşdur.Təxminən 20 dəqiqə sonra namaz otağına qayıtdıqda orada kimsəninn olmadığını və namaz otağındakı rəfə qoyduğu ***********42614* İMEİ kodlu, 2022-ci ilin yanvar ayında 500 manata aldığı, üzərində təxminən 05 manatlıq danışıq limiti olan 05 manata aldığı ***-***-**-** mobil nömrə və üzərində təxminən 05 manat danışıq limiti və 10 manat aldığı ***-***-**-** mobil nömrələri olan “Samsung A21S” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Oğlurluq nəticəsində ona ümumillikdə 525 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə, saat 14:00 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən məscidin namaz otağında elektrik işlərini görmək üçün getmişdir. Məscidin namaz otağında əynindəki paltarı çıxarıb, iş paltarı geydikdən sonra paltarını namaz otağındakı xalçanın üstünə qoyub, işində lazım olacaq alət və avadanlığı götürmək üçün oradan çıxmışdır. Namaz otağından çıxarkən orada cəmi bir nəfər namaz qılan olmuşdur. Təxminən 20 dəqiqədən sonra namaz otağına qayıtdıqda orada kimsəninn olmadığını və xalçanın üstünə qoyduğu şalvarın cibində olan ***********25749* İMEİ kodlu bir ədəd təxminən 250 manat dəyərində “Samsung A02S” markalı, üzərində 10 manata aldığı ***-***-**-** mobil nömrə və 05 manatlıq danışıq limiti olan mobil telefonun və 30 manat nağd pulunun oğurlandığını aşkar etmişdir. Oğurlanan həmin telefonu təxminən 6 ay əvvəl ikinci əl, saz vəziyyətdə almışdır. Oğurluq nəticəsində ona təxminən 295 manat məbləğində maddi zərər dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona ziyan qismən ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla bağlı Suraxanı Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmış və qərarın icrası Suraxanı Rayon Polis İdarəsinə həvalə edilmişdir. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin məhkəməyə ünvanlandığı məktubunda qeyd edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə iclasına məcburi gətirilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında fəaliyyət göstərən “8-ci km bazarı”-da quru meyvə satışı ilə məşğul olur. İbadət etdiyi üçün namazını həmin bazarın ərazisində yerləşən namaz otağında qılır. 14 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində həmin namaz otağına namaz qılmaq üçün getmişdir. Namaz qılmaqdan əvvəl əynidə olan qış gödəkcəsini çıxarıb otaqdakı paltar asandan asmışdır. Namaz qılarkən namaz otağında ondan başqa daha iki nəfər olmuşdur. Lakin həmin şəxslər ondan qabaq namazlarını bitirərək çıxmışlar. Təxminən 10-15 dəqiqə ərzində namazını qıldıqdan sonra gödəkcəsini asılqandan götürüb, əyninə geyinərək, bazara qayıtmışdır. Daha 5 dəqiqə keçdikdən sonra əynindəki gödəkcənin iç cibinə qoyduğu mobil telefonunu zəng etmək üçün cibindən götürmək istədikdə telefonun cibində olmadığını aşkar etmiş və namaz otağında oğurlandığını başa düşmüşdür. Oğurlanmış özünə məxsus mobil telefonu “Samsung SİOe 128GB/6GB” markalı, üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olmuş, **********431101 və **********31109 İMEİ kodlu olmuşdur. Həmin mobil telefonu təxminən 7 ay əvvəl 800 manata almışdır. Üzərində ümumilikdə 10 manatlıq danışıq limiti olmaqla hər mobil nömrəni 5 manata almışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü ildə saat 20:00da şübhəli şəxs kimi tutulmuş, 07 aprel 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 mart 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Cinayət işinin materiallarında olan video-görüntüləri baxış keçirilməsi haqqında 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X7, icraatında olan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi ilə bağlı, 01 ədəd CD diski, cinayət işində Təqsirləndirilən şəxs iştirakı ilə Nizami Rayon Polis İdarəsinin inzibati binasının MSY-nin xidməti otağında baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bildirdi ki, ona təqdim edilən 01 ədəd CD diskdə olan 17 ədəd video ardıcılıq ilə 14 fevral 2023-cü il tarixdə Nizami rayonunda yerləşən “8-ci km bazarı” adlanan yerdən başlanaraq namaz otağına qirdiyi zaman və çıxaraq oradan Sabunçu ərazisinə yaşadığı ev tərəfə gedən istiqamətdə olan kamera vasitələri ilə çəkilən kamera görüntülərdə olan şəxs özüdür. Təqsirləndirilən şəxs bildirdi ki, həmin kamera görüntüləri 14 fevral 2023-cü il tarixdə saat 18 radələrində ünvan 7 ünvanında yerləşən “8-ci km bazarı” kimi adlanan yerin namaz otağına girərək orada Zərərçəkmiş şəxs1 məxsus olan qış gödəkçəsinin iç çibindən ona məxsus olan 800 manat dəyərində “Samsung S10e” markalı mobil telefonu oğurladığı zaman aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 may 2023-cü il tarixli, 9/2916 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd tünd göy rəngli, Çin istehsalı “Samsung Galaxy A02s” markalı, “SM-A025F/DS” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2023-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən olunur. Cinayət işinin materiallarında olan 09 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, Zərərçəkmiş şəxs2 şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 mart 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 06 – 07 aprel 2023-cü il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının əvvəli 14 noyabr 2023-cü il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 – 07 aprel 2023-cü il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 14 noyabr 2023-cü il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar