Məhkəmə qərarları › İş №1(010)-69/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-69/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-69/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 06 avqust 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Əbdürrəhmanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 80 nömrəli yataqxanada yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3, 67.1 və 68.2-ci maddələri tətbiq olunmaqla 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 500 manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, 11 – 12 sentyabr 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində Suraxanı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarı ilə əvvəli 13 sentyabr 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti sonradan müvafiq məhkəmə qərarları ilə uzadılmışdır) və 13 sentyabr 2020-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «...o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 avqust 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının inzibati binasının arxa tərəfdən yaxınlığında yerləşən “Buta” aptekə müştəri qismində daxil olaraq satıcı Şahid diqqətini yayındırmaqla piştaxtanın arxa hissəsində olan 580 manat nağd pulu götürüb gizli olaraq talayaraq nəticədə Zərərçəkmiş şəxs3 ümumilikdə 580 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2020-ci il tarixdə saat 01 radələrində X1 icarəyə götürərək işlətdiyi ünvan 2 ünvanda yerləşən bərbər kişi salonuna açıq olan qapıdan daxil olmaq yolu ilə oradan dəyəri 600 manat olan “HP” markalı nootbuk və 500 manat olan “X4 8” markalı mobil telefonu gizli olaraq talamaqla zərərçəkmiş şəxs X2 ümumilikdə 1.100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talama məqsədi ilə 13.09.2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2107” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşərək yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 80 saylı binanın qarşısına gəldikdən sonra sürücünün diqqətini yayındırmaqla avtomobildən sonuncuya məxsus 10 manat dəyəri olan “Kgtel” markalı, üzərində 5 manat qiymətində ***-***-**-** mobil telefon nömrəsi olan mobil telefon aparatını götürüb avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmaqla özgənin əmlakını açıq talamaqla nəticədə Zərərçəkmiş şəxs1 10 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir». İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 və Şahid dindirilmişlər. İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini aşağıdakı kimi əsaslandırır: «Həmin cinayət işi 13.09.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanmışdır. 13.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 15.09.2020-ci il tarixdə onun törətdiyi cinayət əməli CMnin 177.1 və 180.1-ci maddələrindən həmin Məcəllənin 180.2.2-ci maddəsinə tövsif edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddələrlə ona ittiham elan edilərək qeyd olunan tarixdə barəsində 03 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilib məhkəməyə verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 avqust 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-V” yaşayış massivi, Fətullayev küçəsi 355 saylı ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının inzibati binasının arxa tərəfdən yaxınlığında yerləşən “Buta” aptekə müştəri qismində daxil olaraq satıcı Şahid diqqətini yayındırmaqla piştaxtanın arxa hissəsində olan 580 manat nağd pulu götürüb gizli olaraq talayaraq nəticədə Zərərçəkmiş şəxs3 ümumilikdə 580 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2020-ci il tarixdə saat 01 radələrində X1 icarəyə götürərək işlətdiyi ünvan 2 ünvanda yerləşən bərbər kişi salonuna açıq olan qapıdan daxil olmaq yolu ilə oradan dəyəri 600 manat olan “HP” markalı nootbuk və 500 manat olan “X4 8” markalı mobil telefonu gizli olaraq talamaqla zərərçəkmiş şəxs X2 ümumilikdə 1100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talama məqsədi ilə 13 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2107” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşərək yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 80 saylı binanın qarşısına gəldikdən sonra sürücünün diqqətini yayındırmaqla avtomobildən sonuncuya məxsus 10 manat dəyəri olan “Kgtel” markalı, üzərində 5 manat qiymətində ***-***-**-** mobil telefon nömrəsi olan mobil telefon aparatını götürüb avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmaqla özgənin əmlakını açıq talamaqla nəticədə Zərərçəkmiş şəxs1 10 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında qərarlardan və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 10 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus 580 manat nağd pulu, 19 avqust 2020-ci il tarixdə isə zərərçəkmiş şəxs X2 məxsus 600 manat dəyərində nootbuk və 500 manat dəyərində mobil telefonu gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi barədə ittiham elan edilsə də, bu əməllərə görə CM-nin hansı maddəsində nəzərdə tutulan cinayəti törətməsi göstərilməmişdir. Halbuki, göstərilən cinayət əməllərini törətməsi ilə bağlı Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülməli idi», «Beləliklə, Təqsirləndirilən şəxs CM-nin eyni bir maddəsi ilə yox, müxtəlif maddələri, yəni CM-nin 177.2.2 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayətlərin məcmusunu yaratmış və o, hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs əməli, həmçinin CM-nin 177.2.2-ci maddəsi ilə də tövsif edilməli və ona həmin maddə ilə də ittiham irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını nəzərdən keçirib, hazırkı mərhələdə toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, vəsatət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır». Dövlət ittihamçısının vəsatətini və prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinə əsasən «Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır». Həmin Məcəllənin 159.10-cu maddəsinə əsasən «Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7 – 159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən təqsirləndirilən şəxsin həbsdə saxlanılması zərurətinin aradan qalxmadığını, yəni azadlıqda qalacağı təqdirdə cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəb olmadan gəlməməsi, istintaqdan qaçıb gizlənməsi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə və s. üsullarla istintaqın normal gedişinə maneələr törətməsi ehtimallarının hələ də yüksək olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti 01 ay – 16 iyul 2021-ci il tarixinədək uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısının vəsatəti təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün hazırkı iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti 01 (bir) ay, yəni 16 iyul 2021-ci il tarixinədək uzadılsın. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar